Məhkəmə qərarları › İş №2(102)-5189/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-5189/2023

30.12.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5189/2023 30.12.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (sədirlik edən məruzəçi) Əhmədov Əhməd Abbas oğlunun və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Üçüncü şəxs Ax və cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X cavabdeh x mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AX qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x ödədiyi müavinətdən gəlir vergisi kimi tutulan 5018,00 (beş min on səkkiz) manat məbləğinin ona ödənilməsinə dair qətnamə qə bul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(005)-2092/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən üçüncü şəxs X apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli, 2(103)-5663/2023 saylı qətnaməsi ilə üçüncü şəxs X tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(005)-2092/2023 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamədən narazı qalan cavabdeh x və üçüncü şəxs X kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh x Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023-cü il qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimü mkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, cavabdeh Ax birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs X apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda isə cavabdeh x kasssiya şikayəti vermək hüququnu istisna edilir. MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş mə hkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Nəzərə alınmalıdır ki, cavabdehin kassasiya şikayəti qaytarıldıqdan sonra üçüncü şəxsin kassasiya şikayəti Ali Məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 403, 404-1.1, 404-1.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh X Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2023cü il tarixli, 2(103)-5663/2023 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar