Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5212/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Vəliyeva Sürayyə Muxtar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2021-ci il tarixli, 2(103)3121/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: "xxxx" MMC və Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsi ilə “Yeni Bazar” Ticarət Kompleksinin tikintisi başa çatdıqdan sonra ümumi sahəsi 40 kv.m olan (16-5-25) anbarın "xxxx" MMC tərəfindən Cavabdeh1 icarəyə verilməsi nəzərdə tutulmuşdur. 29 fevral 2008-ci il tarixli müqavilə ilə Cavabdeh1 “Yeni Bazar” Ticarət Kompleksində 40 kv.m olan anbarı 25000 manat müqabilində İddiaçı icarəsinə vermişdir. "xxxx" MMC-nin 21 oktyabr 2020-ci il tarixli arayışına əsasən “Binə” Ticarət mərkəzin 16.5-25 saylı ticarət obyekti mövcuddur və icarə müqaviləsinə uyğun olaraq Cavabdeh1 verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Vəliyeva Sürayyə Muxtar qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 25000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildə “Binə” Ticarət Mərkəzində əvvəllər tanıdığı Cavabdeh2 vasitəsi və iştirakı ilə Cavabdeh1 məxsus 40 kv.m sahəsi olan obyekt almış və 25000 manat məbləğində pul vermişdir. Cavabdehlər sənədləşdirmə məsələlərini özləri həll edəcəklərini vəd versələr də, uzun müddət buna əməl olunmamışdır. 2018-ci ilin əvvəlində ticarət mərkəzinin rəhbəri ilə görüşərkən iddiaçıya məlum olmuşdur ki, onun adına heç bir obyekt rəsmiləşdirilməmiş və hər hansı bir alqısatqı olmamışdır. Məlum olmuşdur ki, iddiaçın ın verdiyi puldan Cavabdeh1 13000 manata anbar tipli obyekt almış, pulun qalan 12000 manatını isə Cavabdeh2 mənimsəmişdir. 2018-ci ildə iddiaçı şikayət ərizəsi ilə polisə müraciət etmiş, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd olunaraq, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)1871/2020 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Əsədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı könüllü surətdə konkret koordinatları qeyd edilən obyektə dair müqavilə bağlamışdır. Həmin obyektin ticarət dövriyyəsinin zəif olan ərazidə yerləşməsinə görə cavabdehlər məsuliyyət daşımır, çünki müqavilədə belə bir şərt qoyulmamışdır. Müqavilə predmeti olan obyekt hazırda mövcuddur və iddiaçı istənilən zaman həmin obyektə sahiblənə bilər. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası MM-in 373.2, 375-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı müqavilə bağlandıqdan 12 il sonra iddia verdiyindən, iddia müddəti ötürülmüşdür. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Vəliyeva Sürayyə Muxtar qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)-1871/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2021-ci il tarixli, 2(103)-3121/2021 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruz əsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və X.Ə.Sarıyevdən ibarət tərkibdə) iddiaçı Vəliyeva Sürayyə Muxtar qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2(008)-1871/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı cavabdehin onun hesabına əsassız varlandığını zənn edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də bu hal ları sübuta yetirə bilməmişdir. İkincisi, cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatından da bəlli olmuşdur ki, sonuncu hələ 2008-ci ildə qeyd olunan ticarət obyektini 25000 manat müqabilində faktiki olaraq iddiaçıya satmış və həmin obyekti ona təhvil vermişdir. Bu müddət ərzində ticarət obyektinin iddiaçının sahibliyində olması işin mübahisəsiz halıdır. İddiaçı yalnız ticarət obyektinin sənədlərinin qaydasında olmadığını və cavabdehin həmin obyekti ona baha satdığı üçün hazırki iddianı irəli sürmüşdür. Ticarət obyektinin icarə müqaviləsinin cavabdehin adında qalması pul tələbinə dair iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, bu obyektin icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə cavabdeh etiraz etmir və iddiaçı da, bu barədə nə ona, nə də ticarət mərkəzinin aid ol duğu firmaya müraciət etmir. O ki qaldı, ticarət obyektinin baha, yəni 25000 manata satılmasına, iddiaçı bunu 2008-ci ildə həmin pulu cavabdehə verərkən bilirdi və öz iradəsinə uyğun, könüllü olaraq həmin pulu cavabdehə vermişdir. Cavabdehin həmin ticarət obyektini ticarət firmasından ucuz qiymətə icarə müqaviləsində alması, bu obyekti iddiaçıya baha qiymətə satmasını istisna etmirdi. Yetərdi ki, iddiaçı həmin vaxt bununla razılaşmaya bilərdi, lakin razılaşmışdır. Ona görə də, bu hallar iddia tələbinin açıq-aşkar ədalətsiz olduğunu təsdiq edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Vəliyeva Sürayyə Muxtar qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 m ay 2021-ci il tarixli, 2(103)-3121/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülməmiş, iddiaçının polisə müraciət etməsi və cavabdehlərin polisdə araşdırma zamanı iddiaçıdan 25000 manat pul almalarını etiraf etmələri nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etd iyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissə sinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmunu nu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yaln ız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsa sən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. Kassasiya şikayətinin iddia müddətinin tətbiqinə dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması nəticəsinə gəlməklə apellyasiya şikayətini rədd etmişdir. Odur ki, hazırki iddiaya iddia müddətinin tətbiq olunm asına əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri formal və əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2021-ci il tarixli, 2(103)-3121/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5212/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5212/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver