Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5207/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı notariat ofisinə və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5207/21 (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, 5-ci növbə vərəsənin mirası qəbul etməsi) Bakı şəhəri, 01 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı notariat ofisinə və Cavabdeh1 qarşı “m irasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2665/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Bakı şəhər 46 saylı notariat ofisinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək, xxx X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə payın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı 04.12.1977-ci ildə xxx ilə nikaha daxil olmuş və bu günə qədər ünvan 1 ünvanında qeydiyyatdadır, orada yaşamışdır və yaşamaqda davam edir. Həmin ünvana köçdüyü gündən bu günə qədər qeyd edilən evdə qayınatasından, qayınanasından, ərindən, özündən və uşaqlarından başqa heç kim yaşamamış və hazırda da yaşamır.
3. Cavabdeh1 iddiaçının ərinin əmisi nəvəsi, miras qoyan Həsənov X5 övladıdır. 4. 2015-ci ildə cavabdehin Cavabdeh1 oğlu Murad Həsənov ünvan 1 ünvanına köçürülməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin 2(009)-170/2015 saylı, 19.01.2015-ci il tarixli qətnaməsi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3017/2015 saylı, 21.05.2015-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikasnın Ali Məhkəməsinin 2(102)-4678/2015 saylı, 05.11.2015-ci il t arixli qərarına əsasən X4 iddiası rədd edilmişdir.
5. Bundan sonra iddiaçı X7 və Cavabdeh1 ünvan 1 ünvanından qeydiyyatından çıxarılması vəzifəsinin Səbail rayon Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması haqqında iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-454/2018 saylı, 17.04.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X7 və Cavabdeh1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Səbail rayon Polis İdarəsinin üzərinə vəzifə kimi qoyulması qərara alınmışdır.
6. Həmin qərardan X7 apellyasiya şikayəti vermiş, apelyasiya şikayətinə baxılan zaman Cavabdeh1 Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 müraciət edərək atası Həsənov X3 miras qalmış Bakı şəhəri, Səbail ra yonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evə olan 1/8 hissədə pay üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 isə yalnız Cavabdeh1 mübahisəli evdə qeydiyyatda olmasını əsas götürərək onun müraciəti əsasında Həsənov X5 adına vərəsəlik işi açmışdır.
7. Miras qoyan xxx X9 26.06.2006-cı ildə ölmüşdür. xxx X5 vərəsələrindən heç kim miras qalmış əmlakı qəbul etməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməmiş və ondan miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Yalnız onun ölümündən on iki il keçdikdən sonra aralarında yaranmış məhkəmə mübahisəsində xeyrinə qərar çıxmayacağını gör ən Cavabdeh1 notariat ofisinə mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin miras qoyan xxx X5 doğma əmisi oğlu olan iddiaçının əri xxx mübahisəli evdə fasiləsiz olaraq yaşamaqla, həmin əmlaka sahiblik, ondan istifadə və onu idarə etməklə həmin mirası faktiki olaraq qəbul etmişdir.
8. İddiaçının əri xxx faktiki olaraq qəbul etdiyi miras əmlaka dair hüquqlarını rəsmiləşdirməyə imkan tapmadan ölmüşdür. İddiaçı isə ərinin qanun üzrə vərəsəsi olaraq ərinin faktiki qəbul etdiyi, əmisi oğlu Həsənov X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsini də qəbul etmişdir.
9. Yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə Cavabdeh1 da miras əmlak olan ünvanda yaşamadığı müəyyən edilmiş, həmçinin həmin məhkəmə qətnamələri ilə qey d edilən ünvanda iddiaçının qayınatasından, qayınanasından, ərindən, özündən və uşaqlarından başqa heç kimin yaşamadığı faktı da müəyyən edilmişdir.
10. Buna görə də Cavabdeh1 atası Həsənov X3 miras qalmış mübahisəli evə olan 1/8 hissədə payın miras kimi qəbul edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etmədiyi və faktiki olaraq mirası qəbul etmədiyi üçün Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 X9 üçün vərəsəlik işi açması qeyri-qanuni və əsassızdır.
11. Həmçinin Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 mirası faktiki qəbul etmiş şəxs kimi iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edərək hazırki məsələnin mübahisəli olmasını əsas göstərib məhkəməyə müraciət etməyi tövsi yyə etməsi də əsassızdır. Cavabdehin imtinası iddiaçının hüquqlarını pozur.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1145, 1146, 1243.1, 1243.2, 1246, 1247.1, 1252-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad etmişdir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2125/2020 saylı, 04 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xxx X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanında yerləşən 11 nömrəli evin 1/8 hissəsinin İddiaçı tərəfindən transmissiya qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin əmlaka vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. (hakim Şahin Abdullayev)
14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən aşağıdakıları müəyyən etmiş: - iddiaçı 1977-ci ildə xxx ilə nikaha daxil olaraq Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsində yerləşən 11 saylı evə gəlin köçmüş və həmin vaxtdan hazırki vaxtadək həmin ünvanda yaşayır. Həmin evdə iddiaçının qayınatasından, qayınanasından, ərindən, özündən və uşaqlarından başqa, heç kim yaşamamış və hazırda da yaşamır. İddiaçının əri xxx mübahisəli evin 1/8 hissəsinin mülkiyyətçisi olmuş, 23.12.2014-cü ildə o vəfat etmiş və onun ölümündən sonra iddiaçı birinci növbəli vərəsəsi kimi həyat yoldaşından miras qalmış əmlakı, yəni mübahisəli evin 1/8 hissəsini qəbul edərək həmin hissənin mülkiyyətçisi olmuşdur; - mübahisəli evin 1/8 hissəsinin digər mülkiyyətçisi olan Həsənov X9 iddiaçının mərhum həyat yoldaşı X1 əmisi oğludur və o, 26.06.2006-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, lakin onun vəfatından sonra birinci növbəli vərəsələrdən heç kim miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmişdir. 12.12.2018-ci il tarixdə İddiaçı Həsənov X3 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Həmin ərizə əsasında xxx X5 adına vərəsəlik işi açılmış, lakin iddiaçının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi miras qoyanın birinci növbəli vərəsələrdən Cavabdeh1 miras açılan gündən göstərilən ünvanda pasport qeydiyyatında olması olmuşdur. - miras qoyanın birinci növbəli vərəsəsi X8 mübahisəli Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr Döngəsi, 11 say lı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 19.01.2015-ci il tarixli, 2(009)-170/2015 saylı qətnaməsi ilə onun iddiası həmin mənzilə hüququnun müəyyən edilməməsi əsası ilə təmin edilməmişdir. Miras qoyan xxx X3 miras qalmış əmlak birinci növbəli vərəsələr tərəfindən nə formal üsulla, nə də ki, qeyri-formal üsulla qəbul edilməmişdir; - iddiaçının həyat yoldaşı xxx 23.12.2014-cü ildə vəfat etmiş və vəfat edən vaxta qədər mübahisəli miras əmlakda yaşamışdır. Miras qoyan Nadir Həsənov 26.06.2006-ci il tarixdə vəfat edən vaxt iddiaçının həyat yoldaşı əmisi oğlu olan Həsənov Nadir MəlikMəmməd oğlundan miras qalmış əmlakı faktiki qəbul etmiş və həmin əmlakı idarə etmişdir. X13-zadə əmisi oğlu xxx miras qalmış əmlak ı qeyri-formal üsulla (faktiki) qəbul etsə də, onu öz adına rəsmiləşdirməmiş vəfat etmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin nə pasport qeydiyyatında olması, nə də ki, mübahisəli evə köçürmə barədə məhkəmədə iddia irəli sürməsi, mirasın qeyri-formal (faktiki) üsulla qəbul edilməsi kimi hesab oluna bilməz. Çünki mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hə yat yoldaşı miras açıldıqdan sonra (miras 26.06.2006-cı ildə açılmışdır) vəfat etsə də, eyni zamanda mirası faktiki qəbul etsə də, miras əmlakı öz adına rəsmiləşdirmək üçün heç bir hərəkət etməmişdir. Yuxarıda qeyd olunduğu kimi mirasın qəbul edilməsi özlüyündə bir sıra hərəkətlərin məcmusunu özündə ehtiva edir. Yəni mirasın qəbulu prosesi o vaxtı başa çatmış olur ki, bu proses vərəsənin həmin əmlaka yiyələnməsi və həmin əmlaka mülkiyyət hüquqlarının tanınması ilə rəsmiləşdirilsin. İddiaçının həyat yoldaşı isə miras açıldıqdan sonra orada yaşasa da və mirası faktiki qəbul etsə də, həmin əmlakı öz adına rəsmiləşdirməmişdir. Faktiki olaraq iddiaçının həyat yoldaşı miras əmlakı qəbul etməmiş vəfat etmişdir. Belə olan halda miras qoyan – xxx qalmış miras əmlakı almaq hüququ iddiaçıya keçmişdir. Qeyd olunmalıdır ki, iddiaçıdan başqa miras qoyanın ölümündən sonra mübahisəli əmlak heç bir növbə vərəsə tərəfindən nə formal, nə qeyri-formal üsulla qəbul edilməmişdir və həmin əmlak miras qoyanın ölümündən sonra yalnız iddiaçının ailəsinin idarəçiliyindən olmuşdur.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə miras qoyan Həsənov Nadir Məlik-Məmməd oğlundan miras qalmış əmlakın onun birinci növbəli vərəsələri tərəfindən nə formal üsulla, nə də ki, qeyri-formal üsulla qəbul edilməsi müəyyən edilmədiyindən, əksinə, həmin əmlakda miras açılan vaxtdan iddiaçının və onun ailəsinin yaşaması və həmin əmlakı idarə etməsi müəyyən edildiyindən, iddiaçı həmin əmlaka vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə tam haqlı hesab edilməlidir. İddiaçı miras qoyana münasibətdə vərəsə hesab ed ilməsə də, onun həyat yoldaşı miras qoyanın əmisi oğlu olmuşdur. İddiaçı isə həyat yoldaşına münasibətdə onun birinci növbəli vərəsəsi hesab olunur.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1159.1.1, 1159.5, 1243.1, 1243.2, 1252 və 1255-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh Nadir Həsənov apellyasiya şikayəti verib qətnamənin ləğv iddianın rədd edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə cavabdeh heç bir bildiriş göndərməmiş, cavabdehin məhkəmədə iştirakı təmin edilməmişdir; - iş üzrə qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə (bu qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir) birmənalı şəkildə cavabdehin miras qoyanın oğlu olması baxımından bi rinci sıradan vərəsə olmağı müəyyən edilmiş və təsdiq edilmiş faktdır; - eyni zamanda Ali Məhkəmənin müəyyən etdiyi digər hal isə iddiaçının həyat yoldaşının miras qoyanın 5-ci sıradan olan vərəsə olması faktıdır. İşə baxan Səbail Rayon Məhkəməsi birinci sıradan olan vərəsə ilə beşinci sıradan olan vərəsəyə qədər bütün vərəsələri müəyyən etməli olduğu halda, bir proses keçirməklə bütün halları sanki müəyyən etmişdir; - Ali Məhkəmənin qüvvədə olan qərarı ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdeh kimi qeyd edilən onun mirası qəbul etməsinə mane olan şəxs məhz iddiaçıdır və iddiaçının hərəkətləri ilə faktiki olaraq vərəsələrin hüquqları pozulmuşdur; - birinci instansiya məhkəməsi cavabdehin oğlu ilə bağlı qətnamələrə istinad edir, lakin qeyd edilən qətnamələrin cavabdehə heç bir a idiyyatı yoxdur və onlara istinad edilməsi tamamilə əsassızdır; - birinci instansiya məhkəməsi irsi transmissiyanı əsas gətirir, lakin bu zaman unudur ki, iddiaçı 5-ci sıradan olan vərəsənin həyat yoldaşıdır, iddia tələbi isə başqa bir miras qoyana aiddir, yəni iddiaçı ilk əvvəl mübahisəli əmlakın (miras kütləsinə daxil olan payın) onun həyat yoldaşı tərəfindən qəbul edilməsini sübut etməlidir. Məhz bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər; - hazırda iddiaçı ona və həyat yoldaşına heç bir aidiyyatı olmayan əmlaka dair vərəsəlik hüququ ilə bağlı məhkəməyə müraciət edir və hansısa faktın müəyyən edilməsini məhkəmədən xahiş edir.
21. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)-2665/2021 nömrəli qətnaməsi ilə apelyasiya şi kayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli, 2(009)-2125/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Vahid Sadıqov )
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini hər hansı mötəbər sübut təqdim edilməməsi əsası ilə qəbul etməmiş və belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 (Vəkil2) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi ni xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri: - miras əmlakın iddiaçıya keçməsi göstərilsə də, bu barədə hansı əsaslarla və hansı sübutlarla nəticəyə gəlinməsi qətnamədə əksini tapmayıb; -apellyasiya məhkəməsi Mülki Məcəllənin 1160.1-ci maddəsinin tələblərini nəzərə almyıb. Həmin normaya görə əvvəlki növbə vərəsələrdən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsələyini istisna edir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, Cavabdeh1 və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh Bakı şəhəri 46 saylı Notariat ofisinin notariusu isə məhkəmə kollegiyasına yazılı müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olma dıqda isə onların uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırma lıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşd ırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qəra rdadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instans iyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
31. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, miras əmlakın sahibi olmuş X9 iddiaçının mərhum ərinin əmisi oğludur. İddiaçının mərhum əri mirasa münasibətdə beşinci növbə vərəsədir. Miras qoyan X9 26.06.2006-ci il tarixdə, iddiaçının əri 23 dekabr 2014-cü il tarixdə vəfat etmişdir.
32. Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinə görə iddiaçının həyat yoldaşı miras açıldıqdan sonra orada yaşasa da və mirası faktiki qəbul etsə d ə, həmin əmlakı öz adına rəsmiləşdirməmişdir. Faktiki olaraq iddiaçının həyat yoldaşı miras əmlakı qəbul etməmiş vəfat etmişdir. Belə olan halda miras qoyan – Nadir Həsənovdan qalmış miras əmlakı almaq hüququ iddiaçıya keçmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr bu nəticəyə gələrkən yalnız iddiaçının həyat yoldaşının miras açıldıqdan sonra miras əmlak olan evdə yaşaması faktına istinad etmişlər. Halbuki işin müəyyən edilmiş mübahisəsiz hallarından biri də odur ki, mübahisəli miras əmlak paylı mülkiyyətin bir hissəsidir, həmin əmlakın 1/8 hissəsi iddiaçının ərinin mülkiyyətində olub. Belə olan halda paylı mülkiyyətin mülkiyyətçisi olaraq iddiaçının ərinin öz payından istifadə etməsinin özü-özlüyündə həmin paylı mülkiyyətin digər payçısı olan Həsənov X3 miras qalmış əmlakı qə bul etmiş sayılıb-sayılmamasına qiymət verilməli idi, lakin nə birinci, nə də apellyasiya məhkəməsi buna qiymət verməyib.
34. Bundan əlavə, məhkəmələr Mülki Məcəllənin 1160-cı maddəsinin tələblərini nəzərə almayıb, iddia tələbini təmin edərkən bu normaya istinad etməyib, əvvəlki növbə vərəsələrdən hər hansı birinin mövcudluğu ilə bağlı halları araşdırmayıblar. Çünki qeyd edilən normaya görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
35. İddiaçı yalnız miras qoyanının oğlunu cavabdeh kimi göstərmiş, məhkəmələr də cavabdehdən savayı nə birinci növbə vərəsələrdən, nə də sonrakı növbə vərəsələrdən hər hansı şəxsin mövcudluğu, mövcud olduğu halda həmin vərəsələrin mirası qəbul edibetməmələrini araşdırmayıb. Halbuki bu halların müə yyən edilməsi iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1160-cı maddəsinin tətbiqi üçün zəruri olmuşdur.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyas iya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2665/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.