Məhkəmə qərarları › İş №2(102)-521/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-521/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-521/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Nəsibov İsrafil Bəhlul oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili X2, Cavabdeh Nəsibov İsrafil Bəhlul oğlunun və vəkili Nümayəndə iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3039/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh Nəsibov İsrafil Bəhlul oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Samux Rayon Məhkəməsinin 17.04.2009-cu il tarixli, 2(058)- 97/2009 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdeh Nəsibov İsrafil Bəhlul oğluna qarşı iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 20.06.2008-ci il tarixli, G 236-08(Ə) saylı təminatlı kredit müqaviləsindən əmələ gələn 42065 manat əsas borcun, 2309 manat faiz borcunun, 5666 manat gecikdirilmiş borcun, 2200 manat dəbbə pulunun və 20 manat dövlət rüsumunun tutulması üçün tələbin X4 məxsus, Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsində 0,0177 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 27,0 kv.m yaşayış, 14,3 kv.m köməkçi sahədən ibarət olan 174 saylı fərdi yaşayış evi və İddiaçı məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsində 0,0297 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 146,5 kv.m yaşayış, 128,9 kv.m köməkçi sahədən ibarət olan 96 saylı fərdi yaşayış evinin hərracdan satılması hesabına təmin edilməsi qət edilmişdir.

2. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 04.11.2011-ci il tarixli müqavilə ilə İddiaçı məxsus olan mübahisəli ev hərracın yekunları üzrə “Sifarişçi-Satıcı” olan Samux rayon İcra qrupunun icra məmuru Rusif Quliyevlə hərracın qalibi olan "xxxx" İKB ASC-nin nümayəndəsi X8 arasında alqı-satqı müqaviləsi bağlanmaqla 35700 manata satılmış, fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə 27.12.2011-ci ildə "xxxx" İKB ASC-nin adına qeydiyyata alınmaqla MA seriyalı, ******* saylı çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icr aat

3. İddiaçı cavabdeh Nəsibov İsrafil Bəhlul oğluna qarşı 30.01.2019-cu ildə iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 69700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə cavabdeh Nəsibov İsrafil Bəhlul oğlu arasında bağlanmış 20.06.2008-ci il tarixli, G236-08(Ə) saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə ödəmək şərtilə 50000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin və ona hesablanmış faizlərin, digər ödənişlərin təminatı kimi iddiaçıya məxsus 0,0297 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 146,5 kv.m yaşayış, 128,9 kv.m köməkçi sahədən ibarət olan, Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, 96 saylı fərdi yaşayış evi 20.06.2008-ci il tarixli, G236-08(İ)-2 saylı ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən əmlak 69700 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh Nəsibov İsrafil Bəhlul oğlu kredit öhdəliyini icra etmədiyi üçün bank məhkəməyə müraciət etmişdir. Samux Rayon Məhkəməsinin 17.04.2009-cu il tarixli, 2(058)-97/2009 saylı qətnaməsi ilə cavabdehdən 42065 manat əsas borcun, 2309 manat faiz borcunun, 5666 manat gecikdirilmiş borcun, 2200 manat dəbbə pulunun və 20 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, 96 saylı ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracdan satılması qət edilmişdir. Qətnamə icra olunması Samux rayon icra qrupuna gön dərilmiş, 21 saylı, 05.04.2010-cu il tarixli sifariş əsasında fərdi yaşayış evi hərraca çıxarılmış, satıldıqdan sonra "xxxx" İKB ASC-nin mülkiyyət hüquqları 27.12.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına MA seriyalı, ******* saylı çıxarış verilmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, Samux Rayon Məhkəməsinin 17.04.2009-cu il tarixli, 2(058)-97/2009 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə uyğun olaraq iddiaçının ipotekaya qoyduğu ev hərracda satıldıqdan sonra 2012-ci ildə iddiaçı ona və digər şəxslərə qarşı ipoteka müqaviləsinin etibarsız sayılması, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin ləğv edilməsi və s. tələblərlə məhkəməyə mürac iət etmiş, müxtəlif instansiyalarda işə baxılmış və iddia təmin edilməmişdir. Həmin məhkəmə icraatı zamanı iddiaçı özü izahat verərək bildirmişdir ki, əvvəllər xalça alqı-satqısı ilə məşğul olmuş, bu səbəbdən mülkiyyətində olan fərdi yaşayış evini banka ipoteka müqaviləsi əsasında yüklü etməklə pul alaraq mağaza tikmək istəmiş, müxtəlif səbəblərdən bunu edə bilməmişdir. 2008-ci ildə arvadının rəfiqəsi Mehriban adlı qadın bu işdə ona kömək edəcək Əleysan Aslanov adlı şəxsi İddiaçı yanına gətirmişdir. X11 Musayevə bankdan 50000 manat pul götürəcəyini, 3 20000 manatını ona, 10000 manatını Hikmət Musayevə verəcəyini, 20000 manat pulu isə özü götürəcəyini demişdir. Yaxın münasibətləri olduğundan bu məsələ ilə bağlı Əleysan Aslanov ona müraciət etmiş, bank qarşısında hər hansı öhdəliyinin olub -olmamasını soruşmuşdur. Cavabı Əleysanı təmin etdiyindən bildirmişdir ki, yaxın tanışları İddiaçı, habelə X9 şəhərində evləri var. Həmin evləri ipotekaya qoyub pul götürmək istəyirlər. Lakin Madarın adına bank öhdəliyi mövcud olduğundan bunu edə bilmirlər. Onun adına 50000 manat kredit götürməyi, əvəzində təminat olaraq Madarın evinin ipotekaya qoyulacağını bildirmiş, təmənnasız olaraq buna razılaşmış, bütün sənədlər hazırlanandan sonra banka gedərək kredit müqaviləsinə imza etmiş, götürülmüş kreditin qarşılığında girov predmeti olduğundan elə oradaca kredit məbləği olan pulu Əleysana vermişdir. Madar özü də sözügedən məhkəmə icraatları zamanı bunu etiraf etmişdir. Əleysan onu bu məsələ ilə bağlı arxayın etmiş, kreditin qaytarılmamasından yalnız bankın tələbi üzrə 2009-cu ildə işə baxılar kən xəbərdar olmuşdur. İddiaçılə Əleysan Aslanov arasında olan münasibətin ona heç bir aidiyyəti yoxdur. Hesab edir ki, iddiaçının evindən məhrum olması ilə bağlı hər hansı cavabdehlik daşımır. Bundan əlavə ona məlum olmuşdur ki, mübahisəli mülk əvvəlcə başqa bankda girovda olmuş, Əleysan Aslanov iddiaçının əvəzinə 8000 manat ödəyərək evi ipotekadan azad etmişdir. Əleysan Aslanov bildirmişdir ki, götürülmüş 50000 manatdan 16500 ABŞ dolları məbləğində pulu şəxsən İddiaçı vermiş, banka 18000 manat pul ödəmişdir. Bank onu məhkəməyə verəndə dəfələrlə İddiaçılə danışmışdır ki, evi hərraca çıxarmamaq üçün krediti bağlasınlar, Madar Əleysandan pulunu aldığını bildirmiş, evin hərraca çıxarılmasından narahat olmamağı bildirmişdir. Bu və digər məsələlər Samux Rayon Məhkəməsinin 05.09.2012-ci il tari xli, 2(058)218/2012 saylı qətnaməsində öz əksini tapmışdır. Habelə Əleysan 2015 və 2016-cı illərdə Madara, arvadı Əcəfə və qızı Elnurəyə bir dəfəyə 3000 manat, digər vaxtlarda müxtəlif məbləğlərdə olmaqla, cəmi 6440 manat pul vermişdir. Bu Əleysanın özünün yazdığı və ona verdiyi vərəqdə göstərilmişdir. Həmin vərəqini məhkəməyə təqdim etdiyi etirazına əlavə etmişdir. İddiaçı 2012-ci ildə Əleysan və onun tərəfindən aldadıldığını bildirərək polisə müraciət etmiş, araşdırma nəticəsində 20.01.2012-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı və vəkili iddianın təmin edilməsinin əsası olaraq əvvəla Azərbaycan Respublikası Mülki Məcəlləsini n (MM) 509.1-ci maddəsinə əsaslanmışlar. Həmin maddəyə görə isə birgə öhdəliyi icra etmiş borclu qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydada tələb hüququna malikdir. Lakin hazırki iş üzrə iddiaçı və cavabdeh birgə borclu hesab edilmirlər. Belə ki, Samux Rayon Məhkəməsinin 17.04.2009-cu il tarixli qətnaməsi ilə borc pulun yalnız İsrafil Nəsibovdan tutulması qət edilmişdir. Yəni, kredit müqaviləsi üzrə borclu İsrafil Nəsibov ipoteka müqaviləsinə görə İddiaçı qarşısında hər hansı öhdəlik daşımırdı. Müqavilələrin mətnində də, belə müddəa nəzərdə tutulmayıb. Mülki qanunvericilikdə müəyyən edildiyi kimi reqres qaydada pul tələb etmək hüququna zaminlər, birgə borclular və sığorta hadisələri üzrə sığorta idarələri malikdirlər. İpoteka qoya n isə könüllü olaraq kredit müqaviləsi üzrə əmlakını ipoteka edir. Beləliklə, iddiaçının reqres qaydada, eləcə də subroqasiya qaydasında pul tələb etməyə subyektiv hüququ yoxdur. Habelə iddiaçının MM-in 1115-ci maddəyə əsaslanması da düzgün deyil. Belə ki, həmin maddəyə əsasən tələb olunan zərər deliktdən əmələ gəlməli olsa da, cavabdehin əməlində hər hansı mülki hüquq pozuntusunun olmadığı müəyyən edilir. Vəkil əlavə olaraq bildirdi ki, nümayəndəsi olduğu cavabdeh iddia tələbini əsassız olduğuna görə qəbul etməsə də, özü hesab edir ki, mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçının evi 27.12.2011-ci il tarixdən bankın mülkiyyətinə keçmişdir. Tərəflər arasında olan mübahisə 20.06.2008-ci il 4 tarixli ipoteka və kredit müqaviləsi ilə bağlı olduğundan qanunvericilikdə buna 3 il iddia müddəti müəyyən edilmişdir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 ildir. İddiaçı isə iddia müddətinin axımının başladığı vaxtdan 8 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Mübahisəyə iddia müddətini şamil etməklə və ya qeyd etdiyi digər əsasla iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Samux Rayon Məhkəməsinin (hakim S.Zeynalova) 24 aprel 2019-cu il tarixli, 2(058)-253/2019 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Nəsibov İsrafil Bəhlul oğlundan 35700 (otuz beş min yeddi yüz) manat və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddianı təmin etmə tədbirlərin in qətnamə qanuni qüvvəsini alanadək saxlanılması qət edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının evinin hərracda satılması nəticəsində ona zərər vurulmasını cavabdehdən tələb etmək üçün subyektiv hüququ yaranmışdır. Belə ki, cavabdeh müqavilə üzrə kreditin ödənilməsinə məsul olsa da, kredit müqaviləsinə imza edərkən və kredit məbləğini Əleysan Aslanova təqdim edərkən kredit ödənilmədiyi təqdirdə girov predmetinin hərraca çıxarılacağını bilərək, müqaviləyə imza etməklə öz vəzifəsini bitmiş hesab etmiş, kreditin ödənilmədiyindən yalnız bank məhkəməyə müraciət edərkən xəbəri olduğunu bildirmişdir. Cavabdeh Samux Rayon Məhkəməsində 2(058)-97/2009 saylı işə baxılarkən verdiyi izahatında bildirmişdir ki, maddi imkanları pisləşdiyindən müqavilə üzrə borclarını ödəyə bil məmiş, borcundan boyun qaçırmır, vaxt verildiyi təqdirdə borcları ödəməyə çalışacaq. Bu işə əlavə edilmiş 17.04.2009-cu il tarixli qətnamədə öz əksini tapmışdır. İddiaçı iş üzrə zamin olmasa da, kreditin ödənilməsinə təminat olaraq öz evini ipotekaya qoymuş, ev isə hərracda 35700 manata satılmış və bankın mülkiyyətinə keçmişdir. Birinci instansiya məhkəməsi mülki qanunvericilikdə müəyyən olunmuş qanunun analogiyası müddəasından çıxış edərək bildirmişdir ki, hazırki iş üzrə MM-nin 475.1-ci maddəsinə istinad edilməli və bu mövqedən yanaşmaqla iddia qismən təmin edilməlidir. Belə ki, həmin maddəyə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. b) Apellyasiya inst ansiyası məhkəməsindəki birinci icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Bayramov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehtiyev) 16 iyul 2019-cu il tarixli, 2(104)-3089/19 nömrəli qətnaməsi ilə cavabdeh Nəsibov İsrafil Bəhlul oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Samux Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(058)-253/2019 saylı qətnaməsi iddia tələbinin qismən təmin edildiyi hissədə, yəni cavabdeh Nəsibov İsrafil Bəhlul oğlundan 35700 (otuz beş min yeddi yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsinin təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə ə saslandırmışdır ki, birinci instansiya məhkəməsi mülki qanunvericilikdə müəyyən olunmuş qanunun analogiyasından çıxış edərək hazırki iş üzrə MM-nin 475.1-ci maddəsinə istinad etməklə iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ipoteka müqaviləsi isə əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanılan əqddir. Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tutmanın ipoteka predmetinə yönəldilməsinə olan müstəsna hüququdur. İpoteka qoyan zamin kimi əsas borclu ilə birlikdə kredit müqaviləsinə görə birgə məsuliyyət daşımır, sadəcə olaraq kredit müqaviləsi üzrə əsas borclu öhdəliklərini icra etmədikdə ipoteka qoyduğu əmlakı hesabına müqavilənin icrasını təmin edir. İpoteka müqaviləsinin məzmunundan görünür ki, ipoteka qoyan öz iradəsini aydın şəkildə ifadə edərək, öhdəlik icra edilməyəcəyi halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilə biləcəyi ehtimalını əvvəlcədən açıq-aşkar görərək əmlakını girov qoymuşdur. Hətta, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə dair öhdəlik götürürlər. Göründüyü kimi, ipoteka qoyan əsas öhdəlik icra edilməyəcyi təqdirdə əmlakının əlindən çıxması riskini əvvəlcədən görür və bununla da razılaşır. Odur ki, iddiaçı risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün əmlakı ilə cavabdeh olduğundan, ipoteka qoyulmuş əmlakının realizə olunduğu hallar üç ün bütün məsuliyyəti özü daşıyır. Mülki Məcəllə ipotekaya tutma yönəldilinədək mülkiyyətçinin kreditoru təmin etmək hüququnu müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 311-ci maddəsində göstərilir ki, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi, mülkiyyətçi icra müddəti çatmiş tələbi bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yarandığına görə təmin edə bilər. Bu zaman tələb hüququ kreditoru t əmin etmiş mülkiyyətçiyə keçir və o, ipotekaya xitam verilməsini tələb edə bilər. Beləliklə, qanunvericilik mülkiyyətçinin kreditoru təmin etmək hüququna aydınlıq gətirmişdir. Yəni, bu prosedur yalnız ipotekaya tutma yönəldilənədək həyata keçirilir. İpoteka predtmetinə tutma yönəlidilməklə əsas öhdəliyin icra edilməsi isə heç bir halda mülkiyyətçinin kreditoru təmin etməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiya məhkəməsi, həmçinin yuxarıda qeyd edilən normanın dispozisiyasından çıxış edərək hesab etmişdir ki, mülki qanunvericilik ipoteka qoyanın - mülkiyyətçinin əsas borcludan tələb hüququnun nə zaman, hansı şərtlər daxilində yaranmasını aydın şəkildə müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əgər belə bir şərt, yəni əsas öhdəliyinin icra edilməsi üçün ipoteka predmeti realizə olunduğu təqdirdə onun dəyəri həcmində tələb hüququnun ipoteka qoyana keçməsinə dair şərt ipoteka müqaviləsinin özündə nəzərdə tutulsaydı, onda hazırki tələbin əsaslılığı bu aspektdən müzakirə oluna bilərdi. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur. Hüquqi əsası olmadığı üçün tələbin təmin edilməsinin qanunvericilik əsası da yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), G.Quliyev və Ə.Əliyev) 2(102)-187/2020 nömrəli iş üzrə 10 mart 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli q ətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 311-ci maddəsinin tətbiqinin qeyri-mümkünlüyü ilə bağlı mövqeyi ilə razılaşmamışdır. Kassasiya məhkəməsi qeyd etmişdir ki, qanunverici hər hansı bir maddəni qanuna daxil edərkən müəyyən məqsədlə bunu edir. Mülki Məcəllənin 311-ci maddəsinin məqsədi də borclunun əvəzinə borcu ödəmiş ipoteka qoyanın, ödədiyi məbləği borcludan tələb etmək hüququnun olmasını müəyyən etməkdir. Qanunverici ipotekaya qoyan tərəfindən ödənilmiş borc məbləğinin tutmanın ipotekaya yönəldilməsindən sonra qeyri-mümkünlüyü də qanunda nəzərdə tutmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası mə hkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311-ci maddəsinin tətbiqinin qeyri-mümkünlüyü barədə hüquqi mövqeyi, həmin maddənin düzgün təfsir olunmamasıdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı tələbi Mülki Məcəllənin əsassız varlanma fəslinin müddəaları ilə əsaslandırıla bilər. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kassasi ya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh "xxxx" İKB ASC-dən 50.000 manat kredit götürmüş, banka borcunu ödəməmiş, nəticədə onun borcu İddiaçı ipotekaya qoyduğu evi hesabına ödənilmiş və Cavabdeh bankdan götürdüyü kredit hesabına varlanmışdır. Onun bu cür varlanması qarşısında heç bir öhdəliyə malik olmayan İddiaçı hesabına baş vermişdir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-N.Quliyev (sədrlik edən və məruzəçi), Ş.Rzaquliyev və Ə.Abdullayev) 03 sentyabr 2020-ci il tarixli, 2(104)-2242/20 nömrəli qətnaməsi ilə cavabdeh Nəsibov İsrafil Bəhlul oğlunun apellyasiya şikayəti təmin edilmiş, Samux Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(058)-253/2019 nömrəli qətnaməsi qismən, cavabdeh Nəsibov İsrafil Bəhlul oğlundan 35700 (otuz beş min yeddi yüz) manat və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mülki qanunvericilikdə müəyyən olunmuş qanunun analogiyası müddəasından çıxış edərək hazırkı tələbə MM-in 475.1-ci maddəsini tətbiq etməkdə düzgün hüquqi nəticəyə gəlsə də, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsini qəbul etməyərək hazırkı tələbə mülkiyyətin müdafiəsi kimi yanaşmaqda səhvə yo l vermiş, həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırkı tələbə həm reqres öhdəlik kimi qiymət verərək qanunun analogiyasından istifadə etmiş, həm də, hazırkı tələbi mülkiyyətin müdafiəsi kimi qiymətləndirərək tələbə iddia müddətinin tətbiq edilməməsi qənaətinə gələrək qətnamədə anlaşılmazlıq yaratmışdr. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının özü də, iddia tələbini «Reqress qaydada pul tələbi» adlandıraraq cavabdehdən reqres qaydada 69700 manat pul tutularaq ona ödənilməsini xahiş etmişdir ki, mülki qanunvericilikdə bu tələbə iddia müddəti şamil edilmiş, hətta reqres iddia üzrə iddia müddətinin axımının başlanğıcı anının vaxtı dəqiq ifadə olunmuşdur. Apellyas iya instansiya məhkəməsi qeyd etmişdir ki, əsas öhdəliyin icrası 04.11.2011- ci il tarixdə, yəni mübahisəli fərdi yaşayış evinin açıq hərracda satıldığı vaxt baş vermiş və həmin andan reqres öhdəliklər üzrə iddia müddətinin axımı başlamışdır. Lakin iddiaçı cavabdehə qarşı reqres qaydada pul tələbinə dair iddia ərizəsini 28.01.2019-cu il tarixdə, yəni iddia müddətinin axımının başlamasından 8 ilə yaxın müddət keçdikdən sonra rabitə orqanına vermiş, bununla da, reqres öhdəliklər üzrə iddia müddətini ötürmüşdür. Cavabdehin nümayəndəsi isə iddia müddətinin tətbiqinə dair yazılı ərizə vermişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) 2(102)-19 71/2021 nömrəli iş üzrə 29 aprel 2021ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2242/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi birinci kassasiya icraatından məhkəmə kollegiyasının məcburi olan göstərişlərini: tərəflər arasında mövcud mübahisəyə münasibətdə maddi hüquq normalarının tətbiqi və iddiaçının subyektiv hüququ ilə bağlı heç bir araşdırma aparmamışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi faktiki olaraq iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinin müzakirə etməklə, yəni mübahisəyə iddia müd dətinin tətbiq edilməsi ilə kifayətlənərək iddianın rədd olunmasını əsaslı hesab etmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseynzadə (sədrlik edən və məruzəçi), R.Mamedov və R.Muradov) 23 iyul 2021-ci il tarixli, 2(104)-2799/21 nömrəli qətnaməsi ilə cavabdeh Nəsibov İsrafil Bəhlul oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2(058)-253/2019 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, cavabdeh Nəsibov İsrafil Bəhlul oğlundan 35700 manat və məhkəmə xərci qismində 15 manat olmaqla, cəmi 35715 (otuz beş min yeddi yüz on beş) manat alınaraq, İddiaçı verilməsi, apellyasiya şik ayətinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ev hərraca çıxarılmış, hərracda 35700 manata satılmış və bankın mülkiyyətinə keçmişdir ki, bununla da mülki Məcəllənin 311-ci maddəsinin tələbinə əsasən iddiaçının öhdəliyi öz əmlakı ilə ödədiyi həcmdə, yəni 35700 manat məbləğində cavabdehdən tələb etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməyərək, iddianın hüquqi əsası kimi səhv olaraq Mülki Məcəllənin 475-ci maddəsinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu ş əxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. İddiaçının hazırkı tələbi cavabdehin bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi nəticəsində, iddiaçının öz əmlakı hesabına öhdəliyi icra etməsi səbəbindən ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı cavabdehin reqres öhdəliyindən irəli gəlmişdir. Qeyd edilən tələblər üzrə isə iddia müddəti 10 il təşkil etməkdədir. İddiaçı tərəfindən cavabdehin kredit müqaviləsi üzrə öhdəliyi hərracın yekunları barədə 04.11.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həyata keçirilməsi, bununla da reqres öhdəlik üzrə iddia müddətinin axımının həmin tarixdən başlaması, iddianın isə 30 yanvar 2019-cu il tarixdə verilməsi nəzərə alındıqda, hazırkı tələb üzrə 10 illik iddia müddətinin keçməməsi müəyyən edilir. Buna görə də iddia müddətinin ötürülməsi ilə bağlı iddianın rədd edilməli olması ilə bağlı cavabdehin arqumenti əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İsrafil Nəsibov kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 311-ci maddəsinə istinad edərək kreditorun tələb hüququnun mülkiyyətçiyə keçməsi qənaətinə gəlsə də, iddia müddəti məsələsində iddia tələbini deliktin törədilməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbi he sab etmişdir. Bu da onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən mübahisənin hansı maddi hüquq normasının tətbiq edilməklə həll edilməli olmasında qəti fikrə malik olmamış və ona görə də nəticəsini birmənalı və aydın şəkildə əsaslandırmamışdır. Qətnamədə həm reqres tələb hüququna, həm də deliktə istinad edilərək onların birinin mövcudluğunun digərini inkar etməsi nəzərə alınmadan nəticəyə gəlinməsi bunu təsdiq edir. Belə ki, Mülki Məcəllənin 311-ci maddəsində nəzərdə tutulan kreditorun tələb hüququnun mülkiyyətçiyə keçməsi (reqres tələb hüququ) hüquq varisliyi qaydasında baş verir. Belə ki, kreditorla borcalan arasında mülki hüquq münasibəti xitam olunur və borcalanla mülkiyyətçi arasında yeni (törəmə) mülki hüquq münasibəti yaranır. Bu hald a əsas öhdəlik hansı hüquq münasibəti kateqoriyasına aiddirsə, yeni yaranan münasibət də eyni hüquq münasibəti olur. Hazırkı işdə cavabdeh ilə bank arasında kredit borcu münasibətləri olduğundan və müqavilə üzrə öhdəliklərin icra edilməməsi delikt hesab edilmədiyindən sonrakı törəmə tələblər başqa tələb növünə aid edilə bilməz. Ona görə də, hazırkı mübahisəyə həm Mülki Məcəllənin 311-ci maddəsi, həm də deliktlə bağlı maddələrin eyni anda tətbiqi mümkün deyildir. Mübahisəyə Mülki Məcəllənin 311-ci maddəsini tətbiq edən məhkəmə iddia müddəti məsələsini həll edərkən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə qanunla müəyyən olunan 3 illik müddəti tətbiq etməli olduğu halda, zərərin ödənilməsi tələbi ilə bağlı müddəti (ümumi iddia müddətini) tətbiq etmişdir. Halbuki, Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Bundan başqa, tərəflər arasındakı hüquq münasibətini delikt hesab edən apellyasiya məhkəməsi bununla bağlı ümumiyyətlə heç bir maddi hüquq normasına istinad etməmiş və zərərin ödənilməsi tələbinin təmin edilməsi üçün qanunvericiliyin zəruri olan tələblərini nəzərə almamışdır. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan maddələrin məzmunundan görünür ki, zərərin ödənilməsı uçun aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd olunan halları düzgün müəyyən etmədən cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyini qoymuşdur. Belə ki, İddiaçı 35.700 manat məbləğində zərər dəyməsi iş materialları əsasında müəyyən edilsə də, bu zərərin məhz Nəsibov İsrafil Bəhlul oğlu tərəfindən vurulması halı təsdiq olunmur. Belə ki, iddia ərizəsinə qarşı verilən etirazda cavabdeh göstərmişdir ki, o, Musayev Madar Cəlil oğlunu tanımamışdır. Əleysan Aslanov kredit götürülməsi üçün onlara kömək etməsini xahiş etmiş və bildirmişdir ki, öz aralarında olan razılaşmaya görə bankdan 50.000 manat götürüləcək, alınmış pulun 20.000 manatı İddiaçı, 20.000 manatı Əleysan Aslanovun, 10.000 manatı isə Hikmət Musayevin olacaqdır. Hər üçü bölünmüş pula görə bank qarşısında pulun ödənilməsini təmin edəcəklər. Etirazda göstərilən bu hallar iddiaçı tərəfindən inkar olunmamış, əksinə iddiaçının nümayəndəsi hazırkı iş üzrə 20 avqust 2020-ci il tarixdə Gəncə Apellyasiya məhkəməsində keçirilən məhkəmə icla sında izahat verərək göstərmişdir ki,"... kredit müqaviləsi cavabdehlə bank arasında bağlansa da, əslində atamla (iddiaçı ilə) Əleysan Aslanov arasında olan razılaşmaya əsasən götürüləcək pulun 20.000 manatı atam Madara, 10.000 manatı Hikmət Musayevə, 20.000 manatı isə Əleysan Aslanova çatmalı idi. Buna görə də atam özünə məxsus evin ipotekaya qoyulmasına razılıq verib. Lakin, pul bankdan götürülən zaman Əleysan atama məlumat verməyib, pulun hamısını özü götürüb bizə isə pul verməyib. Sonradan Əleysan krediti ödəmədiyindən biz dəfələrlə Əleysana borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar etmişik, lakin Əleysan hər dəfə müxtəlif bəhanələrlə bundan yayınıb.... Lakin sonradan Əleysan tərəfindən pul ödənilmədiyindən bank məhkəməyə müraciət edib və məhkəmə qətnaməsi ilə borcun tutulması ipoteka predmetinə yönəlib. Hesab edirəm ki, kredit müqaviləsi cavabdehlə bağlandığından bizə dəymiş ziyan da reqres qaydada cavabdehdən tutulmalıdır.” Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən Əleysan Aslanov bildirmişdir ki, “İddiaçı tanışım olub, onunla razılaşmışam, onun digər bankda ipotekada olan evini 8000 manat ödəməklə kreditdən çıxarıb 2008-ci ildə yenidən ipotekaya qoyaraq "xxxx" İKB ASC-dən İsrafil Nəsibovun adına 50.000 manat kredit götürmüşəm. İsrafil Nəsibov mənim xahişim ilə heç bir marağı olmadan kredit müqaviləsinə imza edib pulu götürüb mənə verib. Banka 18.000 manat ödəmişəm, 16.500 dollar İddiaçı pul vermişəm. Bundan əlavə, 2015-2016-cı illərdə Madara, arvadı Əcəfə, qızı Elnurəyə cəmi 6440 manat pul vermişəm. 21.04.2016-cı il tarixdə həmin puldan 3000 manatın ı Elnurəyə şəxsən vermişəm.” Həmçinin, iş materiallarında olan Samux rayon X7 qrupunun baş müstəntiqi İlqar Qəmbərovun 20 yanvar 2012-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı onun şikayəti əsasında Samux rayon Polis Şöbəsində aparılan araşdırma zamanı izahat verərək göstərmişdir ki, “... götürülən məbləğ 50 min AZN təşkil edəcəkdir. Həmin pulun 20 min manatı mənə, 10 min manatı Hikmətə, 20 min manatı isə Əleysana veriləcək. Pullar alınandan sonra hər kəs özü götürdüyü paya görə ödəmə etməli idi,” Göründüyü kimi, işin mübahisələndirilməyən hallarına əsasən, İddiaçı oğlu ilə X6 aralarında bankdan götürülən kredit barəsində şifahi razılaşma olmuş və buna uyğun olaraq, kredit vəsaiti götürülmüş və Nəsibov İsrafil Bəhlul oğlu həmin vəsai ti tam şəkildə X5 vermişdir. Sonradan kredit ödənilməmiş və bankın tələbi iddiaçının əmlakına yönəldilmişdir. Bu halda iddiaçının tələb etdiyi zərər cavabdeh Nəsibov İsrafil Bəhlul oğlunun hər hansı qanunazidd təqsirli hərəkəti nəticəsində deyil, iddiaçı ilə aralarında əldə edilən şifahi, razılaşmanın şərtlərinə əməl etməyən X3 təqsirli əməli nəticəsində dəymişdir. Bu isə o deməkdir ki, mübahisəli hüquq münasibəti deliktdən yaranan hüquq münasibəti hesab edildiyi halda nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi həmin iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlmişdir. Başqa ifadə ilə, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmadığından iddiaçının cavabdehə qarşı maddi zərərin ödənilməsi tələbini irəli sürməyə dair subyektiv hüquqa malik deyil. Bundan əlavə, göründüyü kimi, məhkəmə tərə flərin qarşılıqlı münasibətlərinin aydınlaşdırılması üçün tam hüquqlu məhkəmə kimi bu məsələ ilə bağlı Samux Rayon Polis şöbəsində aparılan araşdırmaların nəticələrinin hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərə almamış, ümumiyyətlə nə həmin qərarda iddiaçının göstərdiklərini, nə cavabdehin etirazında yazılanları, nə də ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında bildirdiyi halları, şahid ifadəsini araşdırmamış və iddiaçıya zərərin bilavasitə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulub-vurulmamasını, habelə maddi zərərlə cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqənin olub-olmamasını, iddiaçıya dəymiş maddi zərərə görə bilavasitə cavabdehin təqsirli sayılıb-sayılmamasını lazımi qaydada araşdırmadan, onun iddiaçıya qarşı mülki hüquq pozuntusu törətməsi qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər.

25. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin k reditoru təmin etdiyi vaxt keçir.

26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

27. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

28. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

29. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

30. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

31. Maddə 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə cavabdeh Nəsibov İsrafil Bəhlul oğlu arasında bağlanmış 20.06.2008-ci il tarixli, G236-08(Ə)-2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə ödəmək şərtilə 50000 manat məbləğində borc pul verilmiş, kreditin təminatı kimi iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, 96 saylı fərdi yaşayış evi 20.06.2008-ci il tarixli, G236-08(İ)-2 saylı ipoteka müqaviləsi əsasında yüklü edilmiş, əmlak 69700 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh Nəsibov İsrafil Bəhlul oğlu kredit öhdəliyini icra etmədiyi üçün bank məhkəməyə müraciət etmiş, Samux Rayon Məhkəməsinin 17.04.2009-cu il tarixli, 2(058)-97/2009 saylı qətnaməsi ilə 42065 manat əsas borcun, 2309 manat faiz borcunun, 5666 manat gecikdirilmiş borcun, 2200 manat dəbbə pulunun və 20 manat dövlət rüsumunun bankın xeyrinə tutulması üçün tələbin İddiaçı məxsus, Gəncə şəhəri, Kəpəz rayonu, X16 küçəsi, 96 saylı ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərracdan satılması qət edilmişdir. Ev hərraca çıxarılmış, hərracda 35700 manata satılmış və bankın mülkiyyətinə keçmişdir ki, bununla da mülki Məcəllənin 311-ci maddəsinin tələbinə əsasən iddiaçının öhdəliyi öz əmlakı ilə ödədiyi həcmdə, yəni 35700 manat məbləğində cavabdehdən tələb etməsi hüququ yaranmışdır. Lakin, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməyərək, iddianın hüquqi əsası kimi səhv olaraq Mülki Məcəllənin 475-ci maddəsinə istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi b orclu da edə bilər. Həmin Məcəllənin 311.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırkı iş üzrə tələbi vaxtaşırı icra edilməli olan öhdəlik olmamaqla yanaşı, həmçinin müqavilədən, o cümlədən daşınmaz əşyalarla bağlı müqavilə tələbindən də irəli gəlməmişdir. Belə ki, tərəflər arasında kreditor və borclu qismində hər hansı bir müqavilə mövcud olmamışdır. Mübahisə üzrə ipoteka müqaviləsi iddiaçı ilə bank arasında, kredit müqaviləsi isə cavabdehlə bank arasında bağlanmışdır. İpoteka müqaviləsini borcalan, yəni hazırkı iş üzrə cavabdeh imzalasa da, ipoteka müqaviləsinin müqəddimə hissəsi olan 1-ci bəndindən görünür ki, müqavilə iddiaçı ilə bank arasında bağlanmış, borcalan, yəni hazırkı iş üzrə cavabdehin müqavilədəki imzası borclu qismində ehtimal edilir ki, məlumatlandırıcı xarakter daşımışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 1.0.7-ci maddəsinə görə də ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir ki, ipoteka müqaviləsi üzrə hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı bir hüquq və vəzifə müəyyən edilməmişdir.

39. Apellyasiya məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi cavabdehin bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etməməsi nəticəsində, iddiaçının öz əmlakı hesabına öhdəliyi icra etməsi səbəbindən ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı cavabdehin reqres öhdəliyindən irəli gəlmişdir. Qeyd edilən tələblər üzrə isə iddia müddəti 10 il təşkil etməkdədir. İddiaçı tərəfindən cavabdehin kredit müqaviləsi üzrə öhdəliyi hərracın yekunları barədə 04.11.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həyata keçirilməsi, bununla da reqress öhdəlik üzrə iddia müddətinin axımının həmin tarixdən başlaması, iddianın isə 30 yanvar 2019-cu il tarixdə verilməsi nəzərə alındıqda, hazırkı tələb üzrə 10 illik iddia müddətinin keçməməsi müəyyən edilir. Buna görə də iddia müddətinin ötürülməsi ilə bağlı iddianın rədd edilməli olması ilə bağlı cavabdehin arqumenti əsassızdır.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüqu qi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur

42. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, baxılan iş üzrə tərəflər arasında müqavilə münasibətləri yaranmamışdır. Kredit və ipoteka müqavilələri iddiaçı və cavabdehlə Bank arasında bağlanmışdır. İddiaçının cavabdehə qarşı tələb hüququ qanundan (Mülki Məcəllənin 311-ci maddəsindən) irəli gəlir.

43. Eyni zamanda qeyd olunan maddəyə əsasən kreditoru təmin etməsi nəticəsində tələb hüququnun mülkiyyətçiyə keçməsi ipoteka qoyan (mülkiyyətçi) ilə kredit müqaviləsi üzrə borclu (cavabdeh) arasında yaranmış hazırkı mübahisənin müqavilədən irəli gələn tələb kimi qiymətləndirilməsi və Mülki Məcəllənin 373.2, yaxud 373.3-cü maddələrində müəyyən edilən müddətlərinin hazırkı mübahisəyə tətbiqi üçün əsas ola bilməz. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi baxılan tələb üzrə iddia müddətinin 10 illik ümumi müddət olduğu barədə düzgün nəticəyə gəlmişdir.

44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

45. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Nəsibov İsrafil Bəhlul oğlunun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3039/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar