Məhkəmə qərarları › İş №2(102)-5185/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5185/2022

11.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5185/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər,Əhmədova Mehparə Tofiq qızının (məruzəçi), Ələsgər Əliyev Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə “əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4613/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 noyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) 01 sentyabr 2003-cü il tarixdə Aşağı Ağcakənd qəsəbə orta məktəbinə ixtisası üzrə müəllim, 22 aprel 2010-cu il tarixdə Aşağı Ağcakənd qəsəbə tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 14 sentyabr 2012-ci il tarixdə Bayan kənd ümumi orta məktəbinə Biologiya müəllimi vəzifəsinə təyin edilmişdir. 2. 01 fevral 2017-ci il tarixdə iddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsi müvvəqəti olaraq həvalə edilmişdir. 20 dekabr 2017-ci il tarixdə Təhsil Nazirliyinin əmri ilə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor təyin edilmişdir. 3. xx.xx.2021-ci il tarixli Təhsil Nazirliyinin İnsan Resursları tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının sədri Səmayə Şabanovaya göndərilmiş təqdimatdan görünür ki, Mərkəzi İcra hakimiyyətləri orqanları rəhbərlərinin vətəndaşların qəbulu qrafikinə uyğun olaraq xx.xx.2021-ci il tarixində X2 Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktorunun hüquqazidd əməllərə yol verməsi barədə şikayət xarakterli müraciətində qaldırılan məsələlərin yerində araşdırılması məqsədilə xx.xx.2021-ci il tarixdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən yoxlama keçirilmişdir. Yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmamazlıları nəzərə alaraq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edildiyini və bu barədə münasibət bildirilməsi xahiş olunmuşdur.

4. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin və Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində aparılmış yoxlama nəticəsində aşkar olunmuş nöqsan və çatışmamazlıqlar qeyd olunmuşdur.

5. ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli 01 nömrəli iclas protokolundan edilmiş çıxarışdan görünür ki, Əhmədova Sədaqət Məmmədəli qızının sədrliyi ilə keçirilmiş iclasda Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsin in 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli xx-xx-1507/10 nömrəli məktubu nəzərə alınaraq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqəsədəmüvafiq hesab edilmişdir.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş K-1400 nömrəli xx.xx.2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” əmrdən görünür ki, Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verildiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilələri üzrə öhdəlikləri və vəzifə funksi yalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə ləğv edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonracavabdeh) qarşı “əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmağı barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1400 saylı əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə bərpa olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, çoxillik əmək fəaliyyəti zamanı kollektivin nüfuzunu qazanmış, intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri qüsursuz yerinə yetirmiş, heç bir nöqsanı olmamış, rəhbərlik tərəfindən xəbərdarlıq, irad tutma, töhmət almamışdır. Məzuniyyətdə olduğu dövrdə yoxlama keçirilmiş, həmin yoxlamanın nəticəsi olaraq, tərtib olunmuş akt həmin gün deyil, başqa bir vaxtda iddiaçı tərəfindən tələsik imzalanmışdır. Aktda göstərilmişdir ki, sonuncu verilmiş 3-4 əmr əmək kitabında yoxdur. Bununla əlaqədar həmin əmrlər hazır olmuş, əmr kitabının arasında olmuşdur. Sadəcə praktikada belə bir hal olur ki, əmrlər müəyyən texniki dəyişiklik ola biləcəyi ehtimalına görə kitaba bir neçə gün ərzində köçürülür. Sonra göstərilmişdir ki, pedoqoji şuranın protokol kitabına sonuncu 1 iclasın protok olu daxil edilməmişdir. Əslində həmin protokol da hazır olmuş, protokol kitabının arasında vərəqdə olmuş, sadəcə kitaba köçürülməmişdir. Daha sonra göstərilmişdir ki, dərs dinləmələr olmamışdır. Bununla əlaqədar ölkədə olan mövcud pandemiya şəraiti ilə əlaqədar ümumi təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesi distant (məsafədən) formada təşkil olunmuş, 08 fevral 2021-ci il tarixdən isə növbəli iş rejiminə keçirilmişdir. Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması çətinlik yaratdığından dərs dinləmələr olmamışdır. Çünki, pandemiya şəraiti olmuş, otaqlar böyük olmadığından hərkəsi biryerə yığmaq və eyni zamanda şagirdlər arasında sosial məsafə yaratmağa çalışmaq çətinlik törətmişdir. Həmçinin göstərilmişdir ki, texniki işçi X1 dərs vaxtı işdə olmamışdır. Bununla əlaqədar bildirirəm ki, texniki heyətə dair tələblər barədə Nazirlər Kabinetinin qərarında göstərilmişdir ki, texniki heyət üçün növbəli iş rejimi tətbiq olunur və onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra təşkili təmin edilməlidir. Cavabdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 19 aprel 2022-ci il tarixli, 2(005)-1503/2022 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, hazırda iddia t ələbi üzrə müəyyən olunmuş halların qeyd olunan tələblərlə uzlaşdırılması zamanı uyğunzuluqlar aşkar olunmuşdur. Belə ki, göründüyü kimi iddiaçının işlədiyi Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində yoxlama 12 iyul 2021-ci il tarixdə aparılmışdır. Daha sonra 29 oktyabr 2021-ci il tarixdə xx-xx-1507/10 nömrəli təqdimatla Təhsil Nazirliyinin İnsan Resursları tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Sonuncunun xx.xx.2021-ci il tarixli, 01 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş təqdimat üzrə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədə müvafiq hesab edilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda cavabdeh tərəfindən tə qdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrinin düzgün icra edibetməməsinin müəyyən olunması zəruridir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. Qeyd olunan halların müəyyən edilməsi zamanı işə götürən tərəfindən yol verilən pozuntuları xx.xx.2021-ci il tarixdə aşkar etməsinə baxmayaraq, işçi barəsində müvafiq inzibati tənbeh xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Odur ki, hazırda işəgötürən tərəfindən qanunvericliyin imperativ normalarının pozulmaqla işçiyə inzibati tənbeh tətbiqinə yol verildiyi müəyyən olunmuşdur.

12. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68.1, 68.2, 71.2, 80, 8 0.2, 186.1, 186.2, 187.1,187.2, 311-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1. 112.1.3, 124.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin hansı əsasla ləğv edilməsini əs aslandırmamış, yalnız Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, müddəti tətbiq etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı tərəfindən yol verilən pozuntular xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, işçi barədə müvafiq inzibati tənbeh xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Odur ki, işəgötürən tərəfindən qanunvericiliyin imperativ normaları pozulmaqla işçiyə inzibati tənbeh tətbiq olunmuşdur. Bununla da, məhkəmə prosessual pozuntuya yol vermişdir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin iş materiallarından göründüyü kimi, mübahisə tərəfi müddətin tətbiqi ilə bağlı ərizə verməmiş və müddəti mübahisələndirməmişdir. İşə baxan məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş yoxlama aktında sadalanan nöqsanların əsaslı olub-olmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması, mübahisələdirilən əmrin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olub-olmaması və s. kimi hallar araşdırılmamış, qətnaməd ə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara və cavabdehin izahatına və təqdim olunan sənədlərə münasibət bildirməmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya məhkəməsi) 05 iyul 2022-ci il tarixli, 2(103)-4613/2022 saylı qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin normaları pozulmaqla işçi barəsində intizam tənbehinin tətbiqinə yol veril diyi üçün birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

17. Həmçinin, apellyasiya instasiyası məhkəməsi bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil Nümayəndə) apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vererək qətnamənin ləğv edilməsi, işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

19. Cavabdeh kassasiya şikayətinin onunla əsaslandırmışdır ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin iş materiallarından göründüyü kimi, araşdırılması tələb olunan halları, habelə araşdırmanın nəticəsində əldə olunan sənədlərin müvafiq aidiyyatı şöbələrdə araşdırılmasının zəruriliyini nəzərə almadan məhkəmə ƏM-nin 187.2-ci maddəsini tətbiq etmişdir. Bildiririk ki, işə baxan məhkəmən müddəti tətbiq edərkən ƏM-nin 187.3- cü maddəsinin tələbinə əhəmiyyət verməmişdir.

20. Həmçinin, cavabdeh MPM-in 88-ci maddəsini rəhbər tutaraq bildirmişdir ki, iş materiallarına əlavə olunmuş sübutlara hüquqi qiymət verilməmişdir. Apellyas iya instansiyası məhkəməsi yalnız, ƏM-nin 187.2-ci maddəsində nəzərdə tutulan müddətin tətbiqi ilə kifayətlənmiş və təqdim olunan sübutlara əhəmiyyət verməmişdir.

21. Kassasiya şikayətini əsaslandıran zaman cavabdeh qeyd etmişdir ki, işə baxan məhkəmə qərar qəbul edərkən maddi hüquq normasını AR Əmək Məcəlləsinin 187.3-cü maddəsinə əhəmiyyət verməmiş, ona görə də, iş üzrə səhv nəticəyə gələrək qanunsuz qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

23. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

24. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdə n birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

25. Maddə 70 (ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

26. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmə k funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun.

27. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

28. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə a şkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıla rı ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli g ələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

38. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Təhsil Nazirliyinin əməkdaşları tərəfindən iddiaçının işlədiyi Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində xx.xx.2021-ci il tarixdə yoxlama aparılmış və nəticəsinə dair akt tərtib edilmişdir. Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdimatla ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 01 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş təqdimat üzrə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı əmək müq aviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunan halların müəyyən edilməsi zamanı işəgötürən tərəfindən yol verilən pozuntular xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, işçi barəsində müvafiq intizam tənbehi tədbiri 4 aydan artıq müddət sonra, xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Halbuki, əmək qanunvericiliyinin tələblərinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər.

39. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının fəaliyyətində aşkar edilmiş nöqsanlara görə intizam tənbehinin tətbiq edilməsi üçün son tarix xx.xx.2021-ci il olmalı olduğu h alda, cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə aşkar olunmuş həmin nöqsanlara görə xitam verilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutların İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam vermək üçün kifayət etməməsi barədə məhkəmələrin gəldiyi nəticə əsaslı olmamışdır.

41. İddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinin pozulması, təkcə həmin normalarda nəzərdə tutulmuş müddətlərin işəgötürən tərəfindən ötürülməsi iddianın təmini üçün kifayət olması barədə ape llyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə bu müddətin hesablanması zamanı işdə olan hansı sübutlara istinadən 6 aylıq müddətin keçməsini qətnaməsində dəqiq göstərə bilməmişdir. Halbuki bu halların müəyyən olunmasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş müddətlərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının peşə fəaliyyətinin yoxlaması xx.xx.2021-ci il tarixdə aparılmış və işəgötürənin intizam tənbehinin tətbiq edilməsi üçün son tarixi xx.xx.2022-ci il tarix olmuşdur. Belə olan halda isə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması işdən görünmür.

43. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə görə intizam xətası nın törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.

44. Məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının peşə fəaliyyətinin yoxlaması tarixi ilə işəgötürənin intizam tənbehinin tətbiq edilməsi üçün son tarixinin müəyyən edilməsi, işəgötürənin K-1400, 18 noyabr 2021-ci il tarixli əmrinin qəbul edilməsi zamanı qanunvericilikdə qeyd olunan müddətlərin ötürülməsi əsaslarından başqa digər əsasların olub-olmamasının, həmçinin işəgötürən tərəfin dən aparılmış yoxlamanın qanuniliyi barədə ətraflı araşdırma aparmalıdır.

45. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir.

46. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin kassasiya şikayətində göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdır ılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4613/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

47. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Res publikası Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4613/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar