Məhkəmə qərarları › İş №2(102)-5228/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5228/2021

26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5228/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayan qərardaddan verilmiş kassasiya şikayətinin baxışdan çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6863/2021 nömrəli,17 iyun 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı aliment tələbi və müalicə pulunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil iş üzrə ekspertiza təyin olunmasına dair vəsatət verərək bildirmişdir ki, işin tam, hərtərəfli və obyektiv araşdırılaraq ədalətli həlli üçün “X1 xəstəliyi ilə bağlı bəzi məsələlər, yəni “Transfer Mielit” xəstəliyinin müalicəsinin olub-olmaması, əgər varsa hansı müddətə ərzində və ya dövrülükdə nə kimi müalicə edilməsi, uzun müddət ərzində “Transfer Mielit” xəstəliyi nəticəsində ayaqları iflic olmuş şəxsin qeyd edilən xəstəliklə bağlı müalicəyə ehtiyacının olub olm aması, xəstənin onurğa-beyin hissəsində yaranmış bu xəstəliklə bağlı xəstənin müalicəsi üçün hansı tibbi prosedurların tələb olunması, ümumiyyətlə xəstəliklə bağlı müalicəyə ehtiyacın olub-olmaması araşdırılıb hüquqi qiymət verilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim X2) 2(008)-3369/2021 saylı, 17.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil mülki işin məhkəmə tibbi ekspertizasına göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(008)-3369/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6863/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment tutulması və müalicə pulunun tutulmasından azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6863/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3369/2021 saylı, 17.05.2021-ci il tarixli qərardadı işin sonrakı hərəkətinə mane olduğundan qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Çünki sözügedən qərardadın qüvvədə qalması və məhkəmə-tibbi ekspertizanın təyin edilməsi barədə vəsatətin təmin edilməməsi qəbul ediləcək qətnamənin-mülki işin nəticəsini əvvəlcədən müəyyənləşdirir. Həmçinin qeyd edilmişdir ki, X1 xəstəliyinin müalicəsinin olub-olmaması, əgər varsa hansı müddət ərzində və ya dövrülüklə nə kimi müalicə edilməsi, hansı tibbi prosedurların tələb olunması, ümumiyyətə xə stəliklə bağlı müalicəyə ehtiyacının olub-olmaması müəyyən edilmədən, işin tam hərtərəfli və obyektiv araşdırılaraq ədalətli qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə icraatı iştirakçılarının izahatları Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

402. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya koll egiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Maddə 417.1.7 Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı kassasiya şikayəti MPM-nin təl əblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, iş üzrə İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərardadı apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə olsa da, həmin qərardad əsasında duran prosessual məsələnin (ekspertiza vəsatətinin təmin olunması) mahiyyəti baxımından MPM-nin 402-ci maddəsində şikayət hüququna təminat verilən “apellyasiyanın qeyri-mümkün hesab edilməsi” barədə qərardadlarını ehtiva etmir. Birinci instansiya məhkəməsinin qərardadından şikayət mexanizmi olmaması əsasına görə şikayətin mümkün sayılmaması barədə qərardaddan maneəsiz olaraq bütün instansiya məhkəmələrinə müraciət etmə, MPM-də müəyyən olmuş şikayət prinsiplərinin mahiyyətinə ziddir. Buna görə də həmin qərardaddan verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır və ondan şikayət vermə qaydası qərardadda göstərilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadlar siyahısında apellyasiyanın qeyri-mümkün hesab edilməsinə dair qərardaddan kassasiya şikayəti verilməsi müəyyən edilmişdir. Buna görə də, iddiaçı tərəfindən verilmiş şikayətə kassasiya qaydasında baxılması mümkün deyildir. Məhkəmə ekspertiza təyin edilməsi barədə qərardaddan kassasiya şikayəti verilməsi qanunda nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 20.08.2021-ci il tarixli, 2(102)-5228/2021 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri q aytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6863/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 20.08.2021-ci il tarixli, 2(102)-5228/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar