Məhkəmə qərarları › İş №2(102)-523/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-523/2025

27.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-523/2025 27.02.2025 ALİ MƏHKƏMƏ İş № 2(102)-523/2025 27 fevral 2025-ci il Bakı şəhəri Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 2(103)2219/2024 nömrəli qətnaməsindən cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 11 avqust 1980-ci il tarixli, 16765 nömrəli icarə müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 30-cu dalanda yerləşən ümumi sahəsi 0,25 ha olan 1572 nömrəli bağ sahəsi və 32,75 kv.metr yaşayış sahəsi X1 icarəyə verilmişdir. 2. 15 avqust 2001-ci il tarixli, 16765 nömrəli icarə müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 1572 nömrəli bağ sahəsi və 32,75 kv.m sahəsi olan 1 otaqdan ibarət bina Bakı şəhəri İcra Hakimiyyətinin nizamnamə əsasında fəaliyyət göstərən “Birlik” X3 və İstismarı Birliyi tərəfindən X2 istifadəsinə verilmişdir.

3. Bakı şəhəri Yas amal Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilərək, X4 və İstismar Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 1572 saylı bağ sahəsinə verilmiş 16765 saylı, 15 avqust 2001-ci il tarixli bağın icarəyə verilməsi haqqında sənədin İddiaçı aid olması müəyyən edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı daşınmaz əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi ilə bağlı 07 iyun 2018-ci il tarixli bildirişə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1572 saylı bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamış və bağ sahəsinin ərazisi 2 058,8 kv.m təşkil etmiş olduğu bildirilmişdir. Bu səbəbdən də ərizənin icrasında imtina edilmişdir. Mərzçəkmə işlərinin görülməsi və bağ sahəsinin azaldılmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğun hesab edilmişdir.

5. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1573 saylı bağ sahəsi 0,117721 ha olmaqla, 31 may 2014-cü il tarixdən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 02 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ləhiş bağ massivində yerləşən 1572 və 1573 saylı bağ sahələrində aparılan yoxlamalar zamanı, 1572 saylı bağ sahəsinin İddiaçı, 1573 saylı bağ sahəsinin isə Cavabdeh faktiki istifadəsində olması müəyyən edilmişdir. H ansı ki, 1572 və 1573 saylı bağ sahələri Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisi olsa da, mülkiyyətində deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 30-cu dalan, 1572 nömrəli bağ sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 39T4110xx.xx-4490883.61 koordinatlarda yerləşən hissəsinin boşaldılması və iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılması xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X1 1968-ci ildə 16765 nömrəli müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 30-cu dalanda yerləşən ümumi sahəsi 2500 kv.m (0,25 ha ) olan 1572 nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatı komissiyasının 20 iyul 2001-ci il tarixli sərəncamının 18 nömrəli protokolu əsasında iddiaçı ilə X3ı və istismarı birliyi arasında “Bağın icarəyə verilməsi haqqında” 15 avqust 2001-ci il tarixli 16765 nömrəli müqavilə bağlanmışdır. “Yerli İcra Hakimiyyətlərinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Qeyd edilən müqavilə və h üquq müəyyənedici digər sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin arxivində mövcuddur. Cavabdeh istifadəsində olan ümumi sahəsi 2500 kv.m (0,25 ha) olan 1572 nömrəli bağ sahəsinin bir hissəsini zəbt etdiyindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasında çətinliklər yaranmışdır. Cavabdeh tərəfindən dəfələrlə şifahi qaydada xəbərdarlıq edilmiş, bağ sahəsinin eskiz-layihəsi əsasında onun istifadəsində və sahibliyində olduğu bildirilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının haqlı tələbləri təmin edilməmişdir.

9. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, hazırkı iddia tələbini irəli sürmək üçün İddiaçı subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı tərəfin sübut qismində məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş 10 iyun 2019-cu il tarixli məktubu və həmin məktuba əlavə edilmiş 15 avqust 2001-ci il tarixli, 16765 nömrəli “Bağın icrayə verilməsinə dair” Müqavilə nəzərdən keçirilsə, həmin müqavilənin 2021-ci ilin avqust ayının 15-də müddətinin bitdiyini, yəni müqavilənin 20 il müddətinə qüvvədə olduğunu, həmin müddətin isə 2 il bundan əvvəl bitməsi müəyyən olunur. Həmin müqavilənin hazırda qüvvədə olması barədə məhkəməyə iddiaçı tərəfindən heç biri sübut təqdim edilməmişdir. Mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir və həmin torpaq sahəsinin iddiaçı tərəflə heç bir hüquqi bağlantısı yoxdur.

10. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 30 may 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, faktiki olaraq iddiaçının istifadəsində olan bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə sərhədi şərtidir. Faktiki torpağın sahəsi 1937,0 kv.m təşkil edir. Sözügedən sahədə birmərtəbəli yarım-zirzəmili yaşayış evi (yaşayışa yararsız) və hovuz tikilisi mövcuddur. Bununla bağlı koordinatları əks etdirən sxem əlavə olunmuş, İddiaçı iddiasına əsasən qonşusu Cavabdeh tərəfindən onun torpaq sahəsinin 499,0 kv.m hissəsi hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilməsi, İddiaçı iddiasına əsasən qonşusu Cavabdeh tərəfindən onun torpaq sahəsinin 499,0 kv.m hissəsi hasa rla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilməsi qeyd edilmişdir.

11. İş üzər keçirilmiş məhkəmə-tikinti texniki ekspertizası üzrə Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli rəyindən görünür ki, faktiki olaraq iddiaçının istifadəsində olan bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə sərhədi şərtidir. Faktiki torpağın sahəsi 1937,0 kv.m təşkil edir. Sözügedən sahədə bir mərtəbəli yarım zirzəmili yaşayış evi (yaşayışa yarasız) və hovuz tikilisi mövcud olması, İddiaçı iddiasına əsasən qonşusu Cavabdeh tərəfindən onun torpaq sahəsinin 499,0 kv.m hissəsi hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilmiş olması qeyd edilmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, faktiki olaraq iddiaçının istifadəsində olan bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə sərhədi şərtidir. Faktiki torpağın sahəsi 1937,0 kv.m təşkil edir. Sözügedən sahədə birmərtəbəli yarım-zirzəmili yaşayış evi (yaşayışa yararsız) və hovuz tikilisi mövcuddur. Bununla bağlı koordinatları əks etdirən sxem əlavə olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1572 nömrəli bağ sahəsinin arxiv cizgisində qeyd olunan sahənin faktiki olaraq 499,0 kv.m hissəsi qonşu tərəfindən hasarla ayırlaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşd irilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1572 nömrəli bağ sahəsinin arxiv cizgisində qeyd olunan sahənin faktiki olaraq 499 kv.m hissəsi qonşu tərəfindən hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilmişdir.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(008)713/2023 nömrəli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən ümumi sahəsi 0,25 ha olan 1572 nömrəli bağ sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 499 kv.m olan hissəsinin Cavabdeh hesabına boşaldılaraq torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsə bəsində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət olan 1572 nömrəli bağ sahəsi X3 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 15 avqust 2001-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının qanuni sahibliyinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04 oktyabr 2023-cü il tarixli məktubdan məlum olur ki, iddiaçının qanuni sahibliyində olmalı olan 2500 kv.m olan torpaq sahəsinin 1937 kv.m olan hissəsi hazırda iddiaçının istifadəsindədir, 499 kv.m olan digər hissə isə qonşu tərəfdən hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirlmişdir.

15. Məhkəmənin Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə göndərmiş olduğu sorğuya cavabdan, habelə 03 dekabr 2021-ci il tarixli cinayət işinin rədd qərarında qeyd edilmiş Cavabdeh tərəfindən verilmiş izahatdan da məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1572 nömrəli bağ sahəsinin 499 kv.m olan hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. Bundan başqa Bakı şəhəri Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1572 nömrəli bağ sahəsinin 499 kv.m olan hissənin zəbt edən qonşunun Cavabdeh olması həmçinin hazırkı mülki iş üzrə iştirak edən cavabdehin nümayəndəsi və vəkili tərəfindən də inkar edilməmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 88, 115, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia subyektiv hüquq baxımından hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Belə ki, mübahisəli torpaq sahəsi ilə iddiaçının hüquqi bağlılığını təsdiq edən hər hansı sübuta rast gəlinmir. Bununla əlaqədar, mübahisəli torpaq sahəsinin iddiaçı ilə hər hansı hüquqi bağlılığını və koordinatları müəyyən etmək məqsədilə kompleks məhkəmə torpaq-tikinti-texniki ekspertizaları təyin edilməli, mübahisəli torpaq sahələrinin hər birinin hüquqmüəyyənedici sənədləri araşdırılmalı və həmin sənədlər əsasında mübahisəli torpaq sahələrin in ayrıayrılıqda koordinatları yerində müəyyən edilməli idi. Birinci instansiya məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərardadına əsasən tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə 23 fevral 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə vəsatət göndərilmişdir. Lakin vəsatətin verilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə tərəfindən torpaq sahələrinin koordinatl arı barədə mütəxəssis rəyi mərkəzə təqdim edilməmişdir. Bununla bağlı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda sözügedən iş üzrə müraciətdə tədqiqat obyektinə baxış keçirilməsinin tarixi, vaxtı barədə məlumatın olmaması, mütəxəssis qarşısında qoyulmuş sualların, hüquq müəyyənedici və texniki sənədlərin təqdim edilməməsi səbəbindən tədqiqat obyektinə baxış keçirilməsi və müvafiq münasibətin bildirilməsi mümkün olmamışdır. Eynilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İ darəsinin 30 may 2023-cü il tarixli məktubunda artıq mütəxəssis rəyi əlavə olunsa da, verilmiş suallara cavablardan o qənaətə gəlmək olur ki, mütəxəssis heç bir tədqiqat aparmadan yalnız iddiaçı filankəsin dediyi sözlərə əsasən rəy tərtib etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən açıq şəkildə bəlli olur ki, qoyulmuş suallarla bağlı obyektiv tədqiqat aparılmamış, əsassız mütəxəssis rəyinə istinad edilərək iddiaçı tərəfinin mənafelərinə xidmət olunmuşdur. Mübahisəli torpaq sahələrinə münasibətdə İddiaçı hüquq müəyyənedici sənədlərə sahib deyil.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 2(103)-2219/2024 nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.İsgəndərov və S.Səlimova) cavabdehin apellyasiya şikay əti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(008)-713/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsindən ibarət olan 1572 nömrəli bağ sahəsi 15 avqust 2001-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçı X2 istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi bundan əvvəl uzun müddət iddiaçının atasının istifadəsində olmuşdur. Mülki qanunvericiliyin normalarına əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair veril ən icarə müqavilələri daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Beləliklə, iddiaçı ilə Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan X3 və İstismarı Birliyi arasında sözügedən torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsi 2007-ci il mayın 22dək bağlandığından və həmin müqavilə göstərilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün əsas olduğundan iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.

21. İddiaçı sözügedən torpaq sahəsinə öz mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 2018-ci ildə müraciət etsə də, həmin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bunun əsası kimi bildirilmişdir ki, 1572 saylı bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamış və bağ sahəsinin ərazisi 2058.8 kv.m təşkil edir. Mərzçəkmə işlərinin görülməsi və bağ sahəsinin azaldılmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğun hesab edilir.

22. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, 15 avqust 2001-ci il tarixli icarə müqaviləsində “icarədar” kimi X5 göstərilsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə həmin müqavilənin İddiaçı, yəni iddiaçıya aid olması müəyyən edilmişdir.

23. Cavabdeh mütəxəssis tərəfindən torpaq sahələrinin koordinatları tam və düzgün olmadığından həmin suala cavab verilmədiyini, bununla da qoyulm uş suallarla bağlı obyektiv tədqiqat aparılmadığını bildirsə də, apellyasiya kollegiyası qeyd etmişdir ki, torpaq sahəsinin koordinatlarının olub-olmamasından asılı olmayaraq, işdə olan 1572 saylı bağ sahəsinin planından görünür ki, sahənin uzunluğu 100 metr, eni isə 25 metr təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş plandan isə aşkar şəkildə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sahənin uzunluğu 49,43 metr, eni 12,53 metr hissəsi zəbt edilmişdir. Zəbt edilmiş sahə 499 kv.m təşkil edir.

24. Cavabdeh Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində vermiş olduğu izahatında Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 1478B saylı müqaviləsi əsasında 12 sentyabr 2007-ci il t arixdən rəsmi qaydada həmin torpaq sahəsini 30 illik müddətə icarəyə götürdüyünü bildirsə də, bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim etməmiş, həmin Bələdiyyənin cavabdehin vəkilinə ünvanladığı 02 noyabr 2022-ci il tarixli məktubunda isə göstərilmişdir ki, 1572 və 1573 saylı bağ sahələri Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində deyil. Belə olan halda, Bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsinin cavabdehə icarəyə verilməsi inandırıcı və ağlabatan görünmür.

25. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayətində iş üzrə alınmış ekspert və mütəxəssis rəylərinin əsassız olduğu bildirilsə də, cavabdehə məxsus çıxarışa əsasən göstərilmiş koordinatlara uyğun olaraq cavabdehin faktiki olaraq həmin torpaq sahəsində yerləşdiyinin müə yyən edilməsi üçün apellyasiya kollegiyasının 22 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin cavabdehə bildirilməsinə baxmayaraq, onun tərəfindən torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı xidmət haqqı ödənilmədiyindən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizasının aparılmasından imtina edilmişdir. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu, tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin işti rak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

26. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 139-1.1, 139-1.1.7, 152.1, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 97.5, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

27. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkə məsi Azərbaycan Respublikası Konstitusiyasının 29, 60 və 127-ci, Mülki Məcəllənin 1.1, 14, 152.1, 157.4, 719.1-ci, Mülki Prosessual Məcəllənin 8, 9, 14, 47, 76, 77, 78, 79, 88, 385.1.1-ci maddələrinin tələblərini pozmuşdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsinə münasibətdə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçmədiyini təsdiq etsə də, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnu gözlənilən (ehtimal edilən) hüquq kimi qətnamədə təhrif edərək düzgün nəticəyə gəlməmişdir. Həmçinin ekspertizanın keçirilməsi cavabdeh tərəfin vəsatəti əsasında təyin edilsə də, dəfələrlə iclas katibindən qeyd olunan ekspertizanın keçirilməsi üçün ödənilməli olan xidmət haqqının hansı bank hesabına köçürülməsi ilə bağlı cavab dehin müraciəti məhkəmə tərəfindən cavabsız qalmış, məhkəmə qəsdən həmin xidmət haqqını ödəmək üçün müvafiq bank rekvizitlərini cavabdehə təqdim etməmişdir. Nəticə etibarı ilə apellyasiya instansiyası məhkəməsi həm də məhkəmə-tikinti ekspertizasının səlahiyyətlərini ələ keçirirək, qəbul etdiyi qətnamədə özündən ehtimallara əsaslanan uydurma rəylə qənaətlənərək mübahisələndirilən işin hallarına aydınlıq gətirmədən tələm-tələsik qətnamə qəbul etmişdir. Halbuki, apellyasiya şikayətinin əsas dəlillərindən biri də məhz mübahisəli torpaq sahələrinin doğru və düzgün olaraq koordinatlarının müəyyən edilməməsi olmuşdur.

30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. Kassasiya şikayətinə qarşı etiraz ver ilməmişdir. Kassasiya baxışının hədləri:

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək h üquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bil ər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandır malıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddə sinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olu nmuş və yaxud rədd edilmiş hesab edə bilər. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin hazırkı kassasiya şikayətinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəli nmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

39. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçı ilə bağlanmış icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verilməsi işin mübahisəsiz halıdır. İcarə müqaviləsi 15 avqust 2001-ci il tarixdə bağlanmış və Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən bu müqavilə iddiaçının mübahisəli daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Müqavilənin müddətinin bitməsi hazırkı mübahisə üçün əhəmiyyət kəsb etmir və cavabdehin həmin hala istinadı əsassızdır.

40. Belə ki, iddiaçının hüquqlarının daşımaz əmlakın dövlət reyestrində qeyd alınmasından imtinanın əsası kimi müqavilə müddətinin bitməsi və ya başqa səbəbə görə iddiaçının torpaq sahəsinə hüquqlarının xitamı deyil, mərzçəkmə işlərinin tam aparılmaması və torpaq sahəsinin bir hissəsinin zəbt olunması olmuşdur.

41. Qeyd olunmalıdır ki, cavabdeh iddiaya etiraz etsə də, faktiki olaraq dəlillərinə mübahisəli torpaq sahəsinin onun qanuni istifadəsində olmasını iddia etməmiş və bununla bağlı sübutları təqdim etməmişdir.

42. Əksinə, cavabdeh Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində verdiyi izahatında mübahisəli torpaq sahəsini Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsindən 12 sentyabr 2007-ci il tarixli müqavilə əsasında 30 illik müddətə icarəyə götürdüyünü bildirsə də, bununla bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəs inin 02 noyabr 2022-ci il tarixli məktubunda isə qeyd edilmişdir ki, mübahisəli bağ sahəsi Bələdiyyənin inzibati ərazisində yerləşsə də, mülkiyyətində deyildir.

43. Nəhayət, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın keçirilməməsi ilə bağlı kassasiya şikayətinin dəlili də qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəssis rəyinin verilməsi ilə bağlı xidmət haqqının ödənilməsi cavabdehə həvalə edilmiş, lakin bu haqq ödənilmədiyindən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizasının aparılmasından imtina edilmişdir. Belə olan h alda, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinin düzgün tətbiq etməklə, apellyasiya şikayətinin bununla bağlı dəlillərini rədd edilmiş hesab etmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2024-cü il tarixli, 2(103)-2219/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar