Məhkəmə qərarları › İş №2(102)-5231/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5231/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5231/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3579/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsi ilə, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 115 000 manat məbləğində borc pul verilmişdir. Müqaviləyə əsasən cavabdeh 31 dekabr 2020-ci il tarixinədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. 2. 14.07.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə borcun ödənilməsi təklif olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin həcminin azaldılması barədə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, sonuncudan borc müqaviləsi üzrə ödənilməmiş 78.440 manat məbləğində borcun, borc müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.128,40 faiz borcunun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manat məbləğində haqqın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə, 82.598,40 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcun yerdə qalan hissəsinin ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də hər hansı bir müsbət nəticə əldə olunmamışdır.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-4018/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia təmin edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 425.1, 427.3, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar arasında şifahi razılaşmaya əsasən müqavilənin icra müddəti uza dılmışdır, bundan əlavə müqavilə üzrə onlar tərəfindən iddiaçının bildirdiyindən xeyli çox, yəni 64.560 manat borc ödənilmişdir.

9. İddiaçı tərəf apellyasiya şikayətinin dəlilləri ilə bağlı izahatında yalnız borc məbləğindən qətnamədə göstəriləndən 5000 manatın qaytarılması hissəsi ilə razılaşmış, qalan hissədə, yəni borcun qaytarılması müddətinin uzadılmasına dair tərəflər arasında razılığın əldə olunması, eləcə də borcdan 25.000 manat da xx.xx.2020-ci il tarixində qaytarılması ilə bağlı dəlillərin tam əsassız olduğunu bildirmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3579/2022 nömrəli mülki iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Həmid Həmidov və Anar Tanrıverdiyev) birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin zərərə aid (əldən çıxmış fayda) hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə rədd edilərək, qətnamə borcun məbləği hissəsində dəyişdirilmiş, cavabdehdən tutulmalı borcun məbləği 73.440 manat müəyyən edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh şikayətində borcun qaytarılması müddətinin uzadılmasına dair tərəflər arasında razılaşmanın olduğunu bildirsə də, bu dəlili ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir

12. Eyni zamanda, cavabdeh borcdan xx.xx.2020-ci il tarixində 25.000 manat da ödədiyini bildirsə də, buna dair də mötəbər və hər hansı şübhədən kənar sübut verə bilməmişdir, onun 25.000 manatın ödənilməsinin təsdiqi kimi təqdim etdiyi yeganə sənədin-xx.xx.2020-ci il tarixli mədaxil orderinin isə tərəflər arasındakı xx.xx.2020-ci il tarixli borc müqaviləsindən irəli gələn münasibətlərə aid olmadığı barədə iddiaçı tərəfin bildirdiklərinin əsaslı və ağlabatan olduğu müəyyən olunmuşdur. Cavabdeh bu halla bağlı da başqa sübut verməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə bu halları sübut etmək vəzifəsi onun üzərinə düşür

13. Məhkəmə kollegiyası iddia tələbinin vurulmuş zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı işə rayon məhkəməsində baxılarkən tələbinin həcmini 5.000 manat məbləğində azaltmış, apellyasiya icraatı zamanı da cavabdeh tərəfindən məhkəmə qətnaməsi çıxarılanadak daha 5.000 manatın ödənildiyini təsdiq etmişdir. Hazırkı halda həmin hissəd ə iddia tələbinin tam olaraq əsaslandırılmadığı müəyyən olunur. Birinci instansiya məhkəməsinin məhkəməsinin qətnaməsi zərərlə bağlı hissədə əsaslı olmamışdır, bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməklə yeni qətnamə qəbul olunmalı və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında 115.000 manat məbləğində borca dair etibarlı borc müqaviləsi bağlanmış, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da, sonradan lazımınca icra olunmamış və onun iddiaçıya 73.440 manat məbləğində borcu qalmışdır.

14. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1,442, 448, 739-cu, MPM-in 76, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. C avabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassator şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır.

17. Kassator şikayətini Mülki Məcəllənin 14.2, 445.9-cu, eləcə də MPM-in 88, 217.1ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. H azırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə k ollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

32. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3579/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar