Məhkəmə qərarları › İş №2(102)-5232/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5232/2022

05.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5232/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı ilk, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı qarşılıqlı iddiaları barədə iş üzrə QƏRARİ iş № 2(102)-5232/22 (Açar sözlər: borcun tutulması, iddia müddəti, ipoteka) Bakı şəhəri, 05 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105 )-3081/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 270/313 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə, 36 ay müddətinə 9100 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan **-EC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21905 MİNİK” markalı minik avtomobili xx.xx.2013-cü il tarixdə, İ-270/313 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat va sitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 079205 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. 3. "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ iddiaçıya keçmişdir.

4. İddiaçı tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs cavabdehə dair sənədlər xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Banka verilmişdir.

5. Cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmiş, Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında ona xəbərdarlıq məktubları ünvanlamışdır. İş üzrə qəbul edilmiş məhk əmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4923,71 manat, faiz borcu üzrə 893,93 manat, cəmi 5817,64 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-EC-*** dqn-lı, “VAZ 21905 minik” markalı minik (buraxılış ili 2012-ci il, Ban-XTA219050DO115641, rəngli-Ağ) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi, həmin vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, vəsait kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub iddia çıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

7. İlkin iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka iddia tələbində göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Abşeron filialı ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixində bağlanmış 270/313 saylı Kredit Müqaviləsinin təminatı kimi qoyulan, cavabdehin mülkiyyətində olan **-EC-*** dövlət qeydiyyat nişanlı, “VAZ, 21905 MİNİK” markalı minik avtomobilin (buraxılış ili 2012-ci il, Ban - XTA219050D0115641, rəng i - Ağ) "xxxx" ASC-nin Abşeron filialı ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü il tarixdə, 270/313 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin avtomobilin ipotekadan (girovdan) azad edilməsi, xx.xx.2013-cü il tarixdə, 270/313 saylı ipoteka müqaviləsi əsasında cavabdehin mülkiyyətində olan **-EC*** dövlət qeydiyyat nişanlı, “VAZ, 21905 MİNİK” markalı minik avtomobilin (buraxılış ili 2012-ci il, Ban - XTA219050DƏ115641, rəngi - Ağ) qeydiyyat şəhadətnaməsində ipoteka (girova) dair) aparılan qeydin silinməsi, xx.xx.2013-cü il tarixli, AA seriyalı, 079205 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixli 270/313 Kredit M üqaviləsi əsasında xx.xx.2016-cı il tarixindən başlayaraq 3 il müddətində iddiaçıya qarşı həmin müqavilədən irəli gələn öhdəliklərin icrası üçün tələb irəli sürə bilər. Mülki Məcəllənin tələblərinə görə, müqavilə üzrə öhdəliklərin icra olunmalı tarixdən 3 ilin keçməsi ilə iddia müddəti ötürülmüş öhdəlik hesab olunur. İddiaçı tərəf cavabdehə qarşı bu tələbini xx.xx.2020-ci il tarixində, yəni 4 il 3 ay sonra məhkəmədə iddia qaldıraraq irəli sürmüşdür. Bu səbəblə də, ipotekaya qoyulmuş avtomobilin ipotekadan azad edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 079205 №-li “ipoteka müqaviləsinin qeydiyyatı ha qqında” şəhadətnamə verilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin (hakim C.Şəfiyeva) 17 may 2021-ci il tarixli, 2(012)307/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi üzrə cavabdeh sonuncu ödənişi xx.xx.2015-ci ildə edib. İddiaçı tərəf həmin kredit müqaviləsi əsasında xx.xx.2016-cı ildən başlayaraq 3 il ərzində Əhmədcavabdehə qarşı həmin müqavilədən irəli gələn öhdəliklərin icra olunması üçün tələb irəli sürə bilər. İddiaçı tərəf cavabdehə qarşı bu tələbini xx.xx.2020-ci il tarixdə, yəni 4 il 3 ay sonra məhkəmədə iddia qaldıraraq irəli sürmüşdür. Belə olan halda da iddiaçı iddia müddətini ötürmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir.

12. B irinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 375.2 maddələrinə istinad edərək qeyd etmişdir ki, ilk iddia tələbi müddət ötürülməklə verildiyindən iddianın təminindən imtina olunmalıdır.

13. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, qanunvericiliyə əsasən ipotekaya xitam verilməsinin əsaslarının heç biri mövcud olmadığından qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 373.2, 375.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təş kilatı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə əsassız və qanunsuzdur.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) 2(105)-3081/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı mövcud qanunvericilikdə nəzərdə tut ulmuş üç illik iddia müddətini ötürmüşdür. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

19. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin banka olan borcu ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamışdır.

22. İddiaçı Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15iyul tarixli, 570 nömrəli Fərmanının icra sı üçün iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehlərdən kredit borcunu alınaraq dövlət büdcəsinə ödəməkdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmamış, düzgün olmayan nəticəyə gəlmiş, A Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.

25. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız müba hisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qayta rılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. K assasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3081/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar