Məhkəmə qərarları › İş №2(102)-5195/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5195/2022

05.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5195/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-5195/2022 Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi Bakı şəhəri, 5 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X11 nümayəndəsi tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şuşa rayon təhsil şöbəsinin ərizəçiyə ünvanladığı məktubuna əsasən Şuşa Rayon Təhsil Şöbəsi 1973-cü ilin sentyabr ayından 1992-cı ilin may ayının 8-dək Şuşa şəhər 2 nömrəli internat məktəbində işləməsinin təsdiq edilməsi ilə bağlı 24 avqust 2018-cı il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Ermənistan ordusu tərəfindən Şuşa rayonunun işğal etməsi ilə əlaqədar olaraq bütün arxiv sənədləri işğal altında qalmışdır. Bu səbəbdən də onun 1973-cü ildən 1992-ci il may ayının 8-dək olan dövrdə Şuşa şəhər 2 nömrəli intemat məktəbində işləməsini təsdiq edən qeydlərin yazılması mümkün deyildir. Odur ki məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir.

2. Azərbaycan Respub likası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Rayon Bölməsinin xx.xx.2021-ci il tarixli 172 nömrəli arayışı əsasən 1956-cı il təvəllüdlü Şuşa rayon sakini Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuşdur.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının ərizəçiyə ünvanladığı xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina olunması haqqında məktubuna əsasən əmək kitabçası olmaması ilə əlaqədar əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim edildikdən sonra ona yaşa görə əmək pensiyasının yenidən hesablanması məsələnin baxılmasının mümkün olacağı bildirilmiş dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi (bundan sonra-ərizəçi) məhkəməyə müraciət edərək, onun 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 1979-cu ilin yanvar ayından 1986-cı ilədək həmin Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1973-cü ilin sentyabr ayının 1-dən 1976-cı ilin fevral ayına qədər Şuşa rayon, 2 saylı orta internat məhkəbində laborant vəzifəsində işləmişdir. 1976-cı ilin noyabr ayına qədər həmin məktəbdə riyaziyat müəllimi, 1976-1978ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1978-ci ildən 1992-ci ilə kimi qeyd edilən məktəbdə müəllim işləmişdir. 1986-cı ildən həmin məktəbdə direktor vəzifəsində çalışmışdır. 1992-ci ilin sentyabr ayından hazırkı vaxta kimi Mərdəkanda yerləşən Şuşa 5 saylı orta məktəbdə direktor vəzifəsində işləyir. Şuşa şəhəri işğal olunandan sonra onun əmək kitabçası orada qalmışdır. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi Şuşa rayon Təhsil Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şüşa rayon təhsil şönəsindən alınmış xx.xx.2021-ci il tarixli N-02/ 01 saylı arayışda qeyd edilir ki, “Şüşa rayon təhsil şöbəsi 1973-cü ilin sentyabr ayından 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 nömrəli internat məktəbində işləməsinin təsdiq edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, ermənistan ordusu tərəfindən Şuşa rayonunun işğal edilməsi ilə əlaqədar olaraq bütün arxiv sənədləri işğal altında qalmışdır.

6. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, o, 1980-ci il tarixdən 3 saylı internat məktəbində hərbi müəllimi işləmişdir. 1981-ci il tarixdən isə Şuşa şəhər 2 N-li internat məktəbində işləməyə başlamış və 1989- cu ilədək həmin məktəbdə işləmişdir. Ərizəçi isə əvvəllər Şuşa şəhər 1 N-li orta məktəbdə işləmiş, 1986-ci ildə isə onun işlədiyi Şuşa şəhər 2 N-li internat məktəbin direktoru təyin edilmişdir.

7. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, Şükürlə 1974-cü il tarixdə X1 bir oxumuşdur. 1980-1992-ci il tarixlərdə Şuşa şəhərində yaşamış dır. 1982-ci il tarixdə Şuşa şəhərində əyani-qiyabi orta məktəbində işləmiş, xx.xx.1986-cı il tarixdə o Şuşa şəhər 2 N-li internat məktəbə direktor təyin edilmişdir. Həmin vaxtı Şükür Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində işləmişdir. 1986-cı ilin son aylarında o, direktor vəzifəsindən azad edilmiş və bundan sonra Şuşa şəhər 2 N-li internat məktəbin direktoru vəzifəsinə Şükür təyin olunmuşdur. Şükür Şuşa şəhəri işğal olunanadək həmin məktəbdə direktor vəzifəsində işləmişdir. Belə ki, onlar həmyerli və dost olmuşlar. Ona görə də Şükürün 2 N-li internat məktəbin direktoru vəzifəsində işləməsinin şahidi olmuşdur.

8. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, Şuşa şəhərində yaşdıqları vaxtı ərizəçi Şükürlə qonşu olmuş və onları tanımışdır. Ona görə də ərizəçinin 1986-cı ildən Şuşa şəhər 2 N-li internat məktəbin direktoru vəzifəsində işləməsinin şahidi olmuşdur. Özü isə 1978-1990-cı illərdə Şuşa şəhər 4 nömrəli orta məktəbdə işləmişdir. 1990-cı ildən isə Şükürün hazırda da direktor işlədiyi Şuşa şəhəri 2 N-li internat məktəbdə işləməyə başlamışdır.

9. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, 1972-ci ildən Şuşa şəhəri işğal olunanadək, yəni 1992-ci ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə fizika müəllimi işləmişdir. Şükür isə 1973-cü ildən tanımışdır. Belə ki, Şükür 1973-cü ildə onun işlədiyi Şuşa şəhər 1 N-li orta məktəbdə lobarant vəzifəsində işə düzəlmiş və 1986-cı ilədək həmin məktəbdə işləmişdir. Şükür 1973-cü ildən 1976-cı ilin sonunadək həmin məktəbdə laborant vəzifəsində işləmişdir. Daha sonra Şükür hərbi xidmətə getmiş və hərbi xidmətdən qayıtdıqdan sonra 1979-cu ildən 1986-cı ilədək məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır. O, həmin məktəbdə işlədiyindən bunun şahidi olmuşdur. 1986-cı ilin son aylarında isə Şükür 2 N-li internat məktəbin direktoru vəzifəsinə təyin edilmişdir.

10. Birinci instansiya məhkəməsi baxışı zamanı şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, o, 1973-cü il tarixdən Şuşa şəhər 1 N-li orta məktəbə pioner baş dəstə rəhbəri təyin olunmuş, ele həmin vaxtda da Şükür həmin məktəbdə lobarant vəzifəsində işə düzəlmişdir. Həmin vaxtdan Şükürü tanımışdır. Həmin məktəbdə Şükür onunla birlikdə 1986-cı ilədək işləmiş, həmin ildə Şuşa şəhər 2 nömrəli internat məktəbinə direktor təyin olunduğundan Şükür məktəb dən çıxmışdır. Özü isə Şuşa şəhər 1 N-li orta məktəbdə ixtisası üzrə müəllim vəzifəsində işləmişdir. Həmçinin bildirmişdir ki, ərizəçi, 1976-cı ilin sonunadək həmin məktəbdə laborant vəzifəsində işləmiş, daha sonra hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra isə 1979-cu ildən 1986-cı ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışmışdır.

11. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin (hakim S.X.Bəhrəmzadə) 2(003)200/2022 saylı, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 197ç 9-cu ilin yanvar ayından 1986-cı ilədək Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayı nın 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, təqdim olunmuş sübutlarla müəyyən olunur ki, ərizəçi 1973-cü ilin sentyabr ayından 1976-cı ilin noyabr ayınadək Şuşa şəhər 1 N-li orta məktəbdə laborant vəzifəsində, 1979-cu ilin yanvar ayından 1986-cı ilədək həmin Şuşa şəhər 1 N-li orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində, 1986-cı ildən 1992-ci ilin may ayının 8-dək Şuşa şəhər 2 N-li internat məktəbinin direktoru vəzifəsində işləmişdir, ona məxsus əmək kitabçası Şuşa şəhəri işğal edilərkən orada qalmışdır. Bu səbəbdən iddia təmin edilməlidir.

13. Məhkəmə öz mövqeyini Mülki Məc əllənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 2.5, 21.1-ci, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 307, 307.2.11, 308, 307.2.11-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki şahid tərəfindən təsdiqlənə biləcək dövr yalnız ərizəçinin Şuşa şəhər 1 N-li internat məktəbində işlədiyi ni iddia etdiyi 1973-1976 və 1979-1986-cı il tarixləri (12 il) əhatə edir. ərizəçi məhkəməyə 21 sentyabr 2021-ci il tarixdə (inzibati orqana müraciət etmədən) müraciət etmiş və işlədiyi dövrün xüsusi icraat qaydasında təsdiq etdirməkdə məqsədi ona yaşa görə əmək pensiyasının təyin edilməsi olmuşdur. Lakin ərizəçinin pensiya hüququ 65 yaşı tamam olduğu 15 oktyabr 2021-ci il tarixdə yarandığından, ona həmin tarixdən avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılmışdır. Beləliklə, avtomatlaşdırılmış təyinat zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajı qanunvericiliyə uyğun şəkildə 25 il kimi hesablanmışdır. xx.xx.2006-cı il tarixədək olan iş stajı müddəti 25 ildən artıq olduğu halda, vətəndaş həmin stajı təsdiq edən əlavə sənədlərlə (əmək kitabçası, diplom, hərbi bilet) inzi bati orqana müraciət edərək təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edə bilər. İnzibati orqan tərəfindən ərizəçiyə imtina cavabı verildiyi halda, həmin münasibətlər artıq inzibati məhkəmənin yurisdiksiyasına aid olacaqdır. Lakin ərizəçinin maraqlı şəxsə sözügedən məzmunlu müraciəti olmamışdır. İş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcud olmadığı halda, məhkəməyə dəvət olunan və ərizəçi ilə birgə işləyən hər beş şahidin əmək kitabçası vardır. Bu isə ərizəçinin əmək kitabçasının üzrlü səbəbdən təqdim edə bilməməsini əsaslandırmır. Həmçinin şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Hazırki “Əmək pensiyaları haqqın da” Qanunun 7-ci bəndinə əsasən yaşa görə əmək pensiyası hüququn yaranması üçün azı 25 il sığorta stajı olmalıdır. Demək ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi zamanı ərizəçiyə şahid ifadələrinin əsasında 12 il 6 aydan çox müddət iş stajı kimi hesablana bilməz. Bundan başqa şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Ə.Məhərrəmova (sədrliyi və məruzəsi ilə), M.A.Məmmədov və R.M.Həsənovdan ibarət tərkibdə) 2(103)3974/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə maraqlı şəxsin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmasını qət etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, maraqlı şəxs apellyasiya şikayətində “xx.xx.2006-cı il tarixədək olan iş stajı müddəti 25 ildən artıq olduğu halda, vətəndaş həmin stajı təsdiq edən əlavə sənədlərlə (əmək kitabçası, diplom, hərbi bilet) inzibati orqana müraciət edərək təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edə bilər. İnzibati orqan tərəfindən ərizəçiyə imtina cavabı verildiyi halda, həmin münasibətlər artıq inzibati məhkəmənin yurisdiksiyasına aid olacaqdır. Lakin ərizəçinin maraqlı şəxsə sözügedən məzmunlu müraciəti olmamışdır” göstərsə də bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayətin dəlilindən də görünür ki, ərizəçi iş stajının hazırda mübahisələndirdiyi dövləri də əhatə etməsini sübut edə bilmədiyindən, yəni ona məxsus əmək kitabçasının Şuşa şəhəri işğal edilərkən orada qalması səbəbindən haqlı olaraq hazırki ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə mür aciət etmişdir.

19. Bundan başqa qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci bəndinə əsasən yaşa görə əmək pensiyası hüququn yaranması üçün azı 25 il sığorta stajı olmalıdır. Lakin həmin qanunda hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi zamanı ərizəçiyə 12 il 6 aydan çox müddət iş stajı kimi hesablanması məhdudlaşdırılmamışdır.

20. Digər tərəfdən iş materiallarında olan əmək kitabçalarına əsasən şahidlərin Ərizəçi işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri mövcuddur.

21. Məhkəmə öz mövqeyini MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. Maraqlı şəxsin nümayəndəsi-vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə”, Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 13.4- cü, Azərbaycan Respublikası MPM-nin 80,104.3, 153.2.1, 261.0.1ci, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarın 1-ci, 1.3-cü və 13.4-cü maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmiş olsun. Bundan əlavə, ərizəçinin əmək kitabçasının olmaması, həmin yerdə işləməsini təsdiqedici heç bir sənədin olmaması arqumenti əsaslı hesab edilə bilməz. İş materiallarından göründüyü kimi ərizəçi heç bir üzrlü səbəb göstərməmişdir. Belə ki, avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən həmin illər nəz ərə alınmış hesab edilir. Belə olan halda qəbul edilmiş qətnamə hüquqi nəticə doğurmadığından ərizə təmin edilə bilməzdi.Həmçinin Ərizəçinin xx.xx.2006-cı il tarixədək olan iş stajı müddəti 25 ildən artıq olduğu halda, vətəndaş həmin stajı təsdiq edən əlavə sənədlərlə (əmək kitabçası, diplom, hərbi bilet) inzibati orqana müraciət edərək təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edə bilər. İnzibati orqan tərəfindən ərizəçiyə imtina cavabı verildiyi halda, həmin münasibətlər artıq inzibati məhkəmənin yurisdiksiyasına aid olacaqdır. Lakin ərizəçinin maraqlı şəxsə sözügedən məzmunlu müraciəti olmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

29. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün ə sas təşkil etmir.

30. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar