Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5230/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsinin ləğv olunması və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin vəkili X2, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-32/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsind ən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 16 yanvar 2017-ci ildə iddiaçı "xxxx" MMC ilə (podratçı), Cavabdeh arasında (sifarişçi) arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə podratçı sifarişçiyə məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində 0,11 ha torpaq sahəsində 3 mərtəbəli yaşayış evinin tikintisini 8 ay müddətində inşa edib başa çatdırmağı, sifarişçi isə müqaviləyə əlavə olunmuş 2 saylı qrafikə uyğun olaraq podratçıya 95000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olunmuş 2 saylı əlavəyə görə sifarişçi müqavilə bağlanan gün 8000, sonrakı 3 ayda və hər ayın 15-də olmaq şərti ilə 5000, bundan sonra isə hər ay ın 15-də 3600 pul ödəməklə 15 dekabr 2018-ci ildə ödənişləri tam başa çatdırmalı idi. Müqaviləyə əsasən sifarişçi podratçıya 38800 manat pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Cəbrayıl Rayon Мəhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 16 yanvar 2017-ci il tarixli podrat müqaviləsinin ləğv olunması və cavabdehdən həmin müqavilə üzrə 40500 manat əsas borc, 1977,17 manat faiz borcu, 65606 manat dəbbə pulu olmaqla, cəmi 108083,17 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, göstərilən ünvan da müqaviləyə 1 saylı əlavədə göstərilən işləri həyata keçirmişdir. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, ödənişləri gecikdirməklə həyata keçirmiş, bu səbəbdən də podratçı maliyyə çatışmazlığı üzündən tikintini müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə tikib başa çatdıra bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən də göründüyü kimi, cavabdeh müqavilə üzrə son ödəniş tarixi 20 dekabr 2017-ci il olmaqla, ümumilikdə 38800 manat məbləğində ödəniş etmişdir. Cavabdeh həmin tarixdən etibarən isə növbəti ödənişləri həyata keçirməkdən birmənalı olaraq imtina etmiş, bu davranışları ilə müqavilə şərtlərini əsaslı surətdə pozmuşdur. Bununla əlaqədar iddiaçı və cavabdehin razılığı ilə ünvan ndə yerləşən yaşayış evinin tikinti və təmirinə podratçı tərəfindən çəkilmiş xərcləri hes ablamaq məqsədi ilə ekspertiza keçirilmişdir. “İVC-X1” MMC tərəfindən 27 aprel 2018-ci il tarixli, 2213/18 saylı “ünvan ndə yerləşən yaşayış evinin tikinti (beton) xərclərinin müəyyən edilməsi barədə” ekspert rəyinə əsasən ünvan ndə yerləşən yaşayış evinin beton qisminə sərf olunan tikinti xərcləri 79300 manat təşkil edir. Beləliklə, ekspert rəyi əsas götürülməklə, cavabdehin müqavilə üzrə iddiaçıya 79300 - 38800 = 40500 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 10 aprel 2018-ci il tarixdən müəyyən etdiyi uçot faiz dərəcəsi 11% təşkil etdiyindən, Cavabdeh 08 may 2018-ci il tarixə qədər 1977,17 manat faiz borcu vardır. 16 yanvar 2017-ci il tarixli podrat müqaviləsinin 5.3.1-ci bəndinə əsasən sifarişçi podratçıya aylıq ödənişlərin ödənilməsinin gecikdirilməsinə gör ə gecikdirilmiş hər bir təqvim günü üçün 1% miqdarında dəbbə pulu ödəyir. Bununla da, cavabdeh aylıq ödənişləri gecikdirdiyinə görə 15 fevral 2017-ci il tarixdən 08 may 2018-ci il tarixədək 65606 manat dəbbə pulu ödəməlidir. Cəbrayıl Rayon Məhkəməsinin (hakim Təranə Hüseynova) 02 avqust 2018-ci il tarixli, 2(072)-523/2018 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 16.01.2017-ci il tarixdən başlayaraq 10.12.2017-ci il tarixədək iddiaçının xeyrinə ümumilikdə 38800 manat məbləgində ödənışlər həyata keçirmişdir ki, bu müddət iddiaçının üzərinə götürdüyü öhdəliyin icrası müddətini əhatə edir. Yəni podratçı MMC 16 yanvar 2017-ci il tarixdə podrat müqaviləsi ilə yaşayış evinin 8 ay müddətində tikilməsi və cavabdehə təhvil verm əsi barədə öz üzərinə öhdəlik götürmüş, lakin həmin müddət ərzində tikintini başa çatdırmamaqla sifarişçiyə təqdim etməmişdir. Bununla da podratçı MMC müqavilə öhdəliklərini pozmuş və öhdəliyi vaxtında və tam icra etməmişdir. Nəticədə sifarişçi podrat müqaviləsi üzrə öhdəliklərini podratçının özü tərəfindən pozulmasına əsaslanaraq ödənişlərin aparılmasını dayandırmışdır ki, bunun da məsuliyyəti podratçının üzərinə düşür. Podratçı öhdəliyin vaxtında və tam icra edilməməsinin əsası kımı sifarişçi tərəfindən podratçı şirkətin hesabına müqavilədə nəzərdə tutulmuş məbləğdə, yəni 95000 manat məbləğində ödənişin həyata keçirilməməsini göstərmiş, lakin podrat müqaviləsindən göründüyü kimi bu məbləğin 8 ay müddətinə, yəni tikintinin başa çatdırılacağı tarixədək ödənilməsinin vacibliyi şərtləşdiri lməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Qanunun bu normasından aydın olur ki, cavabdeh üzərinə düşən öhdəliyi öz istəyi ilə vaxtından əvvəl, yəni 16 yanvar 2017-ci il tarixdən başlayaraq 8 ay müddətində icra edə bilərdi. Lakin öhdəliyin icrasının həm müddət ərzində icra edilməsi müqavilədə şərtləşdirilmədiyindən öz qanuni hüquqlarından istifadə etməklə öhdəliyin müqaviləyə 2 nömrəli əlavədə nəzərdə tutulmuş qaydada, yəni 24 ay müddətində icra edilməsi yolunu seçmişdir. Göründüyü kjmi podrat müqaviləsi üzrə hər iki tərəf öhdəlikləri pozmuşdur. Lakin cavabdeh tərəfindən öhdəhyın pozulması podratçının öhdəliklərini pozmasındən qaynaqlanmışdır ki, bunun da məsuliyyəti məhz iddiaçıya aiddir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Müşfiq Həsənov sədrlik edən və məruzəçi, İlham Əsədov, Zəki Babayev) 13 mart 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağlanılmış podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən görüləcək işlərin müddəti 8 ay müəyyən edilmişdir. Yəni iddiaçı 8 ay müddətində görüləcək işləri yekunlaşdırmalı və cavabdehə təhvil verməli idi. İşdə olan iddiaçı tərəfindən tərtib edilmiş və iddia ərizəsi nə əlavə edilmiş arayış formalı iddia ərizəsinə 1 nömrəli əlavədən görünür ki, cavabdehin 8-ci ay ödəniş qrafiki üzrə iddiaçıya borcu olmamışdır. Belə ki, cavabdeh podrat müqaviləsinə 2 saylı əlavəyə görə 8ci ayın ödənişi də daxil olmaqla, cəmi 37400 manat iddiaçıya ödəniş etməli, iddiaçı isə müqaviləyə əsasən 8 ay müddətində işi yekunlaşdırmalı və cavabdehə təhvil verməli idi. Həmçinin cavabdeh iddiaçıya 38800 manat ödəniş etmiş, lakin iddiaçı podrat müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, yəni müqavilə üzrə görəcəyi işləri yekunlaşdırmamış və cavabdehə təhvil verməmişdir. İddiaçı qeyd edir ki, cavabdeh müqavilə üzrə ödənişləri etmədiyindən iddiaçı tərəfindən görüləsi işlər yekunlaşdırılmamış və cavabdehə təhvil verilməmişdir. Cavabdeh isə qeyd edir ki, o, podrat müqaviləsi üzrə öhdəliyini yerinə yetirmiş, podrat müqaviləsinə 2 saylı əlavədə nəzərdə tutulmuş ödənişləri vaxtında ödəmiş, lakin iddiaçı müqavilədə nəzərdə tutulmuş 8 ay müddətində görəcəyi işləri yekunlaşdırmamış və ona təhvil verməmişdir. Ona görə də ödənişləri dayandırmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ona zərər dəymişdir. İddiaçı 8 ay müddətində evlə bağlı işləri yekunlaşdırıb ona təhvil verdikdən sonra o, evin digər işlərini yekunlaşdırıb ailəsi ilə birlikdə həmin evə köçməli idi. O, bütün xərclərini ona görə hesablamışdır. Ev vaxtında hazır olmadığından o, uzun müddətdir ki, ailəsi ilə birlikdə kirayədə qalır və hər ay 500 manat kirayə haqqı ödəyir. Həmçinin evin vaxtında hazır olmaması, tikinti materiallarının və tikinti xidmətlərinin qiymətlərinin artması nət icəsində də ona maddi və mənəvi zərər dəymişdir. Məhkəmə qeyd etmişdir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliklərin qarşılıqlı icrası ilə əlaqədar əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər. Podrat müqaviləsinə əsasən iddiaçı nəzərdə tutulmuş işi 8 ay müddətində icra etməli idi. Cavabdeh podrat müqaviləsinə 2 saylı əlavədə nəzərdə tutulmuş 8 aylıq ödənişi həyata keçirərək öz üzərinə düşən ilkin öhdəliyi yerinə yetirmişdir. Müqavilənin şərtləri i lkin olaraq iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, iddiaçı ilkin olaraq 8 ay müddətində nəzərdə tutulmuş işləri tam icra etməli, sonra 2 saylı əlavədə nəzərdə tutulmuş ilkin 8 aydan sonrakı aylıq ödənişləri tələb edə bilərdi. Göründüyü kimi, iddiaçı müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli olduğu halda üzərinə düşən öhdəliyi vaxtında icra etməyərək müqavilənin məqsədinə çatmağa maneçilik törətmişdir. Müqavilə üzrə tərəflərin öhdəlikləri qarşılıqlı icra ilə şərtləndirildiyindən və iddiaçı ilkin olaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək nəzərdə tutulmuş işləri tam icra etmədiyindən cavabdeh 2 saylı əlavədə nəzərdə tutulmuş növbəti ödənişləri dayandırmışdır. Podrat müqaviləsindən görünür ki, iddiaçı nəzərdə tutulmuş işləri vaxtında, layihəyə, tiki ntiyə dair normativ sənədlərin tələblərinə uyğun keyfiyyətlə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.3-cü maddəsinə əsasən podratçının podratı kəmiyyətcə yerinə yetirməməsi qüsurlara bərabər tutulur. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan azad olsun. Yəni qanunvericiliyin və podrat müqaviləsinin tələblərinə uyğun olaraq iddiaçı sifariş edilmiş işi kəmiyyətcə və keyfiyyətcə elə icra etməlidir ki, cavabdehin görülmüş işlərə marağı olsun. Lakin cavabdeh qeyd edir ki, o, müqavilə üzrə ilkin 8 ayın ödənişini edərək işi tam icra edilmiş formada təhvil almaqda maraqlı idi. Müqavilənin tələblərinə uyğun işi tam icra edilmiş formada təhvil almış olsaydı, müqavilə üzrə 8-ci aydan sonrakı ödənişləri e dəcəkdi. Göründüyü kimi, iddiaçı nəzərdə tutulmuş işi tam icra edərək müqavilənin məqsədinə çatmaqda özü maraqlı olmalı idi. Lakin iddiaçı ilkin olaraq üzərinə götürdüyü öhdəliyi icra etməyərək müqavilənin məqsədlərinə çatmağa maneçilik törətmişdir. İddiaçı ümumi şəkildə apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməli olduğunu bildirmiş, lakin apelyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Vəfaddin İbayev) 27 avqust 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, podratçı tərəfindən podrat müqaviləsi üzrə işin müəyyən edilmiş vaxt ərzində yerinə yetirilməməsi onu gördüyü işlərin haqqını tələb etmək hüququndan məhrum etmir. Eyni zamanda qeyd edilən müqavilə sifarişçinin təqsirli hərəkətləri nəticəsində pozulduqda podratçı gördüyü işlərin haqqı ilə bərabər dəymiş zərəri də tələb etmək hüququna malikdir. Bununla yanaşı işə baxan məhkəmələr tərəfindən podratçı tərəfindən müqavilə üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsi müəyyən edilsə də bunun sifarişçinin ödənişləri vaxtında edib-etməməsi ilə əlaqəli olduğu araşdırılmamışdır. Belə ki, podrat müqaviləsinin tərkib hissəsi olan 2 saylı ə lavəyə görə sifarişçi 15 avqust 2017-ci il tarixə qədər 37400 manat pul ödəməli, podratçı ilə bu tarixdə işi başa çatdırmalı idi. Podratçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, qeyd edilən tarixə qədər sifarişçi tərəfindən 28400 manat pul ödənilmişdir və bu məbləğlərdən 5400 manat 8 aylıq müddətin bitdiyi son gün, yəni 15 avqust 2017-ci ildə, ödənilmişdir. Göründüyü kimi, işə baxan məhkəmələr tərəfindən iddiaçının irəli sürdüyü dəlillər üzrə araşdırma aparılmamış və nəticədə sifarişçi tərəfindən də müqavilə üzrə öhdəliklərin vaxtında icra edilib-edilməməsinə hüquqi qiymət verilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Qəzənfər Kərimov sədrlik edən və məruzəçi, Zəki Babayev, Nüsrət Mirzəye v) 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdehdən 24494 manat pulun alınıb iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə kassasiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq hazırda mübahisələndirilən hissədə (iddia tələbinin təmin olunan hissəsində) gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən görüləcək işlərin müddəti 8 ay müəyyən edilmişdir. Yəni iddiaçı 8 ay müddətində görüləcək işləri yekunlaşdırmalı və cavabdehə təhvil verməli idi. İşdə olan iddiaçı tərəfindən tərtib edilmiş və iddia ərizəsinə əlavə edilmiş arayış f ormalı iddia ərizəsinə 1 nömrəli əlavədən görünür ki, cavabdehin ödəniş qrafiki üzrə 8-ci ay üzrə iddiaçıya borcu olmamışdır. Bununla belə, məhkəmənin 18 dekabr 2019-cu il tairxli qərardadı ilə, iddiaçı tərəfindən görülmüş işlərin, çəkilmiş xərclərin həcmini müəyyən etmək üçün kompleks məhkəmə tikinti-mühəndislik və əmtəşünaslıq ekspertizası təyin edilmiş və qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən ünvan ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin üzərində inşa edilmiş yarım tikili üçün, əmək haqları da daxil olmaqla, sərf olunan vəsaitin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 63294,3 manat məbləğində müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişir ki, cavabdeh iddiaçı təşkilata 38800 manat ödəniş etmişdir. İddiaçı təşkilatın gördüyü ümumi işlərin dəyəri isə 63294,3 manat təşkil edir. Belə olan halda cavabdehin ödədiyi məbləğ çəkilən ümumi məbləğdən çıxılmaqla yerdə qalan məbləğ, yəni 24494 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində podrat müqaviləsi üzrə podratçının üzərinə düşən öhdəliyi tam icra etməməsinə baxmayaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 767.1-ci maddəsinə istinad etmiş, lakin iddiaçıya maddi zərərin hansı mötəbər sübutlara əsasən onun (cavabdehin) təqsirli hərəkətləri nəticəsində vurulduğunun müəyyən edildiyini öz qətnaməsində əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində göstərmişdir ki, guya ki, podratçı şirkət "xxxx" MMC podrat müqaviləsi üzrə 63294,3 manat dəyərində işlər görmüş, Cavabdeh iddiaçı təşkilata 38800 manat ödəniş etmişdir. Halbuki podratçı şirkət görmədiyi işləri də layihə üzrə göstərməklə öz xeyrinə olan qeyri-obyektiv rəy almış və həmin rəy əsasında məhkəmədə süni üstünlük əldə et mişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozunt u düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı qətnamədən kassasiya şikayəti verməmiş, iddia tələbinin rədd edilən hissəsini mübahisələnd irməmişdir. Ona görə də, qətnamə cavabdehin kassasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan aza d sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbin qismən təmin edərkən cavabdehdən iddiaçının xeyrinə dəymiş zərərin əvəzini yox, Mülki Məcəllənin 760.1-ci maddəsinə görə, iddiaçının (podratçının) yerinə yetirdiyi işlərin əvəzinin ödənilməsinin tutulmasını qət etmişdir. Kassasiya şikayətinin digər dəli li, yəni məhkəmənin əsassız ekspert rəyinə istinad etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətində qeyd edilən hallarla bağlı hər hansı dəlil irəli sürülməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-32/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5230/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5230/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver