Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5198/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 oğluna və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5198/21 (Açar sözlər: mənzildən çıxarılma barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(103)3959/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Muxtarova Nənəş Cəmil qızının kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Muxtarova Nənəş Cəmil qızına (bundan sonra cavabdehlərə) qarşı ilk iddia qaldıraraq, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi 0,0243 ha torpaq sahəsində yerləşən, 8 otaqlı, ümumi sahəsi 167,2 kv.metr, yaşayış sahəsi 49,2 kv.metr olan 10 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 14/42 hissəsini Cavabdeh2 16 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında satın aldığını, həmin evə dair 28 avqust 2019-cu il tarixdə onun adına Çıxarış verildiyini, 16 sentyabr 2019-cu il tarixədək qeydiyyatdan çıxarmağı və evi boşaldılaraq təhvil vermək öhdəliy i götürmüş evin keçmiş sakinləri olan adı çəkilən şəxslərin öhdəliklərini yerinə yetirmədiklərini bildirmiş və buna görə də onların sözügedən evin 14/42 hissəsinə istifadə hüquqlarının itirilməsi və evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdehlər isə məhkəmədə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 16 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.A.Qasımov) ilk iddia təmin, qarşılıqlı iddia rədd edilərək, cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, B ülbülə qəsəbəsi, Əzizbəyov küçəsi 0,0243 ha torpaq sahəsində yerləşən, 8 otaqlı, ümumi sahəsi 167,2 kv.metr, yaşayış sahəsi 49,2 kv.metr olan 10 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 14/42 hissəsindən istifadə hüquqlarının itirilməsi və onların həmin evdən çıxarılmaları qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, 0,0243 ha torpaq sahəsində yerləşən, 8 otaqlı, ümumi sahəsi 167,2 kv.metr, yaşayış sahəsi 49,2 kv.metr olan 10 saylı fərdi yaşayış evinin 14/42 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olub və onun nümayəndəsi Cavabdeh3lə İddiaçı arasında bağlanmış 16 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin ev (evin müvafiq hissəsi) sonuncuya 25. 000 manata satılıb, müqavilə rəsmiləşdirilərkən evin digər paylı mükliyyətçiləri, eləcə də evə hüququ olan Cavabdeh1 onun İddiaçı satılmasına etiraz etmədiklərinə dair notarial təsdiqli ərizələr veriblər, əmlakın razılaşdırılmış dəyəri notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödənilib, satıcı(lar) daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 16 sentyabr 2019-cu il tarixədək alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi, eləcə də evdən qeydiyyatdan çıxmağı öhdə(lər)sinə götürüb və əmlak 28 avqust 2019-cu ildə İddiaçı adına qeydiyyata alınıb. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, hazırda həmin evdə cavabdehlər yaşamaqla ilk iddiaçının evə sahibliyinə maneə yaratmaqdadırlar. Eyni zamanda işdə, sözügedən evə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmir. Ona görə də ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157.2, 347-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş ediblər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Nənəş Muxtarova və onların vəkili Vəkil2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 157.2-ci madd əsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tə ləblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 347-ci maddəsinə görə isə, şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma sayılır; vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkə t etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsa slandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. İşdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, 0,0243 ha torpaq sahəsind ə yerləşən, 8 otaqlı, ümumi sahəsi 167,2 kv.metr, yaşayış sahəsi 49,2 kv.metr olan 10 saylı fərdi yaşayış evinin 14/42 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olub və onun nümayəndəsi Cavabdeh3lə İddiaçı arasında bağlanmış 16 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin ev (evin müvafiq hissəsi) sonuncuya 25.000 manata satılıb, müqavilə rəsmiləşdirilərkən evin digər paylı mükliyyətçiləri, eləcə də evə hüququ olan Cavabdeh1 onun İddiaçı satılmasına etiraz etmədiklərinə dair notarial təsdiqli ərizələr veriblər, əmlakın razılaşdırılmış dəyəri notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödənilib, satıcı(lar) daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 16 sentyabr 2019-cu il tarixədək alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi, eləcə də evdən qeydiyyatdan çıxmağı öhdə(lər)sinə götürüb və əmlak 28 avqust 2019-cu ildə İddiaçı adına qeydiyyata alınıb. Göründüyü kimi hazırda mübahisəli evdə cavabdehlər yaşamaqla ilk iddiaçının evə sahibliyinə maneə yaratmaqdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu h üququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Mülki Məcəllənin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən ö z əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, ilk iddia üzrə cavabdehlərin mübahisəsi gedən ev üzərində hər hansı hüquqları qalmayıb və onların ilk iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. İlk iddia üzrə cavabdehlərin müdaxiləsi nəticəsində ilk iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olub, buna görə də birin ci instansiya məhkəməsi ilk iddia tələbini haqlı olaraq təmin edib. Apellyasiya instansiyası məhkəməsi, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlid ir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 347-ci maddəsinə görə isə, şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması vacib əhəmiyyətli yanılma sayılır; vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, alqısatqı müqaviləsinin bağlanmasına qədər rəsmiləşdirilən sənədlərə, eləcə alqı-satqı müqaviləsinə bilavasitə tərəflər imza edib, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olub, “ müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyənləşdirilib, ilk iddiaçı öz öhdəliyini lazımınca icra edib, qarşılıqlı iddiaçının arvadı isə notariat qaydasında ərizə verməklə mübahisəli əmlakın satılmasına etiraz etmədiyini bildirib, əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri satıcıya ödənilib, notarial qaydada müqavilə bağlandıqdan sonra ilk iddiaçının bu əmlaka sahiblik, istifadə, dövlət reyestrində qeydiyyata alındığı vaxtdan isə sərəncam vermək hüququ yaranıb. Beləliklə də hər hansı aldatmadan, yaxud vacib əhəmiyyətli yanılmadan bəhs etmək mümkün deyil. Xüsusilə qeyd olunmalıdır ki, əgər tərəflərin həqiqi niyyəti borcun təminatı müqaviləsi bağlamaq olsaydı, onlar notariusda iradələr ini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdilər. Çünki işin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmayıb, ilk iddiaçı, satıcını məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymayıb. Apellyasiya baxışı zamanı qarşılıqlı iddiaçılara, alqı-satqı müqaviləsinin borcun təminatı üçün görünüş üçün bağlandığını təsdiq edəcək sübutlar təqdim etmələri təklif olunsa da, qarşılıqlı iddianın inandırıcılığına dəlalət edən hər hansı sübutları məhkəməyə təqdim etməyiblər. Qarşılıqlı iddiaçıların, şahid ifadələrinə düzgün qiymət verilmədiyi arqumentinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə tərəf lər arasında borc münasibətinin mövcudluğu yalnız müəyyən sübutetmə vasitələri ilə sübut olunmalıdır və Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin daha yüksək olmasına baxmayaraq, alqı-satqının 25.000 manat müqabilində rəsmiləşdirilməsinin onun formallığına dəlalət etməsi ilə bağlı apellyatorların dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir. Çünki əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qi ymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübuta yetirməlidirlər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehlərin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, k assasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Muxtarova Nənəş Cəmil qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(103)-3959/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5198/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5198/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver