Məhkəmə qərarları › İş №2(102)-5216/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5216/2022

29.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5216/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X cavabdeh Ləğv prosessində olan Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər:kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2(103)4450/2022 saylı qətnaməsindən iddiaçı X verdiyi kassasiya şikayəti üzrə işə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər arasında imzalanmış 25 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 27.500 manat kredit verilib. Tərəflər arasında imzalanmış 25 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mövsün Sənani küçəsində yerləşən 7 saylı ev Bankın xeyrinə ipoteka qoyulub və ipoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 46.000 manat məbləğində qiymətləndirilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdeh LPO Cavabdeh ASC-nə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 noyabr 2013-cü il tarixli kredit müqaviləsinin və həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi bağlanmış 25 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, onunla Bank arasında 25 noyabr 2013-cü il tarixli kredit müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən Bank ona 27.500 manat kredit verib. Kredit müqaviləsinin təminatı üsulu kimi ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mövsüm Sənani küçəsində yerləşən 7 saylı ev 25 noyabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən 46.000 manat ilkin satış qiyməti müəyyən edilməklə ipoteka qoyulub. O, müqaviləni bağladıqdan sonra hər ay vaxtlı-vaxtında kredit üzrə ödəni şləri etsə də, sonradan ödəyə bilməyib. Borcunu ödəyə bilmədiyi üçün Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan borcun ödənilməsini tələb edib. Hesab edir ki, Bankla aralarında bağlanmış müqavilədə kreditin qaytarılma şərtləri tam və dəqiq göstərilmədiyi üçün qeyd olunan müqavilə etibarsız hesab edilməlidir. Sözügüdən kredit müqaviləsində beynəlxalq müqavilə hüququnun “good faith” prinsipi pozulub. Azərbaycan dilinə tərcümədə “xoş niyyət” kimi ifadə olunan bu prinsipə əsasən tərəflər müqavilə bağlayarkən biri-biri ilə ədalətli, dürüst və xoş niyyətli olmalıdırlar ki, hər iki tərəf müqavilədən bəhrələnə bilsin. Bank isə kredit və ipoteka müqavilələri bağlanarkən ona məxsus ipoteka predmeti olan evin ilkin satış qiymətini çox aşağı qiymətlə müəyyən edib və bunun nəticəsində fakti ki dəyəri 80.000 manatdan çox olan evin cəmi 49.000 manat qiymətləndirilməsi “good faith” beynəlxalq müqavilə prinsipini pozur. Daha sonra, Avropa Şurasının “müqavilələrdə ədalətsiz şərtlər haqqında” 93/13 saylı göstərişinin 45-ci maddəsində qeyd edilmişdir ki, istehlakçı ilə bağlanılmış müqavilələr aydın şəkildə tərtib olunmalıdır və müvafiq şərtin tətbiq mexanizmi elə dəqiq göstərilməlidir ki, istehlakçı bunu analiz edib, lazımı qaydada qiymətləndirib özü üçün bütün olan bilən iqtisadi nəticələr barədə aydın təsəvvür əldə etsin. Həmçinin Avropa Məhkəməsi bildirir ki, milli məhkəmələr istehlakçıların tələb olunan məlumatları aldıqlarını yoxlamalı və kredit müqaviləsinin danışıqlarında kreditor tərəfindən təqdim olunan materiallarını və məlumatları da nəzərə almalıdırlar. O, istehlakçı k imi evini ipoteka qoyarkən evin dəyərindən aşağı kreditlə pul götürməklə həmin puldan faydalanmaq niyyətində olub. İndi isə ona məxsus olan evi dəyərindən 50 faiz aşağı giymətlə qiymətləndiriblər. Bundan başqa ona məlum olmuşdur ki, girov qoyduğu evin hərracdan alınmadığı təqdirdə onun qiyməti ilkin hərracdan 15 faiz, təkrar hərracdan isə 25 faiz olmaqla dəyərdən düşəcəkdir və bunun nəticəsində faktiki dəyəri 80.000 manat olan ev 31.237,50 manat müqabilində cavabdehin balansına keçəcəkdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, hazırki mübahisə üzrə bağlanmış kredit müqaviləsinin etibarlılığını şübhə altına alan hər hansı bir hal müəyyən edil mir. Mülki prosesdə qəbul edilmiş və mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddianın əsasını təşkil edən faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməyib. Belə olan halda məhkəmə iddianın əsasını təşkil edən faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.4, 339.2, 739.1, 739.2, 740.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətanəmə qəbul ediməsini xahiş edib. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov sədrlik edən, məruzəçi, Akif İsgəndərov və İlham Kərimli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. A pellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olub. Belə ki, hazırki işdə faktiki hallar Mülki Məcəllənin 337-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır, həmçinin cavabdeh Bankın etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır. İddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi kredit və ipoteka müqavilələri ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktları mövcuddur. Başqa sözlə, bu müqavilələrin qanuniliyi Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-782/2019 saylı mülki iş üzrə, eyni zamanda həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsi, Ali Məhkəmənin Mülki Kollegiyasının 09 avqust 2021-ci il tarixli qərarı ilə yoxlanılıb. Həmin işdə, İddiaçı cavabdeh qismində tərəf olub və 25 noyabr 2013-cü il tarixli kredit və 25 noyabr 2013-cü il tarixli ipoteka müqavilələri məhkəmə tədqiqatının predmeti olub. Həmin işdə, kredit və ipoteka müqavilələrinin qanuniliyi yoxlanılaraq etibarlı əqd olduğu qənaətinə gəlinib və İddiaçı borc tutulub və tutma ilk növbədə mübahisələndirilən ipoteka müqaviləsi ilə yüklü edilən evə yönəldilib. İstisna olunmur ki, hazırki iddianın ortaya çıxması da məhz bu “zərurətdən” yaranıb. Düzdür, hazırki işdə iddiaçı göstərir ki, mübahisələndirdiyi kredit müqaviləsində borcun qaytarılma şərtləri tam və dəqiq göstərilməyib, ipoteka müqaviləsində i sə ilkin satış qiyməti aşağı göstərilib. Bu dəlillərin nə qədər açıq-aşkar əsassız və əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın, yaxud icraatın predmeti ola bilməzdi. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı biri-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Bu cür hallar açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etməklə başqalarına zərər vurmaq məqsədi daşıdığından əlbətdə ki, yolverilməzdir. Əgər belə olmasaydı, ən azından iddiaçı məhkəmə iclasında iştirak edə və iddia ilə bağlı mövqeyini bildirə bilərdi. “M.İbrahimovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki,...məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarlarının stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır. Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidi r. Belə ki, bu prinsip məhkəmə aktlarının biri-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.4, 339.2, 739.1, 739.2, 740.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, sözügedən kre dit müqaviləsində kreditin qaytarılma şərtləri tam və dəqiq göstərilməyib və tərəflər bu barədə heç bir formada iradələrini ifadə etməyiblər. O, istehlakçı kimi evini ipoteka qoyarkən evin dəyərindən aşağı kreditə pul götürməklə həmin puldan faydalanmaq niyyətində olub. İndi isə ona məxsus ev dəyərindən 50 faiz aşağı qiymətlə qiymətləndirilib. Həmçinin, ona məlum olub ki, ipoteka qoyduğu ev hərracdan alınmadığı təqdirdə onun qiyməti ilkn hərracdan 15 faiz, təkrar hərracdan isə 25 faiz olmaqla dəyərdən düşəcəkdir və bunun nəticəsində bu günə faktiki dəyəri 80.000 manat olan fərdi yaşayış evi 31.237,50 manat müqabilində cavabdehin balansına keçəcəkdir. Lakin, müqavilənin bu kimi mühüm şərtləri müqavilədə nəzərdə tutulmayıb və bu barədə ona heş bir məlumat verməyib. İşə baxan məhkəmələr belə bir vacib nüansı nəzərə almayıblar və sözügedən müqavilələrin etibarlı olması qənaətinə gəliblər. Kassasiya şikayətinə qarşı etirazın dəlillər Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş edib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd ba ğlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiya sı məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında şərh edilən göstərişlərə əməl etməyib. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi kredit və ipoteka müqav ilələri ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə, bu müqavilələrin qanuniliyi Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-782/2019 saylı mülki iş üzrə, eyni zamanda həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qətnaməsi, Ali Məhkəmənin Mülki Kollegiyasının 09 avqust 2021-ci il tarixli, qərarları ilə yoxlanılıb. Həmin işdə, İddiaçı cavabdeh qismində tərəf olub və 25 noyabr 2013-cü il tarixli kredit və 25 noyabr 2013-cü il tarixli ipoteka müqavilələrinin qanunliyininin yoxlanılması məhkəmə tədqiqatının predmeti olub. Məhz həmin işdə, kredit və ipoteka müqavilələrinin qanuniliyi yoxlanılaraq onların etibarlı əqd olduğu qənaətinə gəlinib və hazırki iddiaçıdan borc tutulub və tutma mübahisələndiril ən ipoteka müqaviləsi ilə yüklü edilmiş evə yönəldilib. Sözügedən Qərarda göstərilir ki, məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgü n hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bu baxı mdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələblərinə görə yolverilməzdir. Mülki prosessual qanunvericiliyə görə, iddianın predmeti dedikdə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və sair aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq mün asibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Təsadüfi deyildir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. Digər tərəfdən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə” 13 fevral 2007-ci il tarixli və “G.İsmayılzadənin şikayəti üzrə” 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmas ını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (“Xotulyeva Rusiya Federasiyasına qarşı” iş üzrə 2009-cu il 30 iyul tarixli, “Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarları). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (“Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999 -cu il 28 oktyabr tarixli qərarı). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyridüzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məc buriyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (“Ryabıx Rusiyaya qarşı” iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Xüsusilə vurğulanmalıdır ki, əqdə əsaslanan iddialara baxılması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ədalətli məhkəmə hüququ ilə uyğunsuzluq yaratmır. Belə ki, əqdlə bağlı hər hansı mübahisəyə baxıldıqda qarşı tərəfin əqdin etibarsız olması ilə etiraz və ya qarşılıqlı iddia irəli sürmək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduqda, etiraz və dəlilləri əsassız olaraq nəzərə alınmadıqda isə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüquqları vardır. İşdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təq dim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır. Prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır. Qeyd edilənlərlə yanaşı xüsusi olaraq vurğulanmalıdır ki, inzibati icraat qaydasında işlərə baxılmasından fərqli olaraq, mülki icraat qaydasında hakimin tərəfə yardım etmə vəzifəsi olmasa da, Mülki Prosessual Məcəllənin 14.1, 184.1-ci maddələrindən irəli gələn işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələri ni izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək, habelə işin və mübahisənin vəziyyətini müzakirə etmək kimi vəzifələri vardır. Məhz bu vəzifələrin icrası baxımından məhkəmə əqddən irəli gələn iddialara baxıldığı zaman tərəflərə əqdin etibarlılığına dair mümkün dəlil və etirazlarını məhz bu icraat çərçivəsində irəli sürülməli olduğunu izah etməli, bu hüquqlardan vaxtında istifadə edilməməsinin isə sonradan həmin əqdin etibarsızlığına dair müstəqil iddia qaldırmaq imkanını aradan qaldıracağı haqda xəbərdar etməlidir. O da qeyd edilməlidir ki, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdir lər. Sadəcə olaraq, bu tələbə baxılaraq qiymət verildiyi halda, sonradan həmin əqdə əsaslanan iddiaya baxılması zamanı əvvəlki iş üzrə etibarsızlıqla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar bu iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, təkrar qiymətləndirmə imkanını aradan qaldırmış olacaqdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxarkən özü də iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi kredit və ipoteka müqavilələri ilə bağlı qanuni qüvvədə olan məhkəmə aktlarının mövcud olduğunu, başqa sözlə bu müqavilələrin qanuniliyinin qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq yoxlanıldığını qeyd etdiyi halda, iş üzrə icraata xitam vermək əvəzəni, iddiaya mahiyyəti üzrə baxıb qətnamə çıxarmaqla “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında şərh edilən göstərişləri pozub. Belə ki, həmin qərarda göstərilir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iş üzrə icraata xitam verir. Sadalanan mülki prosessual normaların mənasına görə, sözügedən əsasla iş üzrə icraata xitam verilməsinə o, halda yol verilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ol sun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilir. Nəzərə alınmalıdır ki, mübahisə tərəflərinin eyniliyi o, halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılmış olsun. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini...tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub h esab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğundan, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı X kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2(103)-4450/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı X cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “25 noyabr 2013-cü il tarixli kredit və 25 noyabr 2013-cü il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” i ddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar