Məhkəmə qərarları › İş №2(102)-5224/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5224/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5224/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5224/20 (Açar sözlər: evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-874/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı məhkəmədə iddia qaldıraraq onu azyaşlı övladı 09.01.2019-cu il tarixdə doğulmuş X5 ilə Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evinə köçürülməklə həmin yaşayış evindən və köməkçi vasitələrindən istifadə hüququnun tanınması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh oğlu X6 ilə 28.01.2018-ci il tarixdə el adəti ilə toy edərək ailə qurmuşlar. Nikahları 06.03.2018-ci ildə Şabran rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Ailə qurarkən Cavabdeh məxsus ünvan 2 ünvanda yerləşən (bəzi sənədlərdə səhvən Natəvan küçəsi 39 göstərilmişdir) yaşayış evinə gəlin köçmüş, orada yaşadığı müddətdə 09.01.2019-cu il tarixdə Atill a adlı bir övladları anadan olmuşdur. Həmin evdə 2-3 ay yaşadıqdan sonra cavabdehlə aralarında tez-tez mübahisələr yaranmış, dəfələrlə Orxan iş üzrə cavabdeh olan anasının sözünə görə onu döymüş, körpə uşağı müalicə etdirməmişlər, müalicəsini valideynləri etdirmişdir. 21.02.2019-cu il tarixdə yenə uşağın xəstəliyi ilə əlaqədar pul lazım olduğundan evdə mübahisə yaranmış, məcbur olub valideynlərini çağıraraq, evdən uşaqla bərabər getmək məcburiyyətində qalmışdır. Hazırda müvəqqəti olaraq, o, valideynlərinin evində qalır, azyaşlı övladı ilə birlikdə cavabdehə məxsus yaşayış evinə köçərək orada yaşamaq istəyir. Qeyd edir ki, göstərilən yaşayış evi əvvəllər yəni, o, həmin evə köçərkən xüsusi mülkiyyətdə olmamış, 12 dekabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə mü vafiq olaraq cavabdeh öz adına 27.12.2018-ci il tarixdə Çıxarış almışdır. Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehdən X6 ilə 2018-ci ilin yanvar ayında evlənməkləri, nikahlarının 06.03.2018-ci il tarixdə rəsmiləşdirilməsi, birgə nikahdan 19.01.2019-cu il tarixdə A.O.Əlicanlı adlı bir övladlarının doğulması, nikahın pozulması və uşağın saxlanılması üçün aliment kəsilməsi müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Onların arasında hüquq münasibətləri yaranan zaman mübahisə predmeti olan yaşayış evi cavabdehin adına xüsusi mülkiyyətdə olmadığına görə hazırkı mübahisəyə görə 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şabran Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov, iş № 2(031)-836/2019) iddianın qismən təmin edilməsi, iddiaçı Pirimova (Əlicanova) Tünzalə Aydın qızının azyaşlı övladı 09 yanvar 2019-cu il təvəllüdlü X7 ilə birlikdə Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinə köçürülməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli məktubuna görə, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində Cavabdeh adına ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənəd lər aşkar edilməmişdir. Qeyd edilir ki, Cavabdeh adına Şabran şəhəri, X.Natəvan küçəsi 21 ünvanında fərdi yaşayış evi və Şabran şəhərində 0.05 ha yaşayış məntəqələri torpaq sahəsi qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa görə, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi X1 adına qeydə alınmışdır. Reyestr nömrəsi:**********62-10301 olan Daşınmaz Əmlakın Texniki Pasportuna görə, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən, O.T.Əlicanov ilə T.A.Əlicanova arasında 06 mart 2018-ci il tarixdə Şabran rayon QŞ-də bağlanmış rəsmi nikahları ləğv edilməsi, 09.01.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay O.Əlicanovun aylıq qazancının 1/4 hissəsi məbləğində aliment tutularaq T.Əlicanovaya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəstinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıd ır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kiray ə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidmət yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valide ynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xususı mülkiyyət hüququ qanunla qorunur, “insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında " Avropa Konversiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və huquqı şəxs oz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəl ərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-cı maddəsində yaşayış sahəsi mülkiyyətçinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ’ ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqularının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu m addəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsində onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir Ailə qanunvericiliyində hansı hallarda valideyinlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq maddələri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyətcisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasm tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə nəzərdə tutulan “ailə üzvləri’ anlayışının əhatə dairəsinə daxildir. Şəxs in ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılması tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz Beləliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30 1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar’’ ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli tikilidən öz iradəsindən asılı olmayan s əbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. İddiaçının cavabdehə qarşı sonuncunun xüsusi mülkiyyətində olan evə istifadə hüququnun tanınması ilə bağlı tələbi hüquqi əsası olmayan tələbdir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasi ya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və Z.Məmmədov, iş № 2(105)-874/2020) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin iş üzrə 15 noyabr 2019-cu il tarixli 2(031)-836/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək, iddiaçı Pirimova (Əlicanova) Tünzalə Aydın qızı azyaşlı övladı 09 yanvar 2019-cu il təvəllüdlü X7 ilə birlikdə Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evə köçürülməklə, həmin yaşayış evindən və köməkçi vasitələrindən istifadə hüququnun tanınması qət edilmişdir. Apelyasiya insta nsiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri yaranan zaman mübahisə predmeti olan yaşayış evi cavabdehin adına xüsusi mülkiyyətdə olmadığına görə hazırkı mübahisəyə görə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gəl ən öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri arvadı (əri), onların uşaqları və validyenləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqla davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla barəbər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən ş əxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qyadası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçisi olmayan şəxsin əmlak hüquqları is tənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Məhkəmə qanunun analogiyasını tətbiq edərkən də səhvə yol vermiş, tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini deyil 01 oktyabr 2009cu il tarixdən qüvvədə olmuş Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına y ol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, İddiaçı onun təsərrüfatının idarə edilməsində hər hansı bir əməyi olmamışdır. Onun adından təsərrüfatın üzvü kimi qeyd olunması həqiqəti əks etdirmir. O, heç zaman istər nikaha qədər, istərsə də nikahdan sonra iddiaçının evə daimi qeydiyyata götürülməsinə razılıq verməmişdir. Yeni ailə həyatı qurmuş şəxslərin hər hansı bir yaşayış evində müvəqqəti məskunlaşmaları onların həmin əmlak üzərində istifadə hüquqlarının tanınmasına əsas yaratmır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə i craatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə ic lasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-874/2020 nömrəli iş üzrə 11 iyun 2020- ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. İşin halları ilə müəyyən olunduğu kimi iddiaçı cavabdehin oğlu X6 ilə 28.01.2018-ci ildə nika ha girərək ailə həyatı qurmuş, ailə qurduqdan sonra mübahisəli evə köçərək 21.02.2019-cu il tarixədək həmin ünvanda yaşamış və sonradan öz istəyi və valideyninin köməkliyi ilə evi tərk edərək əvvəldən yaşadığı ünvana qayıtmışdır. Bundan sonra o, mübahisəli mənzildə yaşamamışdır. Apelyasiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında hüquq münasibətləri yaranan zaman mübahisə predmeti olan yaşayış evi cavabdehin adına xüsusi mülkiyyətdə olmadığına görə hazırkı mübahisəyə görə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Lakin apelyasiya instansiya məhkəməsi bu halda nəzərə almamışdır ki, iddiaçı və cavabdehin oğlu olan X6 28.01.2018-ci ildə nikaha daxil olmuş, məhz həmin tarixdən sonra iddiaçı mübahisəli mənzilə köçmüş və bir müddət orada yaşamış, özünün iddia ərizəsində göstərdiyinə görə 21.02.2019-cu ildə mənzili tərk edərək valideynlərinin yaşadığı ünvana köçmüşdür. İddiaçının nikaha daxil olduğu və mübahisəli mənzilə köçdüyü zaman isə artıq apelyasiya instansiya məhkəməsinin istinad etmiş olduğu 01.09.2009-cu il tarixədək qüvvədə olan Mənzilə Məcəlləsi qüvvədən düşmüş və yeni mənzil münasibətlərini müəyyən edən məcəllə qüvvəyə minmişdir. Belə olan halda isə apelyasiya instansiya məhkəməsi artıq qüvvədə olmayan normalara istinad edərək iddiaçının mübahisəli mənzildə istifadə hüquq əldə etməsi və mənzilə köçürülməsi ilə bağlı nəticəsi düzgün hesab edilə bilməz. Digər tərəfdən apelyasiya instansiya məhkəməsi iddiaçının nikaha daxil olmazdan əvvəl mübahisəli evin hüquqi vəziyyətini düzgün müəyyən etməli və buna münasibətdə maddi hüquq normalarının tətbiqini müəyyən etməli idi (mübahisəli evin rəsmi reyestrdə mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməzdən əvvəl özbaşına tikili, dövlət balansında olan ev və ya gözlənti mülkiyyət hüququna malik olan ev statusunda olması) Bununla yanaşı nəzərə almaq lazımdır ki, apelyasiya instansiya məhkəməsində işə baxarkən mübahisəli ev artıq cavabdehin adına mülkiyyət hüququ əsasında qeydə alınmış və həmin vaxtından sonra iddiaçı mübahisəli evdə yaşamamışdır. Belə olan halda ev hüquqi qeydiyyata alınmazdan əvvəl iddiaçının mübahisəli evdə iddiaçı tərəfindən və birgə nikahda olduğu şəxs tərəfindən mübahisəli evin yaxşılaşdırılması ilə bağlı hər hansı işlərin görülməsi aydınlaşdırılmamışdır. Eyni zamanda nəzərə alınsa ki, işə apelyasiya qaydasında baxılarkən artıq mübahisəli ev cavabdehin mülkiyyətində olmuşdur, bu halda iddiaçı ilə mülkiyyətçi arasında yeni hüquq münasibətlərinin yaranıb-yaranmaması müyyən edilməmiş qalmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında olan mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış s ahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məc əlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Bununla əlaqədar, məhkəmə kollegyiası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin dövlət qeydiyyatına məhz 27.12.2018-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bil ər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, mübahisələndirilən hissə ilə bağlı dəlillərə eləcə də, araşdır ılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-874/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar