Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-521/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözləri: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi, iddia müddətinin ötürülmüş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5651/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-171/3-4-262/2024 nömrəli əmri ilə, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-c i maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir.
2. İddiaçı 1958,12 manat son haqq-hesabı işəgötürən tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - onunla əmək müqaviləsinin bitməsi əsası ilə işdən azad olunması barədə xx.xx.2024-cü il tarixli, 3-171/3-4-262/2024 saylı əmrin ləğv edilməsi; - cavabdehlə onun arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi ilə əvəz edilməklə, onun işdən azad olunduğu tarixdə çalışdığı DSMF-nin 2 saylı Lənkəran - X4 Cəlilabad rayon qəbul şöbəsinin müdiri vəzifəsi üzrə işə bərpa edilməsi; - onun cavabdeh tərəfindən işdən azad olunduğu gündən hazırkı iş üzrə qəbul olunacaq məhkəmə qətnaməsinin icra olunac ağı tarixə kimi məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanıb birdəfəlik cavabdehdən tutularaq ödənilməsi; - cavabdeh tərəfindən ona vurulan maddi və mənəvi ziyana görə cəmi 5000 manat məbləğdə pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aşağıda qeyd olunan tarixlərdə müxtəlif fəaliyyətləri icra etmişdir: 17 avqust 2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Cəlilabad rayon Filialının Mühasibat uçotu şöbəsində baş mütəxəssis; 4 dekabr 2020-ci ildə DSMF-nin 9 saylı regional ərazi filialının təsərrüfat şöbəsində müdir; 27 dekabr 2021-ci ildə DSMF-nin 2 saylı Lənkəran - X4 Cəlilabad rayon qəbul şöbəsinin müdiri. Aygül Səfərli cavabdeh orqanın 2 Saylı X2 rəhbər təyin olunana qədər onun fəaliyyətindən rəhbərlərinin heç bir narazılığı olmamış və barəsində bu faktları əks etdirən intizam tədbirləri görülməmişdir. Həmçinin fəaliyyətdə olduğu müddətlərdə ona qarşı heç bir vətəndaşın narazılıq və gileyini əks etdirən hər hansı bir ərizə və ya şikayət işlədiyi orqana daxil olmamışdır. Nazirliyin keçirdiyi sonuncu qiymətləndirmədə 2 Saylı X3 üzrə ən yüksək nəticə toplamışdır. Lakin cavabdeh orqanın qərəzli mövqeyi nəticəsində 14 fevral 2024-cü il tarixində 3-17-1/3-4262/2024 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad olunmuşdur. Hazırkı vəziyyətin bu yerə gəlib-çatmasına səbəb olan hallar kimi bildirir ki, 2023-cü il iyul ayının sonlarında övladı - 4 may 2019-cu il təvəllüdlü Nilay Rüstəmlinin səhhətində ciddi narahatlıq yaranıb, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən təcili göstərişli yollayış əsasında təcili tibbi yardım avtomobili ilə onu Bakı şəhərində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gətirib və burada "İdiopatik trombositopenik purpura" diaqnozu ilə yerləşdirilib. Bundan sonra növbəti iş günü üçün övladının səhhəti ilə əlaqədar həm cavabdeh orqanın 2 Saylı X1, həm də onun birbaşa rəhbəri olan Aygül Səfərlidən öz hesabına 2 iş günü üçün icazə istəyib. Lakin ona 4 saatlıq icazə verilməyib, günün ikinci yarısında ağır vəziyyətdə olan övladını orada qoyaraq iş yerinə qayıtmalı olub. Dəfələrlə Bakı şəhərinə xəstə olan uşağının yanına qayıtmaq üçün qanuna müvafiq şəkildə müraciətlər edib. Nəhayət, cəmi 1 iş günü üçün icazə alaraq iş yerini tərk edə bilib. Ona icazə verilmədiyinə görə növbəti müayinə və müalicələrdə də gecikmə olub. Dolayısı ilə övladının sağlamlağında baş verən ağırlaşma ilə əlaqədar onu yenidən Bakı şəhərində yerləşən tibb müəssiəsinə aparmaq məcburiyyətində qalıb. Elə həmin gün ərzində tibb müəssisəsindən aldığı müvafiq sənədləri birbaşa rəhbərinə və daha yuxarı rəhbərlik olan RİM-in mail ünvanına göndərib. Növbəti iş günü Cəlilabad rayon qəbul şöbəsində iş fəaliyyətini davam etdirdikdə hər iki rəhbərliyinə zəng vuraraq üzrlü səbəbdən işdə olmamağını təsdiq edən sənədlərin kifayət edib-etmədiyini soruşub. Buna müvafiq olaraq ona bildirilib ki, "...Bu məsələyə yuxarı rəhbərlik səviyyəsində baxılacaq". Övladının səhhətində aşkarlanan və xr oniki hal alan İTP xəstəliyinin gedişatında o, həkim göstərişinə əsasən müəyyən gün aralıqlarında analiz verməli, müayinə edilməli və zəruri dərmanları tibb müəssisəsində həkim nəzarəti altında almalı idi. Buna müvafiq olaraq ərizə ilə lazımi qaydada əvvəla cavabdehə və buna uyğun olaraq rəhbərlərinə müraciət edirdi. Həmin müraciətlərə birbaşa Aygül Səfərlinin özü və onun bildirdiyinə görə yuxarı rəhbərlik icazə vermirdi. Dolayısı ilə işini itirmək qorxusu ilə əlaqədar övladını tibb müəssiəsinə vaxtlıvaxtında apara bilməmişdir. Bu səbəbdən də övladının səhhətində ciddi problemlər yaranaraq xəstəlik xroniki hal almışdır. Bütün bu hadisələrdən sonra cavabdeh orqanının daxili nəzarət şöbəsinin əməkdaşı Mehman Məmmədov ona zəng edərək Dövlət Sosial Müdafiə Fonduna gəlməli olduğunu bildirib. O, cavabdeh orqanın daxili nəzarət şöbəsində tutulan iradların əksər hissəsinin həqiqəti əks etdirmədiyini və qərəzli olduğunu söyləyib. Həmçinin ondan asılı olmayan səbəblərdən övladının müalicəsi ilə əlaqədar Bakı şəhərində olduğu, bu zaman ərzində cavabdeh orqanın gizli əməkdaşları tərəfindən Cəlilabad rayon qəbul şöbəsində çalışan əməkdaşların etdiyi nöqsanlar və işdə olmamağı barədə əsaslı izahatını bitirib Mehman Məmmədova təqdim edib. Həmin izahatda övladının xəstəliyi ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə öz hesabına əmək məzuniyyəti hüququndan istifadə etmək barədə 3 gün ərzində Aygül Səfərliyə dəfələrlə şifahi və yazılı şəkildə müraciət etdiyini də bildirib. Bu izahatdan sonra Mehman Məmmədov ona söyləyib ki, “Rəhbərlik sənə icazə verilməməsindən sonra iş yeri ni tərk etdiyin üçün könüllü olaraq işdən çıxmaq ilə bağlı ərizə yazmağı məsləhət görürəm. Əks təqdirdə belə bir ərizə yazmasan səni Əmək Məcəlləsinin 69-cu maddəsinin "c" bəndinə əsasən və ya növbəti 3 aylıq müqavilə vaxtının bitməsinə onsuzda az qalib dolayısı ilə bu əsasla işdən xaric ediləcəksən". Onun izahatı yazdığı zaman atası zəng vuraraq övladının səhhətində olan kəskin ağırlaşma ilə əlaqədar onu təcili olaraq Bakı şəhərinə yaxın saatda gətirəcəyini bildirib. Elə bu anda o, Mehman Məmmədova bildirib ki, "Məsələyə ədalətli yanaşmağınızı və belə bir halın hamının başına gələ biləcəyini nəzərə almağınızı xahiş edirəm". Daha sonra cavabdehin yerləşdiyi ünvanı tərk edib. Axşam saatlarında atası ilə birlikdə övladını gətirərək ağır və huşu tam aydın olmayan vəziyyətdə Hematologiya və Tr ansfiziologiya Elmi-Tədqiqat İnstitutuna gətirib. Növbəti gün uşağın sağlamlığında irəlilləyiş olmadığı üçün onu Akademik M.Ə.Mirqasımov adına R.K.X.P.H.Ş tabeliyində olan Respublika Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər aparılan təxirəsalınmaz müalicələr və vicdanlı peşəkar həkimlərin səyləri sayəsində övladını onlara qaytarıblar. İşlədiyi müəssisənin rəhbərliyi tərəfindən problem yaradılacağını bildiyi üçün övladının reanimasiyada olduğu müddəti təsdiq edəcək müvafiq sənədləri cavabdehin olduğu yerə yaxınlaşaraq şəxsən Mehman Məmmədova təqdim edib. Elə həmin anda bildirib ki, "...Mənə və təqdim etdiyim arayışa inamınız yoxdursa, sizin əməkdaşlarla birgə gedərək yaxınlıqda yerləşən tibb müəssisəsinin reanimasiy a şöbəsində ağır durumda xəstə yatan qızımı göstərə bilərəm". Ona daha öncə bildirdikləri səbəbdən (övladının ağır vəziyyəti ilə əlaqədar 3 gün ərzində təqdim etdiyi ərizəyə müsbət yanaşılmadığı üçün 1 günlük işdə olmamağı səbəbindən onu işdən çıxarılmaqda qərarlı olduqları üçün) təxminən on gün sonra iş telefonuna Mehman Məmmədov yenidən zəng vuraraq bildirib ki, "...Sizin barənizdə direktorunuz Aygül xanım tərəfindən məruzə daxil olduğuna görə sizə e-mail ilə göndərəcəyi nöqsanlar barədə izahat yazmalısınız". Lakin nöqsan kimi sadalanan qeydlərin əksər hissəsi əməkdaşların qüsurları olduğu, təxminən 2-3 ay öncə aşkarlanan və heç bir şəxsə və büdcəyə ziyanı olmayan pozuntular idi. Bu barədə də Aygül Səfərliyə özü və digər əməkdaşlardan izahat alaraq təqdim etmişdir. Eyni məsələ ilə bağl ı artıq cavabdeh tərəfindən birbaşa olaraq yuxarıda qeyd etdiyi səbəblərdən dolayı işdə olmadığı üçün və "işdən çıxma" ərizəsi vermədiyinə görə ona qarşı qərəzli hərəkətlər başlanıldı. Beləliklə də ondan və əməkdaşlardan alınan və mövcud həqiqəti əks etdirməyən izahat əsasında ona haqsız olaraq töhmət verildi. Dəfələrlə hüquq və mənafeləri pozulduğu üçün cavabdeh orqana və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şifahi və yazılı müraciətlər etmişdir. Həmin müraciətlərindən birinə 22 aprel 2024-cü il tarixli, 317/2-R-3854/2024 saylı məktubla cavab verilmişdir. Lakin həmin cavabda mövcud həqiqəti yansıtmamaqla bərabər sadəcə birbaşa rəhbəri Aygül Səfərlinin verdiyi yalan məlumatları özündə əks etdirib.
5. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsi əsası ilə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3310/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim - Fariz Əlizadə) iddia rədd edilmişdir.
7. Məhkəmə verilmiş tələb üzrə iddia müddətinin keçdiyi qənaətinə gəlmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ona ödənilmiş son haqq-hesabdan dərhal məlumatlı olmuşdur. Bu səbəbdən, məhkəmə iddia müddətinin axımını xx.xx.2024-cü il tarixdə nəzərə alır.
8. Məhkəmə iddiaçının övladının xəstə olması səbəbindən buraxılmış iddia müddətinin bərpa edilməsi barədə dəlilinə münasibətdə qeyd edib ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə sözügedən normanın geniş formada təfsir edilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə normanın dispozisiya şərtlərinə müvafiq olaraq uşağın xəstələnməsini “digər obyektiv hallar”a aid edilə biləcəyini nəzərə alsa da, iddia müddəti bir neçə gün deyil (bu halda buraxılmış müddətin bərpası nəzərdən keçirilə bilərdi), uzun müddət ötürülmüşdür.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı, Mülki Məcəllənin 1096-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsində istinad etdiyi eyni məzmunlu dəlillərlə əsaslandırmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5651/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsinin m övqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə verilmədiyi üçün, məhkəmənin də müvafiq sübutları tədqiq etməklə ötürülmüş müddətin bərpası məsələsini araşdırmaq üzrə vəzifəsi yaranmamışdır.
14. İddianın digər hissəsi olan vurulmuş mənəvi zərərin ödənilməsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edib ki, qanunla hər hansı tələblə bağlı iddia müddəti müəyyən edilibsə bu hüquqların pozulması nəticəsində vurulmuş zərərlə əlaqədar mənəvi zərərə görə tələb bu hüquqların pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ müddətində irəli sürülə bilər.
15. İddianın “mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlı tələblərə qanunla pozulması ehtimal edilən məhz bu hüquqların müdafiəsi üçün müəyyən edilmiş iddia müddəti şamil edilir. Belə ki, əmək hüquqlarının pozulması nəticəsində işçiyə dəymiş mənəvi zərərin ödənilməsi tələbi pozulmuş əmək hüquqlarının müdafiəsi ilə əlaqədar Qanunla müəyyən edilmiş müddət çərçivəsində irəli sürülə bilər. Hazırkı halda da, iddiaçı əmək hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət edən zaman iddia müddətini ötürdüyündən və cavabdeh tərəfin tətbiq edilməsi barədə ərizə verməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan iddia “mənəvi zərərin ödənilməsi” hissəsində də bu əsasla rədd edilməldir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr iddiaçının üzürlü səbəbdən iddia müddətini ötürməsini qiymətləndirməmişdir. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsinin əsaslandırma hissəsində yalnız iddia müddətinin üzərindən çox vaxt keçməsi halına əsaslanmış, bu hala qiymət verməmiş, bir abzasla fikrini bildirmişdir. Məhkəmələr iddiaçının iddia müddətini ötürməsi hissəsinə ifrat formallıqla yanaşmışdır. Cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə verdiyi ər izə qanunverciliyin yol verdiyi şərtdir, buna baxmayaraq apellyasiya instansiya məhkəməsində nümayəndə öz çıxışında qeyd etmişdir ki, “Qarşı tərəf mediasiya proseslərində iştirak edə bilir, polisə müraciət edə bilir, Fonda müraciət edərək gələ bilir, lakin bir tək mediasiya prosesinə vaxtında müraciət edə bilmir”. Cavabdeh öz ifadəsində iddiaçının mübahisənin həlli məqsədilə müxtəlif cəhdlərini etiraf edir. Vacib məqamlardan biri odur ki, cavabdehin nümayəndəsinin əsaslandığı hallar qanunun tətbiq edilməsi halları ilə ziddiyyət təşkil edir. Bu zaman belə bir sual ortaya çıxır “cavabdeh orqan vaxtında apellyasiya məhkəməsinə etiraz təqdim edə bilir, lakin iddiaçının əmək kitabçasını 2 aydan tez ona təqdim edə bilmir?”. Eyni zamanda iddiaçının bu hərəkətləri göstərir ki, məhkəmədən öncə müba hisənin həlli məqsədilə qızının vəziyyətini nəzarət altında saxlamaqla müvafiq prossessual hərəkətlər etmiş və məhkəmədən öncə cavabdeh orqanla razılıqəldə etməyə çalışmışdır. Lakin heç bir razılıq əldə edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə
35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.... İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
20. Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək m ünasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
21. Maddə
40. Maddə İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
22. Maddə
45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
23. Maddə
47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli oldu ğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;[67] d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bə ndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
24. Maddə
73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilm əsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
25. Maddə
83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
26. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissə sində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurul maqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək m übahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.
27. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddə sinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarı 28.... Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.... 29.... İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin P lenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.... 30.... Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərar
31. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işi n düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq s übutların təqdim olunmasını işçiyə təklif edə bilər.
32. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:... - fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
39. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdı rılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
43. Belə ki, tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsidir və iddia tələbi işçi ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuzluğu barədədir.
44. İşə baxmış məhkəmələr iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, i ddiaçı bu tələbi vermək üçün Əmək Məcəlləsinin 269-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
45. Həqiqətən də fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
46. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən mü vafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
47. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə iddia müddətinin axımının başlanğıcı işçinin hüququnun pozulmasının aşkar edildiyi gündən başlanır.
48. Həmin normada eyni zamanda “hüququnun pozulmasının aşkar edildiyi gün”ün anlayışı müəyyən edilmişdir. Qeyd olunan normanın məzmunundan görünür ki, “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə: 1. işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) verildiyi; 2. əmək kitabçasının verildiyi; 3. haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün başa düşülür. Həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün - hüququnun pozu lmasının aşkar edildiyi gün sayılır.
49. İddiaçı onun işdən azad edilməsi barədə əmrin surətinin ona verilmədiyinə, əmək kitabçasının isə xx.xx.2024-cü ildə verildiyinə istinad etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi, iddiaçıya işdən azad edilməsindən ona son haqq-hesabın köçürüldüyü xx.xx.2024-cü il tarixdən məlumatı olduğunu müəyyən etmişdir.
50. Eyni zamanda məhkəmə xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edib ki, iddiaçı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi arasındakı mediasiya prosedurası xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2024-cü il tarixdə bitmişdir.
51. Nəzərə alınmalıdır ki, iddia müddətinin bitməsi, özlüyündə iddianın rədd olunması üçün kifayət deyildir. Çünki qanunvericilik iddia müddəti və bu müddətinin buraxılmasının hüquqi nəticələri ilə yanaşı, buraxılmış iddia müddətinin bərpa olunması qaydasını da müəyyən etmişdir. Əmək Məcəlləsinin 269-cu maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
52. Apelyasiya instansiyası məhkəməsi müddətin üzürlü səbəbdən ötürürüməsi və müddətin bərpa olunması barədə iddiaçının dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə verilmədiyi üç ün, məhkəmənin də müvafiq sübutları tədqiq etməklə ötürülmüş müddətin bərpası məsələsini araşdırmaq üzrə vəzifəsi yaranmamışdır.
53. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsində buraxılmış müddətin bərpa olunması üçün mütləq şəkildə ərizənin verilməli olması barədə göstəriş yoxdur.
54. Yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarında izah olunmuşdur ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilm əsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
55. İddia müddətlərinin tətbiq olunması üzrə formalaşmış təcrübə təməl olaraq ona əsaslanır ki, iddia müddətlərinin tətbiq edilməsi (istər iddia müddəti keçdiyinə görə iddianın rədd olunmasını tələb etmək, istərsə də buraxılmış iddia müddətinin bərpa olunmasını tələb etmək) barədə ərizənin verilməsi yalnı z tərəflərin iradəsinə bağlıdır. Həmçinin iddia müddətinin buraxılması, nəticə etibarilə hüquq münasibətinin subyektlərindən biri üçün hüquqi nəticə törədəcəyi nəzərə alınmaqla, işə baxan məhkəmə bununla bağlı tərəflərdən hər hansı birinə müvafiq olaraq müddətin keçməsini xatırlatmağa, müddətin tətbiq olunması və ya müddətin bərpa olunması barədə ərizə verilməsini təklif etməyə haqlı deyildir.
56. Eyni zamanda qanun müddətin tətbiq edilməsinə yönələn iradənin ifadə edilmə formasının da şifahi şəkildə deyil, yazılı şəkildə olmasını tələb edir.
57. Baxılan işdə iddiaçı, cavabdehin iddia müddəti tətbiq edilməsi barədə ərizəsinə yazılı münasibət bildirərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində irəli sürülən tələblərə istinad etməklə, iddia müddətinin üzürlü səbəblərdən ötürülm əsini əsaslandırmaq üçün dəlillər gətirmiş, buna əsasən iddia müddətinin üzürlü səbələrdən ötürülməsindən dolayı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin təmin olunmamasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir (bax: iş vərəq 8487).
58. Göründüyü kimi həmin yazılı müraciət, məzmun baxımından birmənalı olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsi rəhbər tutulmaqla verilən, müddətin üzürlü sayılması məqsədinə xidmət edən müraciətdir. Həmin müraciətdə hərfən “buraxılmış müddətin bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılması” kimi tələb irəli sürülməsə də, birinci instansiya məhkəməsi həmin müraciətə formal yanaşmamış, bu müraciəti məzmunu etibarilə müddətin bərpa olunması barədə ərizə kimi qəbul edərək araşdırmış və qeyd etmişdir ki, «iddiaçının digər arqumenti olan övladının xəstə olması səbəbindən buraxılmış iddia müddətinin bərpa edilməsi xüsusatına münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə sözügedən normanın geniş formada təfsir edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə normanın dispozisiya şərtlərinə müvafiq olaraq uşağın xəstələnməsini “digər obyektiv hallar”a aid edilə biləcəyini nəzərə alsa da, iddia müddəti bir neçə gün deyil (bu halda bura xılmış müddətin bərpası nəzərdən keçirilə bilərdi), uzun müddət ötürülmüşdür».
59. Dərhal qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin iddia müddətinin bərpa olunması məsələsinə bu yanaşması qanunauyğun deyildir. Çünki məhkəmə iddiaçı tərəfindən məhkəməyə vaxtında müraciət edə bilməməsini uşağının ağır xəstə olması, onun Bakı şəhərində müalicə edilməsi ilə əlaqələndirmişdir. Məhkəmə haqlı olaraq bu səbəbin, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində müddətin bərpa olunması üçün nəzərdə tutulan üzürlü səbəblərdən biri - “digər obyektiv hallar”la əhatə olunduğu qənaətinə gəlmişdir. Lakin məhkəmənin «iddia müddəti bir neçə gün deyil (bu halda buraxılmış müddətin bərpası nəzərdən keçirilə bilərdi), uzun müddət ötürülmüşdür» mövqeyi, buraxılmış müddətin bərpası əsaslarına, daha doğrusu bərpa olunmanın üzürlü səbəblərə tabe tutulması qaydasına ziddir. Bu cür yanaşma, müddətin bərpa olunmasının üzürlü səbəblərə deyil, buraxılan müddətin az və ya çox olmasına bağlı olması deməkdir.
60. İddiaçı apelyasiya şikayətində digər dəlillərlə yanaşı birinci instansiya məhkəməsinin iddia müddətinin buraxılması barədə gəldiyi nəticəni də mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsi isə bu dəlili araşdırmamış, mövqeyini belə əsaslandırmışdır ki, «iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə verilmədiyi üçün, məhkəmənin də müvafiq sübutları tədqiq etməklə ötürülmüş müddətin bərpası məsələsini araşdırmaq üzrə vəzifəsi yaranmamışdır».
61. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının mülki işin 84-87-ci vərəqlərində olan yazılı müraciətini müddətin bərpa olunması barədə müraciət kimi qəbul edib qiymət verməsinə baxmayaraq, apelyasiya instansiyası məhkəməsi «iddiaçı tərəfindən ötürülmüş müddətin bərpasına dair ərizə verilmədiyi»ni bildirmiş, bu zaman nəyə görə yuxarıda qeyd olunan müraciətin müddətin bərpa olunması məsələsinə imkan vermədiyini, başqa sözlə bu müraciətin “buraxılmış müddətin bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılması” barədə ərizə kimi qiymətləndirilməsimnin mümkün olmadığını əsaslandırmamışdır.
62. İddiaçının apelyasiya şikayətinin düzgün həlli üçün iddia müddətinin axımının başlandığı gündən mediasiya təşkilatına müraciət etdiyi tarixədək olan dövrdə, mövcudluğu iddiaçının iradəsindən ası lı olmayan, onun dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan maneələrin olub-olmaması araşdırlmalı, iddiaçının bununla bağlı dəlillərinə qiymət verilməli idi.
63. Lakin apelyasiya instansiyası məhkəməsi bu cür araşdırma aparmaqdan imtina etmişdır.
64. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
66. Məhkəmə sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.
67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözləni lməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
68. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
69. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.
70. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyekti v araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2(103)-5651/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.