Məhkəmə qərarları › İş №2(102)-5182/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5182/2021

28.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5182/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması və əldən çıxmış faydanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlundan, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh3 vəkili Vəkil Babaəli oğlunun və Cavabdeh1 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-874/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı1290732 olan çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, Xanbulan kəndi ərazisində 0.64 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə 17.05.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 176 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lənkəran şəhər İHB-nın Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 88 saylı arayışından görünür ki, Aslanlı X2 rayonu, Xanbulan kəndində yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTl-nin tərəfindən verilmiş 10 iyun 2019-cu il tarixli M-091 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********97 saylı çıxarış, Torpaq sahəsinin planı və ölçüsünün koordinatlarına əsasən İddiaçı mülkiyyətində olan 0.64 ha. torpaq sahəsinin koordinatları bütövlükdə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən təqdim edilən və naturada faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları isə üst-üstə düşür (sxem əlavə olunmuşdur). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 17 iyul 2020-ci il tarixli 10/1114 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTl-nin mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən qeyd olunur ki, Lənkəran rayonu, Xanbulan kəndində yerləşən Reyestr nömrəsi **********97 olan çıxarış, Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı məxsus 0.64 ha. torpaq sahəsi faktiki olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən istifadə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı «qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qanunsuz olaraq zəbt etdikləri Lənkəran rayonu, Xanbulan kəndində yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılmaları, cavabdehlərdən müştərək qaydada 20000 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Xanbulan kəndində yasayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və ailəsinin digər üzvlərinə Lənkəran rayonu, Xanbulan kəndi ərazisində 0.64 hektar torpaq sahəsi ayrılaraq onların mülkiyyətlərinə verilmiş, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla həmin vaxtı onlara göstərilmiş və torpağın sərhədləri müəyyən edilərək ölçülüb, birgə mülkiyyətə verilmişdir. Bundan sonra da onlar həmin torpaq s ahəsində müxtəlif bar gətirən meyvə ağacları, mandarin, feyxoa, gilas, pekan və sair ağaclar əkmişlər. İş üzrə cavabdehlər isə müraciət edərək həmin torpaq sahəsini icarəyə götürərək fermer kimi istifadə edəcəklərini və bunun müqabilində yaxşı pul verəcəklərini bildirdikləri üçün onlar da cavabdehlərlə şifahi qaydada razılaşıb torpaq sahəsini onlara şifahi razılaşmaya əsasən icarəyə vermişlər. Lakin, cavabdehlər vədlərini yerinə yetriməyib üzərlərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Onlar hər il müxtəlif bəhanələr gətirərək meyvə ağaclarının bar vermədiyini deyib hər il icarə haqqı verməkdən imtina etmişlər, torpaq sahəsini onlara satmağı istəmişlər. O, həmin torpaq sahəsini cavabdehlərə satmaqdan imtina etmiş və vəziyyəti belə görüb, özünə və ailəsinə məxsus olan həmin torpaq s ahəsini cavabdehlərdən tələb etməyə başlamışdır. Cavabdehlər isə torpaq sahəsini onlara qaytarmaqdan imtina edərək həmin torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə etməyə davam etmişlər. O, çıxarış almaqdan ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət etmiş və oradan adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi bütovlükdə onun mülkiyyətindədir və çıxarış verilərkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən həmin torpaq sahəsinin koordinatlar üzrə tam dəqiqliklə yer i yenidən ona göstərilmişdir. Lakin, o, özünə məxsus olan torpaq sahəsindən istifadə edə bilmir. Çünki, həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir və cavabdehlər həmin torpaq sahəsini zəbt edərək onu həmin torpaq sahəsinin yaxınına buraxmırlar. İmkan vermirlər ki, özünə məxsus torpaq sahəsindən istifadə edib, orada əvvəllər onun və ailə üzvləri tərəfindən əkilmiş meyvə sortlarından mənfəət götürsünlər. Cavabdehlər həmin torpaq sahəsi ilə elə davranırlar elə bil ki, həmin torpaq sahəsi onların özlərinə məxsusdur. Artıq 20 ildir ona məxsus torpaq sahəsindən cavabdehlər öz torpaq sahəsi kimi istifadə edirlər və onun həmin torpaq sahəsindən sərbəst istifadə edib qazanc əldə etmək imkanından məhrum edirlər. Beləliklə, cavabdehlər ona məxsus torpaq sahəsini zəbt edərək ondan qanu nsuz istifadə etməklə həmin torpaq sahəsindən onun və ailəsi tərəfindən əkilmiş meyvə ağaclarından faydalanmağına imkan vermirlər. 20 il ərzində özünə məxsus torpaq sahəsindən özü istifadə edib orada əkdiyi meyvə ağaclarının barlarından gəlir əldə edə bilərdi. Lakin, cavabdehlər onun torpaq sahəsini zəbt edərək qanunsuz istifadə etdikləri üçün o, bütün bu kimi gəlirlərdən məhrum olmuş, bu isə 20 il müddətində torpaq sahəsindən məhrum olduğuna görə 20000 manatdan çox xalis gəlirdən də məhrum olması deməkdir. Lənkəran Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim M. İsayev, iş № 2(049)-82/2020) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 İddiaçı məxsus Lənkəran rayonu, Xanbulan kəndi ərazisində olan 0.64 ha torpaq sahəsindən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutulub dövlət nəfinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Lənkəran rayonu, Xanbulan kəndində yerləşən Reyestr nömrəsi **********97 olan çıxarış, torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı məxsus 0.64 ha. torpaq sahəsi faktiki olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 17 iyul 2020- ci il tarixli 10/1114 nömrəli ekspert rəyinə əsasən Lənkəran rayonu, Xanbulan kəndində yerləşən Reyestr nömrəsi **********97 olan çıxarış, Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı oğluna məxsus 0.64 ha. torpaq sahəsi faktiki olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən istifadə olunur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. İddiaçı ona məxsus torpaq sahəsindən istifadə etdikləri üçün cavabdehlərdən müştərək qaydada 20000 manat məbləğində əldən çıxmış faydanın tutulmasını da tələb edir. İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt etdiklərini bildikdən sonra həmin torpaq sahəsindən istifadə edərək oradan gəlir götürmələrinə, həmçinin özünün həmin torpaq sahəsindən istifadə edərək gəlir əldə edəc əyinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov, iş № 2(106)-874/2021) cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 2(049)-82/2020 saylı qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin apelyasiya şikayətində qeyd etdiyi iddiaçının iddia etdiyi torpaq sahəsini X1 alqı-satqı müqaviləsi ilə almışlar və onlara 09.04.2008 -ci il tarixdə çıxarış verilmişdir. Torpaq sahəsinə çıxarış verilərkən Lənkəran reyestr xidməti tərəfindən həmin torpaq sahəsinə baxış keçirilmiş, həmin vaxt onlara istifadə etdikləri torpaq sahəsinin İddiaçı məxsus olmasını bildirmələri işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışları kimi qiymətləndirir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apelyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehlərin iddiaçının iddia etdiyi torpaq sahəsini alqı-satqı müqavilələri aldığı və həmin torpaq sahəsinin reyestr xidməti işçilərinin iştira kı ilə baxış keçirərək onlara mübahisəli torpaq sahəsinin İddiaçı məxsus olmasını bildirməməsi, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 17 iyul 2020-ci il tarixli 10/1114 nömrəli ekspert rəyinə əsasən isə Lənkəran rayonu, Xanbulan kəndində yerləşən Reyestr nömrəsi **********97 olan çıxarış, torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı məxsus 0.64 ha. torpaq sahəsi faktiki olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən istifadə olunmasının müəyyən edilməsi iddiaçının cavabdehlərə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılmasının təmin olunmamasının qanuni əsası kimi çıxış edə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəl illəri Cavabdeh3 (Vəkil Babaəli oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)874/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh3 vəkili Vəkil Babaəli oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası ic lasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası digər Cavabdeh1 izahatını dinləməmişdir Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara is tinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin şəxsin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzm ununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hü ququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə sasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikili lərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarının 16-cı bəndində göstərilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sü butlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kasasiy a şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-874/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar