Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5197/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hüquqi faktın tanınması) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarş ı hüquqi əhəmiyyəti olan aktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3560/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi (bundan sonra - ərizəçi) Sov.İKP XXİİ qurultayı adına “Xəzər dəniz neft qaz sənayesi” NQC İstehsalat Birliyinin “Neft daşları” X3 İdarəsində 02 sentyabr 1985-ci il tarixdən 30 iyun 1994-cü il tarixədək qazmaçı köməkçisi, qazmaçı, qazma ustası vəzifəsində işləmişdir. 2. “Xəzər dəniz neft qaz sənayesi” X1 11 may 1988-ci il tarixli, 148 saylı əmri ilə “Neft daşları” X3 İdarəsi SSSR-nin NSN “Xəzər dəniz neft qaz sənayesi” İB-nin tərkibinə verilmişdir. 3. “Xəzər dəniz neft qaz sənayesi” İB-nin 14 may 1992-ci il tarixli əmri ilə “Neft daşları” X2 İdarəsi "xxxx" Dövlət Konsern İB-nin tərkibinə verilmişdir.
4. AR Neft Sənaye Nazirliyinin 03 mart 1994-cü il tarixli əmri ilə "xxxx" Dövlət Konserni AR Dövlət Neft Şirkəti adlandırılmışdır və “Xəzər dəniz neft qaz sənayesi” İB-nin “Neft Daşları” X3 İdarəsi onun tərkibinə verilmişdir.
5. ARDNŞ-nin 27 dekabr 2013-cü il tarixli əmrinə əsasən “Kompleks qazma İşləri” trestinin “Neft Daşları” X3 İdarəsi ləğv olunaraq, trestin “Neft Daşları” İstehsalat Bölümü kimi fəaliyyət göstərir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra- maraqlı şəxs) qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1994-cü ildən 2004-cü ilədək BBTİ 301 və 302 saylı Tikinti-quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Ərizə işin yuxarıda qeyd edilən hallarına istinadən belə əsaslandırılmışdır ki, ərizəçi 1994-cü ildən 2004-cü ilə qədər BBTİ 301 və 302 saylı Tikinti quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. Həmin yerdə işlədiyi müddətdə 1994-cü il tarixdən 2004-cü il tarixədək əmək kitabçasında işlədiyi qeyd edilməyib. Bununla bağlı ərizə ilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etsə də, 05 mart 2021-ci il tarixli, BA00826 nömrəli məktub ilə BBTİ 301 və 302 saylı Tikinti-quraşdırma İdarəsinin 1994-2004-cü illərə aid arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Ərizəçi əmək pensiyası almaq üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir, lakin 02 fevral 2021-ci il tarixli məktubu ilə imtina cavabı almışdır. Bu səbəbdən də həmin illərin əmək stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Suraxanı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 17 dekabr 2021-ci il tarixli, 2(010)-5450/2021 nömrəli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ərizə təmin edilmişdir.
9. Məhkəmənin mövqeyi onda n ibarət olmuşdur ki, ərizəçinin əmək kitabçasında bu barədə qeyd olmadığından və arxiv sənədləri olmadığından onun Bakı Baş Tikinti İdarəsinin 301 və 302 saylı idarələrində iş icraçısı kimi əmək fəaliyyətini yalnız onunla birlikdə həmin idarədə işləmiş və əmək kitabçasında bu barədə qeyd edilmiş şəxslərin şahid kimi izahatları təsdiq edə bilər. Məhkəmə iclasında izahat verən hər iki şahid Bakı Baş Tikinti İdarəsində işləmiş və onlar Ərizəçi bu İdarədə iş icraçısı kimi iş fəaliyyəti, hansı işlər görməsi, onların idarədə sürücü işlədiyi dövrdə fasiləsiz olaraq ərizəçinin də bu idarədə işləməsi barədə birbiri ilə üst-üstə düşən izahatlar vermiş, ərizədə qeyd edilənləri təsdiq etmişlər. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, Ərizəçi Bakı Baş Tikinti İdarəsinin 301 (1994-1999) və 302 (19 99-2004) saylı idarələrində iş icraçısı işləməsi bütün əldə edilməsi mümkün sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11 və 308-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Maraqlı şəxs qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti işin faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, şahidlər ərizəçi ilə eyni müəssisədə işlədiklərini iddia etsələr də, bu halı təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə işin hallarını hərtərfli araşdırmadan qətnamə qəbul etm işdir. Belə ki, “SOCAR”-dan məlumatların alınmasına zərurət olduğu halda məhkəmə bunu etməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş arxiv arayışına əsasən müəyyən olunmuşdur ki, həmin arayışda arxiv sənədlərinin təhvil verilmədiyi qeyd edilib. Bu isə həmin sənədlərin itdiyini, bərpasının mümkün olmadığını deyil, sadəcə təhvil verilmədiyini göstərir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 24 may 2022-ci il tarixli, 2(103)-3560/2022 nömrəli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş və ərizənin təmin edilməməsi qət olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə ərizəçinin tələb etdiyi yerdə işləməsinə dair izahatı alınmış şahid ifadələrinə istinad etsə də, şahidlərin özlərinin bu məlumatların birbaşa daşıyıcıları olub-olmamasına, yəni ərizəçinin işləməsinin ehtimal edildiyi yerdə işləmələrinin onlara məxsus əmək kitabçasında qeydlərin təsdiq edilib-edilməməsinə əhəmiyyət verilməmişdir. Ərizəçinin işlədiyini iddia etdiyi 301 və 302 saylı tikinti təşkilatları Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “Yüksək mərtəbəli yaşayış evlərinin tikintisi” trestinin tabeliyində olmuşdur. Lakin ərizəçinin məhkəməyə təqdim etdiyi şahidlər isə ərizəçin işlədiyini iddia etdiyi 301 və 302 saylı tikinti idarələrində deyil, Bakı Baş Tikinti İdarəsinin nəzdində olan a vtonəqliyyat idarəsində sürücü işləmişlər. Bu hal məhkəmədə şahid qismində dindirilmiş və məhkəməyə təqdim edilmiş həmin şahidlərin əmək kitabçalarındakı qeydlərlə də təsdiq olunur. Yəni şahidlər ərizəçi ilə bir müəssisədə işləmədiyindən, onların ərizəçinin həmin idarələrdə işləməsi barədə verdiyi ifadələri mötəbər hesab edilə bilməz.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 80, 307.2.11 və 308-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. Ərizəçi kassasiya şikayəti verərək qətnamənin prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Maraqlı şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 76.2. Bu məlum atlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır.
25. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
26. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəç i tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayəti nin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 3560/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.