Məhkəmə qərarları › İş №2(102)-5225/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5225/2022

31.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5225/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı ilk, X1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə veri lməsinə dair şəhadətnamənin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3210/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. JN-473A KOD 41012018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli 108 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0,12 ha torpaq sahəsi verilmişdir.

2. X12 filialının 11 fevral 2020-ci il tarixli 142 saylı arxiv çıxarışına görə Şamaxı rayonu Quşçu bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli 03 saylı iclasın prtokol qərarı ilə Cavabdeh 1941-1945-ci il müharibə iştirakçıları abidəsinin sağ tərəfindən 0,37 sot (45x80m) həyətyanı torpaq sahəsi verilmişdir.

3. Şamaxı rayon İHB-nın Quşçu kənd İƏD üzrə nümayəndəliyinin 24 fevral 2020-ci il tarixli Şamaxı Rayon Məhkəməsinin sorğusuna cavab məktubuna əsasən Şamaxı rayon İHB-nın Quşçu kənd İƏD-si üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabına əsasən İddiaçı 2006-cı ildə tikilmiş ümumi sahəsi 112 kv metr olan fərdi yaşayış evi, 2,58 ha mülkiyyətində olan torpaq sahəsi, 0,08 ha həyətyanı sahəsi və 0,04 ha torpaq sahəsində digər tikliləri vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zülfıiqar oğlunun ona məxsus Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılaraq orada tikdiyi tikililərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddiasının rədd olunması, onun adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-473 A saylı 41012018 kodlu Şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1997-ci il tarixli 10 saylı qərarı ilə ailə üzvlərilə birlikdə ona 0,12 hektar həyətyanı torpaq sahəsi verilmiş, JN473 A kod 4101201 8 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Lakin hal-hazırda qeyd edilən torpaq sahəsi cavabdeh olan həmkəndlisi Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə müraciət edərək torpağından çıxmasını tələb etsə də Cavabdeh sözlərinə məhəl qoymamış, ona məxsus torpaq sahəsində tikili tikməyə başlamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona məxsus Şamaxı rayonu, Quşçu kəndində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılaraq orada tikdiyi tikililərin öz hesabına sökülməsi haqqında qətnamə qəbul edilməsini, eyni zamanda da qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş edir.

7. Məhkəmə iclasında iştriak edən cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı göstərmişdir ki, İd diaçı məhkəmədə ona qarşı tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılması barədə iddia qaldırmışdır. İlk iddia ilə razı deyil. 2000-ci ildə Quşçu kəndində həyətyanı sahə götürüb orada ev tikmiş, lakin maddi imkanı olmadığından torpağı və evi rəsmiləşdirə bilməmişdir. Hal-hazırda ailəsi ilə birlikdə orada yaşayır. Bu yaxınlarda yoldaşının əmisi İddiaçı ilə aralrında söz-söhbət olmuşdur. Həmin vaxt İddiaçı sənəd göstərmişdir ki, guya onun evi və həyətyanı topaq sahəsi ilkin iddiaçıya məxsus torpaq sahəsində yerləşir. İlkin iddiaçının evi ilə onun evinin arası 200 metrdən çoxdur, 0,30 ha da həyətyanı torpaq sahəsi vardır. Onun evinin yerləşdiyi torpaq sahəsinə İddiaçı şəhadətnaməsinin olmasını məhkəmə baxışında bilmişdir. İlkin sənədlərdə, 1981-ci ilin iyul ayında sovxoz direktorunun əmrində İddiaçı torpaq sahəsi evindən təqribən 1500 metr aralıda verilmişdir, lakin islahat zamanı verilən şəhadətnamə isə səhvən onun torpağına işlənmişdir. İddiaçı 2004-cü ildə şəhadətnamə verilən şəhadətnamədə göstərilən sahədə ona məxsus yaşayış evi evi var idi və həyətyanı sahə də çəpərləmişdi. Hesab edir ki, bu Şəhadətnamə ləğv olunmalı, ona ilkin sənədlərinə uyğun plan və ölçü sənədi verilməlidir. Ona görə də, ilkin iddianın rədd olunması, İddiaçı adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-473 A saylı, 41012018 kodlu Şəhadətnamənin ləğv olunması barədə qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2021-ci il tarixli № 10/772 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən ilkin iddia üzrə İddiaçı JN-473A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 108 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə verilmiş 0,12 ha torpaq sahəsi naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya fərqi vardır. İlkin iddia üzrə İddiaçı JN-473A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 108 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə verilmiş 0,12 ha torpaq sahəsinin 0,11 ha-dək olan hissəsi ilkin iddia üzrə Cavabdeh naturada istifadə etdiyi 0,39 ha torpaq sahəsi ilə üst-üstə düşür. Mülki iş materiallarında ilkin iddia üzrə Cavabdeh Şamaxı rayonu Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli qərarı ilə verilmiş 0,37 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri olmadığından torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mülki iş materiallarında torpaq sahəsinə dair baza məlumatları olmadığından, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssi rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil etmişdir.

9. Şamaxı rayon məhkəməsinin (hakim X4) 2(074)-32/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İlkin iddia qismən təmin edilmiş, İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı məxsus Şamaxı rayonu Quşçu kəndində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair” qarşılıqlı iddia tələbini rədd olunması qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, təəqdim olunmuş sübutlarla ilk iddia üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi ilə Şamaxı rayonu Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsinin eyni sahələr olması təsdiq edilməmişdir. Əksinə, məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2021-ci il tarixli № 10/772 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, JN-473A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ilk iddiaçıya məxsus olan 0,12 ha torpaq sahəsinin 0,11 ha-dək olan hissəsi ilkin iddia üzrə cavabdehin naturada istifadə etdiyi 0,39 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehə Şamaxı rayonu Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli qərarı ilə verilmiş 0,37 ha torpaq sahəsinə aid təqdim edilmiş sənədlərdə ayrılmış torpaq sahəsinin sxemi, koordinatları və dəqiq ölçüləri olmadığı üçün bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsi ilə cavabdehin naturada istifadə etdiyi torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

11. Məhkəmə rəyi vermiş şəxsin mühəndislik sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, i lk iddiaçıya məxsus olan 0,12 ha torpaq sahəsinin 0,11 ha-dək olan hissəsinin ilkin iddia üzrə cavabdehin naturada istifadə etdiyi 0,39 ha torpaq sahəsi ilə üst- üstə düşməsi, Şamaxı rayonu Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli qərarı ilə cavabdehə verilmiş 0,37 ha torpaq sahəsinin isə onun naturada istifadə etdiyi torpaq sahəsi ilə eyni sahə olması halının təsdiq edilməməsi hissəsində rəylə razılaşmışdır. Bununla yanaşı məhkəmə, ilk iddiaçıya Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 108 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmasını, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,39 ha olmasını nəzərə alaraq, ekspert rəyi ilə yeri müəyyən edilməmiş 0,01 ha torpaq sahəsinin də, cavabdehin sahibliyində olmasını işin hallarına uyğun sa ymışdır.

12. Məhkəmə qeyd etmişdir ki, sübutlarla ilk iddia üzrə cavabdehin ilk iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsinə qanuni əsasla sahiblik etməsi təsdiq edilmir. Bu hal isə torpağın onun tərəfindən özbaşına tutulmasını (zəbt edilməsini) təsdiq edir. Sübutlarla cavabdehin ilk iddiaçıya və onun ailə üzvlərinə məxsus torpaq sahəsində tikili tikməsi təsdiq edilməmişdir.

13. Məhkəmə ilk iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının özünə və ailə üzvlərinə iddiaçının məxsus torpaq sahəsini cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan, cavabdeh ilk iddiaçıya və onun ailə üzvlərinə məxsus 0,12 ha torpaq sahəsindən çıxarılmalı, ilk iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, cavabdehin ilk iddiaçıya və onun a ilə üzvlərinə məxsus 0,12 ha torpaq sahəsində tikinti aparması sübut edilmədiyindən, ilk iddia tikililərin öz hesabına sökülməsi hissəsində rədd edilməlidir.

14. Məhkəmə qarşılıqlı iddia üzrə belə hesab etmuşdir ki, 0,12 ha torpaq sahəsi ilk iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 108 saylı qərarı ilə verildiyi və bu barədə JN-473A KOD 41012018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunduğu vaxt, Şamaxı rayonu Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli qərarı mövcud olmadığından, bununla da torpaq sahəsinin ilk iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilməsi qarşılıqlı iddiaçının hüquqlarına toxunmadığından, eyni zamanda torpaq islahatının predmeti olmuş mübahisəli torpaq sahə sinə mülkiyyətçi hüquqları bələdiyyəyə keçmədiyindən, ümumiyyətlə Şamaxı rayonu Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli qərarının Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 108 saylı qərarı ilə qarşılıqlı iddia üzrə cavabdehə və onun ailə üzvlərinə ayrılmış 0,12 ha torpaq sahəsinin barəsində olması təsdiq edilmədiyindən, İddiaçı adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-473 A saylı 41012018 kodlu Şəhadətnamənin ləğv olunması barədə qarşılıqlı iddia təmin edilə bilməz.

15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149,2, 152.1 və 213.6-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Qarşılıqlı iddiaçı Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması hissəsində ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, yerində müayinə aparmamışdır.

18. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Qafari Səyyad Ağaəli oğlunun sədr liyi və məruzəsi ilə, hakimlər X5 və X8) 2(105)-3210/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti ilkin iddia tələbinə aid hissədə təmin edilmədən, Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilkin iddiaçı cavabdehin torpaq sahələrindən çıxarılması və tikilinin sökülməsi barədə iddia qaldırmaqda haqlı olmuş və rayon məhkəməsi də ekspert rəyini nəzərə alaraq ilkin iddiaçı və onun ailə üzvlərinə Şamaxı rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 108 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə cavabdehin qanuni əsasla sahiblik etməsinin təsdiq edilməməsi və bu sahənin sonuncu tərəfindən özbaşına tutulması barə də düzgün nəticəyə gəlmişdir.

23. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının qətnaməni qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirməsi ilə bağlı apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalı olduğundan iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

24. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən ilkin iddia tələbinin təmin olunması hissədə işin həqiqi ha llarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarıldığından, apellyasiya şikayəti ilkin iddia tələbinin təmin olunmaı hissədə təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən ilkin iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır

25. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149,2, 152.1 və 213.6-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Sumqayıt Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(105)-3210/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilkin iddianın tamamilə rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə qərar çıxarılması, yaxud mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Cavabdeh kassasiya şikayətində işin müəyyən edilmiş hallarına istinad edərək göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutlara, həmçinin ekspert rəyinə düzgün qiymət verməmiş, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 108 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə verilmiş 0,12 ha torpaqsahəsinin 0,11 ha-dək olan hiss əsi onun naturada istifadə etdiyi 0,39 ha torpaq sahəsi ilə üst-üstə düşməsi qənaəti yanlış olmuşdur. 11 fevral 2020-ci il tarixli, 142 saylı, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin X12 filialının direktoru C.C.Bağırovun imzaladığı Şamaxı rayonu Quşçu Bələdiyyəsinin 30 aprel 2003-cü il tarixli 03 saylı iclas protokolundan Arxiv çıxarışı ilə təsdiq olunmuşdur ki, Cavabdeh fərdi yaşayış evi tikmək üçün bələdiyyənin ehtiyat fondundan 1941-1945-ci il müharibə iştirakçıları abidəsinin sağ tərəfindən 0,37 sot (45x80m.) həyətyanı torpaq sahəsi verilmişdir. Bununla bağlı, Cavabdeh verilmiş 0,37 sot torpaq sahəsinə görə Torpaq sahəsinin yerquruluşu layihəsindən Çıxarış da verilmişdir. Eyni zamanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri M.Əfəndiyevin imz ası ilə xx.xx.2003-cü il tarixli, 17-7/162 nömrəli Rəy də verilmişdir. Həmin yer onun evinin yerləşdiyi torpaq sahəsindən çox aralıdadır, heç vaxt üst-üstə düşə bilməz. Lakin məhkəmə hansı səbəbdənsə işə məsuliyyətlə yanaşmamış və obyektiv məhkəmə ekspertizalarının aparılmasını təmin etməmiş, bununla bağlı ekspertizaların keçirilmçəsi barədə qanuni və əsaslı qərardadlar qəbul etməmişdir. Ona görə də məhkəmə yanlışlığa yol vermiş və qanunsuz, əsassız və ədalətsiz nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

28. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29. mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi

30. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

32. Maddə 84. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

33. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

41. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qarşılıqlı iddiaçı Cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Cavabdeh kassasiya şikayətini iddiaçı və onun ailə üzvlərinin adına olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən cizgilərin düzgün olmaması, onun istifadəsində olan torpaq sahəsinə işlənməsi əsası ilə ilk iddia tələbinin əsassız olması barədə dəlillər irəli sürmüşdür. Lakin nəzərə almamışdır ki, həm məhkəmə mühəndislik ekspertizasının 23 aprel 2021-ci il tarixli 10/772 nömrəli rəyi, həm də mütəxəssisin izahatı həmin Şəhadətnamə əsasında verilmişdir. Şəhadətnamənin ləğvi barədə cavabdehin qarşılıqlı iddası hissədə mülki işin icraatına Sumqayıt Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə icraata xitam verilmiş, ca vabdeh həmin qərardaddan kassasiya şikayəti verməmişdir. İddiaçının və ailə üzvlərinni adına olan, torpağa mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə hazırda qüvvədədir.

46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər ilk iddianın təmin olunması hissəyə aid apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tət biq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3210/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar