Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5222/2022 28.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5222/22 (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Abşeron Rayon Saray Qəsəbə 3 nömrəli Tam Orta Məktəbə qarşı “işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-769/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 28 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2021-ci il tarixli, 147 №-li əmri ilə İddiaçı - məktəbin texniki işçisi xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək üzrsüz səbəbdən işə gəlmədiyi və davamiyyət kitabına gəlmədiyi tarixlərə imza etdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” və “e” bəndinə əsasən işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. 2. xx.xx.2021-ci il tarixdə sistemə yerləşdirilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş”ində əmək müqaviləsinə xitam verilməsi ilə müvafiq əmrin nömrəsi v ə tarixinin 147, xx.xx.2021; Əmək müqaviləsinə xitam verilmənin əsasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi; Əmək müqaviləsinə verilən xitamın tarixinin isə xx.xx.2021-ci il olduğu qeyd edilmişdir. Bildirişdən həmçinin görünür ki, İddiaçı xx.xx.2015ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsi işə götürmüşdür.
3. Həmkarlar Təşkilatının 16 avqust 2021-ci il tarixli 70 saylı protokolu ilə iclasda müəyyən edilmişdir ki, direktor səlahiyyətlərini müvəqqəti icra edən təsərrüfat işləri üzrə direktor müavini X2 tərtib etdiyi akta əsasən məktəbin texniki işçisi (xadimə) İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan 15 iş günü işə davamiyyəti olmayıb və xx.xx.2021-ci il tarixində təsərrüfat işləri üzrə direk tor müavininin otağından özbaşına olaraq davamiyyət kitabını götürərək imza etmişdir. Bu haqda xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur. Məktəbin işçisi X4 çıxış edərək qeyd etmişdir ki, İddiaçı dəfələrlə əmək intizamını pozmuşdur. Hər dəfə bu hal baş verəndə özünü haqlı çıxarmaq üçün yalanlara əl atır. X1 Ramilə Şamil qızı göstərilən dövrdə işə gəlməmiş, dəfələrlə xəbərdarlıq olunsa da, heç bir xəbərdarlığa baxmayıbdır. Əmək intizamını tez-tez pozur.
4. Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin 27 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən H.Axundov adına məktəbin direktoru Təyyibə Hüseynovanın ona şər atmasını bildirmişdi r. Bu barədə xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir.
5. Abşeron RMX-nin X7 xx.xx.2021 və xx.xx.2021-ci il tarixli siqnal vərəqələri təsdiq edir ki, ünvan 1 ünvanında yaşayan, hipertermiya diaqnozu qoyulan İddiaçı COVİD-19-a görə yaxma götürülmüşdür.
6. İddiaçı aid 054094 nömrəli əmək kitabçasında onun xx.xx.2015-ci il tarixli, 34 nömrəli əmrlə məktəbə texniki işçi vəzifəsinə təyin edilməsi və xx.xx.2021-ci il tarixli, 147 nömrəli əmrlə işdən azad edilməsi barədə qeydlər aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 147 nömrəli əmrin ləğv edilərək onun nömrəli tam orta məktəbdəki işinə bərpa olunmağı və qanunsuz olaraq işl əməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2015-ci ildən cari ilin avqust ayına kimi Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbdə texniki işçi vəzifəsində çalışmışdır. Əmək fəaliyyəti dövründə işinə hər zaman diqqətlə yanaşmış, hansısa nöqsana yol verməmişdir. Lakin cari ilin avqust ayında onu qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad etmişlər. Belə ki, o, cari il üzrə əmək məzuniyyətinə çıxmış və məzuniyyəti də 26 iyul tarixində bitməli idi. Elə məzuniyyətdə olan zaman səhhəti pisləşmiş, qızdırma, ümumi halsızlıq, bədən ağrıları baş vermişdir. Əlamətlər koronavirusa bənzədiyi üçün həkimə müraciət etmiş və sonra aidiyyət i qaydada direktor müavini Ülviyyə Səfərovaya zəng edərək qızdırması olduğundan işə gələ bilməyəcəyini məlumat vermişdir. Daha sonra isə direktor Təyyibə Hüseynova ilə əlaqə yaradaraq o işə gələ bilməyəcəyini bildirmişdir. Analizləri neqativ çıxsa da, həkim bu vəziyyətdə işə çıxmağını məsləhət görməmişdir. O, həkimin məsləhəti ilə işə getməmiş və bu barədə rəhbərliyə də məlumat vermişdir. Daha sonra rəhbərlikdən ona işə gəlməməsinin problem olmayacağı bildirilmişdir. O, da rəhbərliyin sözünə etimad edərək, xx.xx.2021-ci il tarixdə işə gələcəyini bildirmişdir. O müalicə olunan zaman hər şeyin rəsmi olması üçün yekunda bülleten verilməyini xahiş etmiş, lakin o, işə çıxan zaman ona respetlərin bülleteni əvəz etdiyi bildirilmişdir. O da avqustun 16-sı işə çıxan zaman Ülviyyə bülletenin verilmə diyini bildirmişdir. Ülviyyə xanım isə ona problem olmayacığını bildirmişdir. 17 avqust tarixində direktor onu otağına çağırmış və sərt şəkildə onu təhqir edərək otaqdan qovmuşdur. Onun işdən çıxarılmağı ədalətsiz olmaqla, əsassız qərəzi özündə ehtiva edir. O, 16, 17, 18 avqust tarixlərində işə getsə də, 17 və 18 avqustda qeydiyyat dəftərinə imza atmaq üçün dəftəri istəsə də ona imza atmağa imkan verməmişlər. Onun barəsində şikayət edildiyindən onun işə çıxdığı günləri qanunsuz şəkildə yox edərək əmrini 16 avqust tarixində vermişdir. İşdən çıxarılma səbəbinə diqqət yetirdikdə qeyd etdiyi qərəz, qanunsuzluq, ədalətsizlik tam təsdiqini tapır.
9. Cavabdeh Abşeron Rayon Saray Qəsəbə 3 nömrəli Tam Orta Məktəbinin vəkilinümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Əmək Məcəlləs ində iddiaçının və ya yaxın qohumun xəstə olması halında işə çıxmamağı üzrlü hal olaraq göstərsə də, iddiaçının xəstə olmasını sübut edən heç bir sənəd iş materiallarında mövcud deyildir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi reseptlərin tarixi ilkin olaraq xx.xx.2021ci il olaraq qeyd edilmiş, daha sonra tarixin üzərindən xətt çəkilərək, xx.xx.2021-ci il olaraq qeyd edilmişdir. Bu da reseptlərin mötəbərliyi barədə şübhə yaradır. Eyni zamanda, iddiaçı xəstə olması barədə xəstə kağızı gətirməməsindən əlavə olaraq, müdiriyyətə bu barədə heç məlumat da verməmişdir. Əlavə olaraq onu qeyd edir ki, məktəbdə iki gün, sistemdə problem olduğu üçün, işdənçıxma əmri xx.xx.2021-ci il tarixdə sistemə yerləşdirilmişdir.
10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012 )-5948/2021 nömrəli iş üzrə 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbinin rədd edilməsi qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Anömrəli Tam Orta Məktəbin direktoru iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə istinad etməklə xitam verilməsinə tam haqlı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işə üzrlü səbəbdən gəlməməsini təsdiq edən sübutları həm işdən azad edilmə barədə əmr verilənədək cavabdeh təşkilata, həm də iş məhkəmədə baxılan müddətdə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı ilə əmək münasibətlərinə AR ƏM-in 72-ci maddəsinin “a” bəndinə əsasən qanuni əsaslarla xi tam verildiyindən, bu hal işə bərpanı mümkünsüz etdiyindən iddiaçı ilə əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə əsas olmuş halların qiymətləndirilməsinə zərurəti də aradan qaldırmışdır.
12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 70 (ç), 72 (a, e) və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edərək tərtib edilmiş, əlavə olaraq qeyd edilmişd ir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi prosessual hüquq normalarının pozulması, maddi hüquq normalarının səhv təfsir edilərək tətbiq olunması nəticəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin olunmalıdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-769/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası mövqeyinə görə, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandı qdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından qanuni əsaslarla ləğv edildiyindən, iddiaçının əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi nin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətləri, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 68, 69, 70 (ç), 71, 73, 74, 75, 76, 79, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:
21. İddiaçının işdən çıxmaq əmri düz verilməmişdir, çıxarılma səbəbi də düz deyildir. Çünki, qeyd etdiyi və cavabdeh tərəfin də bildiyi kimi, onun səhhəti imkan vermədiyi, müalicələr aldığı və həkim də məsləhət bilmədiyi üçün işə getməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində bir sıra maddələrində xəstəlik üzrlü səbəb hesab edilir. Yəni onun vəziyyəti üzrlü hallar kateqoriyasına tam daxildir, bunu analizlər, reseptlər, rentgen müayinəsi, təcili yardım çağırışı və bu kimi digər mötəbər hallar sübut edir. Onun üzrlü səbəblərdən işə çıxmamağını sübut edəcək kifayət qədər şahidlər var. 22. - İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, qanunsuz olaraq 72-ci maddəsinin “e” və “ç” bəndi ilə işdən azad edilmişdir. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məc əlləsi
24. Maddə 70, bənd “Ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
25. Maddə 72, bənd “A”. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
26. Maddə 72, bənd “E”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
27. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
28. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
29. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələb lərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının işin faktiki hallarına qiymət verməklə gəldiyi qənaəti ondan ibarət olmuşdur ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından ləğv edildiyindən, iddiaçının əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanun i və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, apellyasiya məhkəməsi kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, kassasiya məhkəməsinin hazırki iş üzrə birinci qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələ bi və iddiaçının apellyasiya şikayəti ilə bağlı hazırki qərarın 16-17-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür
45. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. 46. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi m addi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-769/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.