Məhkəmə qərarları › İş №2(102)-5219/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5219/2019

09.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5219/2019 09.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ AzərbaycanRespublikası AliMəhkəməsininMülkikollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbasoğlununsədrliyi, Xələfovİlqar Rəhimoğlu, İbayevVəfaddin Ələm oğlundanibarəttərkibdə, məhkəmə iclaskatibi Xnın katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “təmir xərclərinə görə pulun tutulması” barədə ilkin iddia tələbi, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “mənzilin əvvəlki vəziyyətə gətirilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülk iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qərardadından Cavabdeh1 kassasiya şikayəti üzrə işə açıqməhkəmə iclasın dabaxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəriNizamiRayonMəhkəməsinin01 noyabr 2018-ciiltarixliqətnaməsiilə (hakimE.A.Nuriyev, iş № 2(007)-344/2018) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “təmir xərclərinə görə pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı1 və İddiaçı2 xeyrinə təmir xərcinə görə 14.735 manat məbləğində pulun tutulması qət edilmiş, ilk iddia qalan hissədə və Cavabdeh1 İddiaçı1 və İddiaçı2 qarşı “mənzilin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.N.Sadıqov, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, iş № 2(103)-2635/2019) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 01 noyab r 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən V.N.Sadıqov, hakimlər A.Q.Hüseynov, A.N.İmanov, iş № 2(103)-2635/2019) Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, mülki iş materiallarında Cavabdeh1 hazı rki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsində vəkil Nümayəndə tərəfindən müdafiə edilməsi barədə 24.05.2017-ci il tarixli vəkil orderi var və bu səbəbdən yeni orderin verilməsinə zərurət yoxdur. Cavabdeh1 vəkillə 24.05.2017-ci il tarixli müqaviləni bağlamaqla hazırki iş mahiyyəti üzrə baxılıb qurtaranadək kassasiya instansiyasında hüquqi müdafiəni vəkil Nümayəndə həvalə etmiş, vəkil isə öz növbəsində bu barədə öhdəlik götürmüşdür. Qanunvericilikdə vəkil orderinin qüvvədə olması hər hansı müddətlə və ya digər şərtlə məhdudlaşdırılmamış və mülki iş üzrə eyni instansiyada işə təkrar baxılarkən hər dəfə yeni order verilməsi barədə göstəriş nəzərdə tutulmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019cu il tarixli qərardadının tamamilə ləğv edilmə sini və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata götürülməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “təmir xərclərinə görə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onların xeyrinə Bakı şəhəri, Xətai rayonu, 17 saylı binanın 295 a saylı mənzilinə çəkilmiş 57.000 manat məbləğində təmir xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda Cavabdeh1 qarşılıqlı iddia qaldıraraq həmin mənzildə İddiaçı1 və İddiaçı2 tərəfindən aparılmış təmir işlərinin nəticələrinin onların öz hesabına sökülməsi və mənzilin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə, ilk iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən iddiaçıların xeyrinə 14.735 manat məbləğində pulun tutulması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermişd ir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3, 407.4 və 408.1.3-cü maddələrinə istinad edərək kassasiya şikayətinin geri qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında vəkil Nümayəndə tərəfindən müxtəlif məhkəmə instansiyalarında işlərə baxılması ilə bağlı bir neçə dəfə order verilsə də, həmin icraatlar artıq başa çatmışdır və hazırki halda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün yeni vəkil orderi tələb olunur. Göründüyü kimi, kassasiya şikayətinə Nümayəndə vəkil orderi əlavə edilməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin ed ilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsi ilə vəkilin prosesdə məcburi iştirakının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblər inə görə kassasiya şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayətinin icraata qəbul edilməsinin yalnız vəkil tərəfindən tərtib edilməsi ilə şərtləndirilməsi kassasiya instansiya məhkəməsində işə baxılmanın hədlərinin yalnız apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamaqla məhdudlaşması ilə bağlıdır; belə ki, kassasiya instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmır, işin halları araşdırılmır və sübutlara qiymət verilmir. Bu səbəbdən kassasiya şikayətinin ixtisaslı hüquqi yardım göstərən vəkil tərəfindən tərtib edilməsi zəruridir və bunun təsdiq edilməsi üçün şikayətin onu tərtib edən vəkil tərəfindən imzalanması və vəkillə bağlanmış müqavilənin əlavə edilməsi tələb edilir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən icraata götürülməsi qeyri-mümkün hesab edilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin tələblərinə görə vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həya ta keçirilir. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi, Cavabdeh1 ilə şikayəti tərtib etmiş vəkil Nümayəndə arasında 24 may 2017-ci il və 03 yanvar 2019-cu il tarixlərdə müqavilə bağlanmış və hazırki iş məhkəmə icraatında olduğu bütün müddətdə sonuncu nümayəndə və vəkil kimi Cavabdeh1 təmsil etmiş və hüquqlarını müdafiə etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin qeyd edilən hallarına ümumiyyətlə hüquqi qiymət verməməklə kassasiya şikayəti verilməsi üçün yeni orderin tələb olunması barədə əsassız nəticəyə gəlmişdir. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin A zərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsi ilə müdafiə üçün məhkəməyə müraciət etmək hüququndan imtina edilməsinin yolverilməz olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə Cavabdeh1 yuxarıda qeyd edilən normalarla əhatə edilən prosessual hüquqlarını həyata keçirməkdən məhrum edilmiş, nəticədə onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Bu hald a məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə kassasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-ci il tarixli qərardadı ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar