Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-522/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının İddiaçılar İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması, kəsilmiş ağacların dəyərinin ödənilməsi, çəpərin bərpa edilməsi və ya dəyərinin ödənilməsi, qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili V əkil iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kоllеgiyаsının 2(106)-595/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 25 noyabr 1960-cı il tarixdə Astara rayonun Səncərədi kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı Astara rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 18 nömrəli qərarı ilə Astara rayonun Səncərədi kəndi ərazisində yerləşən 2997,53 kvadrat metr (0,2997 ha) həyətyanı torpaq sahəsinin döngə nöqtələri müəyyən edilmişdir. İş ma teriallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reystrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Astara rayonun Səncərədi kəndi ərazisində yerləşən 0,10 torpaq sahəsi cavabdeh X3 xüsusi mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı mülkiyyətində Astara rayonun Səncərədi kəndində yerləşən 2997,53 kvadrat metr torpaq sahəsinin zəbtdən azad olunması, kəsilmiş ağacların dəyəri olaraq 1000 (bir min) manatın ödənilməsi, sökülmüş çəpərin bərpa edilməsi və ya dəyərinin 420 (d örd yüz iyirmi) manatın ödənilməsi, cəmi 1420 (bir min dörd yüz iyirmi) manat vurulmuş ziyanın ödənilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, onun Astara rayonun Səncərədi kəndində 2997,53 kvadrat metr həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Astara rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli, 18 nömrəli qərarına əsasən onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi ona veriləndən sonra o, həmin torpaq sahəsini çəpərə alaraq orada alça və palıd ağacları əkmiş, daha sonra hər il əkin əkmişdir. Torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq cavabdehlər həmin torpaq sahəsini tam zəbt edərək istifadə edirlər. Bununla isə onun həmin torpaq sahəsi üzərində mü lkiyyət hüquqları pozulmuşdur. Cavabdehlərlə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, buna nail ola bilməmişdir. Belə ki, cavabdehlər nəinki onun torpaq sahəsini tərk etməmiş, onun həmin sahədə əkdiyi bir böyük palıd ağacını, bir ədəd böyük alça ağacını kəsib aparmış və bundan əlavə torpaq sahəsinə çəkdiyi çəpəri sökmüş, onun 10 ədəd metal torunu və 14 ədəd 3 metr olan üçkünc metal dirəklərini aparmışlar. Metal torunun 1 ədədinin qiyməti 28 (iyirmi səkkiz) manat olmaqla, 10 ədəd metal torunun dəyəri 260 (iki yüz səksən) manat təşkil edir. Metal üçküncün bir metri 3 (üç) manatdır və 14 ədədinin qiyməti 140 (bir yüz qırx) manat təşkil edir. Ağacları da 1000 (bir min) manat məbləğində qiymətləndirir. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Cəlilabad Layihə-Tədqiqat idarəsi tərəfindən verilmiş 31 may 2019-cu il tarixli, M-310 saylı mütəxəssis rəyinin surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 09 dekabr 2019-cu il tarixli, 28713 nömrəli rəyindən görünür ki, Astara rayonu Səncərədi kəndinin kompleks yerquruluşu layihəsinin yerə uyğun şərti yerləşmə vəziyyətinə və keçmiş DTXK tərəfindən verilən **********0104 nömrəli torpaq sahəsinin planı və ölçüsünün koordinatlarına əsasən İddiaçı mülkiyyətində olan 0,2997 ha torpaq sahəsi cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir. Cavabdeh X7 məhkəməyə 11 sen tyabr 2020-ci il tarixdə ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını, mütəxəssis və ekspert rəylərində qeyd olunanları nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Astara rayon Məhkəməsinin (hakim X2) 2(018)-870/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad olunması, kəsilmiş ağacların dəyərinin ödənilməsi, çəpərin bərpa edilməsi və ya dəyərinin ödənilməsi, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə” iddiası rədd olunuşdur. Məhkəmə baxışı iclasında iş materiallarına əsasən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması müəyyən edilməmişdir. Məhkəmə kollegi yası öz mövqeyini əsaslandırarkən AR Mülki Məcəlləsinin 157, 1096, Torpaq Məcəlləsinin 84, 111, MPM-nin 14, 77, 217, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə istinad etmişdir. İddiaçı Astara rayon Məhkəməsinin 2(018)-870/2020 nömrəli, 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, məhkəmə tərəfindən obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, işin faktiki və hüquqi halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından məhkəmə qətnaməsi apelyasiya qaydasında ləğv edilməlidir. Belə ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 may 1998-ci il tarixli 18 saylı qərarı ilə Astara rayonu, Səncərə di kəndi ərazisdə 2997,53 kvadrat metr həyətyani torpaq sahəsi mülkiyyətinə verilmişdir. Mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri yerində naturada mütəxəssislər tərəfindən ona göstərilmişdir. Mübahisə edilən torpaq sahəsi mülkiyyətində olan torpaq sahəsidir. Mülkiyyətində olan torpaq sahəsini bələdiyyənin keçmiş sədri X5 vəkili Novruz Hacıyevlə birləşib X1. X11 həmin torpaq sahəsini kürəkəni X8 adına sənədləşdirmişlər. Göründüyü kimi barəsində ədalətsizlik edilmiş, məhkəmə də buna əhəmiyyət verməmişdir. Bundan başqa məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Əfsuslar olsun ki, ekspert rəyi işin faktiki hallarına uyğun deyildir. Tələb etsə də, məhkəmə tərəfindən iş üzrə təkrar ekspetiza təyin edilməsindən imtina edilmişdir. Apelyasiya instansiyası məh kəməsindəki icraat Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-595/2021 nömrəli (hakimlər Babayev Zəki (sədrlik edən, məruzəçi), Kərimov Qəzənfər və Kərimov Tale) 04 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq həmin dəlillərin işin hallarına və məhkəmənin iş üzrə gəldiyi nəticələrə uyğun olmadığını müəyyən etmişdir. Belə ki, Astara rayonu Səncərədi kəndinin kompleks yerquruluşu layihəsinin yerə uyğun şərti yerləşmə vəziyyətinə və keçmiş DTXK tərəfindən verilən **********0104 nömrəli torpaq sahəsinin planı və ölçüsünün koordinatlarına əsasən İddi açı mülkiyyətində olan 0,2997 ha torpaq sahəsi cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilmir. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Cəlilabad Layihə-Tədqiqat idarəsi tərəfindən verilmiş 31 may 2019-cu il tarixli, M-310 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 09 dekabr 2019-cu il tarixli, 28713 nömrəli rəyi ilə təsdiqini tapır. Həmçinin vurulmuş maddi ziyanla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, əsaslı hesab edilə bili nməz. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21, 155, 157, 1096, Torpaq Məcəlləsinin 55, 65, 66, 67, 68, 110, 111, MPM-nin 14, 77, 88, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya məkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərin i pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tətbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin mülki Kоllеgiyаsının 2(106)-595/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat ve rmədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını poza n) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə
110. Torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİ bəndinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanuns uz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, Astara rayonu Səncərədi kəndinin kompleks yerquruluşu lay ihəsinin yerə uyğun şərti yerləşmə vəziyyətinə və keçmiş DTXK tərəfindən verilən **********0104 nömrəli torpaq sahəsinin planı və ölçüsünün koordinatlarına əsasən İddiaçı mülkiyyətində olan 0,2997 ha torpaq sahəsi cavabdehlər X7, Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməsi iş üzrə keçirilmiş ekspertiza zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə təkrar ekspertizanın keçirilməsi üçün əsaslar məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Həmçinin cavabdehlər tərəfindən iddiaçıya məxsus çəpərin s ökülməsi, ağacların kəsilməsi və digər qanunsuz hərəkətlər nəticəsində maddi ziyan vurulması faktı məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əs asən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kоllеgiyаsının 2(106)-595/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.