Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5230/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5230/22 (Açar sözlər: mülkiyyətin müdafiəsi) Bakı şəhəri, 5 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3454/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 01 iyul 2001-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzili İddiaçı mülkiyyətinə keçmiş və həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ Sumqayıt şəhər DTİ və MHQİ tərəfindən qeydə alınmışdır.
2. İddiaçı həmin mənzildə yaşayan cavabdehlərin oradan çıxarılmasına dair aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus mübahisəli mənzilin boşaldılması, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilm əklə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətidir. Cavabdehlər onun qohumlarıdır. Onların yaşamağa daimi yerləri olmadığı üçün müvəqqəti olaraq sonuncuların ona məxsus mənzildə yaşamalarına icazə vermiş, lakin sonra yaranmış zərurətlə əlaqədar onlardan mənzildən çıxmalarını dəfələrlə xahiş etsə də, bu heç bir nəticə verməmiş, cavabdehlər mənzil sahəsini boşaltmaqdan imtina etmişlər. Hazırda mənzilinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilməsi mülkiyyət hüquqlarını pozaraq, mülkiyyətində olan mənzilindən istifadəsinə mane olur.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək iddiaçının bacısı olduğunu, sözügedən mənzilin anası tərəfindən bacısı Kəmaləyə bağı şlandığını, lakin onun həmin mənzildə yaşamadığını, mübahisəli mənzildə qeydiyyatda olduğunu və ona pul verildiyi təqdirdə evdən çıxmağa razı olduğunu bildirmişdir.
6. Digər cavabdehlər Aygün və Cavabdeh3lar, Cavabdeh2 göstərdiklərinə uyğun izahatlar verərək iddianın rədd olunmasını xahiş etmişlər.
7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) 2(060)-5325/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə iddiaçının mülkiyyətində olan mübahisəli mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, habelə məhkəmə xərcləri məsələsi həll olunmuşdur.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geni ş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Belə ki, göründüyü kimi cavabdehlər iddiaçının razılığı ilə mülkiyyətində olan mənzildə müvəqqəti yaşayırlar. İddiaçı mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmalarını cavabdehlərdən tələb etsə də, sonuncul ar mənzil üzərində heç bir hüquqları olmadığı halda mənzildən çıxmırlar və iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır.
9. Məhkəmə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində iddianı təmin etməyərək “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, bu maddənin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam ver ilməli, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Belə ki, iddiaçı cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı inzibati orqana müraciət etməlidir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv və iddianın həmin hissədə rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin əsassız olduğuna dair onların göstərdikləri sübut və dəlillərə düzgün qiymət verməmiş, mübahisəli mənzilə digər cavabdehlər olan uşaqları ilə birgə 2000-ci ildə mənzilin keçmiş sahibi olan mərhum anasının razılığı ilə köçmüş, qanuni əsaslarla mənzildən istifadə hüquqlarının yarandığını, həmçinin mənzilə köçdükləri zaman mənzilin bərbad vəziyyətdə olduğunu və öz vəsaitləri hesabına təmir etdiklərini, anasının ondan xəbərsiz mənzili bacısına bağışladığını və onların bu mənzildən başqa yaşayış yerlərinin olmadığını nəzərə almamışdır.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), E.M.Əhmədov və T.Q. Məmmədov) 2(105)-3454/21 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin irad əsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Hazırda onların mənzildə hər hansı bir hüququ yoxdur, iddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilmiş və iddia təmin olunmuşdur.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin mübahisəli mənzildə qalmaları, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu m ülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehlərin həmin mənzildən çıxarılmalarını tələb etməkdə iddiaçı haqlı olmuşdur.
16. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 157.4-cü, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh2 (vəkili Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr işə baxarkən tərəflər arasında mənzillə bağlı hüquq münasibətlərinin 2000-ci i lin sentyabr ayına qədər mövcud olmasına baxmayaraq həmin ilin sentyabr ayından sonra yaranmış münasibətlərə tətbiq olunan normalara istinad edərək hüquqi qiymət vermişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 22. 158.1. Mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmla k hüquqları sayılır. 23. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 24. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
25. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayı ş sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməs inin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq nortmaları düzgün tətbiq edilməmişdi r.
35. Belə ki, iddiaçı, mübahisəli mənzil üzərində özünün mülkiyyət hüququna istinad edərək cavabdehlərin yaşayış sahəsindən çıxarılmasını tələb edir (§ 4).
36. Cavabdehlər isə 2000-ci ilin ortalarından mənzildə yaşadıqlarını və hüquq qazandıqlarını bildirərək iddiaya etiraz edirlər (§ 5-6, 12).
37. Məhkəmələr iddianı qismən təmin edərkən tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci və 157.4-cü maddələrini tətbiq etmişlər.
38. Həmin normalara əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəm ə vasitəsilə tələb edə bilər (§ 20-21).
39. Göründüyü kimi, bu normalar mülkiyyətçinin öz əşyası üzərində pozulmuş hüquqlarının bərpasını nəzərdə tutur. Bununla belə, həmin normalar müxtəlif iddia növləridir. MM-in 157.2-ci maddəsində nəzərdə tutulan tələb vindikasiya iddiası, 157.4-cü maddədə göstərilən tələb isə neqator iddiadır. Hər iki norma mülkiyyət hüququnun müdafiəsinə yönəlsdə də və bu səbəblə oxşar dispozisiya şərtlərini ehtiva etsə də, onlar tamamilə eyni mahiyyətdə olan idialar sayılmırlar. Birinci tələb vasitəsilə mülkiyyətçi məhrum olduğu əşyanın geri qaytarılmasını təmin edir, ikinci tələbdə isə əşyadan məhrum olmamış mülkiyyətçinin öz hüququna törədilən qəsd və ya başqa maneələrə son qoyulmasını istəyir.
40. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi iddianı bu normalardan hansına görə əsaslı saydığını bildirmədən hər iki normaya ümumi şəkildə istinad etmiş, işin müəyyən edilmiş faktiki halları ilə əsas götürdüyü maddi hüquq normalarının dispozisiya şərtləri arasındakı uyğunluğa (uyğunsuzluğa) dair qiymətləndirmə aparmamışdır (§ 14-16).
41. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edili r.
42. Göstərilən maddi hüquq normalarının hər ikisində birinci şərt iddiaçının mübahisəli əşyanın mülkiyyətçisi olmasıdır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2001ci il tarixdə bağlanmış bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə əsasən iddiaçı mənzilin mülkiyyətçisidir.
43. Eyni zamanda cavabdehlərin həmin mənzildə yaşamaları işin mübahisə olunmayan halıdır.
44. Belə olan halda, hazırkı işin düzgün həlli üçün cavabdehlərinin mənzildə yaşamalarının qanuni olub-olmamsına hüquqi qiymət verilməlidir.
45. Əşyaya sahibliyin qanuni olması onun hər hansı keçərli hüquqi əsasa söykənməsini özündə ehtiva edir. Başqa sözlə, sahiblik qanunvericilikdən və ya müqavilədən irəli gəlirsə qanuni, bunlara əsaslanmadıqda isə qanunsuz hesab edilir.
46. Cav abdehlər ona istinad edirlər ki, mübahisəli mənzildə 2000-ci ilin ortalarından yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin (iddiaçı Kəmalə və Cavabdeh2ların anası Faizə Sadıxovanın) razılığı əsasında yaşayırlar. Bu xüsusata dair müvafiq sənədlər – Bakı şəhəri 18 saylı MKİS-in xx.xx.2021-ci il tarixli arayışı, həmin MKİS-in əməkdaşının və sakinlərin tərtib etdikləri xx.xx.2021-ci il tarixli akt məhkəmələrə təqdim olunmuşdur.
47. Nəzərə alınmalıdır ki, cavabdehlərin sözügedən mənzildə mülkiyyətçinin razılığı əsasında və ailə üzvü kimi daimi olaraq yaşamaları onların həmin sahədən istifadə etmək hüquqlarının yaranıb-yaranmamasını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
48. Məlum olduğu kimi, əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə mə xsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır (§ 25).
49. O da nəzərə alınmalıdır ki, həm bu normanın mahiyyəti baxımından yaşayış sahəsindən istifadə hüququ şəxsi servitut sayılır. Bir daşınmaz əşya üzərində bu hüquq yarand ıqdan sonra onun mülkiyyətinin başqasına keçməsi bu növ məhdud əşya hüququnun (mənzildən istifadə hüququnun) xitamına səbəb olmur (mövcud yüklülükdən məlumatı olmayan və əşyanı daşınmaz əmlakın reyestrindəki qeydlərə əsasən yüksüz əldə etmiş vicdanlı şəxslər istisna olmaqla) - § 22-24.
50. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr isə cavabdehlərin 2000-ci ilin ortalarından mənzildə yaşamalarına dair bildirdikləri halı iddiaçının mübahisə edibetmədiyini lazımi qaydada aydınlaşdırmamış, bu barədə işdəki sübutları qiymətləndirməmiş, cavabdehlərin qanundan irəli gələn istifadə hüququna malik olubolmamalarını maddi hüquq normaları əsasında yoxlamamış və yekun olaraq cavabdehlərin mənzil üzərindəki sahibliklərinin qanuni olub-olmamasına hüquqi qiymət verməmişlər.
51. Bu hallar, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmədiyinə, maddi hüquq normalarının düzgün tətbiq olunmadığına və qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 26-30).
52. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin olumalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 105)-3454/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.