Məhkəmə qərarları › İş №2(102)-5219/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5219/2022

29.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5219/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması 29.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(105)-139/2022 saylı qətnaməsindən İddiaçı2 verdiyi kassasiya şikayəti üzrə işə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 15 iyul 1998-ci il tarixli Qeydiy yat Vəsiqəsinə əsasən Qusar rayonu, Xuluq kəndi ərazisində olan 2 mərtəbəli, 3 otaqlı, 2.400 kv.metr torpaq sahəsində yerləşən yaşayış evi mülkiyyət hüququ üzrə X10 adına qeydə alınıb. Qusar rayonu, Xuluq kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair X6 adına dövlət reyestrindən Çıxarış verilməyib. X15 04 mart 1993-cü ildə, X7 isə 15 oktyabr 2018-ci il tarixdə ölüb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı2 (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş Qusar rayonu, Xuluq kənd ərazisində yerləşən 0,03 ha torpaq sahəsinin buraxılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qusar rayon şöbəsinin 19 oktyabr 2018-ci il tarixli arayışı ilə müəyyən olur ki, Qusar rayonu, Qılah kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Xuluq kəndi üzrə 1 saylı təsərrüfatbaşı kitabında şəxsi hesab nömrəsi 56 olan X10 təsərrüfatının şəxsi mülkiyyətində Qusar rayonu, Xuluq kənd ərazisində 1987-1988-ci illərdə 35 kv.metr, 19891990-cı illərdə isə 32.1 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1986-1990-cı illərdə 0.24 hektar torpaq sahəsi olub. X13 Qusar rayonu, Xuluq kəndi ərazisində yerləşən iki mərtəbəli, üç otaqdan ibarət evə və istifadəsində olan 0.24 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən 15 iyul 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilib. Anası 05 mart 1993-cü il tarixdə ölüb və ondan miras qalmış əmlakı faktiki olaraq q əbul edib və bu günədək sahiblik edərək idarə edir. X1 miras qalmış 0,24 ha torpaq sahəsindən 0,03 ha həyətyanı torpaq sahəsini uzun müddətdir ki, zəbt edərək şəxsi məqsədləri üçün istifadə edir. Zəbt edilmiş torpaq sahəsinin buraxılmasını ondan tələb etdikdə bir mənalı olaraq bildirmişdir ki, ona mübahisələndirilən torpaq sahəsinə dair Çıxarış verilib. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə edilən vəkil sorğusuna 13 noyabr 2018-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Qusar rayonu, Xuluq kənd ərazisində yerləşən 0,20 ha torpaq sahəsinə X6 adına dövlət reyestrindən Çıxarış verilməyib. X9 2018-ci ildə öldükdən sonra isə oğlu Cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etməyə başlayıb və atasının qanunsuz hərəkətlərini davam etdirməkdədir. Onun müraciəti əsasında DƏDRXn in 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 noyabr 2018-ci il tarixli cavabı ilə bildirilmişdir ki, dövlət reyestrindən Çıxarış almaq istədiyi fərdi yaşayış evinin torpaq sahəsinin çox hissəsi qonşu tərəfindən istifadə olunduğu üçün ərizənin icrasından imtina olunub. Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli ekspert rəyinə əsasən 15 iyul 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən X13 məxsus olan Qusar rayonu, Xuluq kəndində yerləşən 2.400 kv.metr torpaq sahəsinin planının cizgiləri ilə naturadaki faktiki istifadə sərhədləri arasında qismən uyğunluq vardır. (şimal, şərq, cənub sərhədləri boyunca). Bu səbəbdən X13 məxsus torpaq sahəsinin planının cizgilərini naturada dəqiq yerləşdirmək mümkün olmadığından Cavabdeh tərəfindən torpaq sahəsinin nə qədər hissəsinin istifadə edili b-edilməməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən 15 iyul 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən X13 məxsus olan Qusar rayonu, Xuluq kəndində yerləşən 2.400 kv.metr torpaq sahəsinin planının cizgiləri ilə naturadaki faktiki istifadə sərhədləri arasında qismən uyğunluq vardır, (şimal, şərq, cənub sərhədləri boyunca). Bu səbəbdən X13 məxsus olan torpaq sahəsinin planının cizgilərini naturada dəqiq yerləşdirmək mümkün olmadığından Cavabdeh tərəfindən torpaq sahəsinin nə qədər hissəsinin istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında olan koordinatlara əsasən, İddiaçı2 istifadə etdiyi torpaq sahəsi 418 kv.metr, Cavabdeh istifadə etdiyi torpaq sahəsi 776 kv.m etr təşkil edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərib ki, iddia tələbi əsassızdır. Nə onun mərhum X2, nədəki o, özü iddiaçıya məxsus torpaq sahəsini zəbt etməyib. Belə ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli qərarı ilə mərhum X2nun mülkiyyətinə Qusar rayonu, Xuluq kəndi ərazisindən 0.05 hektar həyətyanı torpaq sahəsi verilib. Həmin torpaq sahəsi JN- 017 “A” saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə rəsmiləşdirilib. Bundan əlavə, ******* saylı Çıxarışa əsasən X2nun mülkiyyətində Qusar rayonu, Xuluq kəndi ərazisində 0,02 hektar həyətyanı torpaq sahəsi vardır. X2 15 oktyabr 2018-ci il tarixdə ölüb. Atasının vəfatından sonra 0,07 ha torpaq sahəsini öz adına rəsmiləşdirərək Texniki Pasport alıb. İddiaçı tərəfin tələb etdiyi torpaq sahəsinə dair heç bir sənəd almayıb və onlara məxsus torpaq sahəsi başqa yerdə yerləşir. İddiaçının torpaq sahəsi onun tərəfindən zəbt edilməyib. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Qusar Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, cavabdeh tərəfindən mərhum X13 məxsus iddiaçı tərəfindən istifadə olunan Qusar rayonu, Xuluq kəndi ərazisində yerləşən 0.24 ha torpaq sahəsinin 0,03 ha hissəsinin zəbt olunması müəyyən edilmir. İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməyib və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmayıb. Birinci instans iya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Qusar Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsində icraat zamanı üç dəfə ekspertiza keçirilməsinə baxmayaraq, bütün ekspertiza rəyləri əvvəlki rəyə əsasən verilib. Belə bir vəziyyətdə iş üzrə obyektiv nəticəyə gəlmək mümkün olmadığı üçün bu barədə məhkəməyə vəsatətlə müraciət edərək, 0,24 ha torpaq sahəsinin yerinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş edib, lakin məhkəmə ona məlum olmayan səbəblərdən 2018-ci ildə verilmiş ekspert rəyinə istinad edərək qətnamə qəbul edib. Cavabdeh ona məxsus olan torpaq sahəsindən istifadə edir və bununla da onun qanunla qorunan hüququnu pozur. "xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli rəyinə əsasən, mərhumə X10 mülkiyyətində olan Qusar rayonu, Xuluq kəndində yerləşən 2.400 kv.metr torpaq sahəsinin 210 kv.metr hissəsi qonşu Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə olunur. Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən, DƏK və ÜRX-nin "xxxx" MMC-nin 27 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, "xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin naturada müəyyən edilmiş döngə nöqtələrinin X13 15 iyul 1998-ci il tarixdə Abşeron rayon mənzillərin texniki invertarlaşdırılması bürosu tərəfindən verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinə dair qeydiyyat şəhadətnaməsinə əlavə edilmiş cizgi-plana uyğun olduğu müəyyən edilir. DƏK və ÜRX-nin "xxxx" MMC-nin 27 dekabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, "xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin “zəbt olunmuş” kimi xüsusi, ştrixlə işarələnmiş 210 kv.metr hissəsinin 207 kv.metr sahəsi çəpərə alınmaqla qonşu Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qusar Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədə n saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işə apellyasiya şikayətinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 164.1 və 164.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, iddia tələbinin rədd edilməsinin əsasını təşkil edən ekspertiza rəyi qeyri-müəyyəndir. Əlavə ekspertiza təyin etmiş məhkəmə əvvəlki qeyri-müəyyən rəylərlə əvvəlcə razılaşmadan ekspertdən dəqiq cavab istəyib, müfəssəl və kəskin şəkildə dəqiq yeni ekspertiza rəyi əldə etdikdən sonra isə ona tənqidi yanaşaraq, əvvəlki qeyri-müəyyən rəylərə istinad edərək iddianı rədd edib. İşə mahiyyəti üzrə baxan məhkəmə mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərini pozub və torpaq sahəsinin yerini müəyyən edə bilməməsi səbəbindən faktiki olaraq fikir bildirməkdən imtina etmiş ekspertlərin rəylərini mötəbər, GPS naviqasiya yolu ilə mütəxəssis cəlb olunmaqla aşkar edilmiş torpağın zəbti faktını təsbit etmiş ekspertiza rəyini isə qeyri-mötəbər hesab edərək bunun səbəblərini açıqlamayıb. Hazırkı işdə mötəbər sübut kimi istinad edilən ekspertiza rəyləri cavabdehin mübahisəli torpağı zəbt etməsi faktını inkar etmir. Beləliklə, işin göstərilən halları onu tələb edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılıb və bu, düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnib. Məhkəmə sonuncu ekspert rəyi ilə razılaşmamasının səbəblərini qətnamədə əsaslandırmayıb və rəylə razılaşmamasını ə saslandırarkən Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.10 və 3.0.50-ci bəndlərinin mətinini sadəcə olaraq qətnaməyə köçürüb və həmin bəndlərin 25 aprel 2022-ci il tarixli rəylə nə əlaqəsinin olması, bu bəndlərin həmin rəyi necə diskreditə etməsi, rəyin mötəbərliyinə və dəqiqliyinə necə təsir etdiyini göstərməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-ci maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2-ci maddəsinə görə, sahiblikdən məhr um olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-c i maddəsində göstərilir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiy a instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdi rilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, 15 iyul 1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Qusar rayonu, Xuluq kəndi ərazisində olan 2 mərtəbəli, 3 otaqlı, 2.400 kv.metr torpaq sahəsində yerləşən yaşayış evi mülkiyyət hüququ üzrə X10 adına qeydə alınıb. Qusar rayonu, Xuluq kəndində yerləşən 0,20 ha torpaq sahəsinə dair X6 adına dövlət reyestrindən Çıxarış verilməyib. X15 04 mart 1993-cü ildə, X7 isə 15 oktyabr 2018-ci il tarixdə ölüb. Qusar rayon Dövlət Arxivinin 19 oktyabr 2018-ci il tarixli məktubundan görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Qılah kənd XDS İcraiyyə Komitəsinin 1986-1990cı illərin Xuluq kəndi üzrə 1 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 56 olan X10 təsərrüfatın şəxsi mülkiyyətində 1986-cı ildə ümumi sahəsi 77 kv.metr, yaşayış sahəsi 40 kv.metr, 1987-1988-ci illərdə ümumi sahəsi 65 kv.metr, yaşayış sahəsi 35 kv.metr, 1989-1990-cu illərdə isə ümumi sahəsi 67.4 kv.metr, yaşayış sahəsi 32.1 kv.metr olan ev və təsərrüfatın şəxsi istifadəsində 1986- 1990-cı illərdə cəmi 0.24 hektar torpağın olduğu qeyd edilib. JN-017 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli qərarı ilə X4 0,05 ha həyəyyanı torpaq sahəsi verilib. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2016-cı il tarixli Çıxarışa əsasən, X3 xüsusi mülkiyyətində payı tam olmaqla Qusar rayonu Xulux kəndi ərazisində 0.02 ha yaşayış məntəqələrinə aid torpaq sahəsi vardır. Qusar rayon Dövlət Arxivi tərəfindən X4 ünvanlanmış arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu, keçmiş Qılah kənd XDS İcraiyyə Komitəsinin 1969-1971-ci illərə aid 1 saylı Təsərrüfatbaşına kitabda X8 təsərrüfatının şəxsi mülkiyyətində yaşayış evi və istifadəsində 1969- 1970-ci illərə aid cəmi 0,07 ha, 1971-ci ilə aid cəmi 0,09 ha torpaq sahəsinin olduğu qeyd edilib. Gilah İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 may 2019-cu il tarixli 2016-2020-ci illərə aid 01 saylı təsərrfatbaşına kitabdan çıxarışa əsasən X7 həqiqətən Qusar rayonu, Xuluq kəndində özünə məxsus 1969-cu ildə tikilmiş 3 yaşayış otaqdan ibarət, ümumi sahəsi 163,50 kv.metr, yaşayış sahəsi 47,10 kv.metr olan fərdi yaşayış evi, 0,09 ha həyətyanı torpaq sahəsi vardır və təsərrüfatbaşına kitabın 78-ci səhifəsində 039 saylı şəxsi hesabında qeydə alınıb. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasporta əsasən, Qusar rayonu, Xulux kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdur. Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2020-ci il tarixli ekspert rəyinə əsasən, 15 iyul 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən X13 məxsus Qusar rayonu, Xuluq kəndində yerləşən 2.400 kv.metr torpaq sahəsinin planının cizgiləri ilə naturadaki faktiki istifadə sərhədləri arasında qismən uyğunluq vardır. (şimal, şərq, cənub sərhədləri boyunca). Bu səbəbdən X13 məxsus torpaq sahəsinin planının cizgilərini naturada dəqiq yerləşdirmək mümkün olmadığından Cavabdeh tərəfindən torpaq sahəsinin nə qədər hissəsinin istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmayıb. Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən, 15 iyul 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən X13 məxsus Qusar rayonu, Xuluq kəndində yerləşən 2.400 kv.metr torpaq sahəsinin planının cizgiləri ilə naturadaki faktiki istifadə sərhədləri arasında qismən uyğunluq vardır. (şimal, şərq, cənub sərhədləri boyunca). Bu səbəbdən X13 məxsus torpaq sahəsinin planının cizgilərini naturada dəqiq yerləşdirmək mümkün olmadığından Cavabdeh tərəfindən torpaq sahəsinin nə qədər hissəsinin istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əl avə edilmiş ölçü planında olan koordinatlara əsasən İddiaçı2 istifadə etdiyi torpaq sahəsi 418 kv.metr, Cavabdeh istifadə etdiyi torpaq sahəsi 776 kv.metr təşkil edir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin 14 iyun 2021-ci il tarixli rəyinə əsasən, X10 mülkiyyətində olan Qusar rayonu, Xuluq kəndində yerləşən 2.400 kv.metr torpaq sahəsinin 210 kv.metr hissəsi qonşu Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən, mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin naturada müəyyən edilmiş döngə nöqtələrinin X13 15 iyul 1998-ci il tarixdə Abşeron rayon mənzillərin texniki invertarlaşdırılması bürosu tərəfindən verilmiş 0,24 ha həyətyanı torpaq sah əsinə dair qeydiyyat şəhadətnaməsinə əlavə edilmiş cizgi-plana uyğun olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin “zəbt olunmuş” kimi xüsusi, ştrixlə işarələnmiş 210 kv.metr hissəsinin 207 kv.metr sahəsi çəpərə alınmaqla qonşu Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli ekspert rəyinə əsasən mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin naturada müəyyən edilmiş döngə nöqtələrinin X13 15 iyul 1998- ci il tarixdə Abşeron rayon mənzillərin texniki invertarlaşdırılması bürosu tərəfindən verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinə dair qeydiyyat şəhadətnaməsinə əlavə edilmiş cizgi-plana uyğunluğu məsələsi üzrə qeyd olunub ki, Google Yer g örüntülərində ərazinin koordinatları ilə naturadakı koordinatlar arasında fərq olduğundan torpaq sahələrinin Google Yer görüntülərinə əsasən araşdırılması Xaçmaz LTİ-nin mütəxəssisləri tərəfindən aparılmır. Apellyasiya instansiyası məhkəməsi, sadalanan sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya aid 0,3 ha torpaq sahəsinin zəbt edilməsi müəyyən edilmədiyi üçün, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Belə ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daş ınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsində göstərilir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, işdə olan mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin naturada müəyyən edilmiş döngə nöqtələrinin mərhumə X13 15 iyul 1998-ci il tarixdə Abşeron rayon mənzillərin texniki invertarlaşdırılması bürosu tərəfindən verilmiş 0,24 ha həyətyanı torpaq sahəsinə dair qeydiyyat şəhadətnaməsinə əlavə edilmiş cizgi-plana uyğun olduğunun müəyyən edilməsi, habelə mütəxəssis rəyinə əlavə edilmiş sxemdə əks olunmuş 622 kv.metr torpaq sahəsinin “zəbt olunmuş” kimi xüsusi, ştrixlə işarələnmiş 210 kv.metr hissəsinin 207 kv.metr sahəsinin çəpərə alınaraq cavabdeh tərəfindən istifadə edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən Məhkəmə Ekspertiza Mərk əzinin 12 may 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, 15 iyul 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən X13 məxsus Qusar rayonu, Xuluq kəndində yerləşən 2.400 kv.metr torpaq sahəsinin planının cizgiləri ilə naturadaki faktiki istifadə sərhədləri arasında qismən uyğunluq vardır. (şimal, şərq, cənub sərhədləri boyunca). Bu səbəbdən X13 məxsus torpaq sahəsinin planının cizgilərini naturada dəqiq yerləşdirmək mümkün olmadığından, cavabdeh tərəfindən torpaq sahəsinin nə qədər hissəsinin istifadə edilibedilməməsini müəyyən etmək mümkün olmayıb. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən sonuncu ekspert rəyi ilə nəyə görə razılaşmamasını qətnamədə əsaslandırmamasına dair dəlilinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir k i, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara, habelə çoxsaylı ekspert rəylərinə sözügedən maddələrin və Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandır an faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(105)-139/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar