Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-520/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı A pelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4163/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.266 manat 43 qəpik əsas borc, 8.207 manat 56 qəpik faiz, 17.533 manat 52 qəpik cərimə və 4.264 manat 73 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 60.272 manat 24 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Cavabdeh2 Ticarət Mərkəzinə yerləşən 2-ci sıra 6 korpus 40 kv. metrdən ibarət olan 175 saylı ticarət obyektinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 419 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 % ödənilmək şərti ilə 37.500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 Firması ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən zamin Cavabdeh2 Firması borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Bundan başqa, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüquq u ilə Cavabdeh1 məxsus Cavabdeh2 Ticarət Mərkəzində yerləşən 2-ci sıra 6 korpus 40 kv. metrdən ibarət olan 175 saylı ticarət obyekti Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 30.266 manat 43 qəpik əsas borc, 8.207 manat 56 qəpik faiz, 17.533 manat 52 qəpik cərimə və 4.264 manat 73 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz olmaqla, cəmi 60.272 manat 24 qəpik məbləğində borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-3261/2019) iddia qismən təmin edilmiş, 30.266 manat 43 qəpik əsas borc, 8.207 manat 56 qəpik faiz, 200 manat cərimə olmaqla, cəmi 38.673 manat 99 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2015-ci il tarixli, 419 saylı kredit müqaviləsinə görı, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 22 % olmaqla 37.500 manat məb ləğində kredit verilmişdir. Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə görə, Cavabdeh2 Firması kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərin i gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, zaminlik müqaviləsində kreditin verilmə müddəti nəzərə alındıqda, zaminlik müqaviləsinin müddəti bitmişdir. Ötən müddət ərzində isə kreditor zaminə qarşı iddia irəli sürməmiş, bu səbəbdən, zaminliyə xitam verilmi şdir. Çünki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 419 saylı kredit müqaviləsində kreditin 24 ay müddətinə verilməsi göstərilsə də, zaminlik müqaviləsində həmin müqavilənin borc alanın kreditor qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdiriə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki i l ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli, 419/1 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh2 Ticarət Mərkəzində yerləşən, xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan 2-ci sıra 6 korpus 40 kv. metrdən ibarət olan 175 saylı ticarət obyektini banka ipotekaya qoymuşdur. Müqavilənin 2.4-cü bəndinə əsasən həmin ticarət obyekti 50.000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında p ul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsvir i, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka ve rənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Həmin Məcəllənin 307.4-cü maddəsinə əsasən əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. Həmin Məcəllənin 307.5-ci maddəsinə əsasən əgər ipoteka ilə təmin edilən öhdəlik hissə-hissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Göstərilən Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka s axlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Qeyd edilən Məcəllənin 307.7-ci maddıəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ləğv prosesində olan İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan ticarət obyektinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Lakin iş materiallarından görünür ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə həmin daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilməmişdir. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, 30.266 manat 43 qəpik əsas borc, 8.207 manat 56 qəpik faiz, 200 manat cərimə olmaqla, cəmi 38.673 manat 99 qəpik və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddianı n qalan hissəsi təmin edilməməlidir. Belə ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Digər tərəfdən iddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğin cavabdehlərdən tutulmasına dair iddia tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və belə bir halı məhkəmədə sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, 200 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, zaminliyə xitam veri ldiyindən, iddia zamin qismində qeyd edilmiş Cavabdeh2 Firmasına aid hissədə təmin edilə bilməz. Həmçinin, daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmadığından, ipoteka predmetinə tutma yönəldilməsinə dair hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)3261/2019 saylı qətnaməsi qismən, yəni cərimə borcunun müəyyən edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC- nin xeyrinə tutulmalı olan cərimə borcu 3000 (üç min) manat məbləğində müəyyəb edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)3261/2019 saylı qətnaməsi mübahisələndirilən qalan hissədə verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci ildə 419 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 37500 manat məbləğində borcu illik 22% olmaqla 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həc mdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Firması kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi zaminliyə xitam verilməsi əsası ilə iddianı zaminə münasibətdə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiy a məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, kreditin verilmə müddəti nəzərə alındıqda, zaminlik müqaviləsinin müddəti bitmişdir. Ötən müddət ərzində isə kreditor zaminə qarşı iddia irəli sürməmiş, bu səbəbdən zaminliyə xitam verilmişdir. Çünki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 419 saylı kredit müqaviləsində kreditin 24 ay müddətinə verilməsi göstərilsə də, zaminlik müqaviləsində həmin müqavilənin borc alanın kreditor qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədə olması göstərilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zamin ə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia üzrə tərəflər arasında bağlanılmış xx xxxxxx 2015-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edərək, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsinə görə xitam verildiyi əsası ilə iddia tələbini Cavabdeh2 firmasına münasibətdə rədd etməklə haqlı olmuşdur. Belə ki, kredit öhdəliyinin icrasının son tarixi müqaviləyə əsasən xx xxxxxx 2017-ci il müəyyən edildiyi halda, Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə 2 il 9 aydan artıq müddət keçdikdən sonra, xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin 4264,73 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu hissəsində iddia tələbinin tam təmin edilməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2019 saylı qərarın surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və ləğvedici təyin edilərkən iflas pro seduruna başlanmışdır. Bu səbəbdən də, illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən kredit müddətinin bitdiyi, yəni xx.xx.2017-ci il tarixdən sonra illik 5% dərəcəsi ilə hesablanmaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması tələbinin əsassız olduğunu şərtləndirir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cərimə üzrə borcu cəmi 200 manat məbləğində müəyyən etməklə maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi hal da borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin Ləğv prosesində olan İddiaçı ASC-yə 30.266 manat 43 qəpik məbləğində əsas borcu olduğu halda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə cərimə üzrə borcu cəmi 200 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlməmişdir. Həmin borca münasibətdə cərimənin 3000 manat məbləğində, yəni əsas borcun təqribə n 10% həddində müəyyən edilməsi mübahisənin ədalətli həlli olmaqla, həm kredit verən iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qətnamə cərimə borcunun müəyyən edilməsi hissəsində ləğv edilməli, mübahisələndirilən qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4163/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, apelyasiya şikayətində olan dəlillərini təkrarlamışdır. Apellyasiya məhkəmsi isə həmin dəlillərə maddi və prosessual normalarını tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. Ona görə də, m əhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassa siya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4163/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.