Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-519/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilin boşaldılması və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, yaşayış sahəsinin zəbtdən azad olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(103)518/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. SSRİ Yollar Nazirliyinin Oktyabr inqilabı ordenli Azərbaycan Dəmir Yolunun Bakı hissəsi tərəfindən verilmiş 13 aprel 1987-ci il tarixli qərara əsasən Azərbaycan Dəmir Yolları Bakı hissəsinin rəhbərliyi Azərbaycan SSR-nin Mənzil Məcəlləsinin 84, 95-ci maddələrinin tələblərini rəhbər tutaraq X3 ölümündən sonra ona məxsus Bakı şəhəri, Kaveroçkin küçəsi ev 13, blok 2, 8 saylı ümumi sahəsi 32 kv.m olan 2 otaqlı mənzilə dair övladları X6 və qızı İddiaçı ilə ayrılıqda müqavilə bağlanmasına icazə verib. Sənədə əsasən mənzilin 18 kv.metri 4 nəfərlik ailəsi ilə birlikdə oğlu X4, 13,0 kv.metri isə qızı İddiaçı adına rəsmiləşdirilməsi, otaqların hər birinin giriş çıxışı ayrı olmaqla kommu nal şərait ümumi istifadədə saxlanması qeyd edilmişdir.
2. Cavabdeh1 X2 qızıdır. 3. ünvan 1 ünvanında yerləşən və sahəsi 43,50 kv.metrdən ibarət mənzil tam mülkiyyət hüququ üzrə 25 yanvar 2020-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Bakı şəhəri, Kaveroçkin küçəsi ev 13, blok 2, 8 saylı mənzilə dair tərtib edilmiş 29 aprel 2013-cü il tarixli texniki pasportda mənzildə sahəsi 18,4; 18.4; 5,9; 5.1; 3,3; 6,8, 3,6, 13,6 və 13 kv.m olan sahələr göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzilin ona məxsus 13,5 kv.m hissəsinin boşaldılaraq iddiaçıya tə hvil verilməsi, mənzilin kirayəyə verilməsindən əldə edilmiş 2.000 manat qazancın 1.000 manatının Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzil iddiaçıya atası X1 miras qalmışdır. Ümumi sahəsi 32 kv.m olan mənzilin 13,5 kv.m hissəsi iddiaçıya, 18,5 kv.m hissəsi isə mərhum qardaşı Abdullaya miras qalmışdır. Abdulla vəfat etdikdən sonra, sonuncunun qızı Cavabdeh1 mənzilin ona aid olan hissəsini də qanunsuz zəbt edərək, ümumi mənzili kirayə vermişdir. Bununla bağlı o, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə şikayət ərizəsi ünvanlamış, ərizəsi araşdırıldıqdan sonra Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin təhqiqatçısı, polis mayoru Nizami Hüseynovun qər arı ilə miras qalmış mənzilin Cavabdeh1 tərəfindən Cavabdeh3 verilmiş etibarnamə əsasında Cavabdeh2 kirayəyə verildiyi, sonuncunun həmin mənzildə 4 aydır yaşadığı və mənzilə görə hər ay 500 manat olmaqla ümumilikdə 2.000 manat kirayə haqqı ödədiyi müəyyən edilmişdir. Qərarla mübahisə mülki xarakterli olması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehlərin hazırkı hərəkətləri iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi ilə müəyyən edilmiş hüquqlarının tam şəkildə həyata keçirilməsini əngəlləyir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(006)2248/2023 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia tələbi i lə məhkəməyə müraciət etməsi hüququ yaranmamışdır. İddiaçının mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüquqları və bu səbəbdən, bu mübahisə üzrə cavabdehlərə qarşı mənzilin boşaldılması və pul tələbinə dair iddia irəli sürmək hüququ yoxdur. Digər sözlə ifadə etdikdə, hazırkı iş üzrə iddiaçının iddia predmeti ilə bağlı mülki hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur.
9. Göründüyü kimi iddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırkı iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. Mübahisə predmeti olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsusdur.
10. Həmçinin iddiaçıya izah edilmişdir ki, mübahisələndirdiyi mənzil üzərində qeyd etdiyi sahə üzrə mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edəcəyi təqdirdə, cavabdehlərə qa rşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranacaqdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci bəndinə, Mülki Məcəllənin 157.2, 158.1-ci maddəsinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühə ndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2024-cü il tarixli rəyinə əsasən, Cavabdeh1 məxsus mənzilə dair verilmiş çıxarışda əks olunan sahə (kvadratmetr) həmin mənzilə dair Texniki Pasportda 1 (18.4 kv.m), 2 (18.4 kv.m) və 3 (5.9 kv.m) nömrələri ilə göstərilmişdir. 5.1 kv.m, 3.3 kv.m, 6.8 kv.m, 3.6 kv.m, 13.6 kv.m sahəsi olan yerləşkələr ümumi istifadə sahəsi kimi nəzərdə tutulduğundan, nömrələnmiş “üm”, yəni “ümumi istifadə” qeydi altında əks edilmişdir. Bundan əlavə, sahəsi 13 kv.m təşkil edən sahə digər şəxsə məxsus olduğundan, Texniki Pasportda ştrixlərlə göstərilməklə, edilməsi hüquqi xarakter daşıdığından məhkəmə tərəfindən müəyyən edilə bilər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və R eyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında tərtib edilmiş Texniki Pasport sənədində İddiaçı sahəsi işarələnməmişdir. Cavabdeh1 adına verilmiş çıxarışda ünvan 1-in ümumi sahəsi kimi göstərilmiş 43.5 kv.m sahə həmin mənzilə dair tərtib edilmiş Texniki Pasportda əks edilmiş 1, 2 və 3 saylı tikililərin ümumi sahəsi ilə (18.4+18.4+5.9=42.7) Çıxarışda göstərilən ümumi sahə arasında 0.8 kv.m fərq olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzilə dair tərtib edilmiş 29 aprel 2013-cü il tarixli texniki pasportda əks olunmuş 13.6 kv.m və 13 kv.m olan sahələrinin 8 saylı mənzilə texniki cəhətdən bağlılığı olduğu müəyyən edilmişdir. Belə ki, həmin sahələr ümumi mənzilin, yəni Cavabdeh1 mülkiyyətində olan hissəs i, ümumi istifadədə olan hissəsi və Cavabdeh1 aidiyyəti olan hissələri birlikdə bir mənzil parametrlərinə uyğundur, lakin sıxlaşdırılmış mənzil sahələri kimi sənədləşdirilmişidir. 29 aprel 2023-cü tarixli texniki pasportda əks edilmiş 13.6 kv.m olan tikiliyə giriş-çıxış qapısının texniki pasportda ümumi istifadədə göstərilən sahəsi 6.8 kv.m olan tikilidən, texniki pasportda ştirxlənmiş sahəsi 13.0 kv.m olan tikiliyə isə giriş-çıxış qapısının 13.6 kv.m tikilidən olması müəyyən edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(103)518/2024 nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Həsənov və M.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ünvan 2 ünvanda yerləşən 8 saylı mənzilin 13 kv.m hissəsinin (8a №-li mənzilin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - “ünvan 5 ünvanda yerləşən 8 saylı mənzilin 13 kv.m hissəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə həmin hissədə qanuni və əsaslı hesab edilə bilməz.
16. İddiaçı 13 ünvanda yerləşən 8 saylı mənzilin ona məxsus 13,5 kv.m hissəsinin boşaldılaraq ona təhvil verilməli olmasını iddia edib. İşin o byektiv həlli baxımından mübahisəli mənzilin ümumi sahəsinin, eləcə də mənzil 8-ə aid texniki pasportla göstərilən 43,5 kv.m sahələr ilə digər 13 kv.m hissələrinin bir-birindən təcrid olunmuş formada ayrı giriş-çıxışının mümkün olubolmamasının müəyyən edilməsi zəruri olduğundan apellyasiya baxışı zamanı məhkəmə mühəndistexniki ekspertizası təyin edilmişdir.
17. Aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, əks olunan sahə (kvadratmetr) həmin mənzilə dair Texniki Pasportda 1 (18.4, kv.m), 2 (18.4 kv.m) və 3 (5.9 kv.m) nömrələri ilə göstərilmişdir. 5.1 kv.m, 3.3 kv.m, 6.8 kv.m, 3.6 kv.m, 13.6 kv.m sahəsi olan yerləşkələr ümumi istifadə sahəsi kimi nəzərdə tutulduğundan, nömrələnmiş “üm”, yəni “ümumi istifadə” qeydi altında əks edilmişdir.
18. Bundan əlavə, sahəsi 1 3 kv.m təşkil edən sahə digər şəxsə məxsus olduğundan, Texniki Pasportda ştrixlərlə göstərilməklə nömrələnməmişdir.
19. Həmçinin, ünvan 1 ünvanında yerləşən mənzilə dair tərtib edilmiş 29 aprel 2013-cü il tarixli texniki pasportda əks olunmuş 13.6 kv.m və 13 kv.m olan sahələrinin 8 saylı mənzilə texniki cəhətdən bağlılığı olduğu müəyyən edilmişdir.
20. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının tələbi məhz 13 kv.m sahəyə dair hissədə əsaslı olmuşdur.
21. Belə ki, mübahisəli mənzilə dair texniki pasportda əks olunmuş 13.6 kv.m və 13 kv.m olan sahələrinin 8 saylı mənzilə texniki cəhətdən bağlılığı müəyyən edilmiş, eləcə də Texniki Pasportda əks edilmiş 1, 2 və 3 saylı tikililərin ümumi sahəsi ilə (18.4+18.4+5.9=42.7) çıxarışda göstərilən ümumi sahə arasında 0.8 kv.m fərq olduğu müəyyən edilmişdir.
22. Digər tərəfdən, mübahisəli mənzil mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olsa belə, SSRİ Yollar Nazirliyinin Oktyabr inqilabı ordenli Azərbaycan Dəmir Yolunun Bakı hissəsi tərəfindən verilmiş 13.04.87 saylı qərarda mənzilin ümumi sahəsinin 32 kv.m olması göstərilməklə, 13,0 kv.metr hissəsinin iddiaçının adına rəsmiləşdirilməsi, otaqların hər birinin giriş-çıxışı ayrı olmaqla kommunal şərait ümumi istifadədə saxlanması qeyd edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh tərəfin mübahisələndirilən sahənin, yəni 13 kv.metr otağın cavabdehə aid olmamasını, həmin sahənin hazırda onların istifadəsində olmasını etiraf etməsinə baxmayaraq, cavabdeh hesab edib ki, onların oradan çıxarılmasına iddiaçının hüququ yoxdur.
24. Qeyd olunan ları nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilə (8a saylı mənzil) bağlı olan 13 kv.m sahə cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
25. Məhkəmə kollegiyası qeyd edilən nəticəyə gələrkən iddia tələbinin konkret 8 saylı mənzilə olmasına baxmayaraq hesab etmişdir ki, gələcəkdə qətnamənin icrasında anlaşılmazlıqlar yaranmasının qarşısının alınması üçün iddiaçıya məxsus olan 13 kv.m sahənin Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 13-də yerləşən 8 saylı mənzilə bağlı olmasına baxmayaraq 8a sayla təcrid olunmuş şəkildə mövcudluğunu nəzərə almışdır.
26. Apellyasiya kollegiyası iddia tələbinin – “mənzilin kirayəyə verilməsindən əldə edilmiş 2.000 manat qazancın 1.000 manatının Cavabdeh1 tutularaq ona ödənilməsi” hissəsi ndə isə iddianın rədd edilməli olması qənaətinə gəlmişdir.
27. Belə ki, iddiaçı mənzilin kirayə verilməsindən əldə edilən qazancın yarısının ona verilməsini xahiş etsə də, mənzilin kirayə verilməsindən əldə edilmiş gəlir barədə hər-hansı mötəbər sübut təqdim edə bilməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci bəndinə, 01 oktyabr 2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 79-cu maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 103.1, 106.1, 206.1, 217.2, 217.3 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
29. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsi, 29-cu maddəsinin 4-cü hissəsi, 125-ci maddəsinin 7-ci hissəsi, 127-ci, 129-cu maddəsinin 3-cü hissəsi, Mülki Prosessual Məcəllənin 9, 78.1, 88, 89.1, 89.3-cü maddələrinin tələbləri pozulmuşdur.
31. Belə ki, iddiaçı tərəfindən cavabdehin otağının boşaltması tələbi iddiaçının subyektiv hüququ olmadığı üçün təmin edilə bilməz. İddiaçı cavabdehin ona məxsus olan, onun mülkiyyətində olan mənzilin daxilində yerləşən və dövlətə məxsus olan, lakin cavabdehin istifadəsində olan otağın boşaldılmasını tələb etmişdir ki, bu, cavab dehin konstitusion hüququ olan mülkiyyət hüququnun kobudcasına pozulmasıdır. Çünki, həmin 13 kv.m. olan otaq iddiaçıya deyil, dövlətə məxsusdur və 1978-ci ildən cavabdehin babasının sonra atasının, indi isə özünün istifadəsindədir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində SSRİ Yollar Nazirliyinin Oktyabr inqilabı ordenli Azərbaycan Dəmir Yolunun Bakı hissəsi tərəfindən verilmiş 130487 saylı qərarına istinad edilmişdir. Lakin bu qərarın tarixi yoxdur. Həmin qərarın əsli isə nə DƏDRX, nə Nəsimi Rayon İcra Hakimiyyəti, nə də Azərbaycan Dəmir Yolları tərəfindən təqdim edilmişdir. Hazırkı iş üzrə məhkəmə iddiaçının təqdim etdiyi kserosurəti sübut olaraq qəbul etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən təyin edilən ekspertiza qərardadında ekspert qarşısına qoyulan suallar məhkəmənin mövqeyin i əvvəlcədən müəyyən edirdi. Həmin suallar məhkəmənin icraatın əvvəlindən mübahisə edilən hissənin iddiaçıya məxsus olduğuna inandığını və prosesləri də bu inam çərçivəsində davam etdirdiyini əyani formada sübut edir. Lakin, 8a ünvanı adlandırılan bir ünvan mövcud deyildir. Bu, iddiaçının MKİS-la əlbir olmasının nəticəsidir ki, MKİS tərəfindən həqiqəti əks etdirməyən məlumatlar təqdim edilmişdir. Sonuncu məhkəmə iclası 26 avqust saat 12:00 təyin olunmasına baxmayaraq, iclası vaxtından çox tez müddətə və cavabdehin vəkilinin iştirakı olmadan başlanmış, cəmi 3 dəqiqə ərzində yekunlaşmışdır.
32. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
33. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya bax ışının hədləri:
34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlar ına təsir göstərə bilər.
35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucu dan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
37. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin b ərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yeri ndə müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü mad dəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən ekspertiza keçirilmiş və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətl əndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
41. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının boşaldılması tələb etdiyi yaşayış sahəsinin cavabdehin mülkiyyətində olmamaqla, onun faktiki istifadəsində olması iş materiallarında olan texniki pasportdan müəyyən edilməklə, işin cavabdeh tərəfindən mübahisələndirilmədiyi halıdır.
42. İddiaçı həmin yaşayış sahəsinin onun istifadəsinə verilməsini qeyd etməklə, tələbinin əsası kimi SSRİ Yollar Nazirliyinin Oktyabr inqilabı ordenli Azərbaycan Dəmir Yolunun Bakı hissəsi tərəfindən verilmiş 13 aprel 1987-ci il tarixli qərarına istinad etmişdir.
43. Kassator isə iddiaçının mübahisəli yaşayış sahəsinə hüququnun və nəticə olaraq hazırkı tələbi irəli sürməyə subyektiv hüququ nun olmamasını bildirmişdir.
44. Lakin, nəzərə alınmalıdır ki, ünvan 1 ünvanında yerləşən və sahəsi 43,50 kv.metrdən ibarət mənzil üzərində kassatorun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, həmin mənzilin mərhum X2 icarəsinə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05 oktyabr 2012-ci il tarixli Sərəncamının məzmununda da, Azərbaycan Dəmir Yolunun Bakı hissəsinin 13 aprel 1987-ci il tarixli, ЖС-2а/117 saylı məktubuna, habelə ADY Bakı hissəsinin müdiriyyəti və həmkarlar komitəsinin 28 dekabr 1987-ci il tarixli, 16 saylı birgə qərarına istinad edilmiş, 18,0 kv.metr olan bir otaqlı sıxlaşdırılmış mənzilin A.Q.Abdullayevin yaşadığı 8 saylı mənzilə birləşdirilməklə, həmin mənzilin yaşayış sahəsinin 36,0 kv.m etr olan 2 otaqlı hesab olunmuşdur. Yəni, cavabdeh hazırda vərəsəsi olduğu atasının mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olmuş sənədin həqiqiliyini mübahisələndirir ki, bu, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
45. Cavabdeh tərəfin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsaslı hesab oluna bilməz.
46. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokollarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin 19 avqust 2024-cü il tarixli məhkəmə iclası cavabdehin nümayəndəsinin (vəkilinin) iştirakı ilə keçirilmiş və məhkəmə iclası 26 avqust 2024-cü il tarixə, saat 12.00-a təxirə salınmışdır. Məhkəmə iclas protokollarına əsasən növbəti iclas təyin olunan vaxtda açılmış və cavabdeh tərəfin nümayəndələri işti rak etməmişlər. Cavabdeh kassasiya şikayətində məhkəmə iclasının təyin olunan vaxtdan əvvəl açılmasını və bitirilməsini qeyd etsə də, məhkəmə iclas protokollarına bununla bağlı qeyd verilməmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublika sı MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 avqust 2024-cü il tarixli, 2(103)-518/2024 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.