Məhkəmə qərarları › İş №2(102)-5180/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5180/2022

17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5180/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2) iş üzrə QƏRARİ Açar sözlər: əmlak bölgüsü, sübutetmə yükü, dolayı (yanakı) sübutlar, qiymətləndirmə rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2) gəlirin bölüşdürülməsi və pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2926/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qətnaməsindən cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) 19 noyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olMUŞLAR. Həmin nikahdan xx.xx.2006-cı il təvəllüdlü Abel adlı, xx.xx.2011-ci il təvəllüdlü Məhəmməd adlı və xx.xx.2014-cü il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahının pozulması, uşaqların nikah pozulduqdan sonra iddiaçının yanında saxlanılması, cavabdehdən iddiaçının xeyinə uşaqların saxlanması üçün xx.xx.2018-ci il tarixdən aliment tutulması qət edilmişdir.

2. Tərəflərin birgə nikahda olduqları dövrdə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507 saylı evin 39 və 40 saylı mənzilləri (bundan sonra – mübahisəli 39 və ya 40 saylı mənzil) əldə edimişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2192/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi ilə mübahisəli 39 və 40 saylı mənzillərin üzərində ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin pay hüququ müəyyən edilmişdir. Qətnamə üzrə icra vərəqi 1 oktyabr 2020-ci il tarixdə verilmişdir. 4. "xxxx" MMC (inşaatçı) ilə cavabdeh və iddiaçı (sərmayəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli yaşayış evinin sərmayələşdilrilməsi haqqında müqaviləyə əsasən inşaatçı Bakı şəhəri, Yasamal Rayonu Məhkəməsinin 2(004)-2192/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə əlaqədar ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 212,6 kv m, o cümlədən 4 otaqlı 39 saylı mənzilin ½ pay hüququ cavabdehə, digər ½ pay hüququ iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, bərabər paylı mülkiyyətdə olan mübahisəli mənzillər üzərində cavabdehin özbaşına sahiblik edib, sərəncam verərək əldə etdiyi 92.800 manat məbləğində gəlirin cavabdehlə iddiaçının arasında bərabər bölünməsi və 46.400 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ayrı yaşadıqları müddət ərzində, yəni 2018-ci ilin sentyabr ayından mübahisəli 39 və 40 saylı mənzillə rə iddiaçıdan gizli sahiblik edib, gəlir götürüb. Mübahisəli mənzillər ümumi əmlak olub, iddiaçıda həmin mənzillərin açarı olmayıb. Mənzillər yaşayış üçün təmir edilməyib. Hətta yaşadıqları ümumi əmlak olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzilə belə məhkəmə qətnaməsi ilə köçürülmüşdür, çünki uzun müddət cavabdeh mənzilin qapısının qıfılını dəyişdiyi üçün məcbur olub mənzilə köçürülmə barədə iddia qaldırmışdır. Təmin edilən iddia tələbi üzrə də məhkəmə qətnaməsi uzun müddət icra edilməyib. Yəni cavabdeh onun ümumi əmlakda olan hüququnu daima məhdudlaşdırıb. Mübahisəli mənzillərə pay hüququnun müəyyən edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, 2021-ci ilin aprel ayının 29-da iddiaçı mənzillərə daxil ola bilmiş və o vaxt müəyyən etmişdir ki, cavab deh 2 mənzili birlləşdirərək, 1 giriş qapısı qoymuş və həmin mənzilləri icarəyə vermişdir. Bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan payın natura qaydasında bölgüsü barədə iddia tələbi ilə bağlı iş üzrə məhkəmə ekspertizası keçirilərkən də yuxarıda göstərilən mənzillərə baxış zamanı bir daha təsdiqini tapmışdır. Paylı mülkiyyətdə olan mənzillər cavabdeh tərəfiindən X1 icarəyə verilmişdir, icarə müddəti 05 yanvar 2022-ci il tarixədək və icarə haqqı icarə müqaviləsinə əsasən aylıq 2320 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçının ümumi əmlakda olan paya hüququnu pozur, onun xəbəri və razılığı olmadan hazıradək ümumi paylı mülkiyyətdə olan mənzilləri icarəyə verərək uzun müddətdir ki iddiaçıdan gizli gəlir əldə edir. Beləliklə, cavabdeh iddiaçının razılığı olmadan ümum i paylı mülkiyyətdə olan mənzillərə dair sərəncam verərək 2018-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qədər hər ay 2320 manat olmaqla - 2018-ci il üzrə 4 ay, 2019-cu il üzrə 12 ay, 2020-ci il üzrə 12 ay, 2021-ci il üzrə 12 ayın icarə haqqı, cəmi 40 ay üçün 92.800 manat gəlir əldə etmişdir. Həmin məbləğin ½ hissəsi olan 46.400 manat iddiaçının payına düşən məbləğ olduğu üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

7. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfindən X1 (bundan sonra – 3-cü şəxs) hər hansı bir mənzil icarəyə verilməmiş, həmin mənzilin açarı həmişə MTK-da olmuş, bir nüsxəsi də iddiaçının özündə olmuş, bu səbəbdən iddiaçı sərbəst olaraq həmin mənzilə giriş-çıxış edə bilmişdir. Təqdim edilmiş fotoşəkillər və yer ində baxış zamanı fotostudiya üçün avadanlıqların mənzilin birində 39 saylı mənzildə aşkar edilməsinə baxmayaraq, cavabdeh 3-cü şəxsi tanımır və heç bir kəslə icarə müqaviləsi bağlamamışdır. 92800 manat gəlir əldə etməyə dair hər hansı bir sübut işdə yoxdur. Təqdim edilmiş müqavilənin cavabdehə hər hansı bir aidiyyəti yoxdur. 01 yanvar 2021-ci ildən məhz cavabdeh tərəfindən həmin mənzilin icarəyə verilməsi faktı özü də iddiaçı tərəfindən sübuta yetirilə bilmir. Əgər istinad edilən şəxs cavabdehlə müqavilə bağlayıb icarə haqqı vermişdirsə, bu barədə müvafiq sübut olmalıdır. Mənzildən hər hansı bir fotoqraf tərəfindən reklam niyyəti ilə istifadə edilməsi ilə və müvəqqəti olaraq saxlanc yeri kimi əşyaların saxlanılması heç də bu mənzildən cavabdehin faktiki sahiblik etməsi və ya gəlir əldə et məsi anlamına gəlmir. Cavabdeh, ümumiyyətlə, Azərbaycanda 2021-ci ildə olmamışdır və səfir olaraq əvvəl İspaniyada, hazırda Estoniyada dövlət qulluğunu yerinə yetirir və sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Eləcə də, icarə müqavilələsi müvafiq qaydada notarial qaydada təsdiq edilməli, gəlir qismində icarə haqqı Azərbaycanda olmayan şəxsə hər hansı bir şəkildə ödənilməli idi. Bu isə iş materialları ilə öz əksini tapmır. Eləcə də, iddiaçının 40 aylıq icarə haqqının yarı hissə məbləğini tələb etməsi özü də absurddur. Belə ki, iddiaçı özü, ümumiyyətlə, həmin mənzilə pay hüququnu 2021-ci ilin yanvar ayında əldə edib. 3 il 4 aylıq icarə haqqı məbləğini 2021-ci ilin yanvar ayından bağlanmış qaralama kağıza istinadən tələb etmək, hüquq anlayışına ziddir. Tələb tamamilə əsassızdır. Həmçini n, subyektiv hüquq olaraq, iddiaçı yalnız mülkiyyət hüququ əldə etdiyi andan, əgər gəlir olması barədə mötəbər sübut olarsa, pul tələb edə bilərdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkilini sualına cavab olaraq cavabdehin gəlir əldə etməsinə dair sübutunun mülki iş materiallarına əlavə olunan müqavilə və 3-cü şəxsin instaqram hesabında olan şəkillər olduğunu, cavabdehin müqaviləni imzalaması ilə bağlı əlavə sübutunun olmadığını, 3-cü şəxsin cavabdehin və onun atasının göstərişi ilə oranı tərk etdiyini, cavabdehin gəlir əldə etməsi ilə bağlı təqdim olunan müqavilənin əslini, əlavə müqavilənin əgər varsa, başqa müqavilələrin əslini məhkəməyə təqdim edə bilmədiyi ni, mənzilin açarlarının komendatda olduğunu, ora gedəndə 3-cü şəxsi gördüyünü bildirmişdir. Həmçinin qeyd etmişdir ki, mənzilin fotostudio kimi fəaliyyət göstərməsi iş materialları ilə tam sübut olunur. Yerli baxış zamanı mənzilin ortasında yelləncəyin olduğu müəyyən edilmişdir. 9. 06.01.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, mənzillər üzərində iddiaçı və cavabdehin bərabər pay hüquqları tanındıqdan sonra qətnamə icraya yönəldilmiş, onlar da mülkiyyətçi hüquqlarından istifadə edərək mənzilə daxil olmuş, bu zaman mənzildə Şəfiqə adlı icarədarın olduğunu və mənzilin fotostudio kimi fəaliyyət göstərdiyini görmüşlər. Daha sonra 3-cü şəxsdən hansı əsasla mənzildə fəaliyyət göstərdiyini soruşduqda onlara müqavilə təqdim etmi ş, onlar da müqavilənin şəklini çəkərək iş materiallarına əlavə etmişlər. Daha sonra instaqram səhifəsinə daxil olaraq həmin mənzilin 2016-ci ildən bu yana fotoşəkillərini çıxarmışlar. Şəkillər yerli baxış zamanı müəyyən edilən hallara uyğun gəlir. Cüzi dəyişiklik olmuşdur. Yerli baxış keçirilməmişdən qabaq 3-cü şəxs orda olmuş, lakin cavabdehin təzyiqi nəticəsində ordan çıxmışdır. Sübut etmə qeyd edilən halda cavabdehin üzərinə düşür. Cavabdehin gəlir əldə etməsinə dair sübut mülki iş materiallarına əlavə edilmiş müqavilə və 3-cü şəxsin instaqram hesabında olan şəkillər və yerli baxış zamanı müəyyən edilən hallardır.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş şetmişdir. İddiaçının nümay əndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, həmin mənzildəki avadanlıqlar cavabdehin dostuna aiddir, ora boş olub, cavabdehdin dostu xahiş edib ki, onları saxlasın. 3-cü şəxsə heç bir hədə-qorxu gəlməyiblər. 11. 24.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iş materiallarına əlavə edilmiş icarə müqaviləsində şəxslərin kimlər olması və oranın fotostudio olması müəyyən olunmur. Qarşı tərəfin müqaviləni və ora aid şəkilləri məhkəməyə təqdim etməsini xahiş etmişdir. 12. 06.01.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, məhkəməyə təqdim olunan müqaviləni cavabdeh imzalamayıb. Onun kim tərəfindən imzalandığını i ddiaçı tərəf sübut etməlidir. Cavabdeh həmin vaxt Azərbaycanda olmayıb. Orada olan studio avadanlıqları işlənməyən əşyalardır. Onları cavabdehin tanışı xahiş edib ki, orada saxlasın.

13. İddiaçı məhkəməyə icarə müqaviləsi adlandırılan xx.xx.2021-ci il tarixli fotokopiya təqdim etmişdir. Həmin kağızda “Altes Plaza” yaşayış kompleksinin 11-ci mərtəbəsində 39 saylı mənzilin aylıq 2320 manata icarəyə verilməsi qeyd edilmişdir.

14. Həmçinin, iddiaçı məhkəməyə 3-cü şəxsin instaqram səhifəsində 2017, 2018, 2019, 2020, 2021-ci illərdə qoyulmuş fotoşəkillər təqdim etmişdir. Həmin fotoşəkillərlə iddiaçı iddia edir ki, 2017-ci ildən 3-cü şəxs onun ümumi mülkiyyətindən fotostudiya kimi istifadə edir və icarə haqqını cavabdehə ödəyir.

15. Məhkəmə 05 noyabr 2021-ci il tarixdə mübahisəli mənzilləri yerin də müayinə etmişdir. Yerində müayinə üzrə tərtib edilmiş məhkəmə iclas protokolunda qeyd olunmuşdur ki, 39 və 40 saylı mənzillərin giriş qapıları birdir. Həmin sahə iş materiallarına əlavə edilmiş flaş kartda olan şəkillərdə göstərilənlər ilə eynidir. İçəri yelləncək, divan və foto studio olması üçün gərəkli avadanlıqlar ilə təchiz olunmuşdur.

16. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-263/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbi rədd edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində, cavabdehin 2018-ci ilin sentyabrından, ümumi əmlaka, mübahisəli 39 və 40 saylı mənzillərinə ondan gizli sahiblik edib, özbaşına, iddiaçının razılığı olmadan sərənc am verərək, gəlir götürdüyünü bildirsə də, iş materialları ilə cavabdehin əmlakı 2018-ci ildən icarəyə verməsi, ondan gəlir götürməsi mötəbər sübutlarla sübuta yetirilməmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf iddia tələbinin sübutu kimi istinad etdiyi müqavilənin əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Digər istinad etdiyi 2 dəlil isə (fotoşəkillər və yerli baxış zamanı fotoşəkillərdə olanların üstüstə düşməsi) məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət deyildir. Yəni, bu dəlillər, cavabdehin oranı icarəyə verərək gəlir götürməsi halını müəyyən etməyə kifayət etmir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcə lləsi) 32.2.1, 32.2.2, 36.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.

22. İddiaçının vəkili və nümayəndəsinin təqdim etdiyi "xxxx" MMC Qiymətləndirmə Şirkətinin 15/0551 nömrəli, “25” may 2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 507 saylı evin – “Altes Plaza”nın binasının 11ci mərtəbəsində yerləşən, dəniz mənzərəli ümumi sahəsi 323.48 kv.m olan mənzilin qeyriyaşayış s ahəsi kimi (fotostudiya) istifadəsi üçün bazar qiymətinə uyğun olaraq 2018-ci ilin sentyabr-dekabr aylarında, 2019, 2020 və 2021-ci illərdə icarə bazar dəyəri aşağıdakı kimi təşkil edir: 2018 (sentyabr- dekabr ayları) - 4529 AZN, 2019-cu il- 4852 AZN, 2020-ci il4529 AZN, 2021-ci il- 5176 AZN.

23. Apellyasiya baxışı zamanı 27 may 2022-ci il tarixdə məhkəmə tərkibi mübahisəli mənzillərin yerində müayinəsi əsasında müəyyən etmişdir ki, mübahisəli 39 və 40 saylı mənzillərin - “Altes Plaza” yaşayış kompleksinin 11-ci mərtəbəsində yerləşən 39 və 40 saylı mənzillərin giriş qapıları birdir, 2 mənzil birləşdirilərək, 1 giriş qapısı qoyulmuşdur. İş materiallarında mövcud olan 3-cü şəxsin 2017-2021-ci il tarixlərdə instagram hesabında paylaşdığı fotoşəkillərlə müqayisədə görünür ki, eyni məkandır və oradan fotostudio kimi istifadə olunmuşdur. Mənzilin müəyyən bir hissəsinin təmirli olması, fotoşəkillərdə əks olunmuş dəniz mənzərəsinin, yer örtüyünün, ag divar örtüyünün, tavanın, divarların, qara dəmir barmaqlıqların eyni olması, məkanın fotostudio kimi fəaliyyət göstərməsi bu qənaətə gələyə imkan verir. Çarpayının olduğu fotoşəkilə isə nəzər salanda həmin şəkildəki yer örtüyünün baxış məkanındakı yer örtüyü ilə eyni olması təsdiq olunur. Mənzilin bir hissəsi tamamilə təmirsizdir. İçəridə yelləncək mövcud olmasa da, yelləncəyin başlıqları və ipləri mövcuddur.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)- 2926/2022 nömrəli iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzə çi), Rafael Eyvazov və Fuad Babayev) iddiaçının apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir.

25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, nikah müddətində əldə edilmiş 39 və 40 saylı mənzillərin icarəyə verilməsi barədə iddiaçının təqdim etdiyi müqavilənin lazımı qaydada imzalanıb, notariat qaydasında təsdiq edilməməsi iddianın rədd olunması nəticəsinə gəlməyə əsas deyil. Əvvəla yuxarıda müəyyən olunduğu kimi, tərəflər 2018-ci ilin sentyabr ayından faktiki ayrılmışlar və iddiaçı xx.xx.2018-ci il tarixdə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər faktiki ayrıldıqdan sonra aralarında gərgin münasibət olmuş, hətta tərəflərin ümumi əmlakı olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzillə bağlı tərəflər arasında razılaşma olmamış, iddiaçı məhkəmə qətnaməsi ilə həmin mənzilə köçürülmüşdür. Tərəflərin ümumi əmlakı olan İ.Qutqaşınlı küçəsi 30 saylı evdə yerləşən, 37 saylı mənzilə iddiaçının məhkəmə qətnaməsi ilə gərgin münasibət şəraitində köçürüldüyü halda, nikah müddətində əldə edilmiş 39 və 40 saylı mənzillərin isə yeni mənzillər olmaqla və yaşayış üçün təmir edilməmiş vəziyyətdə olmasına baxmayaraq mənzillərin açarının iddiaçıda olması ilə bağlı cavabdehin dəlilinə dair iş materiallarında sübutlar müəyyən edilməməklə bərabər, həm də bu dəlillər ağlabatan deyildir.

26. Kollegiya nəzərə almışdır ki, iddiaçı iddiasını yalnız mübahisəli 39 və 40 saylı mənzillərin icarəyə verilməsi barədə 3-cü şəxslə bağlandığı iddia olunan iddiaçının təqdim etdiyi lazımı qay dada imzalanıb, notariat qaydasında təsdiq edilməmiş icarə müqaviləsi ilə sübut etmir. İddiaçının mübahisəli mənzilləri cavabdehin iddiaçının xəbəri olmadan 3-cü şəxsə icarəyə verməsi iddiaçının digər dəlilləri ilə - mənzilin icarədə olması məlumatını iddiaçıya 3-cü şəxsin bildirməsi, müqaviləni də iddiaçıya 3-cü şəxsin verməsi, həmin mənzillərdən 3-cü şəxsin fotostudiya kimi istifadə etməsi, iddiaçının məhkəməyə təqdim etdiyi 3-cü şəxsin instaqram səhifəsindən götürülən fotoşəkillərlə sübut edilir. İddiaçının məhkəməyə təqdim etdiyi 3-cü şəxsin instaqram səhifəsindən götürülən fotoşəkillərlə sübut edilir ki, 2017-ci ildən 3-cü şəxs onun ümumi mülkiyyətindən fotostudiya kimi istifadə edir və icarə haqqını cavabdehə ödəyir. Belə ki, 3-cü şəxsin İnstaqramında 2017, 2018, 2019, 2020, 2021-ci illərdə qoyulmuş fotoşəkillərdən görünür ki, eyni məkandır, fəsillərə və bayramlara uyğun olaraq dekoprasiyalar dəyişilir. Həmin mənzillərdə tez-tez fəsillərə uyğun dizaynın dəyişikliyi əksini tapmışdır. Birinci instansiya və apellyasiya baxışı mərhələsində mənzilə baxış zamanı təsdiq olunmuşdur ki, 3-cü şəxsin instaqram səhifəsindən əldə olunaraq təqdim edilmiş video və fotoşəkillərdəki dekoprasiya dəyişikliyi eyni məkanda yerləşən mənzillərdə baş verir, eyni əşyalardan istifadə olunur. Cavabdeh isə qeyd edilənləri təkzib edəcək hər hansı dəlil və sübutu təqdim edə bilməmiş, yuxarıda qeyd edilənlərə münasibəti ziddiyyətli mövqelərlə əsaslandırmışdır.

27. İcarədən cavabdehin götürdüyü gəlirin məbləği ilə bağlı isə Kollegiya qeyd etmişdir ki, mübahisəli 39 və 40 saylı mənzillərin cavabdeh tərəfindən 3-cü şəxsə icarəyə verilməsi məhkəmə zamanı təsdiqini tapmış, icarə haqqının ayda 2.320 manatdan az olması barədə isə iş materiallarında hər hansı sübut müəyyən edilməmişdir. Əksinə iddiaçının təqdim etdiyi arayışa əsasən həmin məbləğ daha çox olmuşdur. Beləliklə, göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən icarə haqqlarından daha az, yəni ayda 2.320 manat olmaqla icarə haqqından ona düşən payı tələb edir.

28. Kollegiya iddiaçı mənzilə pay hüququnu 2021-ci ilin yanvar ayında əldə etdiyi üçün onun 3 il 4 aylıq icarə haqqını tələb etmək hüququnun olmadığı barədə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh bu mövqeyi ilə ümumi mülkiyyətdə, daha sonra isə payları müəyyən edilən mülkiyyətdə olan mənzillərin icarəyə verməsini qəbul edir. Amma o hesab edir ki, bir hald a ki, mənzillərə pay hüququ 2021-ci ilin yanvar ayından yaranıbsa, həmin dövrdən icarə haqqını tələb edə bilər. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sübutlara əsasən cavabdeh iddiaçının razılığı olmadan ümumi əmlak üzərində sərəncam verərək gəlir əldə etmişdir. Artıq məhkəmə qətnaməsi ilə də ümumi əmlakda iddiaçının və cavabdehin payları müəyyən edilmişdir. İddiaçı da həmin gəlirin ona düşən yarısını ondan ayrı yaşadıqları dövrdən tələb edir. Tərəflərin 2018-ci ilin sentyabr ayından ayrı yaşaması onunla da təsdiq olunur ki, cavabdeh iddiaçıya qarşı uşaqla ünsiyyətdə olmaq tələbinə dair iş üzrə iddia tələbində göstərmişdir ki, artıq 2018-ci ilin sentyabr ayından onlar ayrı yaşayırlar və bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1653/2019 s aylı qətnaməsi ilə müəyyən edilmişdir. Ona görə də iddiaçı MPM-in 82.3-ci maddəsinə əsasən gəlirin 2018-ci ilin sentyabr ayından tutulması ilə bağlı halı sübut etmədən azaddır. Bundan əlavə, nikahın pozulması və aliment tələbi üzrə çıxarılan xx.xx.2019-cu il tarixli 2(0040387/2019 saylı icra vərəqəsindən görünür ki, aliment xx.xx.2018-ci il tarixdən tutulur. Bu tarix də bir daha sübut edir ki, 2018-ci ilin sentyabr ayından iddiaçı cavabdən ayrı yaşamışdır.

29. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslıdır, iddiaçı məhkəməyə kifayət qədər sübut təqdim etmişdir. İş materialllarında olan video, fotoşəkillər, icarə müqaviləsi, məhkəmə baxışı zamanı müəyyən edilən hallar iddia tələbinin əsaslı olmasını sübut edir. Kollegiya qeyd etmişdir ki, mübahisəli mənzillər nikah müddətində əldə edildiyindən cavabdehlə ümumi əmlaklarıdır. Beləliklə, cavabdeh onun razılığı olmadan ümumi əmlaklar olan mübahisəli 39 və 40 saylı mənzillərə dair, daha sonra paylı ümumi mülkiyyətdə olan həmin mənzillərdən 2018-ci ilin sentyabr ayından gəlir əldə edir. İddiaçı isə həmin gəlirdən məhrum edilmişdir.

30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 225.1-ci, Ailə 32.2.1, 32.2.2, 36.3-cü və MPM-in 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə üzrə məhkəmənin gəldiyi nəticə ilə işin halları və iş materiallarında olan sübutlar uyğunsuzluq təşkil edir və məhkəmə gəldiyi nəticəni sübuta yetirə bilməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

33. Dəlilləri əsasən iddia tələbinə etiraz ərizəsinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinə görə cavabdehin sözügedən mənzilləri icarəyə verməsi, oradan hər hansı gəlir əldə etməsi sübut edilməmiş, məhkəmə mötəbər olmayan sübutlara istinad etməklə qətnamə qəbul etmişdir. Hətta birinci instansiya məhkəməsi gedişində iddiaçının təqdim etdiyi qaralama kağızda olan imzanın cavabdehin imzası olub-olmaması barədə məsələ qaldırılarkən iddiaçı ekspertiza keçirilməsindən imtina etmiş və ümumiyyətlə icarə münasibətlərinin mövcud olmasını təsiq edə bilən s übut qismində olan sənədin tədqiq olunmasını istəməmişdir. Eləcə də, məhkəmə iclaslarında guya cavabdehlə icarə münasibətlərində olan 3-cü şəxsin iştirakı olmasa da məhkəmə hesab etmişdir ki, icarə münasibətinn digər tərəfi hesab edilən tərəfin təsdiq və ya inkar edib-etməməsindən asılı olmayaraq icarə münasibətləri mövcud olmuşdur.

34. Gəlir sübuta yetirilmədiyi, iddiaçının mülkiyyətçi olmadığı dövr üzrə də pul tələb etdiyi, mülkiyyətçi olduğu dövrdə isə şahid və sübut olmadığı halda məhkəmənin hər hansı bir maddi hüquq normasına istinad etmədən iddianı təmin etməsi cavabdehin hüquqlarının kobud şəkildə pozulması və mümkün olmayacaq bir presedent yaradılması ilə nəticələnmişdir. İstinad edilən qaralama kağızdan ibarət və məhkəmənin sübut olaraq qəbul etdiyi müqavilədə cavabdehin nə adı, n ə imzası olmamışdır. İstisna edilmir ki, 3-cü şəxs özü də iddiaçı tərəfindən təyin edilmiş bir fiqurdur.

35. Bundan başqa, məhkəmə gəlir əldə etməsinə dair məbləği müəyyən edərkən "xxxx" MMC-nin arayını əsas götürmüşdür. Halbuki, iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilir və şəxsi qiymətləndirmə şirkətinin (müvafiq qaydada “Ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olmayan, mütəxəssis qismində cəlb edilməyən, mütəxəssis rəyi olmayan, yalnız yarım səhifəlik arayışdan ibarət olan, obyektə baxış keçirilmədən verilmiş) arayışı ilə gəlirin müəyyən edilməsi özü prosessual pozuntudur.

36. Həmçinin, məhkəmə iclaslarının video görüntülərində cavabdehin səsləndirdiyi fikirlər protokollardakı qeydlərlə məhkəmə qətnaməsində adından qeyd edilən fikirlər fərqlidir. Halbuki, cav abdeh məhkəmə iclasında iddiaçının iddia vermək üçün subyektiv hüququnun yalnız 2021-ci ilin yanvar ayından yaranmasını bildirsə də, məhkəmə cavabdehin izahatını və etirazını etiraf kimi qəbul etməkdə səhvə yol vermiş, protokollar, videogörüntüdən fərqli fikirləri qətnamədə bu barədə qeyd etməklə prosessual pozunuya yol vermişdir.

37. Müayinəyə dair protokol tərtib edilməmiş, elan edilməmiş, işdə olan tərəf olaraq cavabdehin izahatı alınmadan, məhkəmə növbəti iclas keçirilmədən qətnamə qəbul etmişdir. Məhkəmə öz qətnaməsində istinad etdiyi yazılı sübutları məhkəmədə tədqiq etməməsinə, elan etməməsinə baxmayaraq iclas protokolu iddiaçının yalnız uzun uzuadı izahatları ilə keçirilmiş, məhkəmə iclas gedişində sübutlarla bağlı tədqiqat aparmamışdır. Hətta yerində baxış keçirildikdən sonra bu s übutlar cavabdehə təqdim edilməmiş, suallar verilməmiş, baxış cavabdehin iştirakı olmadan, iddiaçının qapını açması ilə aparılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi

39. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir.

40. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredi t idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

41. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Mülki Məcəllə

42. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyətidir. Mülki Prosessual Məcəllə

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir.

44. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

59. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki proses işin hallarını birbaşa müəyyən edən sübutlarla yanaşı, dolayı və ya yanakı sübutlardan da istifadə olunmasını istisna etmir. İş materiallarında birbaşa sübutlar olmadıqda və ya belə sübutlar işin hallarını müəyyən etmək üçün yetrəli olmadıqda məhkəmə dolayı sübutlardan istifadə edə bilər.

60. Belə ki, dolayı sübutun işdə olan digər sübutlarla mə cmu şəkildə tədqiqi əsasında məhkəmə işin halları barədə birmənalı nəticəyə gələ bilirsə onda həmin halları müəyyən olunmuş hesab etməlidir. Yaxud əgər tələb irəli sürən şəxs tərəfindən işin müəyyən halını birmənalı müəyyən edən bir neçə mötəbər, zidiyyətsiz və biri-birini tamamlayan, qarşı tərəfin təkzib edə bilmədiyi sübutlar təqdim edilirsə məhkəmə həmin sübutları da prosessual qanunvericiliyin tələblərini uyğun tədqiq edərək işin hallarını həmin sübutlar əsasında müəyyən edə bilər.

61. Baxılan iş üzrə iddiaçı cavabdehin ümumi mülkiyyətlərində olmuş əmlakı üçüncü şəxsə icrayə verdiyini təsdiq edən birbaşa sübut təqdim edə bilməsə də, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan dolayı sübutlar, o cümlədən mübahisəli mənzillərin yerində müayinəsi əsasında həmi halı müəyyən etmişdir.

62. Yuxarıda ifadə edilmiş hüquqi mövqelər baxımından bu hal prosessual hüquq normalarının pozuntusu kimi qəbul oluna bilməz.

63. Eyni zamanda iş üzrə mübahisəli mənzillərin cavabdeh tərəfindən üçüncü şəxsə icarayə verildiyi müəyyən edildiyi, lakin cavabdeh iddianı qəbul etmədiyi üçün apellyasiya instansiyası məhkəməsi mənzilin icarə haqqını müvafiq sahədə ixtisaslaşmış qiymətləndirmə şirkətinin rəyi əsasında müəyyən etməklə MPM-in tələblərini pozmamışdır. Belə ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya s axlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).

64. Bu baxımdan əgər işin hallarını müəyyən etmək üçün ortaya çıxan suallar xüsusi bilik tələb etmirsə, məhkəmə ekspertiza təyin etmədən həmi suallar üzrə zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət edərək onlardan yazılı mülahizə ala, yaxud tərəflərin öz təşəbbüsü ilə əldə edərək məhkəməyə təqdim etdikləri həmin yazılı sübutları işdə olan digər sübutlarla məcmu şəkildə qiymətləndirə bilər.

65. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2926/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar