Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5184/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X8 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103)2417/2019 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə iddiaçı N qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.S.Kərimov, iş № 2(001)-553/2017) iddiaçı N qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin tikinti materiallarından təmizlənməsi və orada məskunlaşanlardan azad edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürən 3-cü şəxslər X11 və X3 N qızına qarşı iddiaları təmin edilərək Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X5 arasında 21 oktyabr 2005-ci il tarixdə bağlanmış Novxanı ərazisindəki 464 “a” nömrəli bağın istifadəyə verilməsi haqqında 36179 saylı, həmin X1 arasında 21 oktyabr 2005-ci il tarixdə bağlanmış Novxanı ərazisindəki 464 nömrəli bağın istifadəyə verilməsi haqqında 672 saylı müqavilələrin, 464 “A” saylı bağ sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində ilkin qeydiyyata alınması və özgəninkiləşdirilməsinə dair bağlanmış 01 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, N qızının adına 05 avqust 2016-cı il tarixdə verilmiş Çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, S.F.Hacıyev və R.Ə.Eyvazov, iş № 2(103)-1454/2018) ilkin iddia tələbi üzrə iddiaçı N qızının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: M.T.Əhmədova, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov, iş № 2(102)-7878/2018) Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 02 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) Bakı şəhəri Binəqədi rayon məhkəməsinin dəyişdirilmədən saxlanılmışdır. 30 yanvar 2017-ci il tarixli qətnaməsi İşin halları: Mübahisəli torpaq sahəsinin icarəçisi əvvəllər X9 olmuş, onunla bağlanmış 28 oktyabr 1959-cu il tarixli icarə müqaviləsinə əsasən bağın nömrəsi 46, sahəsi isə 0,35 ha olmuşdur. 27 noyabr 1962-ci il tarixdə X12 qəhrəman ana olmasını, uşaqlarının xəstə olmasını və hər il A.C.Sadıqova məxsus bağ sahəsində istirahət etmələrini, X4 həmin sahənin ona verilməsinə etiraz etməm əsini əsas göstərməklə həmin bağ sahəsinə dair onunla icarə müqaviləsinin bağlanması üçün Bakı şəhər XDS İK-yə müraciət etmiş və bundan sonra X12 ilə 0,25 ha torpaq sahəsindən və 9,6 kv.metr yaşayış sahəsindən ibarət bağ sahəsinə dair 01 iyul 1963-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. 1969, 1983, 1990-cı illərdə icarə müqaviləsinin müddəti uzadılmışdır. 2005-ci ilin oktyabr ayında X12 ərizə ilə Bağlar təsərrüfatı Birliyinə müraciət edərək 464 saylı bağ sahəsinin 0,12 ha hissəsinin qızı X2 adına sənədləşdirilməsini xahiş etmiş və ailə üzvlərindən Cavabdeh2 və X10 buna razılıq vermişlər. 21 oktyabr 2005-ci il tarixdə sahəsi 0,12 ha olan 464 “a” saylı bağ sahəsinə X5 ilə icarə müqaviləsi bağlanmış, icarə müddəti 21 oktyabr 2015-ci il tarixədək müəyyən edilmişdir. 27 iyul 2016-cı il tar ixdə X2 bağ sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Bakı şəhəri 12 saylı Notariat Kontorunda bağlanmış 01 avqust 2016cı il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin bağ N qızına satılmış və onun bağa mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 2016-cı ilin sentyabr ayında N qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 464 “A” saylı 0,12 ha ölçüdə bağ sahəsinin ona məxsus olmasına baxmayaraq cavabdehlərin həmin bağın mərhum analarına məxsus olmasını əsas göstərməklə özbaşına orada ev tikmələrini və bununla da onun mülkiyyət hüququnu pozmalarını əsas göstərməklə tikilinin Cavabdeh1 hesabına sökülməsi, orada məskunlaşmış Cavabdeh2 torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdehlər Ramazan və X16 qızına və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı qarşılıqlı tələb irəli sürərək torpaq sahəsinin 1958-1959-cu illərdən anaları X6 və onların icarəsində olmasını, N bağın alıcısı kimi heç zaman görməmələrini, Solmaz İsmayılovanın həmin bağ sahəsinə dair bağladığı əqdlərin hamısının yalan və uydurma olmasını, icarə müqaviləsinin 2005-ci ildə onlardan xəbərsiz dəyişdirilməsini və s. əsas göstərməklə həmin bağ sahəsinə dair bağlanmış 21 oktyabr 2005-ci il tarixli 36179 saylı və 21 oktyabr 2005-ci il tarixli 672 saylı icarə müqavilələrinin, N ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxslər X11 və X7 cavabdeh N qızına qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsinin dəlillərinə əsaslanmaqla 21 oktyabr 2005-ci il tarixli 361179 və 672 saylı icarə müqavilələrinin və N ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişlər. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə iddiaçı N qızı kassasiya şikayəti verərək 464 “a” saylı bağ sahəsini notariatda təsdiq olunmuş 01 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etməsini və onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, məhkəmənin 2005-ci ildə bağlanmış icarə müqavilələrinin 11 ildən sonra etibarsız sayılmasının qanunsuz olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, qanunun qüvvəsinin düzg ün tətbiq edilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, ilkin iddianın təmin, qalan iddia tələblərinin isə rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs N.Musayeva və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianı rədd, qarşılıqlı iddianı və 3-cü şəxsin iddiasını təmin edib 2005-ci ildə bağlanmış bağ icarə müqavilələrini və 2016-cı ildə bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edərkən həmin müqavilələrin onların razılığı və xəbəri olmadan bağlanmaqla Mülki Məcəllədə müəyyən olunmuş şərtlərin pozulmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə iş üçün mühüm əhəmiyyəti olan hallar tam nəzərə alınmadan, qanunun tələblərinə uyğun əsaslandırılmadan qəbul edildiyindən qanuni sayıla bilməz. İş materiallarından görünür ki, etibarsız sayılması iddia olunan 36179 və 672 saylı icarə müqavilələri 21 oktyabr 2005-ci il tarixdə bağlanmasına baxmayaraq həmin müqavilələrin etibarsızlığı barədə iddialar 2016-cı ilin oktyabr ayında-11 ildən sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzind ə əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin müddət Məcəllənin 373-cü maddəsində müəyyən olunmuş iddia müddətlərinə aid olmadığından, 375.2-ci maddə də müəyyən olunmuş qaydaya əməl edilməsinə, yəni iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə ehtiyac olmamışdır. Məhkəmə ərizənin verilməsindən asılı olmayaraq müddətin ötürülməsi məsələsini müzakirə etməli və işin həmin halına qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunun göstərilən tələbinə əməl edilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cəmi 0,25 ha sahədən ibarət olan bağın qalan 0,12 ha hissəsinin taleyi ilə maraqlanmamış, onun kimin istifadəsində olmasını araşd ırmamışdır. Müəyyən olunduğu kimi bağ sahəsinin icarəçisi olmuş X12 2011-ci ildə vəfat etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildi
Məhkəmə qərarları › İş №2(102)-5184/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5184/2019
31.07.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver