Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5180/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Xubali oğlunun Cavabdeh1 Məmmədağa qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5180/21 (Açar sözlər: şəhadətnamənin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı Xubali oğlu və vəkili Vəkil, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(106)404/2021 saylı qə tnaməsindən İddiaçı Xubali oğlunun kassasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı Xubali oğlu məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 1,72 ha torpaq sahəsinə dair Cavabdeh5 Xubali oğluna və ailə üzvlərinə Yardımlı rayon AİK-nın 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən verilmiş JN-024 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Z.M.Əliyev) iddia rədd edilib. Eyni zamanda həmin məhkəmənin 29 iyul 2020-ci il tarixli qərardadı ilə Cavabdeh5 münasibətdə sonuncu öldüyü üçün işin icraatına xitam verilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 1,72 ha torpaq sahəsi Yardımlı rayon AİK-nın 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən Cavabdeh5 və ailə üzvlərinin mülkiyyətinə verilib və həmin torpaq sahəsi JN-024 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mülkiyyət hüququ üzrə onun və ailə üzvlərinin adına qeydə alınıb. İddiaçının həmin torpaq sahəsi üzərində hər hansı hüququ əmələ gəlməyib və sözügedən Şəhadətnamənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Əksinə, qanuni qüvvəyə minmiş Yardımlı rayon məhk əməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisəli torpaq sahəsini mərhum qardaşı Cavabdeh5 satın alması barədə dəlili öz təsdiqini tapmayıb. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və Z.B.Babayev) apellyasiya şikayəti təmi n edilmədən, iş üzrə Şirvan Şəhər Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10, 12, 20-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdehlər Cavabdeh1, Vəliyyədin Mirzəzadə, Əfiyəddin Mirzəzadə və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 08 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsində göstərilir ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 417.1.5-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instan siyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini pozaraq, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmamasını nəzərə almayıb. Belə ki, hazırda iddiaçının cavabdehlərə qarşı tələbi Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 1,72 ha torpaq sahəsinə dair Cavabdeh5 və ailə üzvlərinə Yardımlı rayon AİK-nın 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən verilmiş JN-024 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsindən ibarətdir. Mülki Prosessual Məcəllənin 24.2 və 24.3-cü maddələrinin mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Eyni zamanda in zibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən, İnzibati Prosessual Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə ” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normanın mənasından da göründüyü kimi inzibati akt aşa ğıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. “İnzibati və mülki hüquqi münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiy indən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 17-ci bəndin də isə göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reysetrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və sair) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarş ı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 1,72 ha torpaq sahəsinə dair reyestrdəki qeydiyyatın inzibati akt, yəni Yardımlı Rayon AİK-nın 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarı əsasında aparıldığını, hazırki iddianın faktiki əsasını məhz həmin aktın qanuniliyinin yoxlanılmasının təşkil etdiyini nəzərə almayıb. Ona görə də kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq sözügedən aktı qəbul etmiş inzibati orqana, yəni Yardımlı Rayon AİK qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Əgər bu iddia uğurlu olarsa, daha sonra iddiaçı qeydiyyatı aparmış orqana, yəni Reystr Xidmətinə müraciət etməklə reyestrdəki qeydin dəyişdirilməsini tələb edə bilər. Qeydiyyat orqanının hərəkətindən və ya hərəkətsizliyindən narazı qaldığı halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırki mübahisənin məhkəmə aidiyyətini yoxlamadan iddia ərizəsini icraata qəbul edib, apellyasiya instansiyası məhkəməsi isə bu prosessual pozun tuya əhəmiyyət verməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayıb hesab edir ki, hazırki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Xubali oğlunun kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2021-ci il tarixli, 2(106)-404/2021 saylı qətnaməsi ləğ v edilsin. İddiaçı Xubali oğlunun Cavabdeh1 və digərlərinə qarşı “Yardımlı rayonu, Dəryavar kəndində yerləşən 1,72 ha torpaq sahəsinə dair Cavabdeh5 Xubali oğluna və ailə üzvlərinə Yardımlı rayon AİK-nın 11 noyabr 1998-ci il tarixli, 17/1 saylı qərarına əsasən verilmiş JN-024 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5180/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5180/2021
28.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver