Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5214/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(103)-4027/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin (hazırda Xidmətinin) direktorunun 04.11.2019-cu il tarixli, 325/k saylı əmrinin surətindən görünür ki, İddiaçı həmin tarixdən X9 X1 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 162/ü saylı, 10 sentyabr 2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işç i özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) iddiaçı, X9 X2 meşəbəyliyinin meşəbəyisi İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 06.10.2020-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “Xroniki pielonefitin kəskinləşməsi” diaqnozu ilə 09.09.2020-ci il tarixdən 07.10.2020-ci il tarixinədək işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun i şdən azad edilməyi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 162/4 saylı, 10 sentyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi, işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ilin aprelindən 14.09.2018-ci il tarixinədək X10 və Bərpası Müəssisəsində meşəbəyi və müxtəlif vəzifələrdə işləmişdir. 14.09.2018-ci ildə müəssisənin adı dəyişilərək X9 Təsərrüfatı Mərkəzi ilə əvəz edilmişdir. Müəssisənin adı dəyişiləndən sonra X9 X2 meşəbəylində meşəbəyi köməkçisi kimi, 26.11.2018-ci ildən X9 X6 Meşəbəylikləri üzrə baş mütəxəssisi, 04.11.2019- cu ildə X9 X2 meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. Meşəbəyisi olduğu ərazi 14.000 hektar təşkil edir. Həmin ərazinin 10 dolayısı olmaqla 10 meşə gözətçisi və bir meşəbəyi köməkçisi vardır. Mərkəzin direktorunun şifahi göstərişinə əsasən Lənkəran RMTM-nin baş aqronomu Nurəddin Ağayev və Lənkəran RMTM-nin Lənkəran üzrə meşə mühafizə mühəndisi Ruhulla Axundov tərəfindən 17.08.2020-ci il tarixdə guya yoxlama aparılmış və həmin ərazidə 8-52 sm 106 ədəd müxtəlif cins və d-də kök üstə yaş ağacların (odunluq) qanunsuz kəsildiyi aktlaşdırılaraq Mərkəzə təhvil verilmişdir. Həmin aktın qeyri qanuni olması barədə Mərkəz direktoruna dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Çünki qeyd olunan yerlərin əksər hissəsi meşə fondu torpaqlarına aid deyil, eyni zamanda həmin ağaclar ın əksəriyyəti kəndin ərazisində olan zəbt olunmuş çəpərlərin ətrafında, eyni zamanda əksər hissələri köhnə kötüklər olmuşdur. Lakin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə 28.08.2020-ci il tarixdə birgə aparılmış araşdırmada 16-44 sm 55 ədəd müxtəlif cins və köküstə quru ağacların kəsilərək aparılması müşahidə olunmuşdur. Həmin ağaclar 24.03.2018-ci il tarixdə ərazidə baş vermiş yanğın zamanı inkişafdan dayanmışdır. Bundan əlavə 01.09.2020-ci il tarixində meşəbəyi köməkçisi Əfqan Kazımov və meşə gözətçisi X8 işçiləri ilə birlikdə 8 ədəd köküstə quru və 4 ədəd köküstə yaş 8-26 sm-də müxtəlif cinsli ağacların kəsilərək aparılması faktı aşkar edilmişdir. Belə ki, yoxlama aparılmış ərazi 3827 hektar təşkil edir. Həmin ərazidə 1 nəfər meşə gözətçisi olmaqla ərazinin m ühafizəsi ona tapşırılmışdır. Həmin ağacların kim və ya kimlər tərəfindən kəsilməsi barədə meşə gözətçisi tərəfindən ona və Mərkəzə heç bir məlumat verilməmişdir. Həmin ərazinin meşəbəyisi olmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə” Təlimata əsasən operativ nəzarəti hər bir dolayda 2 ayda 1 dəfədən az olmayaraq ərazinin tam yoxlanmasını həyata keçirir. Operativ nəzarət bilavasitə meşəbəyi köməkçisi və ya meşə ustası tərəfindən həyata keçirilir. Meşə dolayılarının təftişi növbəti, növbədən kənar, nəzarəti və qəfləti olaraq həyata keçirilir. Növbəti təftişlər ildə 2 dəfə, yaz təftişi mayın 1-nədək və p ayız təftişi noyabr ayının 1-nədək aparılır. Göründüyü kimi, həmin ərazidə olmuş qırıntıların səbəbkarı o olmasa da, əsassız olaraq Lənkəran RMTM-nin rəhbərliyi tərəfindən işdən azad olunmuşdur. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iyul, avqust aylarında hərbi hissələrə, təşkilatlara, vətəndaşlara oduncaq və işlikin satışı ilə bağlı həmin əraziyə bir dəfə də olsun gedə bilməmişdir. Həmin əraziyə cavabdeh olan şəxs meşə gözətçisi və nəzarətçi meşəbəyi köməkçisidir. Həmin əraziyə cavabdeh şəxs olmuş meşə gözətçisi Məmməd Zeynalov aparılan yoxlamalar zamanı meşə fonduna dəymiş ziyanın nırx qiymətini tamamilə ödəmişdir. 03.09.2020-ci il tarixdə M.Zeynalov verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. Bundan da görünür ki, həmin əraziyə vurulmuş ziyanın səbəbkarı M.Zeynalov olmuş və ziyanı da o ödəmişdir. Lakin onun işdən çıxması ərizəsinə əsasən olmuşdur. Çünki orada operativ yoxlama apararaq nəticəsi barədə ona və Mərkəzə məlumat verməli olmasına baxmayaraq, heç bir məlumat verməmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, səhhətində olan problemlərlə bağlı yüksək hipertoniya böyrək çatışmamazlığı səbəbindən 09.09.2020-ci il tarixdən 06.10.2020-ci il tarixədək ambulator müalicədə olması ilə bağlı direktora və Sərraf Quliyevə, Nərgiz Sultanzadəyə mobil telefon vasitəsi ilə zəng edərək məlumat vermişdir. Həmçinin əmək qabiliyyətinin olmaması barədə vərəqəni 07.10.2020-ci il tarixdə Mərkəzə təqdim etdikdə həmin vərəqəni ondan qəbul etməyərək işdən azad olunması barədə əmri təqdim etmişlər. Göründüyü kimi, Lənkəran RMTM-nin rəhbərliyi tərəfindən ambulator müayinə də olması nəzərə alınmamış və onu qərəzli, əsassız və qanunsuz olaraq işdən azad etmişdir. Belə ki, ona təhkim olunmuş Razvandobad meşəbəyliyinin 19 a saylı dolayında aparılmış təftişlər nəticəsində müxtəlif cinsli və diametrli 173 ədəd quru ağacın meşə fondu ərazisindən qanunsuz olaraq kəsilib aparılması nəticəsində təbiətə 2047.93 manat ziyan vurulduğuna görə onu Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən işdən azad etmiş, lakin Mərkəzin Lerik meşəbəyliyinin 5 saylı dolayında qanunsuz kəsilmiş 50.58 kub metr həcmində 4854 manat ziyan məbləğində 27 ədəd yaş işlik ağaclar kəsilməsi aşkar edilsə də, Lerik meşəbəyliyinin meşəbəyi vəzifəsini əvəz edən meşəbəyi köməkçisi Əyyar Qurbanova sadəcə töhmət verilməklə kifayətlənmişdir. Verilmiş əmrdən də görünür ki, Mərkəzinin rəhbəri onu qərəzli olaraq i şdən azad etmişdir. Bundan başqa 2020-ci ilin yanvarsentyabr aylarında Mərkəz tərəfindən heç bir töhmət və cəza almamış, bir dəfə də mükafat almışdır. Əgər işinə məsuliyyətsiz yanaşsaydı və ya işinin öhdəsindən lazımi qaydada gələ bilməsəydi, 28.09.2020-ci il tarixdə Razbandanad meşəbəyliyində aparılan təhvil-qəbul yoxlamasında heç bir qanunsuz qırıntı aşkar olunmamışdır. X10 və Bərpası Müəssində və X9 Təsərrüfatı Mərkəzində işlədiyi 18 il ərzində meşələrdə meşə pozuntularının qarşısının alınması istiqamətində vətəndaşlara tərəfindən dəfələrlə məlumatlar verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 2(004)-648/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 162/ü saylı, 10 sentyabr 2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) iddiaçı, X9 X2 meşəbəyliyinin meşəbəyisi İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Lerik Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 06.10.2020-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı “Xroniki pielonefitin kəskinləşməsi” diaqnozu ilə 09.09.2020-ci il tarixdən 07.10.2020-ci il tarixinədək işdən azad edilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Habelə, həmin Məcəllənin 186.2-ci maddəsinin ç) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər. Bundan əlavə, Əmək Məcəlləsinin 189 maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən (10.09.2020-ci il tarixdə) iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsi zamanı xitam verilmişdir. Bununla da, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri nəzərə alınmayaraq, işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin (hazırda Xidmətinin) direktorunun 04.11.2019-cu il tarixli, 3 25/k saylı əmrinin surətindən görünür ki, İddiaçı həmin tarixdən X9 X1 meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunmuşdur. Belə olan halda, işə götürən orqan X9 Təsərrüfatı Mərkəzi deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti hesab olunduğundan, İddiaçı barəsində intizam tənbehinin verilməsi məsələsi X9 X3 İttifaqı Təşkilatında deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X4 baxılaraq müzakirə olunmalı idi. Məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, 10.09.2020-ci il tarixli əmr ləğv edilməklə, iddiaçı işə bərpa edilməli, işə bərpa olunana qədər məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqı cavabdeh təşkilat tərəfindən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç bəndi), 79, 186.2, 189.2, 80.1, 80.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-648/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 avqust 2020-ci il tarixdə 059776 nömrəli aktla iddiaçının məsul olduğu Razvonaband meşəbəyliyinin 19a saylı meşə dolayının 51-ci kvartalında “Koturnaband” adlanan ərazidə fıstıq cinsinə aid d imetrı 16-44 sm olan 55 ədəd quru kök üstə ağacların kəsilərək meşə sahəsindən aparılması və bununla da iddiaçının meşəbəyi olduğu ərazidə mühafizənin zəif təşkil edildiyi və əraziyə lazımi qaydada nəzarət edilməməsi iddiaçının öz imzası ilə rəsmiləşdirilmişdir. Bundan sonra 03.09.2020-ci il tarixdə 793 nömrəli məktubla 81,99 m3 həcmində 106 ədəd ağacların özbaşına kəsilərək oğurlanması və meşə fonduna vurulmuş zərərlə bağlı vaxtında öz üzərinə düşən vəzifəni icra etməməsinin araşdırılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi Lerik rayon Prokurorluğundan xahiş edilmişdir. 08.09.2020-ci il tarixdə X9 Təsərrüfatı Mərkəzi tərəfindən müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş və iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi ucbatından müəs sisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məsələsinə baxılması və İddiaçı bu barədə məlumat verilərək iclasda iştirak etməsi xahiş edilmişdir. Lakin qeyd edilən hallardan əvvəlcədən xəbərdar olan iddiaçı xəstə olduğunu yadına salaraq və ənənəvi olaraq xəstəliyini bəhanə edərək, iclasda iştirakdan yayınmışdır. Daha sonra işdən azad edildiyini xəbər tutduqdan sonra xəstəlik vərəqini müəssisəyə təqdim etmişdir. Məhkəmə prosesi dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və onun tabeliyində fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini X7 tibb müəssisəsinə iddiaçı tərəfindən ilk hansı tarixdə müraciət edilmiş və ilkin şikayəti və həkim tərəfindən qoyulmuş diaqnoz nə olmuşdur, verilmiş xə stəlik vərəqi əsasında vətəndaşın əmək qabiliyyəti hansı tarixdən müvəqqəti itirilmiş hesab edilir, əmək qabiliyyəti itirildiyi hansı gündən başlayıb, əmək qabiliyyətinin itirilməsi barədə vətəndaşa xəstəlik vərəqini onu vermək hüququna malik olan müalicə həkimi tərəfindən verilmişdirmı, il ərzində bır şəxsə neçə dəfə və neçə gün müddətinə xəstəlik vərəqəsi vermək olar, əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqinə əsasən xəstə öz adi iş yerində əmək qabiliyyətinə malik olubmu, ambulator müalicə edilərkən xəstənin qaldığı bütün vaxt üçün müalicə edən həkim, şöbə müdiri ilə birlikdə xəstəlik vərəqəsi tərtib edilmişdirmi suallarından ibarət sorğu göndərilməsi xahiş edilsə də məhkəmə bu vəsatətləri təmin etməmişdir. Həmçinin məhkəmə sonuncu qətnamə qəbul edən tarixdə cavabdehə məhkəmə b axışı ilə bağlı hər hansı bildiriş göndərmədən çəkişmə prinsipini pozaraq iclas keçirmiş və qərar qəbul etmişdir ki, bu da, Mülki Prosessual Məcəllənin 9-cu maddəsi ilə müəyyən edilən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin pozulmasına gətirib çıxarır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 17.1.2-ci bəndinə əsasən Meşələrin İnkişafı Xidməti inzibati orqan sırasında qeyd edilmişdir. Meşələrin İnkişafı Xidmətinin 10 sentyabr 2020-ci il tarixli 162/Ü nömrəli əmri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mübahisələndirmə haqqında iddia növündə baxıla bilər. Apelyasiya instansiyası məhkəməsindək i icraat İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə dair məhkəməyə yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-648/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Babayev sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 08 aprel 2021-ci il tarixli 2(103)4027/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-648/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəf indən (10.09.2020-ci il tarixdə) iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsi zamanı xitam verilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq məhz bu halı əsas götürərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında iştiraklarının təmin edilməməsi və bununla da çəkişmə prinsipinin pozulması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından cavabdehin nümayəndəsinin məhkəmə prosesləri barədə məlumatlı olduğu, əvvəlki məhkəmə iclasında iştirak edərək işin mahiyyəti üzrə izahat verdiyi aydın olur; onun, məlumatlı olduğu məhkəmə iclasına getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kollegiya apellyasiya şikayətinin “ 10 sentyabr 2020-ci il tarixli 162/Ü nömrəli əmri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mübahisələndirmə haqqında iddia növündə baxıla bilər” barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı dövlət qulluqçusu olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4027/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbin in rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 26 avqust 2020-ci il tarixdə 059776 nömrəli aktla iddiaçının məsul olduğu Razvandaband meşəbəyliyinin 19a saylı meşə dolayının 51-ci kvartalında “Koturnaband" adlanan ərazidə fıstıq cinsinə aid diametri 16-44 sm olan 55 ədəd quru kök üstə ağacların kəsilərək meşə sahəsindən aparılması və bununla da iddiaçının meşəbəyi olduğu ərazidə mühafizənin zəif təşkil edildiyi və əraziyə lazimi qaydada nəzarət edilməməsi iddiaçının özünün imzası ilə rəsmiləşdirilmişdir. Bundan sonra 03.09.2020-ci il tarixdə 793 nömrəli məktubla 81,99 m3 həcmində 106 ədəd ağacların özbaşına kəsilərək oğurlanması və meşə fonduna vurulmuş zərərlə bağlı vaxtında öz üzərinə düşən vəzifəni icra etməməsinin araşdırılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi Lerik rayon prokurorluğundan xahiş edilmişdir. 08.09.2020-ci İl tarixdə X9 Təsərrüfatı Mərkəzi tərəfindən müəssisədə fəaliyyət göstərən X5 müraciət edilmiş və iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi ucbatından müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məsələsinə baxılması və İddiaçı bu barədə məlumat verilərək iclasda İştirak etməsi xahiş edilmişdir. Lakin qeyd edilən hallardan əvvəlcədən xəbərdar olan iddiaçı xəstə olduğunu yadına salaraq və ənənəvi olaraq xəstəliyini bəhanə edərək, icl asda iştirakdan yayınmış, sonra isə işdən azad edildiyini xəbər tutduqda xəstəlik vərəqini müəssisəyə təqdim etmişdir. Birinci instansiya məhkəmə baxışı dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və onun tabeliyində fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini X7 tibb müəssisəsinə iddiaçı tərəfindən ilk hansı tarixdə müraciət edilməsi və ilkin şikayətinin və həkim tərəfindən qoyulmuş diaqnozun nə olması, verilmiş xəstəlik vərəqi əsasında vətəndaşın əmək qabiliyyətinin hansı tarixdən müvəqqəti itirilməsinin hesab edilməsi, əmək qabiliyyətinin itirildiyinin hansı gündən başlaması, əmək qabiliyyətinin itirilməsi barədə vətəndaşa xəstəlik vərəqinin onu vermək hüququna malik olan müalicə həkimi tərəfindən verilib-verilməməsi, il ərzində bir şəxsə neçə dəfə və neçə gün müddətinə xəstəli k vərəqəsinin vermək mümkünlüyü, əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqinə əsasən xəstənin öz adi iş yerində əmək qabiliyyətinə malik olub-olmaması, ambulator müalicə edilərkən xəstənin qaldığı bütün vaxt üçün müalicə edən həkimin, şöbə müdiri ilə birlikdə xəstəlik vərəqəsinin tərtib edilib-edilməməsi ilə bağlı suallardan ibarət sorğunun göndərilməsi xahiş edilsə də, məhkəmə bu vəsatətləri təmin etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi qətnamə qəbul edən tarixdə cavabdehə məhkəmə baxışı ilə bağlı hər hansı bildiriş göndərmədən çəkişmə prinsipini pozaraq iclas keçirmiş və qərar qəbul etmişdir ki, bu da, Mülki Prosessual Məcəllənin 9-cu maddəsi ilə müəyyən edilən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin pozulması na gətirib çıxarır. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən işin qeyd edilən halları ətraflı araşdırılmamış, nəticədə məhkəmə yanlış nəticəyə gəlmişdir. Göründüyü kimi, sənədlərdə yaranmış uyğunsuzluq işin məhkəmə tərəfindən hərtərəfli və obyektiv araşdırılmadığını sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnİfatı”nın 17.1.2-ci bəndinə əsasən Meşələrin İn kişafı Xidməti inzibati orqan sırasında qeyd edilmişdir. Meşələrin İnkişafı Xidmətinin 10 sentyabr 2020-ci il tarixli 162/Ü nömrəli əmri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mübahisələndirmə haqqında iddia növündə baxıla bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə tərəfindən baxılmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Qanunvericiliyin şərh edilən tələblərinə baxmayar aq, Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qətnaməsində iddiaçının dövlət qulluqçusu olmaması səbəbindən cavabdehin həmin işə İnzibati Prosessual Məcəlləsinin mübahisələndirmə haqqında iddia növündə baxılmalı olması barədə dəlili əsassız hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Meşələrin İnkişafı Xidməti inzibati orqan olaraq dövlət müəssisəsidir və Yasamal rayon məhkəməsinin qətnaməsi ilə inzibati orqanın inzibati aktı ləğv edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olaraq qüvvədə saxlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə dair məhkəməyə yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin e dilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4027/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 70 (ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələr ini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Maddə
79. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 186.2. (ç bəndi) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər. Maddə 189.2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin iş in faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdehin kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razı olduğunu qeyd edir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4027/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.