Məhkəmə qərarları › İş №2(102)-5224/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5224/2022

04.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5224/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1539/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Şabran rayonu Dövlət Arxivi tərəfindən verilmiş 02 oktyabr 2019-cu il tarixli, 173 saylı arxiv çıxarışa əsasən Dəvəçi (indiki Şabran) rayon İHB-nın Dəvəçi şəhəri üzrə nümayəndəliyinin 13 iyul 1992-ci il tarixli 48№-li sərəncamına əsasən Məmmədova Sevil Ruhəddin qızına 12-ci məhəllədən 0.05 ha torpaq sahəsi verilmişdir.

2. Dəvəçi rayon XDS RH-nin 20 avqust 1992-ci il tarixli 10 saylı iclasını n protokolundan çıxarışa əsasən Məmmədova Sevil Ruhəddin qızına Dəvəçi şəhərinin baş planı üzrə 12 –ci məhəlləsindən fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m. torpaq sahəsi verilmişdir.

3. Şabran rayon Dövlət Arxivi tərəfindən verilmiş 29 yanvar 2020-ci il tarixli, 03 saylı məktubuna əsasən, arxivdə olan Şabran rayon İH-nin Şabran şəhəri üzrə nümayəndəliyinin sərəncamlar kitabına baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, İddiaçı-29 iyul 1992-ci il tarixli 57 saylı sərəncamı ilə 12 –ci məhəllə 287 saylı yer fərdi mənzil tikintisi üçün verilmişdir. Onun torpağı ilə sərhəd qonşuları aşağıdakılardır. Həmin sərəncamla X12 12-ci məhəllə 286-cı yer, 12 avqust 1992-ci il tarixli 72 saylı sərəncamı ilə X11 12-ci məhəllə 288-ci yer fərdi mənzil tikintisi üçün verilmişdir.

4. Torpağın mülkiyyətə verilməsinə dair JN-3146A KOD30401004 saylı şəhadətnaməyə əsasən Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarına əsasən X4 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli məktuba əsasən İddiaçı Şabran şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 13 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə 5 saylı Xa çmaz Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2019-cu il tarixdə **********11 qeydiyyat nömrəli imtina məktubunda səhv olaraq «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» JN938 A kod 30225018 qeyd edilmişdir. Əslində isə, həmin şəhadətnamə ləğv edilmiş DTXK tərəfindən Ərazi İdarəsinin arxivinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında JN-3146A kod 30401004 kimi qeyd olunmuşdur. Bildirilir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş və tərəflərindən faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əlavə olunmuş JN-3146A kod 30401004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə»də göstərilən torpaq sahəsinin cizgilərindən fərqlidir.

6. Dəvəçi rayon XDS RH -nin 22 iyul 1992-ci il tarixli 9 saylı qərarına əsasən X5 Dəvəçi şəhərinin baş planı üzrə 12-ci məhəlləsində, fərdi mənzil tikintisi üçün 500 kvm həyətyanı torpaq sahəsi ayrılması barədəki, rayon İHB-nın Dəvəçi şəhəri üzrə nümayəndəsinin 13 iyul 1992-ci il tarixli 48 saylı sərəncamı nəzərə alınmışdır.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi: **********93 olan çıxarışa əsasən Şabran şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh1 Abdulhəşim oğlunun adına qeydə alınmışdır.

8. Şabran rayonu Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışa əsasən Dəvəçi (indiki Şabran) rayon İHB-nın Dəvəçi şəhəri üzrə nümayəndəliyinin 13 iyul 1992-ci il tarixli 48 №-li sərəncamından görünür ki, X5 14-cü məhəllədən fərdi mənzil tikinti si üçün 0.05 həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı məhkəmədə Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və Cavabdeh1 Abdulhəşim oğlunun qanunsuz sahibliyindən onun torpağının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

10. Eləcə də, iddiaçı Cavabdeh1 Abdulhəşim oğlu cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komit əsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 500 kv.m. torpaq sahəsindən cavabdeh Məmmədova Sevil Ruhəddin qızının çıxarılması və sözügedən torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şabran Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(031)-269/2020 saylı qərardadına əsasən iddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı «torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması» tələbinə dair 2 (031)-296/2020 nömrəli mülki iş İddiaçı Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı Xaçmaz Ər azi İdarəsinə qarşı «torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması» tələbinə dair 2(031)-258/2020 nömrəli mülki işlə bir icraata birləşdirilmişdir.

12. İddiacı Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı məhkəmə iclasında iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın Dəvəçi şəhər üzrə nümayəndəliyinin xx.xx.1992- ci il tarixli 48 nömrəli sərəncamı ilə, fərdi mənzil tikintisi üçün, Dəvəçi rayon XDS RH-nin Dəvəçi şəhərində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması barədəki xx.xx.1992-ci il tarixli qərarı, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1992-ci il tarixli 589/290 saylı və baş yer qurluşu idarəsinin xx.xx.1992-ci il tarixli 58-5/296 saylı razıl ıq məktubları nəzərə alaraq, Dəvəçi şəhəri, üzrə fərdi mənzil tikintisinə ehtiyacı olduğuna görə, ona Dəvəçi şəhər 12-ci məhəllədə 287 saylı yer (0.05 ha) ayrılmışdır. Qonşuluqda yerləşən torpaq əraziləri 286-cı yer X12 288-ci yer X11 verilmişdir. xx.xx.2005-ci il tarixində ona həmin torpaq sahəsinin, JN-3146A kod 30401004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə verilmişdir. Həmin torpaq şəhadətnaməsində, ona 541.5 kv.m. torpaq sahəsinin mülkiyyətinə verilməsi qeyd edilib. Torpaq sahəsi üzrə qonşuları X6, X7, X2, X1 olmaları göstərilmişdir. O, mülkiyyətində olan torpaq sahəsinin dörd bir tərəfini mişar daşı ilə hasarlamış, 12x14 evin binəsini inşa etmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi nə müraciət etmişdir. Həmin İdarənin xx.xx.2020-ci il tarixli **********80 saylı məktubu ilə ona bildirilmişdir ki, tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən ərizənizə əlavə olunmuş JN-3146A kod 30401004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə»də göstərilən torpaq sahəsinin cizgilərindən fərqlidir. Torpaq sahəsinin yerləşdiyi ərazi mübahisəlidir. Bundan sonra o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Xahiş edir, onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və Cavabdeh1 Abdulhəşim oğlunun qanunsuz sahibliyindən onun torpağının geri qaytarılmasına dair qətnamə çıxarılsın. Eyni zamanda, Cava bdeh1 ona qarşı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə iddiasını əsassız hesab etmişdir.

13. İddiacı Məmmədova (Aslanova) Sevil Ruhəddin qızının nümayəndəsi və vəkili X19 məhkəmə iclasında iddiaçı ilə analoji ifadə verərək, İddiaçı iddiasının təmin edilməsini, Cavabdeh1 Abdulhəşim oğlunun iddiasının isə əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

14. Cavabdeh1 Abdulhəşim oğlunun nümayəndəsi X8 məhkəmə iclasında Cavabdeh1 iddia tələbini müdafiə edərək, İddiaçı iddiasını isə qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 mülkiyyətinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış qeydiyyat nömrəsi ********** xx.xx.2020-ci il tarixli çıxarışına əsasən Şabran rayonu 5 sotlar qəsəbəsi məhəllə 12, yer 289-da 500 kv.m. həyətyanı torpaq sahəsi vardır. Cavabdeh oun mülkiyyətinə verilmiş torpaq sahəsini zəbt etmişdir. Bu barədə bələdiyyəyə müraciət etmiş, torpaq sahəsinə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, həqiqətən də cavabdeh tərəfindən torpaq sahəsi 500 kv.m. zəbt olunmuşdur. Cavabdehə torpaq sahəsinin boşaldılması barədə bildirilmişdir, lakin cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini boşaltmır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Xahiş edir, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan 500 kv.m. torpaq sahəsindən cavabdeh Məmmədova Sevil Ruhəddin qızının çıxarılması və sözügedən torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılsın. Eyni zamanda, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbini əsassız hesab etmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti kimi təqdim olunan torpaq sahəsinin naturadakı koordinatları ilə DƏDRX tərəfindən Cavabdeh1 Abdulhəşim oğluna verilmiş **********93 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar üst-üstə düşür. Mülki iş materiallarına əlavə olunmuş sənədlərdə XDS qərarı ilə İddiaçı verilmiş torpaq sahəsinə aid heç bir sxe m və koordinatlar olmadığından qeyd edilmiş torpaq sahəsini hüdudları, «torpaq ayırma» barədə Dəvəçi rayon XDS-nın qərarı nəzərə alınmaqla naturada müəyyən edilməsi mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin naturadakı koordinatları DƏDRX tərəfindən Cavabdeh1 Abduhəşim oğluna verilmiş **********3 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar üst-üstə düşür. Lakin onun üzərində olan tiklilərin (tiklilər hansı vaxtda inşa edilməsi müəyyən edilməklə) kimə məxsus olmasını müəyyən etmək Xaçmaz LTİ-nin mütəxəssisinin səlahiyyətlərinə aid deyildir. Cavabdeh1 Abdulhəşim oğluna verilmiş çıxarışda və müayinə aktında binənin və hasarın göstərilməməsi səbəbini müəyyən etmək Xaçmaz Lİ-nin mütəxəssislərinin səlahiyyətlərinə aid deyildir.

16. Məhkəmə Ekspertiza Mərkəzi tər əfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 10/3691 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən, mübahisə predmeti kimi təqdim olunan torpaq sahəsinin naturadakı koordinatlarının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş, 29 yanvar 2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı Cavabdeh1 Abdulhəşim oğluna məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunur. Mübahisə predmeti kimi təqdim olunan torpaq sahəsinin naturadakı koordinatlarının “Torpağın mülkiyyətə verilməsinə” dair JN3146, Kod 30401004 olan şəhadətnaməyə əsas ən X9 verilmiş 0,05 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunur. XDS-nin qərarı ilə İddiaçı Rühəddin qızına verilmiş torpaq sahəsinə dair sxem və koordinatlar mülki iş materiallarına əlavə olunmuş sənədlərdə olmadığından, qeyd edilmiş torpaq sahəsinin hüdudlarının “torpaq ayırma” barədə Dəvəçi rayon XDS-in qərarı (XDS qərarı ilə yerin müəyyən edilməsi) nəzərə alınmaqla naturada müəyyən edilməsi mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi və.s.) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılm ası mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin naturadakı koordinatları DƏDRX tərəfindən Cavabdeh1 Abdulhəşim oğluna verilmiş **********93 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar üst-üstə düşür. Lakin həmin torpaq sahəsinin üzərində olan tikililərin kimə məxsus olmasını və hansı vaxtda inşa edilməsi müəyyən edilmək tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyildir. Cavabdeh1 Abdulhəşim oğluna verilmiş çıxarışda və müayinə aktında binənin və hasarın göstərilməməsinin səbəbi həmin çıxarışı və müayinə aktını tərtib etmiş idarə tərəfindən cavablandırıla bilər.

17. Şabran Rayon Məhkəməsinin (X3) 2(031)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli qətn aməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməmiş, Cavabdeh1 Abdulhəşim oğlunun iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kvm torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılması və sözü gedən torpaq sahəsi boşaldılması qət edilmişdir.

18. M əhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh1 Abdulhəşim oğlunun iddiası təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kv.m. torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılmalı və sözügedən torpaq sahəsi boşaldılmalıd ır.

19. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, İnsan Hüquqlarının və X14 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1-ci bəndinə, 68, 84.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152, 157, 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı Şabran Rayon Məhkəməsinin 2(031)-36/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı r ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixi qətnaməsi ləğv edilmiş, İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Qafari S əyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X13 və X17) 2(105)-1539/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 qarşı özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair iddia tələbi rədd edilmiş, iddiaçı Cavabdeh1 Abdulhəşim oğlu cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kv.m. torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılması və həmin torpaq sahəsi boşaldılması qət edilmişdir.

24. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq h esab etmişdir ki, iddia tələbinin bir hissəsi torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı bu hissədə rədd edərkən Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələblərinə istinad etmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müəyyən olunduğu kimi bu münasibət publik hüququn nizamlanma predmetinə aiddir. Yəni iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin cizgiləri şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgilərindən fərqli olmaqla mübahisəli olduğundan, reyestr xidməti tərəfindən imtina edilmişdir. Həmin torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməs üçün iddiaçı ilə DƏDRX-i arasında yaranan mübahisələndirilən hüquq münasibəti inzibati hüquq münasibətidir.

26. Bu mənada torpaq sahəsinin sərhədlərinin naturad a müəyyən edilməsi ilə bağlı münasibətlər publik hüququn nizamasalma predmetinə aid olduğundan, bu tələblər ilə iddia irəli sürən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyat keçirərkən inzibati məhkəmə icraatı qaydasında qaldırmalıdır.

27. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, torpaq sahəsinin naturada müəyyən edilməsi ilə bağlı həmin reyestri aparan orqana qarşı aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququ izah edilməlidir.

28. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarix li qərarına, MPM-in 261.0.1, 261.0.8. 262, 365, 372-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1539/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Sumqayıt İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt İnzibati məhkəməsinin sərəncamı ilə iş mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. İddiaçı ərizə ilə Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Səyyad Qafariyə bu barədə məlumat vermiş və Sumqayıt İnzibati məhkəməsinin arayışı ona təqdim olunmuşdur. Belə olan halda Sumqayıt İnzibati məhkəməsində işə baxılıb qərar qanuni qüvvəsini alanadək Sumqayıt Apellyasiya məhkəməsində iş dayandırılmalı idi, lakin həmin maddənin tələbləri pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara obyektiv qiymət verməmiş, ümumiyyətlə onları sübut kimi qiymətləndirməmiş və işə baxmışdır. Tətbiq edilən hüquq İnzibati Prosesual Məcəllə

31. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

32. Maddə 2.2. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar a (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllə

33. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı

37. Bənd

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn n izamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

38. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

39. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

40. Bənd 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddi açıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

41. Bənd 17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeyd in dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində iddiaçı qərardadı tam mübahisələndirdiyindən apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.

46. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi (iddiaya mülki məhkəmə icraatında baxılmalı olmaması əsası ilə) barədə olmuşdur.

47. İşin müəyyən edilmiş hall arına görə iddiaçının tələbinin bir hissəsi torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilib ki, bu tələb publik hüquqi mübahisədir və müvafiq olaraq ilkin olaraq inzibati orqana və ya müvafiq imtina alınmışdırsa isə inzibati məhkəmədə həmin iddia tələbi irəli sürülə bilər.

48. Məhkəmə kollegiyası iddia tələbinin məhkəmə aidiyyatı ilə bağlı gəlinən nəticəni və tətbiq edilən prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarında şərh edilən hüquqi mövqeyə uyğun olmuşdur.

49. İddiaçının kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, baxılan işin halları işin icraatının dayandırılması üçün əsasların olmama sını təsdiq edir.

50. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1539/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar