Məhkəmə qərarları › İş №2(102)-5228/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5228/2022

13.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5228/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XX cavabdeh Xə digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:alqı-satqı aktının ləğv edilməsi 13.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 may 2022-ci il tarixli, 2(105)-781/2022 saylı qətnaməsindən iddiaçı Xaçmaz bələdiyyəsinin verdiyi kassasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hal larına görə, Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı ilə X zavodunun qarajı ilə həmsərhəd zonada yerləşən 0,30 ha torpaq sahəsi ictimai-iaşə obyektinin tikintisi üçün Cavabdeh1 satılıb. 15 iyul 2003-cü il tarixdə tərəflər arasında sözügedən torpaq sahəsinə dair alqısatqı aktı bağlanıb. 02 iyun 2007-ci il tarixli Çıxarışa əsasən 0,30 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X1 adına qeydə alınıb. X 08 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarı ilə bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı Cavabdeh1 0,30 ha torpaq sahəsinin satılmasına dair hissəsi ləğv edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X cavabdeh Xa qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələd iyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əsasən cavabdehə 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, X bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı ilə cavabdehə ictimai iaşə obyektlərinin tikintisi üçün X bələdiyyəsinin mülkiyyətində olan parkdan 0,30 ha olan torpaq sahəsi satılıb və bu barədə alqı-satqı aktı bağlanıb. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun tələblərinə əsasən ümumi istifadədə olan parkların yerləşdiyi torpaq sahələri xüsusi mülkiyyətə verilə bilməz. X bələdiyyəsinin 08 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarı ilə X bələdiyyəsinin mülkiyyətində olan parkdan 0,30 ha torpaq sahəsinin cavabdehə satılmasına dair 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinin tələblərinə zidd olduğu üçün ləğv edilib və bu barədə cavabdehə rəsmi məlumat göndərilib. Ona görə də X bələdiyyəsinin 0,30 ha torpaq sahəsinin cavabdehə satılması haqqında alqı-satqı aktı və həmin torpaq sahəsinə dair Reyestr Xidmətində aparılmış qeydiyyat ləğv edilməlidir. Reyestr Xidmətinin 11 fevral 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Reyestr Xidməti tərəfindən cavabdehin adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlara əsasən 0.30 ha torpaq sahəsinin 0.2454 ha hissəsi vahid elektron baza məlumatlarında olan X şəhər inin yerquruluşu planına əsasən park ərazisi ilə üst-üstə düşür. Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən, Reyestr Xidməti tərəfindən cavabdehin adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlara əsasən 0,30 ha torpaq sahəsinin 0.2454 ha hissəsi vahid elektron baza məlumatlarında olan X şəhərinin yerquruluşu planına əsasən park ərazisi ilə üst-üstə düşür. Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddia qismən təmin edilərək, X bələdiyyəsi tərəfindən cavabdehə 0,30 ha torpaq sahəsinin satılması haqqında 15 iyul 2003-cü il tarixli alqı-satqı aktının və Reyestr Xidməti tərəfindən cavabdehin adına aparılmış 02 iyun 2007-ci il tarixli qeydin ləğv edilməsi və həmin alqı-satqı aktına əsasə n cavabdehin istifadəsində olan 0,2454 ha torpaq sahəsinin boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmaqla onun ümumi istifadəsində olan parkın ərazisi olub, bələdiyyə həmin torpaq sahəsini cavabdehə satmaqla qanunverciliyin tələblərini pozub. İşin bu halı ekspertin rəyi ilə də təsdiq olunur və həmin rəyə görə cavabdehin adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlara əsasən 0.30 ha torpaq sahəsinin 0.2454 ha hissəsi vahid elektron baza məlumatlarında olan Xaçmaz şəhərinin yerquruluşu planına əsasən park ərazisi ilə üst-üstə düşür. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyi ni Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, mübahisə predmeti olan torpaq sahəsi müvafiq səlahiyyətli orqanların rəyi nəzərə alınmaqla ona satılıb. Alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 17 il keçdikdən sonra onun ləğv edilməsi üçün qanuni əsaslar olmayıb. Həmin torpaq sahəsi 2007-ci ildən onun mülkiyyətində olub. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakiml ər L.M.Məmmədova sədrlik edən, məruzəçi, T.O.Quliyev və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 421.3, 422.2-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi sübutlara düzgün qiymət verilməyib, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov sədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağla nmış alqı-satqı aktını və cavabdehin adına verilmiş Reyestrdən Çıxarışı ləğv edərkən maddi hüquq normalarının tələblərini pozub. Belə ki, apellyasiya instansiyası məhkəməsi alqı-satqı aktını ləğv edərkən, onun bağlanması üçün əsas olmuş bələdiyyə qərarının ləğv edilməsini əsas göstərsə də, bələdiyyənin öz qərarını ləğv etmək səlahiyyətinə malik olmadığını nəzərə almayıb. Qanunda bələdiyyənin özünün qəbul etdiyi qərarını (başqalarının hüququna toxunan) ləğv etmək səlahiyyəti nəzərdə tutulmayıb. Tərəflər arasında bağlanmış alqısatqı aktı hər iki tərəf üçün hüquq və vəzifələr yaradıb və həmin aktın nəticəsi olaraq iddiaçı dəyərini ödəməklə torpaq sahəsi almaqla həmin əmlaka mülkiyyət hüququ əldə edib. Belə bir vəziyyətdə həmin aktın bağlanması üçün əsas olmuş qərarın ləğv edilməsi son nəticəd ə cavabdehin hüquqlarını pozub. Həmçinin, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi təklifi ilə bələdiyyə tərəfindən cavabdehə müraciət olunmayıb. Həmin müraciət və cavabdehin müqavilənin dəyişdirilməsindən və ləğvindən imtina etməsi müvafiq qaydada rəsmiləşdirilməyib. Göstərilən vəziyyətdə məhkəmə alqı-satqı müqaviləsinin ləğv edilməsinin mümkünlüyünü yalnız Mülki Məcəllənin 421, 422-ci maddələrində müəyyən olunmuş əsasların mövcud olub-olmamasından asılı olaraq həll edə bilərdi. Məhkəmə kollegiyası qanunun həmin normalarına istinad etsə də, orada müəyyən olunmuş hansı əsasların müqavilənin ləğv edilməsi üçün əsas verməsini göstərməyib və nəticəni həmin normaların tələbləri baxımından əsaslandırmayıb. Cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə poz masını, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsini təsdiq edən sübutların müəyyən olunmamasına baxmayaraq tərəflər arasında bağlanmış müqavilə ləğv edilib. Göstərilən vəziyyətdə alqı-satqı aktının ləğv edilməsini Mülki Məcəllənin 421- 423-cü maddələrinin tələblərinə uyğun saymır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının qüvvəsini tətbiq edərkən gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmayıb. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421-423-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.T.Abasov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə iddia rədd olunub. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, tərəflər arasında bağlanmış alqı-satqı aktı hər iki tərəf üçün hüquq və vəzifələr yaradıb və həmin aktın nəticəsi olaraq iddiaçı dəyərini ödəməklə torpaq sahəsi almaqla həmin əmlaka mülkiyyət hüququ əldə edib. Belə bir vəziyyətdə həmin aktın bağlanması üçün əsas olmuş qərarın ləğv edilməsi son nəticədə cavabdehin hüquqlarını pozub. Alqı-satqı müqaviləsinin ləğv edilməsinin mümkünlüyü yalnız Mülki Məcəllənin 421 və 422-ci maddələrində müəyyən olunm uş əsasların mövcud olub-olmamasından asılı olaraq həll edilə bilər. Birinci instansiya məhkəməsi qanunun həmin normalarına istinad etsə də, orada müəyyən olunmuş hansı əsasların müqavilənin ləğv edilməsi üçün əsas verməsini göstərməyib və nəticəni həmin normaların tələbləri baxımından əsaslandırmayıb. İşdə cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozmasını, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsini təsdiq edən hər hansı sübut yoxdur. Göstərilənlərə əsasən, məhkəmə alqı-satqı aktının ləğv edilməsini Mülki Məcəllənin 421-423-cü maddələrinin tələblərinə uyğun saymır və birinci instansiya məhkəməsi qanunun həmin normalarını tətbiq edərkən gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmayıb. Apellyasiya instansiyası məhkəməsi hüquq i mövqeyini Mülki Məcəllənin 421-423-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətb iq edilən hüquq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir; 2.0.2-ci maddəsinə görə, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasi bətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qü vvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, X bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı ilə X X zavodunun qarajı ilə həmsərhəd zonada yerləşən 0,30 ha torpaq sahəsi ictimaiiaşə obyektinin tikintisi üçün cavabdehə satılıb. 15 iyul 2003-cü il tarixdə tərəflər arasında sözügedən torpaq sahəsinə dair alqı-satqı aktı bağlanıb. 02 iyun 2007-ci il tarixli Çıxarışa əsasən 0,30 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb. X bələdiyyəsinin 08 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarı ilə bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı cavabdehə 0,30 ha torpaq sahəsinin satılmasına aid hissədə ləğv edilib. Hazırda iddiaçı, 10 aprel 2003-cü il tari xli, 05 saylı qərarı ilə cavabdehə 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsini və torpaq sahəsinin boşaldılmasını iddia edir. Göründüyü kimi, hazırda mübahisələndirilən alqı-satqı aktının və bu barədə reyestrdə aparılmış qeydin əsasını sonradan ləğv edilmiş bələdiyyə qərarı təşkil edir. Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsin ə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Sadalanan mülki prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti isə həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin müb ahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə isə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülkiprosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyə n edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normadan göründüyü kimi inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranın hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranın münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı inzabati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisəndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə görə, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən, nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi dövlət orqanının və ya bələdiy yənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndində göstərilir ki, ümumi və ya inzibati məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda,...həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıy a aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddiaçının cavabdehə qarşı “bələdiyyənin 10 aprel 2003cü il tarixli, 05 saylı qərarına əsasən cavabdehə 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının və həmin torpaq sahəsinin daşınmaz mmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” barədə tələblərinə məhkəmə aidiyyəti üzrə inzabati məhkəmədə baxılmalı olmasını nəzərə almayıb. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti qaydalarını pozub və qüvvədə olan prosessual normalara görə inzibati icraat qaydasında baxılmalı olan tələblərə mülki məhkəmə icraatı qaydasında baxıb. Mülk i Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1.5-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini...tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub hesab edir ki, hazırki işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs i ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya yuxarıda göstərilən tələblər üzrə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı X bələdiyyəsinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 may 2022-ci il tarixli, 2(105)-781/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı X bələdiyyəsinin cavabdeh X qarşı “bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əsasən cavabdeh X 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı X bələdiyyəsinə izah olunur ki, yuxarıda göstərilən tələblər üzrə aidiyyəti inzibati məhkəməyə müraciət edə bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar