Məhkəmə qərarları › İş №2(102)-5193/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5193/2019

23.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5193/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 23 iyul 2019-cu il İş № 2(102)-5193/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh və vəkili Hüseynov Sənan Qabil oğlunun iştirakı ilə, İddiaçı və Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-261/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəm əsinin (E.Ə.Mehdiyev) 2(006)-4784/2017 nömrəli, 29 noyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev F.Ş.Talışinski) 2(103)-261/2019 nömrəli, 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(006)-4784/2017 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli, 2(006)4784/2017 saylı qətnaməsi ləğv edilməsi, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh maddi ziy ana görə 947 (doqquz yüz qırx yeddi) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat pul vəsaiti tutularaq İddiaçı verilməsi, iddia qalan hissələrdə təmin olunmaması, məhkəmə xərci cavabdehə aid edilməsi, cavabdehdən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – Dövlət Xəzinədarlığı Ağentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin art ırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cu ildə evinin kanalizasiya sisteminin yığılması və hamam tualetin təmir edilməsi üçün qonşuluqda yaşayan və ustalıq fəaliyyəti ilə məşğul olan Cavabdeh müraciət etmişdir. Usta evdə ediləcək təmir işlərinin qarşılığında ondan 750 manat məbləğində pul istəmişdir. Həmin məbləği ona verdikdən sonra o öz işinə başlamış və iki ay müddətində işini yekunlaşdırmışdır. O, həmin vaxt öz yaxın qohumu olan xalası qızının evində yaşamış və cavabdehin təmir etdiyi hamam tualetdən istifadə etmişdir. Bundan sonra o, başqa bir ustayla əlaqə saxlayıb yenicə təmir olunmuş hamam tualetə kafelin vurulması üçün 600 manat məbləğində pulu xidmət haqqı kimi və avadanlıqların alınması üçün isə 2150 manat məbləğ ində pulu ustaya ödəmişdir. Bundan sonra, o, cavabdehi çağırıb ona ustaların kafel vurmaq istədiyini demiş və onun qonşudakı kanalizasiya sistemində hər hansı bir problemin olub olmadığını və əğər varsa o problemi indidən deməyini istəmişdir. Əgər bir problem olarsa onun kafel üçün verdiyi pulun batacağını və məcbur olub yenidən kafel alıb usta çağıracağını demişdir. Cavabdeh isə cavabında təmirin düzgün aparıldığını və heç bir problem olmadığını demişdir. Bundan sonra o, kafel üçün gələn ustalarla razılaşmışdır. Daha sonra o, öz evinə köçmüş və təmirdən çıxmış hamam tualetdən istifadə etməyə başlamışdır. Aşağı mərtəbədə yaşayan qonşu onun evinə şikayətə gələrək kanalizasiya xəttindən onun evinə su axdığını bildirmişdir. Bu səbəbdən də o, yenidən cavabdehin yaşadığı ünvana dəfələrlə müra ciət etməsinə baxmayaraq cavabdehi evində tapmamış və cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlamaq istəsə də, zənglərindən yayınmağa başlamışdır. Məcburiyyət qarşısında qalıb kənar şəxslərin mobil telefonlarından istifadə edərək cavabdehlə telefon əlaqəsi saxlamış və onun etdiyi təmirin yaxşı olmadığını, qonşunun evinə su axdığını desə də, sonuncu buna əhəmiyyət verməmiş və onu bir daha narahat etməməyi kobud şəkildə bildirmişdir. Göstərilənlərə əsasən, cavabdehdən əlavə olaraq 947 manat pul vəsaitinin də tutulması barədə qətnamə çıxarılmsaının xahiş etmişdir. Həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qüsurlu olaraq həyata keçirliyi təmir nəticəsində aşağı mərtəbədə yaşayan qonşunun mənzilinə su axmış, bu səbəbdən də qonşu onu məhkəməyə vermiş, məhkəmənin qətnaməsi ilə ondan 947 manat pul vəsaiti tutulmuşdur. Hesab edir ki, həmin pul vəsaiti də cavabdehdən tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-261/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edib, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-261/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edib, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə q əbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili Hüseynov Sənan Qabil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, İddiaçı kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və iz ahatları dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-261/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Belə ki, iş materiallarında olan: Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (31 oktyabr 2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli) görünür ki, ünvan1 küçəsi, 37 saylı evin, 28 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 31 may 2016-cı il tarixli aktdan (akt – 77 saylı MKİS- in mühəndisi M.Camalov, sahə nəzarətçisi M.Vəliyev, san. çilingər Ə.Baxşıyev tərəfindən tərtib olunaraq təsdiq edilmişdir) görünür ki, iddiaçıya məxsus 28 saylı mənzilin hamamında sudan istifadə edildiyi zamanı aşağı mərtəbədə yerləşən 25 saylı mənzilə su sızır. Ekspertiza (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2017-ci il tarixli, xxxxx saylı ekspet rəyi) rəyindən görünür ki, ünvan1 küçəsi, 37 saylı evin, 25 saylı mənzilin sanitar qovşağında kommunikasiya xətlərinin üzərində təmir işləri aparıldığı və malaaltı olduğu üçün kommunikasiya xətlərinin tikinti norma və qaydalarına uyğun quraşdırılıb-quraşdırılmamasını müəyyən etmək olmadı. Tədqiq olunan mənzilin sanitar qovşağının bloka tərəf olan divarının döşəmə səviyyəsində su sızma izlərinin oldu ğu müəyyən edilmişdir. Bu onunla izah olunur ki, 25 saylı mənzilin sanitar qovşağının döşməsində izolyasiya qatının və ya kommunikasiya xətlərinin hansısa hissəsi qüsurlu ola bilər. İşin faktiki hallarına əsasən tərəflər arasında iddiaçıya məxsus ünvan1 küçəsi, 37 saylı evin, 25 saylı mənzilinin sanitar qovşağında, kanalizasiya xətlərində təmir işlərinin aparılması sahəsində podratla bağlı münasibətlər yaranmışdır. İddiaçı hesab edir ki, cavabdeh təmir işlərini qüsurlu aparmış, nəticədə ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin qüsurlu olaraq həyata keçirdiyi işlər nəticəsində aşağı mərtəbədə yerləşən mənzilə su axmış, nəticə qonşu X3 ona qarşı məhkəmədə iddia qaldırmış, iddiası qismən təmin olunaraq ondan vurulmuş zərərə görə 947 manat pul vəsaitinin tutulması qət olunmuşdu r. Eyni zamanda, cavabdeh işləri bitirdikdən sonra təmir işlərinin lazımınca həyata keçirilməsinə zəmanət verdiyindən hamam və tualetdə təmir işləri (kafel və s. işlər) aparmış, pul vəsaiti xərcləmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Qeyd olunan Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqa viləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Sözügedən Məcəllənin 764-cü maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Apellyasiya icraatı zamanı təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə (Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli, xxxxx saylı rəyi) müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvan1 küçəsi, 37 saylı evin, 25 saylı mənzilin sanitar qovşağında əlüzyuyan avadanlığının kanalizasi ya xətti düzgün quraşdırılmamış, 28 saylı mənzilin döşəmə altında yerləşən kommunikasiya xətlərindən mövcud vəziyyəti üzrə aşağı mərtəbədə yerləşən mənzilə su sızma halı olmuş və su sızmanın çox hissəsi əlüzyuyan avadanlığın alt hissəsindən baş vermişdir. Beləliklə, araşdırılmış və tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin sanitar qovşağında, kanalizasiya xətlərində həyata keçirilmiş təmir işlərinin qüsurlu olması, nəticədə iddiaçıya ziyan dəyməsi müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(006)-473/2017 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, ünvan1 küçəsi, 37 saylı evin, 25 saylı mənzilin üst hissəsində yerləşən 28 saylı mənzildən suyun axması nəticəsində (sanitar qovşaqda olan qüsurla bağlı) iddiaçıya 947 man at maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna ma lik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşin faktiki hallarından aydın görünür ki, iddiaçı uzun müddət ərzində cavabdehin həyata keçirliyi qüsurlu təmir işləri nəticəsində mənəvi sarsıntı, iztirab keçirmiş, üçüncü şəxsin ona qarşı tələblərinə məruz qalmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus ola n qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə əsasən, mənə vi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstəri lən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-261/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-261/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar