Məhkəmə qərarları › İş №2(102)-5205/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5205/2019

15.08.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5205/2019 15.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şadıyev Ənvər Əhməd oğlundan və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, katib E.Şirinovun, İddiaçı vəkili Rəhimov Babək Zahid oğlunun, cavabdeh X2 və vəkili Quliyev Ramiz İdris oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, 2(010)4768/2018 saylı qətnaməsi ilə (hakim C.Qədimov) iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 1 2 nömrəli mənzilindən istifadə hüququnun olmadığının müəyyən edilməsi, İddiaçı ünvan 1 2 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli, 2(103)-2960/2019 saylı qətnaməsi ilə (hakimlər: R.Qurbanov, E.Nəbiyev və A.Hüseyn) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4768/2018 saylı, 08 noyabr 2018-ci il tarixli qətnaməsi qismən - yəni Cavabdehnın ünvan 1 2 nömrəli mənzilindən istifadə hüququnun olmadığının müəyyən edilməsi hissəsində ləğv edilərək, İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş cavabdehin ünvan 1 2 nömrəli mənzilindən istifadə hüququnun olmadığının müəyyən edilməsi və onun həmin mənzildən çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mar t 2019-cu il tarixli, 2(103)-2960/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 2 nömrəli mənzilindən istifadə hüququnun olmadığının müəyyən edilməsi, onun həmin mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-c u il tarixli, 2(103)-2960/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı vəkili Rəhimov Babək Zahid oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh Akçurina Faimiya Sabirovna və vəkili Quliyev Ramiz İdris oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi, tərəflərin vək illərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İddia ərizəsində iddiaçı cavabdehin mübahisəli mənzilə 2011-ci ildə rəsmi nikah bağlandıqdan sonra köçdüyünü qeyd etmişdir. İş materiallarında olan 10 sentyabr 2018-ci il tarixli məhkəmə iclasının protokolundan isə görünür ki, sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdeh 2007-ci ildə onlara gəlin gəlmiş, lakin onların rəsmi nikahları sonradan bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istər 2007-ci ildə, istərsə də 2011-ci ildə mübahisəli mənzilə köçdüyü qəbul edilərsə, onun mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsin in tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehin mübahisəli mənzilə 2007-ci ildə köçdüyünü, həmin mənzilin xüsusi mülkiyyətdə olmadığını və dövlət mənzil fonduna aid olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Həmin maddənin tələblərinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onun la yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Çünki cavabdeh iddiaçının razılığı ilə bu mənzilə köçmüş və onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır. Həmçinin kollegiya qeyd edir ki, cavabdehin rəsmi nikah bağlandığı vaxt, yəni 2011-c i ildə mübahisəli mənzilə köçdüyü qəbul edildiyi halda da, onun mübahisəli mənzilə istifadə hüququ yaranmış olur. Çünki belə olan halda cavabdehin mübahisəli evdə istifadə hüququnun yaranıbyaranmaması hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsinin qaydalarına uyğun araşdırılmalıdır. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkə mə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində isə təsbit olunmuşdur ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd olunan maddi hüquq normaların mənasından aydın olur ki, yaşayış sahəsinin kirayəçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız əri (arvadı), habelə onun uşaqları və valideynləri yaşayış sahəsindən kirayəçi ilə bərabər istifadə etmək hüququna malikdirlər. Həmin maddədə göstərilən digər şəxslə rin istifadə hüququnun tanınması üçün isə onların yaşayış sahəsinin kirayəçisi tərəfindən yaşayış sahəsinə köçürülmələri və yaşayış sahəsinin kirayəçisi ilə birgə təsərrüfat aparmaları tələb olunur. Cavabdeh də mübahisəli mənzilə iddiaçı tərəfindən köçürülmüş, onunla birgə təsərrüfat aparmış və bərabər hüquqlar, o cümlədən istifadə etmək hüququ əldə etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi hissəsində iddia tələbi əsaslı olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilmişdir. Eyni zamanda kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzildən çıxarılması barədə tələblər də əsassızdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin m addənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunmur. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi mübahisəli mənzil iddiaçının qanuni istifadəsində və cavabdehin sahibliyindədir. Həmin sahiblik isə qanunidir. Çünki yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, cavabdehin həmin mənzilə istifadə hüququ mövcuddur. Cavabdehin hazırd a iddiaçının ailə üzvü olub-olmamasının mübahisənin həllinə heç bir təsiri yoxdur. Çünki, o, iddiaçının gəlini kimi mənzilə köçürülmüş və onunla birgə yaşayıb ümumi təsərrüfat aparmışdır. Mənzil Məcəlləsinin yuxarıda istinad olunan maddələrinə əsasən isə belə olan halda onun mübahisəli mənzilə istifadə hüququ yaranıb və iddiaçının oğlunun vəfat etməsi və bunun nəticəsində ailə hüquq münasibətlərinə xitam verilməsi həmin hüququn xitamına səbəb olmur. Çünki Mənzil Məcəlləsinin 30-cu maddəsindən fərqli olaraq 68-ci maddədə bu hal nəzərdə tutulmamışdır. Tərəflər arasında münasibətlərin gərgin olması və bununla bağlı iddiaçının istinad etdiyi digər halların isə mübahisənin həllinə heç bir təsiri yoxdur və həmin hallar heç bir halda cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi əs ası kimi çıxış edə bilməz. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar