Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-519/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi Nümayəndə və vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(012)891/2019, hakim C.İ.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 39 saylı sərəncamına əsasən ona yaşayış evi tikmək üçün ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsinin yerinin müəyyən edilməsi, həmin torpaq sahəsində qanunsuz inşa olunmuş hasarın cavabdehlərin hesabına sökülməsi, onların torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən onun istifadə hüququna qanunsuz maneələrin aradan qaldırılmaqla istifadə hüququnun təmin edilməsi” tələblərinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-2518/2019, hakimlər E.G.Rəhimov, G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiy i kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 39 saylı sərəncamına əsasən mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Saray üzümçülük sovxozunun xx.xx.1994-cü il tarixli, 59 saylı əmri ilə qəsəbə daxilində boş, istifadəyə yararsız torpaq sahələri və Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 233 saylı sərəncamı ilə Saray qəsəbə icra nümayəndəliyinin sərəncamına verilmiş 25 ha torpaq sahəsindən X3 yaşayış evi tikmək üçün 0,20 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayən dəliyinin xx.xx.1999-cu il tarixli, 39 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0,20 ha torpaq sahəsində yaşayış evi tikmək üçün icazə verilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı idia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 39 saylı sərəncamına əsasən ona yaşayış evi tikmək üçün ayrılmış 0,20 ha həyətyanı torpaq sahəsinin yerinin müəyyən edilməsi, həmin torpaq sahəsində qanunsuz inşa olunmuş hasarın cavabdehlərin hesabına sökülməsi, onların torpaq sahəsindən çıxarılması və torpaq sahəsindən onun istifadə hüququna qanunsuz maneələrin aradan qaldırılmaqla istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, apellyasiya intansiyası məhkəməsi heç bir ekspertiza keçirməmiş, cavabdehlərin həmin torpaq sahəsinə dair sənədlərinin olub-olmamasını araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. əhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı lara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özb aşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Qanunvericiliyin tələblərinə görə mülkiyyətçinin öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməməsi və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi zamanı üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır: 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır: 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçıya Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 39 saylı Sərəncamına əsasən yaşayış evi tikmək üçün ayrılmış 0, 20 ha həyətyanı torpaq sahəsinin harada yerləşməsi barədə hər hansı sənəd (torpaq ayrılma aktı, plan, sxem və s.) iş materiallarında mövcud deyildir. İddiaçı bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, bu onun vəzifəsidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki,iddiaçıya torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncam olsa da, bu torpaq sahəsinin harada yerləşməsi və onun sərhədləri barədə hər hansı sübut mövcud olmadığından İddiaçı hazırda qaldırdığı iddianın təmin edilməsi və ya iş üzrə hər hansı ekspertizanın aparılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sü butlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-519/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-519/2020
23.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver