Məhkəmə qərarları › İş №2(102)-521/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-521/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-521/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1287/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları 1. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 401,8 kv metr olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquq sahibləri Liter A ilə göstərilən fərdi yaşayış evinin ¾ hissəsi və Liter A ilə göstərilən fərdi yaşayış evinə tam mülkiyyət hüququ Cavabdeh, A Literli fərdi yaşayış evinin ¼ hissəsi İddiaçı1 adınadır.

2. İddiaçı1, İddiaçı2, İddiaçı2muxtar Əli oğlu, X4 və X1 şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanda qeydiyyatda olsalar da, faktiki olaraq Füzuli küçəsi, ev 70 ünvanda yaşayırlar.

3. İş üzrə tərəflər İddiaçı1 və Cavabdeh qardaşdırlar. Onların ataları İddiaçı2muxtar Qasım oğlu xx.xx.1994-cü ildə, anaları X2 xx.xx.2001-ci ildə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 və Cavabdehla ilə ümumi mülkiyyətlərində olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanda, 0,049 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə köçürülmələri, həmin evdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İd dia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxx 1950-ci ildə, İddiaçı2 xx xxxx 1978-ci il tarixdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 mərhum atasına məxsus olmuşdur. Bütün övladlar həmin fərdi yaşayış evində dünyaya göz açıb, orada boya-başa çatmışlar. Atası İddiaçı2muxtar Qasım oğlu 02 iyul 1994-cü ildə vəfat etdikdən sonra, həmin fərdi yaşayış evi vərəsəlik qaydasında onların adlarına qeydə alınmışdır. Belə ki, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında 0,049 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi hazırda İddiaçı1 və Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi onların ümumi mülkiyyətlərində olsa da, cavabdeh onları ümumi mülkiyyətlərində olan fərdi yaşayış evinə buraxmaq istəmir, öz mülkiyyət hüquqlarından istifadə etməyə i mkan vermir. Cavabdeh həmin evdə deyil, həmin torpaq sahəsində yerləşən özünə məxsus 2 mərtəbəli fərdi yaşayış evində yaşayır.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, tərəflər arasında payın naturada ayrılması tələbinə dair Lənkəran Rayon Məhkəməsinin 2(049)-38/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamənin olduğunu, həmin iş üzrə keçirilmiş ekspertizanın nəticələrinə görə evin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı, bu səbəbdən yaşayış evindən iddiaçılarla birgə istifadənin mümkünsüz olduğunu göstərərək iddia ərizəsinin rədd edilməsi, yaxud da iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

7. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın nəticələrinə dair Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli 10/6274 saylı ekspert rəyi ilə Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanda, 0,049 ha torpaq sahəsində yerləşən 3/4 hissəsi üzərində Cavabdeh və 1/4 hissəsi üzərində İddiaçı1 ümumi mülkiyyətində olan, yaşayış sahəsi 44,3 kv metr, 38,4 kv metr köməkçi sahəsi, ümumi sahəsi 82,7 kv metr olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin real olaraq paylara uyğun təcrid şəkildə istifadə qaydasının müəyyən olunmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

8. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2022-ci il tarixli, 2(049)-845/2022 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı 2 Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, iddianın qalan hissədə rədd olunması, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı1 özünə aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci isə iddiaçılar İddiaçı1, İddiaçı2 tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

9. İş materiallarının araşdırılması nəticəsində məhkəmə müəyyən etmişdir ki, İddiaçı1 yaşayış evindən ¼ hissədə pay hüququ olmaqla mülkiyyətçidir, onun mülkiyyətindən maneəsiz istifadə etmək hüququ vardır, bu hüququn cavabdeh tərəfindən məhddulaşdırılması qannusuzdur. Digər İddiaçı2 mübahisənin predmeti olan Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanda qeydiyyatdadır, fasiləsiz və daimi olaraq orada yaşamaq la, həmin fərdi yaşayış evindən istifadə hüququ əldə etmişlər, həm də mülkiyyətçinin İddiaçı1 oğludur, onun yaşayış evinə köçürülməini İddiaçı1 özü təkid edir və iddia qaldırmışdır. İddiaçı1 mülkiyyətçi ailə üzvünü mülkiyyətində olduğu yaşayış evinə köçürmək ixtiyarına malikdir.

10. Məhkəmə tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin 2009-cu ilin oktyabrın 01-dək yarandığını, buna görə də hazırki mübahisəyə 2009-cu ilin oktyabrın 01dək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olduğuna istinad edərək bu nəticəyə gəlmişdir ki, İddiaçı1 və İddiaçı2 Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair hissədə iddia tələbləri təmin edilməlidir.

11. İddiaçılar evdən istifadə qaydalarının müəyyən edilməsi və cavab deh tərəfindən törədilən maneənin aradan qaldırılmasını xahiş etsələr də, iddiaçılar konkret olaraq istifadə qaydalarının hansı qaydada müəyyən edilməsinə və maneələrin nədən ibarət olmasına dair izahat verməmiş, sübut təqdim etməmiş, bununla bağlı mücərrəd tələb irəli sürməklə istifadə qaydalarının və maneələrin nədə ifadə olunduğunu göstərməmişlər. Həmçinin, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə də fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin real olaraq paylara uyğun olaraq təcrid şəkildə istifadə qaydasının müəyyən olunmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 33-cü, Mülki Məcəllənin 158.3-cü, 2009-cu ilin oktyabrın 01-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzi l Məcəlləsinin 53, 54 və 91-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 88 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, müəyyən edilmiş hallar və əlavə təqdim olunmuş sübutlar əsasında iddianın tamamilə rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin ədalətli həlli naminə qarşılıqlı razılıq əsasında evin iddiaçıya aid 1/4 hissəsinə qanuna müvafiq olaraq dəfələrlə kompensasiya qismində pul təklif edilsə də, iddiaçı məsələnin sülh yolu ilə həll edilməsinə razılıq verməmiş, əksinə hazırki əsassız iddia tələbi ilə təkrarən məhkəməyə müraciət etmişdir. Lən kəran Rayon Məhkəməsənin 01 mart 2022-ci il tarixli 2(049)845/2022 saylı qətnaməsinin 3-cü vərəqəsində qeyd olunur ki, onların atası Əlimuxtar Zeynalov 02 iyul 1994-cü il tarixdə öldükdən sonra mübahisəli yaşayış evi cavabdehin adına rəsmiləşdirilmiş, iddiaçılar ailə üzvləri kimi həmin ünvanda qeydiyyatda olsalar da, cavabdeh onları həmin fərdi yaşayış evinə buraxmır. Qeyd edilən hallar mübahisəsiz hallardır, bu hallar cavabdeh tərəfindən təsdiq edilmişdir. Bu hissə qətnamədə qərəzli olaraq düzgün qeyd olunmamış, iddiaçıların öz paylı mülkiyyətləri var, onlar sərbəst olaraq 1/4 öz hissələrinə sahiblik edir, sərbəst şəkildə istifadə edir. İddiaçı özünə aid olan hissədə qanunsuz olaraq stomatoloji fəaliyyətlə məşğul olmaqla bütün sosial və kommunal imtiyazlardan istifadə edir. İddiaçı1 ”Az ərsu ASC” 3 saylı Regional Lənkəran sukanal sahəsi ilə, su təchizatı və tullantı suların axıdılması xidmətinə dair 01 aprel 2015-ci il tarixli müqavilə bağlamış, müqavilə bu günə kimi qüvvədədir. Oğlu İddiaçı2 da, evin özlərinə aid hissəyə daxil olub sərbəst surətdə istifadə edir, hər iksinin evin ona məxsus hissəsinə və ümumi evə köçürülməsinə heç bir hüquqi əsas yoxdur. Ev paylı mülkiyyətdir və bu qərar birbaşa onun və onunla yaşayan ailə üzvlərimin konstitusion mülkiyyət və mənzil hüquqlarının pozulması deməkdir. Şifahi verilmiş vəsatətlərə baxmayaraq məhkəmə mübahisəli evə baxış keçirməmiş, ekspertlərin rəylərini yerində tədqiq etməmişdir. Məhkəmə iddiaçıların evdə yaşamaq niyyətlərinin olmadığını da nəzərə almamışdır.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan so nra – apellyasiya instansiya məhkəməsi) 2(106)-1287/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Tale Kərimov (sədrlik edən və məruzəçi), Müşfiq Həsənov və Cavabdeh) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(049)-845/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 70 ünvanında 0.049 ha torpaq sahəsində Liter A və Liter A1 tikililərindən ibarət olmaqla iki fərdi yaşayış evi vardır, həmin evlərdən 44,3 kv metretr yaşayış, 38,4 kv metr köməkçi, 82,7 kv metretr ümumi sahədən ibarət 1 mərtəbəli, 3 otaqlı Liter A tikilisinin ¾ hissəsi Cavabdeh, ¼ hissəsi isə İddiaçı1 mülkiyyətində olmaqla paylı mülkiyyətdədir və hazırki mübahisənin obyektini təşkil edir, digər Liter A1 tikilisi isə 2 mərtəbəli olaraq tam şəkildə Cavabdeh mülkiyyətindədir. Tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin (Liter A tikilisi) paylara mütənasib şəkildə naturada bölünməsi, yaxud paylara mütənasib şəkildə təcrid olunmuş formada istifadə qaydalarının müəyyən olunması müvafiq ekspertiza rəylərinə əsasən mümkün olmamışdır. Hazırda mübahisəli fərdi yaşayış evində ¼ hissədə pay hüququna malik iddiaçı öz oğlu olan digər iddiaçı ilə birlikdə həmin evə köçürülmələri, həmin ev və digər yardımçı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən olunması tələbini irəli sürmüşlər.

17. Məhkəmə kollegiyası işin müəyyən olunmuş halları əsasında hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində gö stərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 157.1, 157.4, 215.4 və 218-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr cav abdeh İddiaçı2 evə köçürərkən yalnız onun formal qeydiyyatına istinad etmiş, təqdim edilən sübutları, o cümlədən onun tamamilə başqa ünvanda yaşamasına dair arayışı, aralarında olan mübahisələrlə bağlı məhkəmə qətnamələrini nəzərə almamışdır. Halbuki həmin sənədlərlə cavabdehlərin tamamilə başqa ünvanda faktiki yaşamaları, ümumi paylı mülkiyyətdə olan evin bölünməsi ilə aramızda məhkəmə mübahisəsinin olması və evin bölgüsünün mümkünsüzlüyü, cavabdeh İddiaçı2 evə qeydiyyatının formal olması, bunu mübahisələndirməyi müəyyən edilir. İşə baxmış məhkəmələr isə bu xüsusatlara ümumiyyətlə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

22. Maddə 1

3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

23. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmla ka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək ü çün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş)

28. Maddə 53.1. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

29. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onlarin köçməsi zamanı başqa qeyd-şərt göstərilmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd dəlilər apellyasiya şikayətində də irəli sürülmüş, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzçsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi qiymətləndirməsi ilə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

42. İddiaçı1 ona mənsub yaşayış evinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa malikdir. Onun özünə məxsus olan evə ailə üzvlərini, həmçinin digər iddiaçı olan oğlu İddiaçı2 köçürmək ixtiyarı vardır. Həmin hüquqları məhdudlaşdırıldığı halda cavabdeh şəxslərdən, həmçinin paylı mülkiyyətçilərdən bu hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququ vardır. Mülkiyyətçinin hüquqları Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunur.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yux arıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1287/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar