Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-518/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaqdan çıxarılma, pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2317/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli, 11 saylı qərarına əsasən İddiaçı, X3, X4 və X13 qızına Bərdə rayonu İ Qaradəmirçi kəndində 1,45 ha pay torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsi Cavabdeh sahibliyindədir.
2. İddiaçı Cavabdeh həmin torpaq sahəsindən çıxarılmasını tələb edir.
3. Cavabdeh isə mübahisəli torpaq sahəsinə görə ödədiyi pul qaytarılmadığı üçün sahədən çıxmadığını bildirir və qarşılıqlı tələb irəli sürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Quliyev X6 İlham Yasin oğluna qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bərdə rayon Qaradəmirçi kəndində yerləşən ona məxsus 1,45 ha pay torpaq sahəsindən çıxarılmasına və ona məxsus Dövlət Aktının əslinin alınıb ona verilməsinə dair q ətnamə çıxarılmasını xahiş etmişdir.
5. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Ona ailə üzvləri ilə birlikdə Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli 11 saylı qərarına əsasən 4 nəfər ailə üzvlərinə JN-990,KOD61009018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına” əsasən 1,45 ha pay torpaq sahəsi verilmişdir. Cavabdeh mərhum qardaşı X5 1700 ABŞ dolları borcu olmuş, həmin borcu qaytara bilməmişdir. Bəylər Qasımov ondan borcunu tələb edən zaman ona borcunu ödəmək üçün maddi imkanı olmadığını pay torpaq sahəsini icarəyə verəcəyini, icarə pulunun hesabına borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxt Bəylər Qasımov torpaq sahəsini borclu olduğu pulun əvəzində ona icarəyə verməsini təklif etmiş, Bəylər Qasımovu n təklifi ilə razılaşaraq borclu olduğu məbləğin əvəzində torpaq sahəsini ona icarəyə vermişdir. Həmin vaxt X1 Federasiyasında olduğundan torpaq sahəsini qardaşı Cavabdeh istifadə etməyə başlamışdır. İki il bundan əvvəl X9 vəfat etmişdir. Artıq on ildir torpaq sahəsindən cavabdeh istifadə edir. Cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də cavabdeh torpaqdan çıxmamış əksinə evdə olmadığı vaxt cavabdeh gələrək uşaqlarından Dövlət Aktının əslini almışdır. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını və Dövlət aktını geri qaytarmasını tələb etsə də cavabdeh bundan imtina edir. O da məcbur olub məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı onun xeyrinə 5000 ABŞ dollarının manata olan məzənnəsi i lə, torpağın münbit hala gətirilməsi üçün çəkdiyi 3500 manat xərcin və 30 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 20200-ci il tarixli, 11 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinə verilmiş JN990,KOD61009018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən 1,45 ha pay torpaq sahəsini qarşılıqlı razılığa əsasən 2000 ABŞ dollarına satın almışdır. Həmin torpaq sahəsini 2010-cu ildən bu günədək istifadə və sahiblik edərək əkib becərməklə ailəsini dolandırır. Dövlət aktının əslini 2010-cu ildə torpaq sahəsini alan zaman ona vermişlər. Yaxın qohum olduqlarından torpaq sahəsini al ması barədə alqı-satqını rəsmiləşdirməmişlər.2010-cu ildən bu yana dəfələrlə torpaq sahəsini münbitləşdirməkdən ötrü gübrələrin səpilməsi və torpağın məhsuldarlığının artırılması üçün əlavə xərclər çəkmişdir. Bundan başqa 2010-cu ildə torpaq sahəsini satın alan zaman özünə məxsus 25 baş qoyun quzusunu 2000 ABŞ dollarına sataraq torpaq sahəsini almışdır. 2010-cu ildə torpağın dəyəri aşağı olduğundan qoyun-quzunu ucuz qiymətə satmışdır. İddiaçı ödədiyi 2000 ABŞ dollarının indeksasiya yolu ilə nkın Uçot dərəcəsinə uyğun dəyəri təxminən 5000 ABŞ dolları təşkil edir. Bundan başqa həmin torpaq sahəsini münbit hala salmaq üçün minerallar və gübrələrin səpilməsinə və digər işlərin görülməsinə 3500 manat xərc çəkmişdir.
8. Bərdə Rayon Məhkəməsinin (hakim Ə.Kərimov) 10 mart 2021-ci il tarixli, 2(0 21)-545/2021 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Cavabdeh JN-990,KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında İddiaçı, X7, X8 və X2 verilmiş 1.45 ha torpaq sahəsindən çıxarılması, JN-990, KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh mübahisəli torpaq sahəsinin halhazırda onun istifadəsində olduğunu iddiaçının ödədiyi pulu qaytarmadığı üçün torpaq sahəsindən çıxmad ığını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, JN-990,KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçı və ailə üzvlərinin adına qeydə alınmış Bərdə rayonu, Qaradəmirçi kəndinin hüdudları daxilində yerləşən cəmi 1.45 ha torpağı sahəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən istifadə edilir. Bundan başqa məhkəmə hesab etmişdir ki, JN-990, KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əsli Cavabdeh olduğundan həmin sənəd alınaraq İddiaçı verilməlidir. Odur ki, ilk iddia təmin edilməli və cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. b) Apelly asiya instansiyası məhkəməsindəki icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Mamedov (sədrlik edən və məruzəçi), Ə.Abdullayev və A.Bayramov) 17 iyun 2021-ci il tarixli, 2(104)-2317/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm Bərdə Rayon Məhkəməsi, həm də apellyasiya məhkəməsi mülki iş üzrə ilkin iddiaçı olan İddiaçı mübahisəli torpaq sahəsini apellyator olan Cavabdeh vəfat edən qardaşı Bəylər Qasımova borcun müqabilində icarəyə verməsinə dair sübut təqdim etməməsi faktına diqqət yetirməmiş, həmçinin hər iki məhkəmə şahidlərin dindirilməsində səhvə yol vermişlər. İlk olaraq şahidlərlə bağlı xüsusat ondan ibarətdir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilən Bəhruz Quliyev apellyasiya məhkəməsində dindirilməmişdir. Bəhruz Quliyev birinci instansiya məhkəməsində verdiyi izahatında İlham Quliyevin iş üzrə verdiyi izahatını təsdiq edən faktlar səsləndirmişdir. Ancaq nə birinci, nə də apellyasiya məhkəməsi Bəhruz Quliyevin izahatına hüquqi qiymət verməmişlər. Bəhruz Quliy ev öz izahatında birinci instansiya məhkəməsində bildirmişdir ki, həqiqətən də Cavabdeh 3500 manatdan çox torpağın münbitləşməsinə xərc çəkibdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi apellyator tərəfindən aparılmış digər şahidlərin dindirilməsini həyata keçirməyibdir. Həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin hakimləri apellyatorun ilkin iddia qarşı sürdüyü alqı-satqıya aid əqdinin olmamasını əsas gətirib qarşılıqlı iddianı rədd edərkən, amma ilkin iddiaçının şəxsi mülahizələri əsasında onun torpağı apellyatorun qardaşına icarəyə verməsini şifahi əqd kimi qəbul edib, iddianı təmin edibdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29,İ, İİ, İİİ, İV, Vİİ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cü mlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 152.1, 152.2, 152.3 və 152.4. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmi n edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
20. Maddə 152.5. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
23. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Mübahisəyə mahiyyəti üz rə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
30. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuş, həmin ünvanda qeydiyyatdadır.
31. JN-990,KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli, 11 saylı qərarına əsasən İddiaçı, X3, X4 və X13 qızına Bərdə rayonu İ Qaradəmirçi kəndində 1,45 ha pay torpaq sahəsi ayrılmışdır.
32. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28.11.2020-ci il tarixli, 1331 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır.
33. Apellyasiy a instansiyası məhkəməsi ilkin iddia ilə bağlı qeyd etmişdir ki, JN-990,KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli, 11 saylı qərarına əsasən İddiaçı, X3, X4 və X13 qızına Bərdə rayonu İ Qaradəmirçi kəndində 1,45 ha pay torpaq sahəsi ayrılmışdır və onlar mübahisəli torpaq sahəsinin mülkiyyətçiləridir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.
34. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiz iki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsinin hal-hazırda onun istifadəsində olduğunu iddiaçının ödədiyi pulu qaytarmadığı üçün torpaq sahəsindən çıxmadığını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, JN-990,KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçı və ailə üzvlərinin adına qeydə alınmış Bərdə rayonu, Qaradəmirçi kəndinin hüdudları daxilində yerləşən cəmi 1.45 ha torpağı sahəsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh tərə findən istifadə edilir. Bundan başqa məhkəmə hesab etmişdir ki, JN-990, KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əsli Cavabdeh olduğundan həmin sənəd alınaraq İddiaçı verilməlidir. Odur ki, ilk iddia təmin edilməli və cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmalıdır.
36. Göründüyü kimi, İddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsi, JN990,KOD61009018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçı və ailə üzvlərinin adına qeydə alınmışdır. Həmçinin Cavabdeh mübahisəli torpaq sahəsinin halhazırda onun istifadəsində olduğunu iddiaçının ödədiyi pulu qaytarmadığı üçün torpaq sahəsindən çıxmadığını etiraf etmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin olunması əsaslıdır.
37. Qarşılıqlı iddia ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Beləliklə, baxılan mübahisə üzrə qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi miqdarda cavabdehə vermiş olduğunun sübut edilməsidir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
38. Beləliklə, kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, yalnız iddiaçının şifahi bildirdiyi formal mülahizələr əsasında iddianın hər hansı hissədə sübut edilməsi mümkün olmadı ğından qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
39. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məh kəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
41. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2317/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov