Məhkəmə qərarları › İş №2(102)-522/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-522/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-522/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Cavabdeh" BOKT ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6267/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "Cavabdeh" BOKT ASC-nin xeyrinə ödənilməli olan məbləğ 50409,44 ABŞ dollarıdır. Daha sonra girov qoyulan evin satışı bardə bankla razılığa gəlinmiş, icra mərhələsində ev bankın və iddiaçının razılığı ilə satılmışdır. Satışdan “Cavabdeh BOKT” ASC-nə 65400 ABŞ dollar ödənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "Cavabdeh" BOKT ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh BOKT” ASC tərəfindən mülkiyyətində olan əmlakın satışından əldə edilmiş puldan əsassız olaraq artıq ödətdirilmiş 9406 (doqquz min dörd yüz altı) ABŞ dolları məbləğində pulun qətnamənin icra edildiyi günə manatla ekviva lentində ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Cavabdeh" BOKT ASC-nin ona və əri X3 qarşı borcun tutulması, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli, 021/15/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 4209 ABŞ dolları əsas, 1361,84 ABŞ dolları faiz borcu, 13,27 ABŞ doları cərimə borcu, cəmi 5584,11 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 019/15/PBN nömrəli kredit müqaviləsi üzrə 42824,57 ABŞ dolları əsas, 7560,60 ABŞ dolları faiz borcu, 24,27 ABŞ dolları cərimə borcu, cəmi 50409,44 ABŞ dollarının X1 tutularaq "Cavabdeh" BOKT ASC-yə ödənilməsi, birgə nikah dövründə əldə etdikləri mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin hərrfacda satılaraq borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən X4 apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Cəmi 50409,44 ABŞ dollar borc məbləğinin iddiaçıdan tutulması barədə Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən sonra "Cavabdeh" BOKT ASC xx.xx.2017-ci il tarixli, 6575/PB saylı məktubla müraciət etmiş 50409,44 ABŞ dollar borc məbləğinin öhdəliyin icrasının girov predmeti olan daşınmaz əmlaka yönəldilməsi barədə məlumat vermişdir. Bin əqədi rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli 238488 saylı icraata başlama qərarından da görünür ki, tutularaq “Cavabdeh Bank” ASC-nin xeyrinə ödənilməli olan məbləğ 50409,44 ABŞ dollarıdır. Daha sonra girov qoyulan evin satışı bardə bankla razılığa gəlinmiş, icra mərhələsində ev bankın və iddiaçının razılığıyla satılmışdır. Cavabdeh “Cavabdeh BOKT” ASC-nin xx xxx 2018-ci il tarixli 1378/PB saylı məktubundan da görünür ki, X2 banka olan borcu 65400 ABŞ dolları satışdan ödənilməlidir və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 50409,44 ABŞ dollar borc məbləği deyil, 65400 ABŞ dolları, yəni 15000 ABŞ dolları məbləği pul ona artıq ödətdirilmişdir, həmin məbləğ “Cavabdeh BOKT” ASC-nin “Bank Respublika”dakı hesabına ödənmişdir. Eyni iddia tələbi ilə əri X4 cavabdehə qarşı iddia qaldırmasın a, bu tələbin təmin edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(006)-476/2018 saylı qətnaməsi olsa da, sonradan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)4382/2019 saylı qətnaməsi və Ali Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)5685/2019 saylı qərarı ilə iddiaçı X2 bu iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması, belə iddia tələbini iddiaçının irəli sürmək hüququnun olması qeyd edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Cavabdehbank”ASC ilə X4 arasında xx xxx 2015-ci il tarixli, 019/15/PBN saylı və xx xxxx 2015-ci il tarixli, 021/15/PBN/PK saylı kredit müqavilələri bağlanmışdır və həmin müqavilələrə əsasən bank borc alana müvafiq mə bləğdə kredit limiti ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. X4 öhdəliklərini lazımınca və vaxtında icra etmədiyi üçün Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-55/2017 saylı qətnaməsi ilə iddiaçı “Cavabdehbank” ASC-nin cavabdehlər X3 və İddiaçı qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbi qismən təmin edilmiş, X1 xx.xx.2015-ci il tarixli, 021/15/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 4209 ABŞ dolları əsas borc, faiz borcu 1361,84 ABŞ dolları, cərimə borcu 13,27 ABŞ dolları, cəmi 5584,11 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 019/15/PBN nömrəli kredit müqaviləsi üzrə 42824,57 AB Ş dolları əsas borc, 7560,60 ABŞ dolları faiz borcu, 24,27 ABŞ dolları cərimə borcu, cəmi 50409,44 ABŞ dollarının “Cavabdeh Bank” ASC-nin xeyrinə tutulması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospektində istifadədə olan, 0,01608 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 5 mərtəbəli binada, 104.9 kv.m, ümumi sahədən ibarət 5 otaq 56 nömrəli mənzilin hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi, ev açıq hərracda satıldıqdan sonra əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmasa qalan məbləğin borcludan tutulması, satışdan sonra əldə edilmiş vəsaitdən artıq məbləğ qalarsa borcluya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-713/2018 saylı qə tnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-55/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin arasında əldə edilmiş razılaşmaya əsasən İddiaçı məxsus ipoteka predmeti olan mənzil 65400 ABŞ dollarına satılmış, lakin mənzilin satışından artıq qalan pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır. Artıq qalan pulun qaytarılmaması işin mübahisələndirilməyən hallarına aid olduğundan məhkəmə hesab edir ki, bu məsələyə dair araşdırmanın aparılmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qanuni qüvvəsini almış Zəngilan Rayon Məhkəməsinin qətnaməsinə əsasən X4 ilə “Cavabdehbank” ASC arasında xx.xx.2015-ci il tarixli, 021/15/PBN/PK nömrəli kredit müqaviləsi üzrə 5584,11 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, 019/1 5/PBN nömrəli kredit müqaviləsi üzrə 50409,44 ABŞ dolları, cəmi 55994 ABŞ dollarının “Cavabdeh Bank” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, X6 prospektində istifadədə olan, 0,01608 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 5 mərtəbəli binada, 104.9 kv.m. ümumi sahədən ibarət 5 otaq 56 nömrəli mənzilin 65400 ABŞ dollarına satılmasına baxmayaraq, məbləğin hamısı Cavabdeh BOKT ASC-nin müvafiq hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş məbləğdən artıq pula sahiblənməklə iddiaçının mülkiyyət hüququnu pozmuş və onun hesabına 9406 ABŞ dolları məbləğində əsassız varlanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 9406 (doqq uz min dörd yüz altı) ABŞ dolları məbləğində pulun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) Cavabdeh BOKT ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh BOKT ASC apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1458/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-6267/2020 saylı qətnaməsi ilə (hakim Q.Əsgərov sədrliyi və məruzəsi ilə, hakimlər A.İmanov və V.Sadıqov ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1458/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya məhkəsi hesab etmişdir ki, göründüyü kimi cavabdeh məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş məbləğdən artıq pula sahiblənməklə iddiaçının mülkiyyət hüququnu pozmuş və onun hesabına 9406 ABŞ dolları məbləğində əsassız varlanmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh BOKT ASC (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2(103)-6267/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırlımışdır ki, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, apellyasiya məhkəməsi şikayətində qeyd olunanlarla bağlı heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmasını mümkün saymışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya i nstansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi m əsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası izah edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə isə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışlar. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməl i olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “Cavabdeh Bokt” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6267/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar