Məhkəmə qərarları › İş №2(102)-5221/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5221/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5221/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər X3 və X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5221/21 (Açar sözlər: kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi, kompensasiya məbləğinin müəyyən edilməməsi) Bakı şəhəri, 01 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı1, onun vəkili Vəkil, cavabdehlər X2, X1 və sonuncunun vəkili Səlimova Sevil Mürid qı zının iştirakı ilə, İddiaçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər X3 və X4 qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15/2021 nömrəli, 18 mart 2021 il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayətinə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin iddiaçıların mülkiyyətindədir.

2. Cavabdehlər X3 iddiaçıların qardaşı xxx, xxx isə qızıdır.

3. Səbail Rayon Məhkəməsinin 09 dekabr 2001-ci il tarixli qətnaməsi əsasında X1 qeyd edilən evə istifadə hüququ tanınmış və xxx ilə evə köçürülmüş, evin birinci mərtəbəsindəki 25,8 m2 sahəsi ola n otaq cavabdehin istifadəsinə verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən X1 yetkinlik yaşına çatmayan övladı X5 ilə birgə istifadə hüququna 8000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılıb ki, 8000 manat kompensasiya ilə cavabdeh oxşar şəraitli mənzildə ən azı 3-4 il kirayədə yaşaya bilər.

6. İddiaçı tərəf Səbail rayonu, Bayıl qəsəbəsində mərkəzdən kənarda yerləşən bir otaqlı mənzilin aylıq kirayə haqqının 150-180 manat, 2 otaqlı evlərin 180-200, 3 otalı evlərin 200-250 manat olması barədə "xxxx" MMC-nin arayış ını təqdim etmişdir.

7. İddiaçılar tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 228.2-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh X3 iddiaya etiraz edib göstərib ki, təklif edilən kompensasiya məbləği ilə razı deyil, iddiaçılar eyni şəraitli mənzil bağışlasalar, istifadə etdiyi otaqğı tərk edə bilər.

9. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin 26 oktyabr 2016-cı il tarixli arayışına əsasən ünvan 2 ünvanı və yaxın ətraf ərazidə oxşar şəraitli (normal yaşayış tələbatını ödəyən, yaşayış sahəsi 25-30 m2) fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı təmir vəziyyəti, təchizatı, mərtəbəsindən asılı olaraq 250300 manat təşkil edir.

10. Səbail Rayon Məhkəməsinin 2(009)-4792/2016 saylı, 17 noyabr 2016-cı il tarixli qətna məsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Zaur Əliyev)

11. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin 26 oktyabr 2016-cı il tarixli arayışına istinadən qeyd edib ki, cavabdehin arayışda göstərilən minimum 250 manata kirayədə yaşaması üçün 9000 manat, aylıq 300 manat kirayə haqqı ilə isə 4 il üçün 14400 manat tələb olunduğu halda təklif edilən 8000 manat kompensasiya yetərli və ədalətli deyil.

12. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə və hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçılar apellyasiya şikayəti verib, qətnamənin ləğv, 10000 manat kompensasiya müqabilində iddianın təmin edilməsi barədə q ərar çıxarılmasını xahiş etmişdir.

14. Apelyasiya şikayətinin dəlilləri: - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilib ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil. Bu da o deməkdir ki, məhkəmə iddiaçının fikrini öyrənməklə bazar qiymətinə uyğun kompensasiya təyin edə bilərdi; -məhkəmə tərəfindən daha artıq məbləğdə kompensasiya ödənilməsi iddiaçılara təklif edilməyib.

15. İşə apellyasiya qaydasında baxılarkən yetkinlik yaşına çatan X5 cavabdeh qismində işə cəlb edilmişdir.

16. Apellyasiya baxışında iddiaçılar kompensasiyanın məbləğini 15000 manata qaldırmış, cavabdehlə bu məbləği də qəbul etməmişlər.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1821/2017 nömrəli, 07 aprel 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhər Səbail məhkəməsinin 17 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək iddiаçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər X3 və X2 xeyrinə 15000 manat tutulmaqla sonuncuların ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, həmin məbləğ ödənildikdən sonra cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. (hakimlər Toğrul Əliyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, İkram Şirinov)

18. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Qərarını, cavabdehlərin ailə vəziyyətini nəzərə alaraq belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda aparılan hesablamalar düzgündür, bu hesablamalar əsasında iddiaçı tərəfin təklif etdiyi 15000 manat kompensasiyanın məbləği cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh Rəhmiyyə Məmmədova kasasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4022/2020 nömrəli 19 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Kassasiya in stansiyası məhkəməsi qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların təklif etdiyi kompensasiya məbləğinin cavabdehlərin başqa yerdə əvvəlki mənzilə xas olmuş şəraitli mənzildə 4 il müddətində yaşamaq üçün kifayət etdiyini müəyyən etmişdir. Lakin Konstitusiya Məhkəməsinin Plenumunun qərarından göründüyü kimi, təklif edilən kompensasiya məbləği istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir.

22. Apellyasiya məhkəməsi işə baxarkən qeyd edilən qərarda göstərilənlərə qiymət verməmiş, hansı əsasa görə qərarda göstərilən “müəyyən müddət daxilində” ifadəsinin 4 il müddəti ehtiva etməsini əsaslandırmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli, 2(009)-4792/2016 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Emin Mehdiyev, Xəyal Sarıyev)

24. Apellyasiya instansiyası məhkəməsi R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadən qeyd edib ki, təklif edilən kompensasiya məbləği istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Lakin iddiaçıların təklif etdiyi 15.000 manat kompensasiya m əbləği cavabdehlərə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı1 (Vəkil) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, işin yeni aoellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına uğyun olaraq kompensasiyanın məbləğini müəyyən etməyib. Halbuki həmin qərara görə kompensasiyanını məbləği müəyyn edilməli idi. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

27. Məhkəmə kollegiyasının iclasında cavabdeh X1 və onun vəkili Səlimova Sevil Mürid qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

28. Cavabdeh X5 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında t əsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olar aq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, prosessual hüquq normalarına əməl edilməmişdir.

32. Əvvəla, apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarında şərh edilən göstərişlərə əməl etməmişdir. Halbuki kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə qərarını iddianı rədd etmək üçün formal əsas kimi qəbul edərək, hər hansı araşdırma aparmadan iddianı rədd etmişdir.

33. Bundan başqa, qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 15000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmamasını müəyyən edərək, apellyasiya şikayətini təmin etməmiş, gəldiyi nəticəni də “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi15000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam veril məsinin əvəzində adekvat kompensasiya olmaması nəticəsinə də, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını müəyyən etməməklə səhvə yol vermişdir. 35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.

36. Hazırki işdə birinci instansiya məhkəməsi ilkin olaraq 8000 manat kompensasiya məbləğinin mənz ildən istifadə hüququna xitam verilməsinin adekvat olmamasını müəyyən edərkən işdəki arayışa istinadən kirayə haqqının 250 manat olduğu halda 3 il müddət üçün 9000 manat, kirayə haqqının 300 manat olduğu halda 4 il üçün 14400 manat olmasını əsas götürsə də, apellyasiya instansiyası sonradan təklif edilən 15000 manat kompensasiyanı adekvat məbləğ saymayarkən kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olmasını müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına görə isə bu, mütləq şəkildə müəyyən edilməlidir. Kompensasiyanı bazar qiymətinə uyğun müəyyən edəndən sonra məhkəmə təklif edilən kompensasiya məbləğnin adekvat olubolmaması nəticəsinə gələ bilər.

37. Bu baxımdan, kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsaslıdır.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia ərizəsində göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır.

39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallar ına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-15/2021 nömrəli, 18 mart 2021 il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar