Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5229/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5229/20 (Açar sözlər: borcun tutulması tələbi) 17.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı "İddiaçı" MMC-nin vəkili X1, Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-337/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə 17 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Şəki Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq cavabdehdən 7919,89 (yeddi min doqquz yüz on doqquz manat səksən doqquz qəpik) manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq, hər aya 1 faiz olmaqla, 19 aya görə borcun 19 faizi həcmində, yəni 1.504,77 (bir min beş yüz dörd manat yetmiş yeddi qəpik) manatın, vurulmuş mənəvi zərərə görə 500 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə, Cavabdeh əməllərinə hüquqi qiymət verilməsinə dair isə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 17 yan var 2019-ciu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(075)-173/2019) iddia qismən təmin edilmiş, Cavabdeh 7916,79 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq «xxxx” MMC-yə qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh “İddiaçı ” MMC-nin 12 aprel 2016-cı il tarixli 07 saylı əmri ilə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı «xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh 28 mart 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək iddiaçı "İddiaçı” MMCdə satış nümayəndəsi vəzifəsində işləmişdir. Əmək müqaviləsinin tələbinə uyğun olaraq Cavabdeh iddiaçı «xxxx ” MMC tərəfindən məhsulların satışı həvalə olunmuş, lakin o, satış üzrə ödəməli olduğu vəsaiti tam şəkildə iddiaçı «xxxx” MMC-nə qaytarmadığından iddiaçı «xxxx” MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etmir Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən ö hdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1097.1-ci mad dəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyə t daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” MMC-nin direktoru, Auditorlar Palatasının üzvü Misir Əhmədov, “xxxx” MMC-nin aiditoru Rasim Heydərov, “xxxx” MMCnin direktoru Rahiyə Vəliyeva tərəfindən tərtib edilmiş 24 fevral 2018-ci il tarixli akta görə, Cavabdeh işdən azad edildikdən sonra onun fəaliyyətinə dair araşdırma aparılmışdır. Cavabdeh “İddiaçı ” MMC-nin 28 mart 2016 cı il tarixdə 07 saylı əmrə əsasən satış nümayəndəsi vəzifəsinə işə qəbu l edilmişdir. 28 mart 2016 cı il tarixdə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət barəsində müqavilə bağlanmışdır. Əmək Müqaviləsinin 5-ci bəndində tərəflərdən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı surətdə maddi-məsuliyyət daşıması qeyd edilmişdir. MMC-nə məxsus malları ambardan qəbul edib alıcılara satıb malın pulunu Cəmiyyətin kassasına təhvil verənə kimi tam maddi məsuliyyət daşıyır. Qeyd olunanlara baxmayaraq Cavabdeh onunla bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş, ambardan qəbul etdiyi malların pulunu Cəmiyyətin kassasına tam təhvil verməmişdir. Yoxlamaya Cavabdeh işlədiyi 28 mart 2016 cı il tarixdən 31.12.2016-cı il tarixədək dövrdə təqdim olunmuş mühasibat uçot sənədlərinə əsasən maddi-məsuliyyətinə qəbul etdiyi mallar üzrə dövriyyə cədvəli tərtib olunmuşdur. Həmin tərtib olunmuş cədvəldən müəyyən olunmuşdur ki, Cavabdeh ambardan ümumilikdə 64601 manat 73 qəpik məbləğində mal qəbul etmişdir. Qeyd olunan dövrdə satışdan 56681 manat 84 qəpik məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə 01.01.2017-ci il tarixə Cavabdeh maddi məsuliyyətində 7916,79 manat mal qalıqı qalmışdır. Buna görə də «xxxx” MMC ödənilməmiş borcunu Cavabdeh tələb etməkdə haqlıdır. Lakin, həmin akta əsasən Cavabdeh «xxxx” MMC-nə ödənilməmiş 7919,89 manat deyil, 7916,79 manat çatışmazlığın olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi iddia tələbinin 7919,89 manat pul tələbi ilə bağlı hissəsinin 7916,79 manatına dair hissəsini əsaslı hesab etmiş, iddia tələbinin əldən çıxmış faydanın əvəzi olaraq, hər aya 1 faiz olmaqla, 19 ay a görə borcun 19 faizi həcmində, yəni 1504,77 manatın, vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 manat təzminatın tutulması ilə bağlı hissəsinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq məhkəmə iddia tələbinin həmin hissəsini əsaslı hesab etməmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən və məruzəçi, M.Əsədli və İ.Quliyev, iş № 2(107)1329/19) Cavabdeh apelyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 448.1, 1096.1 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci bəndinin a) yarımbəndinə və 205-ci maddəsinin 2-ci bəndinə istinad etməkdə haqlı olmuşdur. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, mülki işin materiallarında Cavabdeh ilə əmək müqaviləsinin 28 mart 2016-cı ildə bağlanması göstərilsə də, əslində onunla əmək müqaviləsi 11 aprel 2016-cı ildə bağlanmışdır. Bununla yanaşı Cavabdeh ilə əmək müqaviləsi bağlanmamışdan əvvəl də, o, iddiaçıdan 29 mart 2016-cı ildən başlayaraq mallar götürməyə başlamışdır. Audit yoxlamasına təqdim olunmuş qaimələr içərisində həmin dövrə aid olan qaimə faktura da vardır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh apellyasiy a şikayətində 2016-cı ilin sonunda onun özünün iştirakı ilə “xxxx’’ MMC-nin auditləri olan Elşad və Azər adlı şəxslərin iştirakları ilə audit yoxlanılması keçirilməsini, həmin audit yoxlanılmasında onun şirkətə hər hansı borcunun olmamasının müəyyən edilməsini göstərsə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda o, qeyd etdiklərini təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apelyasiya instansiyasına təqdim etməmişdir. Bu hallar isə apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Vəliyeva, iş № 2(102)-6234/2019) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instanisyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, elə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndindən göründüyü kimi işçinin əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı işəgötürənə vurduğu zərərə görə tam maddi məsuliyyəti, onlar arasında işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında yazılı müqavilənin olması ilə şərtləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu maddi hüquq normasına istinad etsə də, cavabdehin belə bir müqavilənin aralarında bağlanmaması ilə bağlı bildirdiklərinə rəğmən tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu məsələsini aydınlaşdırmadan vururlmuş zərərin əvəzinin tam şəkildə cavabdehdən tutulmasına dair səhv nəticəyə gəlmişdir. Halbuki, Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmaması işçinin öz əmək funksiyalarının icrası ilə bağlı vurduğu zərərə görə məsuliyyəti aldığı bir aylıq orta əmək haqqı həddi ilə məhdudlaşdırılmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apelyasiya instanisyası məhkəməsi tərəflər arasın da tam maddi məsuliyyət haqqında müqavilənin bağlanıbbağlanmamasını aydınlaşdırmadan iddianın təmin edilməsinə dair qətnamə qəbul etdiyindən, qətnamə maddi hüquq normasının tətbiqində səhvə yol verilməklə qəbul edildiyindən ləğv edilməlidir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Əliyev (sədrlik edən və məruzəçi), A.Eyvazov və İ.Şükürov, iş № 2(107)337/2020) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə – X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ43CTRE********************, büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, kassasiya instansiyası nda işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburi olmasından (MPM-in 420-ci maddəsi) çıxış edən məhkəmə kollegiyası işin qeyd olunan halını araşdırmış və tərəflər arasında 11 aprel 2016-cı ildə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə məhkəmə kollegiyasına təqdim olunmuşdur. Həmin müqvilədə göstərilmişdir ki, işçi aşağıdakı vəzifələri yerinə yetirməlidir: -təşkilatın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; -kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını m üvafiq qaydalara uyğun olaraq həyata keçirir; -formalaşdırdıqları pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol vermir; -ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; -qiymətlilərin mühafizəsi, daşınması, salanması və sair əməliyytaların aparılması habelə qiymətlilərlə bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır; -ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirir.
2. İşçi bu barədə müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunv ericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam madi məsuliyyət daşıyır. Müqavilə təqdim olunduqdan sonra cavabdeh apelyasiya instansiya məhkəməsinin 28 fevral 2020-ci ildə keçirilən iclasında maddi məsuliyyət barədə müqavilənin onun tərəfindən imzalanmadığını və oradakı imzanın ona məxsus olmadığını bildirərək, xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Ona görə də müqavilənin 2-ci səhifəsinin sonunda “İşçi” sözündən sonra icra edilmiş imza və əlyazma ilə yazılmış “Cavabdeh” sözlərinin həqiqətən Cavabdeh tərəfindən icra edilib-edilməməsini müəyyən etmək məqsədilə apelyasiya instansiya məhkəməsinin 28 fevral 2020- ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və bununla bağlı məhkəmə kollegiyasına təqdim edilmiş 06 aprel 2020-c i il tarixli 4/129 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 11 aprel 2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə “İşçi” qrafasındakı “Cavabdeh” yazıları və imza Cavabdeh tərəfindən icra edilmişdir. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı qarşısında heç bir maddi məsuliyyətinin olmamasını bildirsə də, işdən görünür ki, 11 aprel 2016-cı ildə iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh üzərinə götürmüşdür ki, işçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam madi məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiy a Məhkəməsi Mülki Kollegiyasının 2(107)-337/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-337/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı "İddiaçı" MMC-nin vəkili X3 izahatında göstərmişd ir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-337/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.