Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5221/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı QƏRARİ Açar sözlər: evdən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı “X16 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1289/2022 saylı mülk i iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 iyul 2016-ci il tarixli 2(008)5144/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən və X3 müştərək qaydada 57417,93 ABŞ dolları əsas kredit borcu, 7978,49 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 200 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu cəmi 65596,42 ABŞ dolları məbləğində kredit borcu və 11,75 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə zamin və borcluya bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndəril məsi üzrə poçt xərcləri, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 41,75 manat məbləğində çəkilmiş xərc tutularaq “X16 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, tutma ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 2. 03 avqust 2018-ci il tarixli 96/2 saylı hərracın yekunları barədə protokola əsasən sözügedən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi “X16 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı ha qqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışa əsasən, ümumi sahəsi 82.9 kvadratmetr olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin mülkiyyətinə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubuna əsasən “X16 Azərbaycan” QSC-nin şikayətinə baxılmasının nəticələrinə dair DİN-in Apellyasiya şurasının xx.xx.2019-cu il tarixli Qərarının 2-ci bəndi icra olunaraq Cavabdeh2, Cavabdeh1 Əiisanab qızı, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməs ində icraat
5. İddiaçı “X16 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə “X16 Azərbaycan” QSC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və qeyriləri tərəfindən əşyalarla birlikdə evin boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı “X16 Azərbaycan” QSC-nin nümayəndəsi X6 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 iyul 2016-ci il tarixli 2(008)-5144/2016 saylı Qətnaməsinə əsasən ümumilikdə 65596.42 USD (altmış beş min beş yüz doxsan altı dollar 42 sent) və 41.75 AZN (qırx bir manat 75 qəpik) məbləğində borcun cavabdehlər "xxxx" MMC-dən və X3 müştərək qaydada tutul ması və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak Hərracın nəticələri barədə 03 avqust 2018-ci il tarixli 96/2 saylı Hərracın yekun Protokoluna əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Keçirilə n hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərrac protokolunun nəticələrinə əsasən “X16 Azərbaycan” QSC tərəfindən əldə edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adı gedən mənzil bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarış verilmişdir. İddiaçı “X16 Azərbaycan” QSC daşınmaz əmlak üzrə yeni çıxarış əldə etdikdən sonra DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək, daşınmaz əmlak üzərində rəsmi pasport qeydiyyatında olan vətəndaşları pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-ci il tarixli 018-7937-1219 saylı məktubundan və bəlli o lmuşdur ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 ünvan 4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Lakin buna baxmayaraq adları qeyd olunmuş vətəndaşlar, əsassız olaraq iddiaçı “X16 Azərbaycan” QSC-nə məxsus olan daşınmaz əmlakdan istifadə edərək yaşıyırlar və daşınmaz əmlakı boşaldılmasından imtina edirlər. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, o, pulu xəstə olduğu üçün “X16 Azərbaycan” QSC-dən kredit götürmüşdür. Krediti dolların məzənnəsi 0,78 manat olan zaman almışdır. Devolvasiya olduqdan sonra isə ödəniş edə bilməmişdir. Onun işləmək üçün əmək qabiliyyəti yoxdur. Borcu hissə-hissə ödəyə bilər. Onun qalmağa başqa evi yoxdur. Ev 54.000 manata satılmışdır. İcradan isə onlara 90 00 manat pul qaytarılmışdır.
8. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirmişdir ki, o, kserks işi ilə məşğuldur. Onun aylıq maaşı aylıq xərclərini belə ödəmir. Həmçinin onun kiçik oğlunun sağlamlığı məhduddur. Bu səbəbdən o, borcu hissə-hissə ödəyə bilər.
9. Abşeron rayon məhkəməsinin (X2) 2(012)-3588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia təmin edilmiş, Mülkiyyət hüququ ilə “X16 Azərbaycan” QSC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və digər şəxslər tərəfindən əşyalarla birlikdə evin boşaldılaraq “X16 Azərbaycan” QSC-yə təhvil verilməsi qət edilmişdir.
10. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 27 iyul 2016-ci il tarixli 2(008)5144/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-dən və X3 müştərək qaydada 57417,93 ABŞ dolları əsas kredit borcu, 7978,49 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 200 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu cəmi 65596,42 ABŞ dolları məbləğində kredit borcu və 11,75 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına görə zamin və borcluya bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə poçt xərcləri, dövlət b üdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 41,75 manat məbləğində çəkilmiş xərc tutularaq “X16 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəlmiş və əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak Hərracın nəticələri barədə 03 avqust 2018-ci il tarixli 96/2 saylı Hərracın yekun Protokoluna əsasən “X16 Azərbaycan” QSC tərəfindən əldə edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışa əsasən ümumi sahəsi 82.9 kvadratmetr olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubuna əsasən “X16 Azərbaycan” QSC-nin şikayətinə baxılmasının nəticələrinə dair DİN-in Apellyasiya şurasının xx.x x.2019-cu il tarixli Qərarının 2-ci bəndi icra olunaraq Cavabdeh2, Cavabdeh1 Əiisanab qızı, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Lakin buna baxmayaraq adları qeyd olunmuş vətəndaşlar, əssasız olaraq iddiaçı “X16 Azərbaycan” QSC-nə məxsus olan daşınmaz əmlakdan istifadə edərək yaşıyırlar və daşınmaz əmlakı boşaldılmasından imtina edirlər.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 203.3.1, 205.2, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3.1, 59.3.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Abşeron Rayon Məhkəməsinin 2( 012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, banka olan borcunun hissə-hissə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, bankdan 72000 ABŞ dolları kredit götürmüş, ABŞ dollarının məzənnəsi qalxdıqdan sonra ödəniş edə bilməmişdir. Övladı epilepsiya xəstəsidir. Pulu müalicəyə xərcləyib. Götürülən məbləğin müəyyən hissəsi ödənilib. Lakin iddiaçı təşkilat onun ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırıb. Bank fürsətdən istifadə edərək hərraca çıxardaraq evi əlindən alıb. Hazırki gündə də yeni cədvəllə pulu ödəmək istəyir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3588/ 2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, banka olan borcunun hissə-hissə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı “X16 Azərbaycan QSC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, apellyasiya şikayətinin qəbul edilmiş qətnamə ilə əlaqəsi yoxdur. Cavabdeh borcun hissə-hissə ödənilməsini xahiş edir. Lakin hazırda tələb bankın mülkiyyətində olan mənzilin boşaldılması tələbidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ev satılarkən hərrac barədə heç bir məlumatları olma yıb. Evin bankın mülkiyyətinə keçməsindən yalnız icraçı onların evdən çıxmasını bildirdikdə məlumatlı olmuşlar. Borcu ödəməkdən imtina etmirlər. Apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3588/2021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, banka olan borcunun hissə-hissə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimləri X1 (sədrlik edən və məruzəçi), X10 və X4) 2(105)-1289/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiaysı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab etmişdir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olm uşdur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1- ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə borca görə mübahisəli mənzilə tutma yönəldilmiş, həmin məhkəmə qətnaməsii qanuni qüvvəsini almış, daha sonra mübahisəli mənzil hərracda satılmış və iddiaçı təşkilat tərəfindən alınmışdır. Bundan sonra mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində n qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Həmçinin qeyd edilən şəxslər mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışlar. Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətinə keçsə də cavabdehlər mübahisəli mənzildən könüllü çıxmamışdır. Belə olan halda, iddiaçı təşkilat mülkiyyətində olan mənzilə dair hüquqlarını həyata keçirə bilməmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, banka olan borcunun yeni cədvəl əsasında hissə-hissə ödənilməsinə qiymət verərək qeyd etmişdir ki, cavabdehlərdən borcun tutulmasına dair məhkəmə qətnaməsi mövcuddur və qətnamə qanuni qüvvəsini almış, tutma ipoteka predmetinə yənəldilmiş və ipoteka predmeti hərracda iddiaçı təşkilat tərəfindən alınmışdır. Bu səbəbdən bankdan götürülmüş bo rcun hissə-hissə ödənilməsi barədə xahişə hazırki halda baxıla bilməz.
19. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29, 33, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2 və 9-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1289/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, apellyasiya şikayətinin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən hərracın nəticələrinə düzgün münasibət bildirilməmişdir. O məhkəmədə hərracın qanunsuz keçirilməsini bildirsə də məhkəmə hansı səbəblərdənsə bu hala qiymət verməmişdir. Qanunsuzluq ondan ibarət olmuşdur ki, o mükiyyətçi olduğu halda nə icra aparılan icra hərəkətlərindən nə də keçirilmiş hərraclardan xəbəri olmamış, ona və ailə üzvlərinə şifahi və yaxud yazılı formada məlumat verilməmişdir. Məqsədli şəkildə hərrac ondan gizli formada keçirilərək qanunsuzluqla mülkiyyəti əlindən alınmışdır. İndi isə onu və 18 yaşlı serebral iflic xəstəsi olan Azər adlı uşağı, 4 yaşlı qız uşağı və digər ailə üzvlərimlə birlikdə küçələrə tökmək istəyirlər. O da nəticədə 10 avqust 2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “X5” MMC tərəfindən tərtib edilmiş 96/2 nömrəli 03 avqust 2018-ci il tarixli Hərrac Təşkilatının yekunları barədə protokolun və keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Belə olan halda hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir.
22. Kassator bildirmişdir ki, Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi mən qanunsuz keçirilmiş hərrac vasitəsilə mülkiyyətimdən məhrum edilmişəm. Lakin apellyasiya instansiya məhkəməsi bu halla rı şəffaf araşdırmamış, qanunun tələblərinə formal yanaşmışdır. Bununla yanlış nəticəyə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi faktlara düzgün qiymət verməməklə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
23. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır.
24. Maddə 33 Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşd irilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. İpoteka haqqında qanun
33. Maddə İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
34. Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra h əmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində Cavabdeh2 qətnaməni ona aid hissədə mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə y oxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1289/2022 saylı mülki iş üzrə xx.xx.2022 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.