Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5212/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli 2(103)3021/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.T.Qədimov, iş № 2(010)-4725/2018) İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsin in Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsinin 275 nömrəli tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmiş və məktəb direktorunun 05 iyun 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05 iyun 2018-ci il tarixdən onunla bağlanmış əmək müq aviləsi ləğv edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini əsassız sayan İddiaçı 2018-ci ilin iyun ayında işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə məhkəmədə iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək işə bərpa olunduğu 30 may 2018-ci il tarixdən işdən çıxarıldığı 05 iyun 2018-ci il tarixə kimi heç bir pozuntuya yol verməməsinə baxmayaraq qanunsuz olaraq işdən azad edilməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının icl asında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı sayarkən Təhsil İdarəsi tərəfindən keçirilmiş monitorinq zamanı iddiaçının işində ciddi nöqsanların müəyyən olunmasını, həmin nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinin ləğv olunmasına dair 08 fevral 2018-ci il tarixli əmrin Suraxanı rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə yalnız həmin əmrin Əmək Məcəlləsinin 179-cu maddəsinin tələblərinin pozulması ilə qəbul edilməsi ilə bağlı olmasını, həmin əmrdə istinad olunan nöqsanların əsassız olmasının müəyyən olunmamasını və s. əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə 05 iyun 2018-ci il tarixli əmrin qanuniliyi tam və hərtərəfli yoxlanılmadan qəbul edildiyindən qanuni sayıla bilməz. İşdən görünür ki, Təhsil İdarəsi məktəbdə keçirilmiş monitorinq nəticəsində aşkar olunmuş nöqsanlar barədə məktəbə 27 dekabr 2017-ci il tarixdə məktub yazmış və həmin məktubda İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunmasını məqsədəuyğun hesab etmişdir. Təhsil İdarəsinin həmin məktubuna əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi məktəb direktorunun 08 fevral 2018-ci il tarixli əmri ilə ləğv edilmişdir. Lakin həmin əmr iddiaçının seçki komissiyasının həlledici səs hüquqlu olan üzvü olmaqla seçki komissiyasının işində iştirak etməsi nəzərə alınmadan verildiyi üçün Suraxanı rayon məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmuşdur. Məhkəmənin həmin qə tnaməsi icra olunub İddiaçı işə bərpa edildikdən sonra (30 may 2018-ci il tarixdə) məktəb direktorunun 05 iyun 2018-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi yenidən ləğv edilmiş və bu zaman yenə də Təhsil İdarəsinin 27 dekabr 2017-ci il tarixli məktubu və orada göstərilmiş nöqsanlar əsas götürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə görə intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İşdən göründüyü kimi Təhsil İdarəsi iddiaçının yol verdiyi nöqsanlar barədə məktəbə 27 dekabr 2017-ci il tarixdə məlumat vermiş, onun barəsində işdən çıxarma şəklində intizam tənbehi tədbiri isə 05 iyun 2018-ci il tarixdə tətbiq edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən əmək intizamının pozulması cavabdehə 2017-ci ilin dekabr ayında məlum olmasına baxmayaraq onun barəsində intizam tənbehinin tətbiq edilməsi barədə əmr 2018-ci ilin iyun ayında verilmişdir. Halbuki Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə iddiaçının barəsində intizam tənbehi 1 ay keçənədək tətbiq edilə bilərdi. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən işin həmin halını nəzərə almamış və ona qanunun tələbinə uyğun qiymət verməmişdir. Aşkar olunmuş nöqsanlara görə verilmiş 08 fevral 2018-ci il tarixli əmr də, işdən göründüyü kimi, qanunda müəyyən olunmuş bir aylıq müddətin pozulması ilə verilmişdir. Həmin əmrin (08.02.2018) vaxtında verilmiş olmasının müəyyən olunması belə ikinci əmrin (05.06.2018) Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə uyğun olması barədə nəticəyə gəlmək üçün əsas vermir. Təhsil İdarəsinin məktubunda göstərilən nöqsanlar 27 noyabr 2017-ci il tarixdə aşkar olunmaqla xətanın törədildiyi dəqiq vaxt məlum olmadığından, kollegiya hesab edir ki, iddiaçı barəsində intizam tənbehi Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsində müəyyən olunmuş 6 aylıq müddət keçdikdən sonra tətbiq edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi işin göstərilən hallarına qiymət vermədən düzgün olmayan nəticəyə gəldiyindən, kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 01 mart 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5212/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5212/2019
31.07.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver