Məhkəmə qərarları › İş №2(102)-5214/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5214/2019

22.08.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5214/2019 22.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Xələfov İlqar Rəhim oğlundan, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinov Eldar Şirinağa oğlunun, iddiaçının vəkili Əfrasiyabova Dilarə Paşa qızının, cavabdeh x1nın, vəkili Əsgərova Əfifə Füzuli qızının, tərcüməçi İbadzadə Anar Qənimət oğlunun iştirakı ilə, cavabdeh x1nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(103)-1296/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-3334/18 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli, 2(103)-1296/2019 saylı qətnaməsi ilə ( hakimlər: İ.Şirinov, T.Səmədov və E.Kazımov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3334/18 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh x1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xüsusi təyinatlı yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, onun Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 72 saylı evin 103 saylı mənzilinə dair istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019cu il tarixli, 2(103)- 1296/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x1 və vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili Əfrasiyabova Dilarə Paşa qızı kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayə tinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatında olmuş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.07.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia ərizəsi təmin edilərək hazırki iş üzrə cavabdehin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulmuş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 26.07.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.02.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı dəy işdirilmədən qüvvədə saxlanılmışdır. Həmin məhkəmə aktları hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan fa ktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qüvvədə olan məhkəmə aktları ilə cavabdehin mübahisəli mənzilə mülkiyyətçinin (iddiaçının) razılığı olmadan pasport qeydiyyatına düşməsi, cavabdehin mənzilə qeydiyyat hüququndan istifadə etmək imkanı tanınan şəxs qismində tanınmaması, həmçinin cavabdehin sözügedən mənzilə qeydiyyata alınması üçün hər hansı hüquqmüəyyənedici sənədin olmaması müəyyən olunduğundan birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olundu ğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar