Məhkəmə qərarları › İş №2(102)-519/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-519/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-519/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-519/21 (Açar sözlər: pul tələbi, üzləşmə aktı) Bakı şəhəri, 09 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-3733/2020 nömr əli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Şirkəti iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13267,89 manat əsas borcun, 30 manat dövlət rüsumu və 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablanmaqla 13267,89 manat penya olmaqla, cəmi 26565,78 manat məbləğində borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh arasında bağlanmış 72/18 saylı, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb. Müqavləyə əsasən Cavab deh iddiaçı şirkətin istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur.

3. Müqavilənin 3.2 bəndinə əsasən cavabdeh, malların verilməsindən 30 gündən gec olmayaraq aldığı malların dəyərini ödəməlidir.

4. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və cavabdehlə xx.xx.2019-cu il tarixdə imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilmişidir.

5. Akta əsasən cavabdeh yaranmış 13267,89 manat borcu etiraf edərək yaxın vaxtlarda həmin məbləği ödəməyi öz üzərinə götürsə də indiyədək borc qalığını ödəməmişdir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 430.1, 442, 443.1, 448.1 və 449.1-ci maddələrinə istinad etmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz olaraq göstərib ki, yalnız müqavilədə nəzərdə tutulan akt öhdəliyin yaranması üçün əsa s deyildir. Belə ki, Mülki Məcəllədə öhdəliyin yaranması əsasları konkret olaraq göstərilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanan alğı-satqı müqaviləsi məhkəməyə təqdim edilsə də, bu müqavilənin adı mahiyyəti ilə üst-üstə düşmür. Belə ki, həmin müqavilənin adı alğı-satqı müqaviləsi olsa da, əslində müqavilənin təhliliindən görünür ki, həmin müqavilə mahiyyət etibarı ilə əməkdaşlıq müqaviləsidir. Belə müqavilədə isə öhdəlik nəzərdə tutula bilməz.

8. Bundan əlavə, iddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

9. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1014/2020 saylı, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Solmaz Mustafayeva)

10. Birinci instansiya məhkəməsi qeyd edib ki, hazırkı işdə öhdəliyin yaranma əsa sı kimi xx.xx.2019-cu il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktına istinad edildiyindən mübahisəyə müqavilə münasibətləri çərçivəsində qiymət verilməlidr.

11. Məhkəmənin mövqeyinə görə Mülki Məcəllənin 882.1-ci və 882.2-ci maddələrinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

12. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən onu da nəzərə aldığını qeyd edib ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin (o cümlədən müqavilənin) həqiqiliyi prezumpsiyası qəbul edilməlidir.

13. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli öhdəliklərin qarşılıqlı tanınması aktına bu aspektdən yanaşaraq vurğulayıb ki, tərəflər həmin əqdi notariusun yanında imzalamadıqlarından cavabdehin iradəsinin ifadəsi və bu iradənin qanunsuz hərəkətlərlə (aldatma, hədə-qorxu gəlmə və s.) zədələnməmiş olması şübhə altına alınmışdır. Eyni zamanda sözügedən aktda zəruri rekvizitlər (öhdəliyin yaranması mənbəyi və s.) öz əksini tapmamış, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiymətini əks etdirməsi nəzərdə tutulan Razılaşma Protokolu və Qaimə faktura iş materiallarına əlavə edilməmişdir.

14. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçının ö hdəliyin yaranması əsası kimi irəli sürdüyü öhdəliklərin qarşılıqlı tanınması aktı mötəbər sübut kimi qəbul edilə bilməz, buna görə də iddia rədd edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 882.1-ci və 882.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı qətnamədən apellyasiya şikayəti verib.

17. Apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə, işin faktiki hallarına düzgün qiymət verilməməsinə istinad edilmişdir.

18. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək göstərib ki, aktın mövcudluğunu mübahisələndirmirlər, lakin həmin akt öhdəliyin yaranması üçün əsas deyil.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)- 3733/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1014/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 13267,89 manat (on üç min iki yüz altmış yeddi manat, səksən doqquz qəpik) əsas borc, 200 (iki yüz) manat penya, cəmi 13467,89 manatın (on üç min dörd yüz altmış yeddi manat, səksən doqquz qəpik) alınaraq iddiaçı "xxxx" Şirkətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatının iddiaçıya aid edilməsi, 15 (on beş) manatının isə Cavabdeh tutularaq iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilmə si, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun 07,50 (yeddi manat əlli qəpik) manatının iddiaçıya aid edilsin, 07,50 (yeddi manat əlli qəpik) manatının isə Cavabdeh tutularaq iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilməsi qət edilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov)

20. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" Şirkəti bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.3cü bəndinə əsasən “alıcı” və “satıcı” arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasın da bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması” aktı ilə müəyyən edilir. Tərəflər arasında bağlanmış öhdəliklərin qarşılıqlı tanınması haqqında xx.xx.2019-cu il tarixli Akta əsasən cavabdehin iddiaçıya olan borcu bu aktın imzalanması tarixinə 14299,76 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borcunun 10 gün ərzində ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçı ilə alğı-satqı müqaviləsi üzrə əməkdaşlığa başladığı dövrdən indiyədək qalıq borc məbləği 13267,89 manat təşkil edir.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlə iddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanması mübahisəsizdir. İddiaçı borcun yaranma əsası kimi “Öhdəliklərin qarşılıqlı tanınması” aktına istinad edir. Tərəflərin heç biri aktın mötəbərliyini, hər iki tərəfin iradə ifadəsini əks etdirdiyini mübahisələndirmir. Cavabdeh tərəf sözügedən aktı öhdəliyin yaranması üçün əsas hesab etməyərək iddiaya etiraz edir.

22. Apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsinin qeyd edilən aktı notarial qaydada imzalanmaması əsası ilə şübhə altına alması düzgün olmayıb. Çünki cavabdehin nə özü, nə də vəkili sözügedən aktın cavabdehin iradə ifadəsi əleyhinə tərtib edildiyinə və imzalandığına dair hər hansı iddia və ya etiraz irəli sürməmişdir. Digər tərəfdən, apellyasiya baxışı zamanı cavabdehlə daha əvvəllər də imzalanmış eyni məzmunlu aktlar – xx.xx.2018, xx.xx.2018, xx.xx.2019-cu il tarixli aktlar – təqdim olunmuşdur. Həmçinin, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin 1.3cü bəndində “alıcı” və “sat ıcı” arasında mal dövriyyəsi və yaranmış borc qalıqlarının mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması” aktı ilə müəyyən edilməsi barədə tərəflər razılığa gəlmişlər. Ona görə də cavabdehlə periodik olaraq borc qalığı oxşar məzmunlu aktlarla rəsmiləşdirilmiş, həmin aktlar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan hazırkı iş üzrə tələbin əsası kimi təqdim olunmuş xx.xx.2019-cu il tarixli aktı öhdəliyin yaranması üçün əsas hesab etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

23. Apellyasiya məhkəməsi qeyd edib ki, qanunvericiliyə görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Buna görə də öhdəliklərin qarşılıqlı tanınması aktı ilə borc etir af olunduğundan borcun etirafı üçün xüsusi formaya riayət edilməsi məcburi deyildir.

24. Apellyasiya məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçı cavabdehdən 13267,89 manat əsas borcu tələb etməkdə haqlıdır.

25. Apellyasiya məhkəməsi dəbbə puluna aid hissədə iddia tələbi ilə bağlı qeyd edib ki, borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini, cəriməni öhdəliyin icrasının təmini üsulu olmasını, həmçinin cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin həcmini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 200 manat dəbbə pulu tutulmalıdır.

26. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 882.1, 882.2 və 467-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar ı a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti iddiaya etirazın əsaslarına uyğun belə əsaslandırılıb ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməyib.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün xx xxxxx 2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Lakin malların verilməsi barədə qaimə-fakturalar təqdim edilməmişdir.

30. İddiaçının istinad etdiyi borcun tanınması barədə akt isə borcun hansı şəraitdə, hansı öhdəliyin icra edilməməsi nəticəsində yarandığını əks etdirmir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirak çılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya sikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

33. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

157. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

38. İddia tələbi alqı-satqı müqaviləsinə əsasən cavabdehin aldığı malların pulunu qaytarması barədədir.

39. İddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halı kimi müəyyən edilib. Belə ki, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" Şirkəti həmin müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları Cavabdeh satmağı, sonuncu isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

40. İşin cavabdeh tərəfindən mübahisə edilən halı borcun mövcudluğudur. Öhdəliklərin qarşılıqlı tanınması” haqqında xx.xx.2019-cu il tarixli Akta əsasən isə cavabdeh iddiaçıya 14299,76 manat borcu olmasını təsdiq etmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən isə cavabdehin qalıq borc məbləğinin 13267,89 manat olması müəyyən edilmişdir.

41. Göründüyü kimi ca vabdehin 13267,89 manat borcu olması onun imzaladığı xx.xx.2019-cu il tarixli Akta təsdiqini tapmışdır.

42. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini şərtləndirmişdir.

43. Apellyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

44. Məhkəmə kollegiyası xx.xx.2019-cu il tarixli Aktı öhdəliyin yaranma əsası kimi qəbul edilməli olmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Çünki apellyasiya məhkəməsi müəyyən edib ki, sözügedə n aktın cavabdehin iradə ifadəsi əleyhinə tərtib edilməsi və imzalanmasına dair cavabdeh hər hansı iddia və ya etiraz irəli sürməmişdir. Üstəlik, iddiaçı ilə cavabdehin əvvəllər də eyni məzmunlu aktlar imzalaması onların öz öhdəliklərini periodik olaraq oxşar məzmunlu aktlarla rəsmiləşdirilməsi təsdiqini tapmışdır.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh Bayram oğlunun kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bayram oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-3733/2020 nömrəli, xx xxxx 2020-ci i l tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar