Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5220/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kreditin tutulması tələbləri üzrə birinci instansiya məhkəməsinin qərarı çıxarıldıqdan sonra edilən ödənişlərə əsasən məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin vəkili Vəkil, Cavabdeh vəkili Rəhimov Rəşad Rəhim oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.0 4.2021-ci il tarixli, 2(103)103/2021 saylı qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh arasında bağlanmış 15.04.2014-cü il tarixli, 026/14/PBN nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 24% olmaqla 48 ay müddətinə 63.000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 15 aprel 2014-cü il tarixli, 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə 19.254,6 manat əsas borc, 5.966,91 manat hesablanmış faiz borcu, 17.820,55 manat dəbbə pulu olmaqla, cəmi 43.042,06 manat pulun, hüquqi yardıma görə 500 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinin 40.000 manat məbləğində qiymətləndirilməsi, borcun bu qiymətlə Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 37 saylı binada yerləşən 70.13 kv.m. ümumi, 54.99 kv.m. yaşayış, 15.14 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 46 nömrəli mənzilə yönəldilməsi, yaşayış sahəsinin hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 37 saylı binada yerləşən 70.13 kv.m. ümumi, 54.99 kv.m. yaşayış, 15.14 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı, 46 nömrəli mənzildə yaşayan Cavabdeh mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(002)90/2019 nömrəli qətnaməsi ilə (hakim F.Hüseynov) Cavabdeh 15.04.2014-cü il tarixli, 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə 19254.6 manat əsas borc, 5966.91 manat faiz borcu, 2000 manat dəbbə pulu olmaqla, cəmi 27221.51 manat və 30 manat dövlət rüsumunun tutul araq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 37, mənzil 46-ya yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğin ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına iddaçı İddiaçı BOKT ASC-yə ödənilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 37, mənzil 46-ya tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh 15.04.2014-cü il tarixli, 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə iddiaçı təşkilat dan aldığı kredit üzrə əsas borc və faiz borcu məbləğlərini iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin həmin müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında göstərilən pul öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borc və faiz borcu hissəsində əsaslıdır.
6. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin hərracda satılaraq tələb edilən borcun ödənilməsi, mənzildə yaşayan Cavabdeh çıxarılması və mənzilin boşaldılmasına dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələblərinin bu hissəsi də qismən əsaslıdır. Belə ki, ekspert rəyinə əsasən ipoteka pred metinin ilkin satış (likvid) qiymətinin 105000 manat olduğu müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.04.2021-ci il tarixli, 2(103)103/2021 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(002)- 90/2019 nömrəl qətnaməsinin əsas və faiz borcunun və cərimənin məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh alınmalı olan əsas borc 2.315,26 manat, cərimə 1000 manat, cəmi 3.315,26 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyiş dirilmədən saxlanılması və iş üzrə keçirilmiş ekspertiza xərci olan 500 manat pulun 300 manatının iddiaçıdan, 200 manatın isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı olan 200 manatın isə Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas, faiz, cərimə borcu hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini əsas gətirərək 19254.6 manat əsas, 5966.91 manat faiz, cəriməni isə azaldaraq 2000 manatın alınmasını qət etmişdir. Apellyasiya baxışı zamanı ilkin və əlavə ekspertizalar keçirilərək rəylər alınmışdır. Lakin ca vabdehin vəkili təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən vaxtı ilə banka ödənilmiş pul vəsaitinə dair qəbzlərin bir hissəsi saxlanılmışdir. Belə ki, 17.07.2014-cü il tarixdə 2054 manat və 18.07.2014-cü ildə 2054 manat banka ödəniş edilmişdir. Hansı ki, həmin ödənişlərdən yalnız 18 iyul 2014-cü ildə olanı barədə ekspertə məlumat göndərilmiş 17.07.2014-cü il tarixli ödəniş nəzərə alınmamışdır. Bundan başqa, 15.07.2015-ci ildə banka 2785 manat ödənilmiş, birinci ekspert rəyində bu rəqəm ödəniş qəbzi ilə üst-üstə düşür, ikinci ekspert rəyində həmin məbləğ 2002,38 manat qeyd edilmişdir. Bundan əlavə, 28.03.2016-cı il tarixdə banka 2385 manat ödənilmiş, birinci rəydə bu rəqəm ödəniş qəbzi ilə üst-üstə düşür, iki nci rəydə həmin məbləğ 2180 manat qeyd edilmişdir. Bundan savayı, 12.05.2016-cı ildə banka 1645 manat ödənilmiş, birinci rəydə bu rəqəm ödəniş qəbzi ilə üs-üstə düşür, ikinci ekspert rəyində həmin məbləğ 1434 manat qeyd edilir. Həmçinin Cavabdeh tərəfindən 26 noyabr 2019-cu il tarixdə 10225 manat, 16 yanvar 2020-ci il tarixdə isə 1500 manat məbləğində ödənişlər edilmişdir. Hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək həmin məbləğlərin ödənilməsi nəzərə alınmalıdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar məhkəmə mühasibatlıq ekspertizasının 16 fevral 2021-ci il tarixli, 9/4681 saylı rəyi ilə Cavabdeh müqavilə müddətinin bitmə tarixinə yəni, 15.04.2018-ci il tarixə 12.943,58 manat əsas, faiz borcunun isə 25,89 manat olduğu, iddia tələbinin tarixinə yəni, 18.07.2018-ci il tarixə illik 5% hesablamaqla əsas borc üzrə yenə də 12.943,58 manat, faiz borcu isə 193,08 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçının tələbləri həmin tarixə fərqli olmuş, yəni 19254.6 manat əsas, 5966.91 manat faiz borcu tələb edilmişdir. Göründüyü kimi, qətnamə çıxarılan tarixə əsas və faiz borcunun məbləği heç də iddiaçının maliyyə arayışında göstərdiyi məbləğdə olmamış, birinci instansiya məhkəməsi isə bunun düzgünlüyünü yoxlamaq üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə etməmişdir
11. Məhkəmə kollegiyası hesab etmişdir ki, dəbbə pulu tərəflər arasında olan müqavilədə nəzərdə tutulduğundan rədd edilə bilməz, yalnız azaldıla bilər. Dəbbə pulu azaldıla bilər və bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yarat mamalıdır. Ancaq 17820.55 manat dəbbə pulunun 2000 manatadək azaldılması da birinci instansiya məhkəməsi tərəfindən 19254.6 manat əsas borc nəzərə alınmaqla edilmişdir. Amma apellyasiya baxışı zamanı əsas borcun qətnamə çıxarılan tarixə 12.943,58 manat müəyyən edildiyi əsas götürülməklə, dəbbə pulunun 2000 manatdan 1000 manatadək azaldılması da mümkün hesab edilməlidir. Çünki, cavabdehin də həddindən artıq maliyyə məsuliyyətinə cəlb edilməsinin qarşısı alınmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı BOKT ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv edilməsi və apellyasiya şikayətinin tə min edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsas və faiz borcunun miqdarını azaldarkən, ekspert rəyinə istinad etmişdir. Halbuki, rəy bütünlüklə qiymətləndirilməli idi. Məhkəmə ekspert rəyində nəzərə alınmamış məqamları nəzərə almaqla borcu müəyyənləşdirməli olduğu halda, bunu etməmişdir. Məhkəmə ekspert rəyinin məcburi olmamasına, sübutların qiymətləndirilməsinə dair prosessual normaların tələblərini pozmuş, nəzərə almamışdır ki, hüquqi məsələlərə qiymət vermək ekspertin və ya mütəxəssisin deyil, məhkəmənin səlahiyyəti və vəzifəsidir. Məhkəmə mübahisəyə Mülki Məcəllənin 467-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, əvvəla birinci instansiya məhkəməsi dəbbə pulunu kifayət qədər azaltmışdır və kreditor bun dan şikayət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin dəbbə pulunu yenə də azaltması nə borca mütənasibdir, nə də həmin maddənin dəbbə pulu azaldılarkən kreditorun mənafeyinin nəzərə alınmalı olması tələbinə uyğundur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkəmə kollegiyasının iclasında İddiaçı BOKT ASC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Rəhimov Rəşad Rəhim oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəl iyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə al dıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məh kəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının cava bdehin apellyasiya şikayətinin təmin edildiyi hissədə ləğv olunması xahiş edilir. Lakin məhkəmə kollegiyasının aşağıda göstərilən mövqeyinə əsasən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı BOKT ASC-nin vəkili Vəkil, Cavabdeh vəkili Rəhimov Rəşad Rəhim oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertizalar keçirməklə cavabdehin borcunu dəqiqləşdirmiş, ətraflı təhlil aparmışdır.
25. Lakin apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra tərəflərin arasında yaranmış vəziyyətə uyğun (sonradan həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla) qətnamə çıxartmışdır. Belə ki, iddia ərizəsi 25.07.2018-ci il tarixdə verilmişdir və birinci instansiya məhkəməsinin qətnaməsi 09.04.2019-cu il tarixdə çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəflərin arasında olan borcu qətnamə çıxarılan günə olan vəziyyətə uyğun qəbul edə bilərdi.
26. Nəzərə alınmamlıdır ki, apellyasiyanın məqsədi məhkəmə səhvlərinin aradan qaldırılmasından ibarətdir.
27. Apellyasiya mülki məhkəmə icraatının mənası ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmetinə bir daha birinci instansiya məhkəməsində aparılmış icraat zamanı işin mahiyyətinə aid olmayan hallar kənarl aşdırıldıqdan sonra apellyasiya şikayətinin tələb etdiyi həcmdə baxılır. Apellyasiya mülki məhkəmə icraatını tənzimləyən prosessual normalar da həmin növ icraatın mənasına uyğun olaraq tətbiq edilməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı).
28. Apellyasiya məhkəməsi birinci instansiyada tərəflərin təqdim etdiyi sübutlar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər.
29. Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.
30. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Bu normanın tətbiqi zamanı nəzərə alınmalıdır ki, MPM-in 371 və 372-ci maddələrində apellyasiya instansiyası məhkəməsində işə baxılmanın müəyyən olunmuş məhdudiyyətlər (hədləri) diqqətdə saxlanmalıdır. Bu məhdudiyyətlər: yeni və əlavə sübutların təqdim olunmasında məhdudiyyətlər; məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlan ılmasının hədləri; birinci instansiya məhkəməsi tərəfindən işə baxılmanın predmeti olmayan yeni tələblərin təqdim edilməsinin qadağan olunmasından obarətdir.
32. Həmçinin dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.
33. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsinin iddia tələbində qeyd olunan tarixədək olan borcu mü əyyən etmək vəzifəsi vardır. Məhkəmə müqavilə müddətlərini əsas tutmaqla daha qısa müddət üçün borcu müəyyən etməklə həmin borcun tutulmasını qət etməkdə haqlıdır. Baxılan iddia tələbi Cavabdeh məhkəməyə müraciət edilənə qədər yaranmış borcun tutulması barədədir. Birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin borcun bir qismini ödəməsi və buna əsasən apellyasiya instansiyası məhkəməsinin ləğvini və ya dəyişdirilməsini tələb etməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin müəyyənlik xüsusiyyətinə xələl gətirir və apellyasiyanın məqsədlərinə uyğun gəlmir. Bu cür məhkəmə təcrübəsinin formalaşması məqbul sayılmır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra, yəni 26 noyabr 2019-cu il tarixdə 10225 manat, 16 yanvar 2020-ci il tarixdə isə 1500 manat məbləğində ödənişləri də təhlil etməklə borcu tutması, iddia tələbinin hədləri baxımından qanuni sayıla bilməz. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra edilən ödənişlərlə bağlı öz mülahizəsini qətnamənin əsaslandırıcı hissəsində göstərə bilər (məsələn x manat pulun ödənilməsi icra icraatı zamanı nəzərə alınmalıdır və s.).
34. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşd ırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı BOKT ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.04.2021-ci il tarixli, 2(103)103/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.