Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5224/2019 09.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X13, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı, vəkili X6, maraqlı şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh X qarşı çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün qismən ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərim anov rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) İddiaçı cavabdeh X qarşı çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün qismən ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Eyvazov, hakimlər Z.Əliyev və İ.Kərimli) Nərimanov rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh X qarşı «çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün qismən ləğv edilməsi» tələbinə dair iddia ərizəsi verərək, onun ailəsinin 100 ildən çoxdur istifadəsində, sahibliyində olan torpaq sahəsinin xeyli hissəsinin əsassız olaraq daxil edildiyi X7 adına verilmiş 20.09.2011-ci il tarixli, çıxarışın və torpaq sahəsinin plan bölgüsünün qismən ləğv edilməsi, torpaq sahəsi üzərində sahiblik, mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 11.08.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 1217 saylı 0.244605 ha torpaq (bağ) sahəsi X5 tərəfindən X8 bağışlanmışdır. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1217 saylı bağ sahəsi üzərində X10 mülkiyyət hüquqları 20.09.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Alqı-satqı müqavilələrinə və daşınmaz əmlakı dövlət reyestrindən çıxarışa əsasən X10 mülkiyyətində olan 0.24 4605 ha torpaq sahəsinin bir hissəsini digər şəxslərə (X12, X16, X3) satmış, sonda mülkiyyətində 0,051 ha torpaq sahəsi qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.04.2018-ci il tarixli ekspert rəyinə əsasən sxematik xəritəyə əsasən 1217 saylı bağ sahəsi 1216 saylı bağ sahəsinin cənub tərəfində yerləşir, 1217 saylı bağ sahəsi ilə iddiaçının istifadə etdiyi 0.4821 hektar torpaq sahəsi arasında başqa bağ sahəsi yoxdur, iddiaçının istifadə etdiyi 0,4821 hektar torpaq sahəsinin 0,0929 hektar hissəsi özəl 1217 saylı bağın ərazisidir. Keçmiş DT və XK-si tərəfindən 1217 saylı bağ sahəsinə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sxematik xəritəyə uyğundur, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş koordi natlar daxilində olan torpaq sahəsi qeydiyyata alınmış 1217 saylı bağ sahəsindən alqı-satqı əsasında bölünərək 0,08 hektar X16 və 0,05 hektar hissəsi isə X1 adlarına qeydiyyata alınmışdır. İddiaçı iddia edir ki, uzun illərdən bəri faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsinin bir hissəsinin X10 tərəfindən özəlləşdirilərək özünün torpaq sahəsinə əlavə etməsini, bununla da hüquqlarının pozulmasını, bu səbəbdən də sonuncunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin qismən ləğv olunmalı olmasını göstərmişdir. İş materiallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində özünün hər hansı hüquqları ilə bağlı məhkəməyə sübut təqdim edəbilməmişdir (iddiaçı iddia ərizəsində torpaq sahəsi üzərində hüquqların ı rəsmiləşdirmədiyini göstərmişdir). Halbuki, qanunverici torpaq sahələri üzərində hüquqlarının yaranması əsaslarını dəqiq müəyyən etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiz iki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqlar ın müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qanunvericiliyin sadalanan normalarının təhlilindən görünür ki, daşınmaz əmlak kimi torpaq sahələrinə hüquqların (eləcə də, istfadə hüququnun) yaranması üçün bir-neçə hüquqi əsas eyni vaxtda mövcud olmalıdır. Bunlara; - torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, - planı və ölçüsünün tərtib edilməsi, - torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması, - dövlət qeydiyyatından keçirilməs i və s. aiddir. İşdə olan sübutlardan isə görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən olunmuş qaydada onun qanuni istifadəsinə ayrılmamış, müvafiq yerquruluşu işləri aparılmamış, hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda isə, iddiaçının üzərində əmlak hüquqları yaranmamış torpaq sahəsi ilə bağlı müvafiq tələb hüququ (subyektiv hüquq) da yaranmamışdır. Bununla yanaşı, iddiaçı uzun illərdən bəri istifadəsində olan torpaq sahəsinin bir hissəsinin X10 tərəfindən özəlləşdirilərək özünün torpaq sahəsinə əlavə etdiyi iddia etsə də, işdə olan sübutlardan (bağışlama müqaviləsi, çıxarış və s.) görünür ki, X10 0.244605 ha torpaq (bağ) sahəsini özəlləşdirməmiş, X5 ilə bağlanmış bağışlama müqaviləsinə əsasən əldə etmişdir. Ondan əvvəl isə, həmin torpaq s ahəsi X2 xüsusi mülkiyyətində olmuşdur. Göründüyükimi, iddiaçının irəli sürdüyü əsaslar üzrə X7 adına verilmiş hüquqmüəyyənedici sənədlərin qismən ləğvinə hər hansı qanuni əsas mövcud deyildir. X7 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığın qanunla müdafiə olunur. Həmçininqeydedilməlidirki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd həqiqi hesab edilir (MM-nin 140-cımad.). Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5224/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5224/2019
09.08.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver