Məhkəmə qərarları › İş №2(102)-5186/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5186/2022

31.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5186/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququnun itirilməsi, mənzildən və qeydiyyatdan çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3177/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakılar müəyyən etdi: İşin halları

1. Nərimanov Rayon Məhkəməsinin 2(002)-1860/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X2 cavabdeh X5 qarşı "nikahın pozulması" tələbinə dair iddia ərizəsi təmin edilmiş, X6 ilə X7 arasında xx.xx.2006-cı ildə Bakı şəhəri Səadət Sarayında (Bakı Nikah Evi) qeydə alınmış və 1505 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X8 və 15 12 2007-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması, cavabdehdən xx.xx.2018-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması ilə bağlı hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat hər ay sabit pul məbləğində aliment alınaraq iddiaçıya ödənilməsi qət edi lmişdir.

2. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, 436 (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Firuz Qəmbərov küçəsi, 78, M15, M6) nömrəli ümumi sahəsi 121,4 kv metr olan mənzili xüsusi mülkiyyət hüququ üzrə cavabdeh X2 adına daşınmaz əmlakın dövlət reyestrində 3057 nömrəli reyestr kitabının 285440 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 18, M7, 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2640 nömrəli reyestr kitabının 245919 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) onun mülkiyyətində olan ünvan 1 ünvandakı mənzilindən istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması və mənzildən qeydiyyatdan çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvandakı mənzil onun mülkiyyətidir. Hazırda həmin mənzildən qanunsuz və əsassız olaraq cavabdeh istifadə edir. Cavabdeh onun mülkiyyətində olan mənzildən təkbaşına istifadə etməklə kifayətlənməyərək, iddiaçının bir mülkiyyətçi kimi mülkiyyət hüququnu kobud surətdə pozmaqdadır. Belə ki, onun qanuna zidd hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan mənzilindən nəinki istifadə edə bilmir, ümumiyyətlə mənzilinə daxil ola bilmir. Cavabdeh onun oğlu X1 həyat yoldaşı olmuşdur. Oğlu ilə cavabdeh arasındakı nikaha cavabdehin iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Onların arasındakı nikaha xitam verildiyi 2018-ci il tarixdən oğlu qeyd edilən mənzili tərk edərək başqa ünvanda yaşayır. 2018-ci ildən bu günə qədər cavabdeh mülkiyyətindəki mənzildən təkbaşına istifadə etməyə başlamışdır. Baxmayaraq ki, onunla aralarında olan qohumluq münasi bətlərə son qoyulmuşdur. Cavabdeh oğlundan ayrıldıqdan sonra, onunla və iddiaçının digər ailə üzvləri ilə bütün əlaqələri tam kəsmişdir. Hətta iddiaçının nəvələri ilə əlaqələrini kəsmişdir. Cavabdehin oğlu ilə birgə nikahından iki azyaşlı uşağı vardır. İddiaçı cavabdehə dəfələrlə şifahi müraciət edərək, mənzilin boşaltmasını tələb etməsinə baxmayaraq, cavabdeh onun tələblərinə əhəmiyyət belə verməmişdir. İddiaçı məcbur olub cavabdehə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində yazlı qaydada müraciət edərək mülkiyyətində olan mənzildən çıxmasını tələb etmişdir. O məcbur olaraq xx.xx.2021-ci il tarixdə Nərimanov Rayon Polis idarəsinin qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdehin mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin 2015-ci ildə alınan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27 A, mənzil 436 (Yeni qaydada: ünvan 3 ünvanda üç otaqlı və tam təmirli mülkiyyətində mənzili vardır. 2019-cu ildə isə həmin mənzilə Çıxarış almışdır. Cavabdehin mülkiyyətində təmirli üç otaqlı mənzilin olmasına baxmayaraq, iddiaçının mülkiyyətindən qanunsuz istifadə etməklə yanaşı, onun mülkiyyət hüququnu qəsdən pozur. Cavabdeh iddiaçının ərizəsi əsasında mənzilə qeydiyyata götürülmüşdür. Cavabdehlə hər hansı bir qohumluq münasibətlərinin olmamasına baxmayaraq, cavabdeh ona vaxtilə göstərilmiş insani münasibət və hörmətdən sui-istifadə edir.

6. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməmiş və göstərmişdir ki, cavabdeh onun mülkiyyətində olan ünvan 4 ünvandakı mənzilində yaşamışdır. İddiaçı öz iddi a ərizəsində cavabdehin istifadə hüququnun olmasını qəbul etmişdir. Buna görə də həmin hüquqa kompensasiya verməklə xitam verilə bilər. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İddiaçı həmin razılaşmanın olduğunu və ya olmadığını sübut etməlidir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-4555/2021 nömrəli iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 18, M7, 2 nömrəli mənzildən çıxarılması qət edilmiş, iddianın “Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 18, M7, 2 nömrəli mənzildən istifadə hüququnun itirilməsi” hissəsi istifadə hüququnun olmaması əsası ilə rədd edilmişdir. (Hazırkı iş üzrə çıxarılmış qətnamə Cavabdeh ünvan 5 ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır).

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması məsələlərinə hüquqi qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olm aması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” prizmasından yanaşılır. Eyni yanaşma qismən Mülki Məcəllənin 228.1-ci maddəsində də müşahidə olunur. Belə ki, bu maddədə "ailə üzvləri" məfhumu ilə yanaşı "digər şəxslər" məfhumu da təsbit edilmişdir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, birmənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Bununla belə, Cavabdeh İddiaçı münasibətdə “ailə üzvü” deyil, “digər ailə üzvü” statusuna malik olan şəxsdir. Bu baxımdan da cavabdeh Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinə uyğun olaraq “digər ailə üzvü” kateqoriyasına aid edilməli və bu səbəbdən onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyest rində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır.

9. Bununla belə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə Mülki Məcəllənin 228-ci maddəsi ilə müəyyən edilmiş hər hansı hüquqi tədbir görməd ən qeydiyyata alınmaqla yaşaması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüquqa xitam verilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi "istifadə hüququnun itirilməsi" hissəsində əsassız hesab edilməli və rədd olunmalıdır.

10. Məhkəmə iddia tələbinin "cavabdehin mənzildən çıxarılma" hissəsi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan iddiaçının mülkiyyətində olan mənzildə yaşaması sonuncunun öz mülkiyyətində istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün Cavabdeh həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və o mənzildən çıxarılmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.3, 152.5, 157.4, 228.1, 228.2 və 228.5-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü, Konstitusiyanın 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəllə sinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarlarına və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1,2 və 9-cu maddəsinin 5-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində cavabdehin istifadə hüququnun olmasını qəbul etmişdir, buna görə də həmin hüquqa kompensasiya verməklə xitam verilə bilər, digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranm ası üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur, həmin tarixli qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur, iddiaçı həmin razılaşmanın olduğunu və ya olmadığını sübut etməlidir. Əlavə olaraq onu cavabdeh notariat kontorunda vaxtı ilə hər hansı bir sənədlərə imza atmışdır və bu sənədlərin elə razılaşma olması istisna olunmur, bunu iddiaçı istifadə hüququna xitam vermək tələbini irəli sürməklə dolayısı yolla təsdiq edir, ona görə müvafiq qurumlara sorğuların göndərilməsi zəruriyyəti var.

14. Apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiya sının (2(103)-3177/22 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi, mənzildən və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki iş üzrə icraata qeydiyyatdan çıxarılma hissəsində xitam verilməsi qərara alınmışdır

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3177/22 nömrəli iş üzrə 26 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mənzildən çıxarılması”na dair iddianın təmin edilməsi və “istifadə hüququnun itirilməsi”nə dair iddianın rədd edilməsi hissələrində apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, qətnamənin “mənzildən və qeydiyyatdan çıxarılma”nın təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, cavabdeh mənzilin mülkiyyətçisi ilə aralarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, c avabdehin mübahisəli mənzilə istifadə hüququnun mövcud olmadığı müəyyən edilmişdir. Mövcud olmayan hüquqa xitam verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdehin mübahisəli mənzildə istifadə hüququnun mövcud olmaması, həmin mənzilə hər hansı hüquqi bağlılığının olmaması səbəbindən onun həmin mənzildən çıxarılmasına dair tələb də əsaslı olmuşdur.

17. Apellyasiya məhkəməsinin qənaətinə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.4, 228.1 və 228.2-ci, MPM-in 771, 88 və 217.2-ci, Konstitusiyanın 13 və 29-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi araşdırma aparmamış, iş materiallarına diqqətlə yanaşmamış və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə mənzilin mülkiyyətçinin mənzilə istifadə hüququnun yaranmasına etiraf etməsinə qiymət verməmiş, cavabdehin həmin mənzillə bağlı hər hansı bir müqavilələrin mövcud olub-olmaması barədə sorğular göndərməmişdir. b)

21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

22. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29, bənd

1. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.

24. Maddə 29, bənd

2. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlə t tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

27. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olma sın.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasla ndırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı. 41. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini iş materiallarına əsasən araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normala ra əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3177/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar