Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5187/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "evin alınması üçün ödənilmiş pulun qaytarılması” barədə ilk, Cavabdeh İddiaçı qarşı "pulun qaytarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-2132/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan x ünvanında yerləşən 7 saylı evin ona satılmasına dair x xxxxxx 2014-cü il tarixdə bağlanmış AN-İ №0449861 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona bank vasitəsilə ödədiyi 15000 manat pulun və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 8000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) 2(003)-1997/2019 sayl ı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “evin alınması üçün ödənilmiş pulun qaytarılması" tələbinə dair ilk iddiası təmin edilməsi, Cavabdeh məxsus olan x ünvanında yerləşən 7 saylı evin İddiaçı satılmasına dair xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AN-İ N»0449861 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh bank vasitəsilə İddiaçı ödədiyi 15.000 manat pul Cavabdeh alınaraq İddiaçı qaytarılması, qarşılıqlı iddia təmin edilməməsi, ilk iddia üzrə Cavabdeh 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iş üzrə 127 manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkə məsinin (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov və Zaur Əliyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1997/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-2132/2020 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr tərəfindən faktlar araşdırılarkən işin həqiqi halları düzgün müəyyən edilməmişdir. İddiaçı iş üzrə tərəf olsa da, o çoxsaylı məhkəmə iclaslarında iştirak etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evini satmaq niyyəti olmamış, belə əqdin bağlanmasına razılıq verməmişdir. Məhkəmələr işə baxarkən, pulun qaytarılması üzrə belə hesab etmişlər ki, Bankın verdiyi rəsmi sənəddə cavabdehin imzası olduğu üçün evin satılmasına dair alqı-satqı müqaviləsi üzrə İddiaçı 15.000 (on beş min) manat pul almışdır. Lakin bu belə deyildir, əksinə həmin pul cavabdehin özünə məxsus olmuşdur. Həmin pulun kimə aid olması ilə bağlı məhkəmələr tərəfindən araşdırma səthi aparılmışdır. Onun İddiaçı etibarnaməni həyətyanı torpaq sahəsini özəlləşdirmək məqsədilə verdiyini və bununl a əlaqədar Rəcəbin onu aldadaraq bu işi görmək üçün pul lazım olduğunu bildirməsini, tələb ediln 15000 manat pulun onun tərəfindən ayrı-ayrı şəxslərdən borc alınaraq ona verdiyini və həmin pulun bir hissəsinin hissə-hissə İddiaçı tərəfindən ona qaytarılmasını məhkəmələr nəzərə almamışdırıar. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümk ün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya şikayətinin dəlilləri əsasında qətnamənin qanuniliyi tam yoxlanılır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda reyestrdə 4Ə-2181 sayla qeyd edilmiş, tərəflərin foto görüntülərinin də əks olunduğu AN-İ № ******* saylı xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 15000 manata İddiaçı satmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixədək daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə bəy ənib, qiyməti ilə razılaşdığı vəziyyətdə İddiaçı faktiki sahibliyinə verməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götürür (müqavilənin 11 və 13-cü bəndləri) (səh.9); “xxxx” ASC tərəfindən təqdim edilmiş sənədlərdən aydın olur ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunun notariusu xx xxxxxx 2014-cü il tarixdə, “xxxx” ASC-nin Asan 3 şöbəsinə müraciət edərək, İddiaçı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 15000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra notarius məktubu əsasında Cavabdeh verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. 15000 manat İddiaçı tərəfindən notariusun “xxxx” ASC-nin Asan 3 şöbəsindəki depozit hesabına ödənilmiş və bu barədə xx.xx.2014-cü il tarixli FJB *** *******560 saylı mədaxil elanı verilmişdir. Cavabdeh Əzizbəyov RPİ tərəfindən verilmiş xx xxxxx 2003-cü il tarixli seriya AZE № 00****** saylı şəxsiyyət vəsiqəsini təqdim etməklə, çekdə göstərilən məbləği aldığına dair qeydi imzalayaraq, alqı-satqı üzrə depozitdə ödənilmiş 15000 manat pulu xx xxxxxx 2014-cü il tarixdə almışdır (səh.10-13); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 19245 saylı rəyinə əsasən, “xxxx” ASC-nin Yasamal filialının adından olan Çek ABB-1 seriyalı, ******* nömrəli çekin kserosurətində “çekdə göstərilən məbləği aldım imza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur (səh.92); Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-138/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilər ək x ünvanında yerləşən yaşayış evinin İddiaçı satılması barədə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış və 3 saylı Bakı «Asan xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi, cavabdeh İddiaçı 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması, iş üzrə 100 manat məbləğində ekspertiza xərci İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi q ət edilmişdir (səh.22). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-294/2018 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qeyd edilmişdir ki, tərəflər arasında mövcud olmuş çoxsaylı mübahisələr zamanı iddiaçının evin satılması barədə belə bir planının, imkanının olmasına ehtimal edən heç bir sübut, dəlil aşkar edilməmişdir. Əksinə, iddiaçıya məxsus olan və real dəyərindən qat-qat aşağı qiymətə evin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və evin məhz hansı qiymətə satın alınmasına cavabdehin israr etməsi, mənzilin alqı-satqı müqaviləsi həyata keçirildikdən sonra iddiaçının qalaraq həmin evdə yaşaması halı ona dəlalət edir ki, iddiaçı belə bir əqdin bağlanmasına razılıq verməmişdir (səh.144); Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3883/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-294/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (səh.138). Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə istinad edərək, alqısatqı əqdi etibarsız hesab edildiyindən, həmin əqd üzrə alınmış 15000 manat pulun qaytarılması barədə iddianı təmin etmiş, cavabdehin həmin pulun onun özünə məxsus olması və İddiaçı tərəfindən aldadılaraq ondan alınması və bir hissəsinin qaytarılması, 8000 manat hissəsiin isə ödənilməməsi barədə qarşılıqlı iddia tələbinin müvafiq sübutlarla təsdiq edilməd iyi qənaətinə gələrək, qarşılıqlı iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5, 339.2, 339.5, 560; MPM-nin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırki mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2, 339.5 və 337.5-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, hazırki mübahisədən öncə mövcud olmuş məhkəmə aktları ilə (mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) müəyyən edilmiş faktlar pulun ödənilməməsi əsası dəlili ilə müqavilənin etibarsızlığına qiymət verməmiş və bu halı müəyyən edilmiş fakt kimi təsbit etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri düzgün tətbiq olunmuşdur. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödə məlidir. İşdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi ləğv edilmiş və həmin əqd əsasında evə dair iddiaçının adına aparılmış qeydiyyat ləğv edilmişdir. Belə olan halda, həmin müqavilə üzrə iddiaçının (alıcı) notariusun depozit hesabına köçürdüyü və xx.xx.2014-cü il tarixdə cavabdeh tərəfindən qəbzə imza edilərək, bankdan alınmış 15000 manat pul vəsaiti də iddiaçıya geri qaytarılmalıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh həmin pul vəsaitinin onun özünə məxsus olduğunu və İddiaçı tərəfindən aldadılaraq ondan alındığını, bir hissəsini qaytardığını, 8000 manatının isə hələ də qaytarılmadığını bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir. Həmçinin əqdin etibarsız hesab edilməsi barəd ə iddia üzrə qəbul edilmiş məhkəmə aktlarında əqd üzrə 15000 manat pulun Cavabdeh ödənilməməsi, həmin vəsaitin Cavabdeh özünə məxsus olması müəyyən edilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyy ənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitu siya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə şərh etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edi lmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin əsaslı olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Cavabdehin kassasiya şikayətində işin həqiqi hallarının tam araşdırlmaması barədə göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2132/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5187/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5187/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver