Məhkəmə qərarları › İş №2(102)-5190/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5190/2019

23.08.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5190/2019 23.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X5, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) İddiaçı cavabdeh X şəxsə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Səbail rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməs i işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X şəxsə qarşı iddia verərək X statusu olan X3 barəsində 2018-ci il 21 iyun tarixli 1 saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrini ləğv edərək, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş mteriallarından görünür ki, İddiaçı 17.03.2014-cü il tarixdən 11 nömrəli əmrlə X «Nəşriyyat və Yayım» şöbəsində mühəndis proqramlaşdırma vəzifəsində işləmişdir. 2016-cı il 2 mart tarixli 8 saylı əmrlə institutda struktur dəyişikliyi ilə əlaqədar olaraq təsərrüfat şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 22 may 2018-ci il tarixdə verilmiş 89 saylı Fərmanın tələblərinə əsasən institut çevrilmə yolu ilə yenidən təşkil edilmiş və publik hüquqi şəxs statusuna malik olan «X7» yaradılmış, qeyd olunan strukt ur dəyişikliyi ilə bağlı İddiaçı bağlanılmış əmək müqaviləsinin ləğv olunması ilə bağlı xəbərdar olunmuşdur. Bundan sonra İddiaçı ilə bağlanılmış əmək müqaviləsi «Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X4 yaradılması haqqında» Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 22 may tarixli 89 nömrəli Fərmanına əsasən 21.06.2018 il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin tələblərinə uyğun olaraq ləğv edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı həmin tarixdən əmək müqaviləsinin ləğv olunmasından xəbərdar olmuşdur. Belə ki, işin halları ilə müəyyən edilir ki, 16 avqust 2018-ci ildə iddiaçıya işdənçıxma müazinəti ödənildiyi halda, sonuncunun işə bərpa tələbi ilə bağlı iddia ərizəsi məhkəmə 30 oktyabr 2018-ci ildə daxil olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bil- təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi iddia tələbi fərdi əmək mübahisəsindən (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil etməkdə haqlı olmuşdur. Çünki əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməs i haqqında əmrin ləğv olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbi üzrə iddia müddətinin başlanğıcı işdənçıxma müavinətinin ödənildiyi 16.08.2018-ci il tarixdən hesablandıqda, iddiaçı həmin tarixdən 2 ay 14 gün sonra, yəni 30 oktyabr 2018-ci il tarixdə (iddia ərizəsi məhkəməyə də eyni tarixdə daxil olmuşdur) iddia irəli sürməklə əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar