Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5234/2020 02.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qızına qarşı “qeyri-yaşayış binasının boşaldılması” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)1127/2020 nömrəli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızının Şəki rayonu, Kiş kəndində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının məcburi qaydada boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh qızından İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxxxx 2020-ci il tаrixli, 2(075)353/2020 nömrəli qətnaməsi ilə iddiа tələbi təmin edilərək, Cavabdeh qızı tərəfindən Şəki rayonu, Kiş kəndində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının məcburi qaydada boşaldılması və iddia ərizəsinin verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh qızından alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Ayaz Mahmudov) xx.xx.2020-ci il tarixli 2(107)-1127/2020 nömrəli qətnaməsi ilə Cavabdeh qızının apelyasiya şikayəti təmin edilməyərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-353/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qızı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-1127/2020 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prossesual Məcəlləsi-nin bir çox maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən həmin əmlakın bankın adına necə keçməsi yoxlanılmamış, bankın həmin əmlakdan cavabdehin istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq səlahiyyətinin olması aydınlaşdırılmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasi ya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İşin mübahisəsiz hallarına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli 2(011)- 2142/2014 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC, X4, Cavabdeh qızı, X5 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilərək, cəmi 1.461.043,89 manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı ASC-nə ödənilməsi, tutmanın xüsusi mülkiyyət hüququ ilə Cavabdeh qızına məxsus olan Şəki rayonu, Kiş kəndində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdeh “xxxx” MMC-nin İddiaçı ASC-nə olan borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh qızı və X3 apelyasiya şikayəti vermişlər, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx x xx 2015-ci il tarixli 2(103)-532/2015 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh və E.Q.Sadıqovun ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(011)-2142/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Cavabdeh qızı, X5 və xxxx” MMC Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2015-ci il tarixli 2(102)-4302/2015 saylı qərarı ilə (cavabdehlər R.S.Həmidov, Cavabdeh və “xxxx” MMC-nin birgə verdikləri kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2015-ci il tarixli 2(103)-532/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanıl mışdır. X1, Cavabdeh qızı və Cavabdeh qızı qətnamənin icrasının uzadılması məqsədi ilə cavabdehlər İddiaçı ASC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı X11” MMC-yə qarşı (üçüncü şəxslər: Şəki rayon icra şöbəsi, Bakı şəhəri, Xətai rayon icra şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər ərazi idarəsi) hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə X4, Cavabdeh qızı və Cavabdeh qızının iddiaları təmin edilməmişdir. Həmin qətnamədən də narazı qalan cavabdehlər apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-9445/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X11” MMC-nin xx xxxx 2016-cı il tari xli 23/04 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən hərracın qalibi (alıcı) İddiaçı ASC olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* çıxarışa əsasən Şəki rayonu, Kiş kəndində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına “İddiaçı ASC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki rayonu, Kiş kəndində yerləşən ümumi sahəsi 273,9 mv.m olan qeyri-yaşayış binası xxxx ASC-nin mülkiyyətindədir. Ona görə də şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qətnamənin qanuniliyini Cavabdeh qızının kassasiya şikayəti əsasında yoxlayaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İşdə n müəyyən edildiyi kimi, mübahisəli əmlak ipoteka predmeti kimi satışa çıxarılıb və hərracda bank tərəfindən alınmaqla, artıq bankın mülkiyyətinə keçmişdir. Cavabdeh qızının Şəki rayonu, Kiş kəndində istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına mülkiyyət hüququ itirildiyindən, onun həmin əmlaka sahibliyi qanunsuzdur. Kassasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-1127/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi
Məhkəmə qərarları › İş №2(102)-5234/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5234/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver