Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5195/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 06 sentyabr 2019-cu il İŞ№ 2(102) 5195 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X2, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlərCavabdeh6, Cavabdeh5, Cavabdeh2 qızı, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması ipotekaya qoyulmuş yaşayış evinə tutmanın yönəldilməsi” tələbinə dair ilkin, Cavabdeh 6-nin “xxxx” ASC-yə qarşı “artıq ödənilmiş pul qaytarılması, fərdi yaşayış evinin ipotekadan azad edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Kərimov) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması ipotekaya qoyulmuş yaşayış evinə tutmanın yönəldilməsi” tələbinə dair ilkin rədd edilmiş, Cavabdeh6-nin “xxxx” ASC-yə qarşı “artıq ödənilmiş pul qaytarılması, fərdi yaşayış evinin ipotekadan azad edilməsi” tələbinə dair qarşılıqlı iddi a təmin olunaraq İddiaçı-dən 9.954 ABŞ dolları məbləğində artıq ödəmənin öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh6-yə ödənilməsi, onlar arasında 08 aprel 2008-ci il tarixdə bağlanmış 578/01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərətəbəli, 7 otaqlı, 145,7 m2 yaşayış, 224,6 m2 köməkçi sahədən ibarət 263 nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər Z.Əliyev və F.Talışinski) Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İlk iddia üzrə iddiaçı “xxxx” ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş dir. Hüquqi məsələlər: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh6-yə (bundan sonra, 1-ci cavabdeh) və qeyrilərinə qarşı «borcun tutulması, ipotekaya qoyulmuş yaşayış evinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 1-ci cavabdehdən iddiaçının xeyrinə müqavilə müddəti bitdikdən sonra illik 5 faizlə 26.514,70 ABŞ dollarının tutulması, digər cavabdehlərin ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 145,7 m2 yaşayış, 224,6 m2 köməkçi sahədən ibarət 263 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, ipotekaya predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin 1ci cava bdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh6 “xxxx” ASC-yə qarşı “artıq ödənilmiş pul qaytarılması, fərdi yaşayış evinin ipotekadan azad edilməsi” tələbinə dair qarşılıqlı iddia verərək, ilk iddia tələbinin rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsi mülki kolelgiyasının 11 oktyabr 2016-cı il tarixli qətnaməsində qeyd edilən, iddiaçıya artıq ödənilmiş 9.954 ABŞ dolları pul vəsaitinin 1-ci cavabdehə geri qaytarılması, ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamadar qəsəbəsi, 1-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 145,7 m2 yaşayış, 224,6 m2 köməkçi sahədən ibarət 263 nömrəli fərdi yaşayış evinin ipotekadan azad edil məsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı-nin Nizami filialı ilə Cavabdeh6 arasında bağlanmış 08.04.2008-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh6-nə 12 ay müddətinə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün İddiaçı əsas borcun, faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia vermişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 may 2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı-nin iddiası qismən təmin olunmuş, Cavabdeh6-dən Mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə 21782 ABŞ dollan əsas, 81111.79 ABŞ dolları faiz borcu və 2700 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 105.593.79 ABŞ dolları və 25 manat ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, ödənilmiş 5 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh2 qızının, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 ipotekaya qoyulmuş Bakı şshəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 145.7 m2 yaşayış, 224.6 m2 köməkçi sahədən ibarət 263 nömrəli fərdi yaşayış evindən ən geci bir ay ərzində çı xarılması, tələbin ipotekaya qoyulmuş həmin fərdi yaşayış evinə ilkin satış qiyməti 378000 manat müəyyən edilməklə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh6-nin İddiaçı-nə olan borcunun ödənilməsinə yönəldilməsi, əmlakın satışından əldə olunan vəsait borc ödənildikdən sonra artıq olduqda cavabdehə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh6-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı-nin cavabdehlər Cavabdeh6-yə, Cavabdeh5, Cavabdeh2na, Cavabdeh1na, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit borcunun ödənilməsi və borcun ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi» tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, müqavilə şərtlərinə müvafiq olaraq Cavabdeh6-nin hətta kreditdən istifadə müddəti ərzində heç bir ödəniş etmədiyi halda banka qaytarmalı olduğu məbləğ 300000ABŞ dolları və bir ilə görə 19 faiz hesablanmaqla 57000 ABŞ dolları, cəmi 357000 ABŞ dolları olmuşdur, iddiaçının özünün təqdim etdiyi maliyyə arayışına müvafiq olaraq borclu tərəfindən müqavilə müddəti ərzində 32000 ABŞ dolları məbləğində yalnız faiz ödənişləri edilmiş, ümumilikdə isə banka 366954 ABŞ dolları məbləğində pul ödənilmişdir. Bank kreditdən istifadə müddətinin bitdiyi 09 aprel 2009-cu il tarixindən 17 yanvar 2014-cü il tarixinədək olan bütün dövr üçün cavabdehə qarşı kredit müqaviləsind ə nəzərdə tutulmuş faiz və dəbbə pulu hesablayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə cavabdehin banka olan əsas borcunun, kreditin verilməsi müddətinin bitdiyi tarixədək müqavilə müddəti ərzində heç bir ödəniş edilmədiyi halda hesablanmalı olan faiz borcunu və əlavə olaraq 9954 ABŞ dolları məbləğində pulu ödədiyi öz təsdiqini tapır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi ilk iddianın əsassız olması nəticəsinə gələrkən qətnamədə göstərmişdir ki, Cavabdeh6-nin İddiaçı-yə olan faiz borcunun hesablanmasına dair 03 aprel 2017-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında kredit müqaviləsinin 08 aprel 2008-ci il tarixdə 12 ay müddətinə bağlanmasına, borc alan tərəfindən müqavilə müddəti ərzində heç bir ödəniş edilməməsinə, bağlanmış kredit müqaviləsinin 8.1-ci bəndinin «a» yarımbəndinə əsasən əlverişsiz şəraitin yaranması nəticəsində borc alanın lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda və sair hallarda pul öhdəliyinin borc verən tərəfindən vaxtından əvvəl icrasını tələb etmək hüququnun olmasına baxmayaraq, borc verən müqavilənin yerinə yetir ilməsinə zəmin yaratmaq üçün borc alanla birgə hərəkət etməli (Mülki Məcəllənin 425.2-ci maddəsi) olduğu halda, müqavilə üzrə yaranan hüquqlarından sui istifadə edərək borc alana qarşı öhdəliyin icra edilməməsi ilə bağlı yalnız 2014-cü ildə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmiş, həmin dövr ərzində borc alan tərəfindən edilən ödənişləri isə əsassız olaraq hesablanan faizlərə silmişdir. Qeyd edilən hallara Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsində ətraflı hüquqi qiymət verilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun 09 iyul 2009-cu il tarixli qərarında formalaşan hüquqi mövqeyi baxımından məhkəmə faizlərin, cərimə sanksiya larının alınmasını cavabdehin öz hərəkətlərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi ilə əlaqələndirmişdir. Hazırki halda iş materiallarında olan məhkəmə qətnamələrindən göründüyü kimi iddiaçı bank tərəfindən ayrılan kredit daşınmaz əmlakın ipotekası ilə təminatlı olduğundan, bankın vaxtında kredit üzrə borcun təminata yönəldilməsini tələb etməməsi cavabdehin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması halı kimi qiymətləndirilə bilməz. Məhkəmə Ekspertizası Mərkəzinin 08 noyabr 2018-ci il tarixli 21896 saylı rəyinə əsasən 08 aprel 2008-ci il tarixli, 578/01 saylı kredit müqaviləsi üzrə Cavabdeh6-nin 28 dekabr 2013-cü il tarixə (öhdəliyin tam icra olunduğu vaxt) İddiaçı-yə 10881,03 ABŞ dolları art ıq ödəməsi müəyyən olunmuşdur. Rəydən görünür ki, ekspert kreditin qaytarılması müddətinin bitdiyi tarixdən (08 aprel 2009-cu il) öhdəliyin tam icra olunduğu vaxtadək (28 dekabr 2013-cü il) illk 5 faiz hesablanmaqla Cavabdeh6-nin İddiaçı-yə borcunun olmasını müəyyən etməmişdir. Qeyd edilməlidir ki, analoji rəyə həmçinin, əvvəlki ekspertiza rəyləri üzrə də gəlinmişdir. İş materiallarından görünür ki, apellyasiya baxışı zamanı dindirilmiş ekspert Elbrus Həsənov izahatında bildirmişdir ki, tərəfindən aparılmış ekspertiza tədqiqatı zamanı kreditin qaytarılması müddətinin bitdiyi tarixdən (08 aprel 2009-cu il) öhdəliyin tam icra olunduğu vaxtadək (28 dekabr 2013-cü il) illk 5 faiz hesablanmaqla Cavabdeh6-nin İddiaçı-yə borcunun olması müəyyən edilməmişdir. O, ekspertiza rəyində cədvəl tərtib et miş, həyata keçirilmiş ödənişləri nəzərə almaqla hesablama aparmış, nəticədə Cavabdeh6-nin İddiaçı-yə 10881,03 ABŞ dolları artıq ödəməsi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, Cavabdeh6-nin 26.514,70 ABŞ dolları borcunun olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə, işdə olan qanuni qüvvəsini almış məhkəmə qərarları və ekspertiza rəyləri ilə kredit müqaviləsi üzrə Cavabdeh6-nin İddiaçı-yə artıq ödəməsinin olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianı rədd etməklə düzgün h üquqi nəticəyə gəlmişdir. Həmçinin, ilk iddia əsassız olduğundan, məhkəmə haqlı olaraq qarşılıqlı iddianı təmin etmişdir. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 1-ci cavabdehlə iddiaçı aralasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçıya müqavilə şərtlərinə müvafiq olaraq hesablanmış borc məbləğindən artıq 9954 ABŞ dolları məbləğində pul ödənilmişdir ki, bununla da iddiaçı əsassız olaraq varlanmışdır. Həmin məbləq geri qaytarmalıdır. Həmçinin, əsas öhdəliyə onun lazımınca icrası ilə əlaqədar xitam verildiyindən iddia tələbi ipoteka predmeti olan daşınmaz əmlakın yüklülükdən azad edilməsi hissədə əsaslıdır. Qanunvericiliyə görə ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etmək ipoteka saxl ayanın vəzifəsidir və ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. «İpoteka haqqında» Qanunun 48.1-ci maddəsinə əsasən isə ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsas ən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5195/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5195/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver